.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------79------------------------------------
Volfqanq fon
Kempelen (23 yanvar
1734-cü il Bratislava
şəhərində
anadan
olmuşdur, 26 mart
1804-cü ildə Vena
şəhərində
dünyasını
dəyişmişdir). Avstriya
və Macar ixtiraçısı,
avtomatik
maşının
yaradıcısı,
“İnsan
nitqinin mexanizmi”
traktaktının müəllifidir.
V.Kempelen fəlsəfə
elmini Bratislavada,
Dyerdə, Venada və
Rimdə görkəmli alimlərdən öyrənmişdir. Yeddi dil bilirdi.
“Mariya Tereza qanunları” külliyatını latın dilindən alman
dilinə tərcümə etmişdir. Bununla da saray əhli
tərəfindən marağa səbəb olmuş və nəticədə sarayın
məsləhətçisi seçilmişdir. Mariya Tereza Şarlotta
Fransuzskaya (1778-1851: Avatriya kralının qızı,
hersoginiya Anqulemski) onu 27 yaşında İmperiyanın
macar hissəsində və Kempelen ərazilərində olan duz
şaxtalarına işlər müdiri təyin edir. Çox qısa bir müddət
ərzində V.Kempelen duz şaxtalarında modernləşdirmə
işləri ilə məşğul olur. 1770-ci ildə “Cəngavər”, 1775-ci
ildə isə “baron de Pezmand” titulu alır. 1786-cı ilə
Macar-Transilvan dəftərxanasının
sədri seçilir.
V.Kempelena çoxlu sayda texniki tapşırıqlar verirdilər. O,
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------80------------------------------------
Banata ərazisində kətan istehsal edən fabrikin tikintisinə
rəhbərlik
edir,
Budapeştin
qala
divarlarının
möhkəmlədirilməsi üçün xüsusi möhkəmləndirici
qurğular hazırlayır, İmperiyanın bir çox şəhərlərində su
kəmərinin qurulmasına rəhbərlik edirdi. 1788-ci ildə
Volfqanq fon Kempelen danışan maşın ixtira edir. Maşın
uzunluğu 1 metr, eni isə 0,5 metr olan dördbucaqlı
qutudan ibarət idi. Maşının daxilində çoxlu sayda
tuluqlar, klapanlar və ştiflər var idi. Maşın 3-4 yaşında
olan uşağın səsini çıxarırdı. 1828-ci ildə maşını Berlin
şəhərində yaşayan mexanik Poş daha da təkmilləşdirir.
Sonrakı illərdə V.Kempelen şahmat oynaya bilən
avtomat düzəldir (sonralar məlum olur ki, bu maşın
ullüziya imiş).
Mariya Tereza Şarlotta
Fransuzskaya
Avtomat şahmatçı
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------81------------------------------------
Avtomat kamod (siyirməli paltar şkafı) şəkilində
düzəldilmişdi. Kamodun üstündə şahmat lövhəsi
yerləşirdi. Lövhənin arxasında mexaniki insan fiquru
yerləşdirilmişdi. Fiqur turk keyimində idi. XVII əsrin
axırlarında və XIX əsrin ikinci yüz illiyində maşın
alimlərin diqqətini özünə çəkir və mübahisə obyektinə
çevrilir. Heç bir alim möcüzə fiqurun hərəkətlərini və
şahmat gedişlərinin həyata keçirməsini aydınlaşdıra
bilmir. İndiki zamanda hamıya məlumdur ki, kamodun
içərisində güclü şahmat oyunçusu gizlənibmiş. 1854-cü
ildə Filadelfiyada baş vermiş yanğın zamanı avtomat
maşın tamamilə yanıb məhv olur. Tarixdən məlumdur
ki, avtomat şahmatçı Fredrik II ilə oyun zamanı onu
məğlub etmişdir. 1808-ci ildə isə maşının Napalion ilə
keçirdiyi şahmat yarışmasında görkəmli sərkərdə
məğlubiyyətə uğramışdır.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------82------------------------------------
Əbu Abdulla
Cabir ibn Həyyan əd-
Əzdi əs-Suft (721-
815) əslən Yəməndən
olan əczaçı Həyyan
əd-Əzdinin ailəsində
dünyaya göz açıb.
Orta əsrlərdə onu
Avropada Cabir
adlandırırdılar.
Əbu
Abdulla Cabir ibn
Həyyan tanınmış ərəb
əlkimyaçısı,
həkim,
əczaçı,
riyaziyyatçı,
astronomdur. Cabir
ibi Hayyan bu elmləri
İmam Cəfər Sadiq (as) Həzrətlərinin dərslərində
iştirak etməklə öyrənmişdir. Modem kimyanın qurucusu
Əbu Abdulla Cabir ibn Həyyan dünyavi elmləri kamil
öyrənmiş dahi müsəlman alimidir, atomun kəşfindən
min il qabaq onun parçalana biləcəyi barədə ilk fikir
söyləyən elm adamıdır. Alim ilk dəfə kimyada
(əlkimyada) eksperimental üsullar tətbiq etmiş və
müasir kimya elmində indi də geniş istifadə edilən bir
sıra kimyəvi prosesləri kəşf etmişdir. Bunlardan xlorid
və nitrat turşularının sintezini, kimyəvi məhsulların
distilə edilməsi və kristallaşma kimi kimyəvi prosesləri
misaı göstərmək mümkündür. O, təbiətdəki maddələrin
saf olmadığını ifadə etmiş və bunları saflaşdıraraq saf
elementlər əldə etməyə çalışmışdır. Onun ilk dəfə əldə
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------83------------------------------------
etdiyi bir çox kimyəvi maddə vardır. Bunlara misal
olaraq saf kükürd düzlarını, naşatırı, üstübeçi,
cəhənnəm daşını, nitrat turşusunu, saç yağını, sulfat
turşusunu, sirkə turşusunu və s. göstərmək olar. Alimin
inkişaf
etdirdiyi
element
anlayışına,
tarazlıq
nəzəriyyəsinə, icad etdiyi alət və qurğulara görə onu
“Kimyanın atası” adlandırmışlar. Əbu Abdulla Cabir ibn
Həyyan tətbiqi fizika və kimya, mədənlər, riyaziyyat,
astronomiya, fəlsəfə və dinlər tarixi kimi çox müxtəlif
sahələrə aid yürlərlə kitablar yazmışdır. Onun kitabları
Qərb ölkələri alimləri tərəfindən öz dillərinə tərcümə
edilmiş və uzun illər boyu istifadə edilməklə
mənimsənilmişdir. Alimin yazdığı “Yetmiş kitab” əsəri
ingilis dilinə tərcümə edilərək “Book of Seventy” adi ilə
İngiltərənin bütün tədris müəssisələrində uzun illər
boyu dərlik kimi istifadə olunmuşdur. Alimin əsərlərinin
böyük bir qismi itmişdir. 27 əsəri latın və alman
dillərində Nümberq, Frankfurt və Strazburq şəhərlərində
(1473-1710-cu illərdə) çap edilmişdir. Onun əsərlərinin
orijinalı olduqca mürəkkəb və anlaşılmaz qaydada
yazılmışdır. Bu sahə ilə məşğul olan mütəxəssislər belə
güman edirlər ki, alim özü əsərlərini müəyyən
şifrələrdən istifadə etməklə yazmışdır. Bəzi mənbələrdə
qeyd edilir ki, müasir günümüzə qədər bu şifrələri
açmaq mümkün olmamışdır. XVII əsrə kimi kimya
elmləri sahəsində onun səviyyəsinə heç bir alim yüksələ
bilməmişdir. Tarixçilər yazırlar ki, Şərq və Qərb elm
dünyasında ona elmdə bərabər və onun elmi səviyyəsini
aşan bir kimyaçı yetişməmişdir. Bununla yanaşı Qərb
elmi onun əsərlərindən yüksək səviyyədə
Dostları ilə paylaş: |