Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------65------------------------------------ 
 
Ekspert sistemlərin  yaranması  və  inkişafı  (1970-ci 
illərin  əvvəli  –  1980-ci illərin ortaları)  süni  intellektin 
inkişafının 
dördüncü mərhələsi Feygenbaum, Buhanan 
və  başqaları  (Stenford  universiteti):  ”DENDRAL  ekspert 
sistemi”,  Feygenbaum,  Şortlif:  ”MYCIN  ekspert  sistemi”, 
Stenford  araşdırmalar  mərkəzi: ”PROSPECTOR ekspert 
sistemi”, Kolmeroe, Kovalski və  başqaları  (Fransa): 
”Məntiqi  proqramlaşdırma  dili  PROLOG”  kimi  tədqiqat 
işləri ilə formalaşdı. 
Beşinci mərhələ - Təkamül hesablamalar (1970-ci 
illər və  sonra)  -  Rehenberq: ”Təkamül strategiyalar – 
bioloji informasiya prinsipi ilə texniki sistemlərin optimal-
laşdırılması”(1973),  Holland:  ”Təbii və  süni sistemlərə 
adaptasiya”  (1975),  Koza:  ”Genetik  proqramlaşdırma: 
Təbii seçim vasitələri ilə  kompüter  proqramlaşdırması” 
(1992) və  Fogel: “Təkamül hesablama –  maşın 
intellektində  yeni fəlsəfə  istiqaməti” (1995) kimi 
tədqiqatlarla xarakterizə olunur. 
Altıncı  mərhələ  -  Sözün köməyi ilə  hesablama 
(1980-ci illərin sonu və  sonra)  -  Neyqoç: ”Ekspert və 
qeyri-səlis sistemlər” (1985), Kosko: ”Neyron şəbəkələr və 
qeyri-səlis sistemlər” (1992), Kosko: ”Qeyri-səlis təfəkkür” 
(1993), Yaqer və  L.Zadə: ”qeyri-səlis çoxluqlar, neyron 
şəbəkələr və  “yumşaq  hesablamalar”  (Soft  computing)” 
(1994), Kosko: ”Qeyri-səlis mühəndislik” (1996) və  Lütfi 
Zadə: “Sözlərin köməyi ilə  hesablamalar” (1996) kimi 
ciddi elmi tədqiqatlarla gerçəkləşmişdir. 
Müxtəlif çətin hesablamalarda və  digər  tapşırıqların 
həyata keçirilməsində süni intellektin rolu böyükdür.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------66------------------------------------ 
 
Süni intellekt çox yüksək səviyyədə  ixtisaslaşmış 
sahədir, onun çoxlu sayda sahələri vardır.  
Çox zaman süni intellektin bir sahəsi digər sahəsi ilə 
qarşılıqlı  əlaqədə  olmur. Onun bəzi sahələri isə  o 
dərəcədə  inkişafa  nail  olmuşdur  ki,  onlar  artıq  ayrıca  bir 
ixtisas kimi fəaliyyət göstərirlər.  
İnsan  intellektindən daha güclü bir intellektin 
yaradılması süni intellektin əsas məqsədlərindəndir. 
Süni intellektin nəyə  aid edilməsi  sualına  birmənalı 
cavab yoxdur. Odur ki, süni intellekt haqqında kitab yazan 
hər bir müəllif, o elmin nailiyyətlərini nəzərə alaraq, süni 
intellektə tərif verir. 
Fəlsəfə insanın  intellektinin  obrazı  və  statusu 
haqqında  məsələni həll etmir. 
Nyuell-Saymon fərziyyəsi, 
yaxud 
Tyurinq testi kimi bir sıra fərziyyələr irəli sürülmüş 
olsa da, kompüterin  "ağıllı  maşın"  səviyyəsinə  gədər 
inkişaf edə biləcəyi barədə hələlik konkret sübut yoxdur. 
Bununla belə, 
ən məşhur 
süni 
intellekt 
sistemlərindən biri -  insanın  danışığını  dərk edən və  çox 
saylı alqoritmlər sayəsində ehtimallı axtarış aparmaq kimi 
bacarığa  malik 
IBM şirkətinin  qabaqcıl  inkişaf  sistemi 
olan 
Watson, ABŞ-ın  ”Jeopardy!”  oyununda  iştirak  etmiş 
və iki oyunun ikisində də qələbə çalmışdır. Bundan əlavə, 
illik 
RoboCup turnirində 
futbolun sadələşdirilmiş 
formasında  robotların  mübarizə  apara bilməsi  imkanları 
nümayiş etdirilmişdir. 
Süni intellektə  aid elmi tədqiqat  işləri  hesablayıcı 
texnikanın sənaye istifadəsi ilə başlanmış və ilk gündən iki 
istiqamətdə aparılmışdır.  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------67------------------------------------ 
 
Birinci istiqamət beyin fəaliyyətinin, onun 
psixofizioloji xassələrinin modelləşdirilməsi ilə  EHM və 
digər xüsusi texniki qurğuların köməyi ilə süni intellekt və 
ya süni ağıl hasil etmək ümidi ilə edilən cəhdlər idi ki, bu 
da 
bionika istiqaməti adlandırıla bilər.  
Süni intellekt üzrə  tədqiqatların  ikinci  istiqaməti 
praqmatik  istiqamətdir. Bu istiqamət insan beyninin 
psuxofizioloji fəaliyyətini tədqiq etməyi bir kənara qoyur. 
Burada EHM-ə  alət  kimi  baxılır.  Belə  ki, məsələn, musiqi 
aləti pis və  ya  yaxşı  köklənmiş  ola  bilər,  yaxud  verilmiş 
mövzuda  yazılmış  əsər pis və  ya  yaxşı  ola  bilər, ya da 
həmin alətdə ifaçılıq pis və ya yaxşı ola bilər.  
Bu istiqamətdə son 10 illiklərdə həm nəzəri, həm də 
tətbiqi xarakterli vacib nəticələr əldə edilmişdir. Praqmatik 
istiqamətdə aparılan tədqiqatlarda ”süni intellekt” termini 
tamamilə  metaforik mənada  anlaşılır  və  tədqiqatçılar  elə 
proqramlar üzərində  işləyirlər ki, EHM vasitələri  insanın 
idraki fəaliyyətinin nəticələri olan prosesləri gerçəkləşdirə 
bilsin.   
Təəssüf ki, olduqca tez-tez  hesablayıcı  texnikaya 
yönəlik antropomorfizm ifadələri  işlədilir. Belə  ki, tez-tez 
”maşın qərar qəbul etdi”, ”maşın plan tərtib etdi”, ”maşın 
situasiyanı  və  ya  obrazı  tanıyır”,  ”maşınlar  insan  üçün 
stress  yaradan  şəraitdə  və  ya  ciddi  vaxt  çatışmazlığı 
şəraitində mürəkkəb təşkilati-texniki prosesləri idarə edir”, 
”maşın şahmat oynayır, musiqi əsəri bəstələyir” və s. kimi 
ifadələrlə  rastlaşırıq.  Bundan  əlavə,  ”ağıllı  maşın”, 
”düşünən  maşın”  kimi  ifadələr də  işlədilir ki, bu 
ifadələrdəki  ”ağıllı”  və  ”düşünən” sözləri hərfi anlamda 
tamamilə boş, mənasızdır.  


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə