57
onurğa əyriliyi, yaxındangörmə və s. qarşısını almağa da qadirdir. Keçən əsrdə adamların ağlına belə
gəlməzdi ki, indiki nəsil 2 m 28
sm hündürlüyə tullanacaq, 100m məsafəni 9,9 saniyəyə qət edəcək, 600
kq ağırlıq (ştanqla) qaldıracaqdır. Bütün bunlar əzələ hərəkəti ilə əzələnin bir vəhdət təşkil etməsi
nəticəsində əmələ gəlir. A.N.Radişşevin ifadəsinə görə «Güc işlətdikcə bədən möhkəmlənir, bu isə insanı
ruhən saflaşdırır və ya bədən hərəkətləri insanı möhkəmləndirdiyi kimi, düşünməyi və insan ağlını
itiləşdirir».
Böyük Azərbaycan şairi Nizami Gəncəvi isə bədən tərbiyəsinə dərin fəlsəfi və fizioloji məna
verərək yazmışdır:
«Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar, bədəndə, sözdə.
və yaxud
Varkən sağlıq əldə, cavanlıq əldə,
Sənindir hər murad, hər xoş əməl də»
90
.
Şagirdlərin fiziki inkişafı gigiyena qaydalarına düzgün əməl edilməsindən də asılıdır. Dırnaqların
təmizlənməsi, saçların vaxtında vurulması, yuyulması və paltarın təmiz saxlanması sağlamlıq üçün əsas
şərtlərdəndir. Dırnaqların uzadılması və çirkli saxlanılması yoluxucu xəstəliklərin əmələ gəlməsinə səbəb
olur. Saç uzandıqda isə başın dərisi işıq şüasını lazımınca qəbul etmir, şüanın ona müsbət təsiri az olur.
Orqanizmin normal inkişafında gün rejimi, düzgün qidalanma, normal yuxu böyük rol oynayır.
Onlara əməl etdikdə şagirdlərin iş qabiliyyəti, xəstəliklərə qarşı orqanizmin müqaviməti artır. Haqlı
olaraq qidaya üzv və sistemlər üçün enerji mənbəyi, inkişafda olan orqanizmin «tikinti materialı»
demişdir.
Şagirdlərin zehni yorğunluğunun aradan qaldırılmasında bədən tərbiyəsi dəqiqəsi və fasilələrdə
keçirilən hərəkət və mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Orqanizmin
möhkəmləndirilməsində bədən tərbiyəsi ilə yanaşı, təbii amillər də (hava, su, günəş) çox böyük
əhəmiyyətə malikdir. Bunların köməyi ilə orqanizm xarici mühitin dəyişikliklərinə uyğunlaşır. Xalq
arasında
deyildiyi kimi, «Günəş girməyən evə həkim tez-tez gələr». Orqanizm hava ilə də
möhkəmləndirilir. Odur ki, açıq və təmiz havada olmaq, çılpaq bədəni təmiz havaya vermək, mənzil və
sinif otaqlarında havanın tez-tez dəyişdirilməsi vacibdir. Bütün bunlar bədəni aşağı temperaturlu havaya
tədricən alışdırır.
Azərbaycanın görkəmli maarifpərvər və təbiətşünas alimi H.B.Zərdabi «Gigiyena» əsərində
havanın təmizliyi haqqında yazırdı: «Hava gərək təmiz olsun, onun pak olması həyat, xarab
olması ölümdür»
91
. Demək, müxtəlif idman hərəkətləri ilə təmiz havada məşğul olmaq lazımdır.
1.2. Fiziki tərbiyənin vəzifələri
Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır.
Hazırda gənc nəslin ümumi tərbiyəsinin qarşısında duran mühüm vəzifələrdən biri onların
hərtərəfli
inkişafına nail olmaqdan ibarətdir. Fiziki cəhətdən ahəngdar inkişaf etmiş, bədəncə sağlam, gözəl qamətli,
möhkəm, qüvvətli və gümrah bir adam olduqda, bu hərtərəfli inkişaf etmiş insan sayılır.
Fiziki tərbiyə həmin keyfiyyətlərin məktəblilərdə yaranmasında mühüm əhəmiyyət kəsb edir. Fiziki
tərbiyə ilə müntəzəm və ardıcıl məşğul olanlar qamətli, şən, gümrah, bədəncə sağlam böyüyürlər. Onlar
zehni cəhətdən daha yaxşı inkişaf etmiş olur. Əməyə və vətənin müdafiə edilməsinə daim hazır olurlar.
Bunun üçün də şəhər və rayonlarımızda həmin baxımdan ölkəmizdə uşaqların, gənclərin
sağlamlığı məsələsinə diqqət artmışdır. Yeni meydança və stadionlar tikilir, onlar alət və avadanlıqla
təmin olunub gənc nəslin istifadəsinə verilir.
Qeyd etmək lazımdır ki, fiziki tərbiyə prosesi səmərəli təşkil olunan məktəblərdə uşaqlar
bədəncə sağlam və qüvvətli, qıvraq, iradəcə möhkəm böyüyürlər. Bunların isə iş qabiliyyətinin artmasına
müsbət təsiri vardır. Sağlam adamlar isə gələcəkdə cəmiyyət üçün daha yararlı olurlar.
90
Низаминин щикмят вя нясищятляри ( топлайаны вя тяртиб едяни С.Вящдят), Бакы, Азярбайъан ЕА няшриййаты,
1966, сящ. 122.
91
М.Я.Ахундов. Щясянбяй Зярдабинин тябиййата аид ясярляри щаггында. Азярняшр, 1958, сящ. 24
58
Fiziki və mənəvi cəhətdən inkişaf
etmiş şəxslər ictimai həyatda, təsərrüfat quruculuğunda
başqalarından fərqlənir. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, işə olan həvəsi daha güclü olur,
işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı
lazımi səviyyəyə qalxır. Fiziki tərbiyə vasitəsi ilə sağlamlığını möhkəmləndirən məktəblilər şən və fərəhli
olur, zehni işdən bezikmir, müstəqil surətdə öz üzərində daha çox və səmərəli mütaliə edirlər. Onlar
həyatda mübariz olurlar.
Fiziki və zehni işlə məşğul olan məktəblilər müvafiq enerji və qüvvə sərf edirlər. Onlar bədən
tərbiyəsi ilə məşğul olmaqla, təmiz havada gəzmək və istirahət etməklə qüvvə və enerjisini bərpa edirlər.
Uşaqlar fiziki tərbiyə ilə müntəzəm
məşğul olduqda, müvafiq, həyat üçün zəruri olan hərəki
keyfiyyətlər də qazanırlar (sürət, qüvvə, güc, iradə möhkəmliyi və i.a.).
Fiziki keyfiyyətlərə malik olan uşaqlar gələcəkdə vətənin müdafiəsində, əsgəri xidmətdə, hərbi-
vətənpərvərlik nümunələri də göstərirlər, düşmənə qarşı mübariz və amansız olur, öz vəzifələrini
layiqincə yerinə yetirirlər.
Fiziki tərbiyə prosesində, idman, turizm ilə məşğul olduqda bu məktəblilərin əxlaqi hisslərinin
inkişafına, beynəlmiləlçilik ruhunda böyüməsinə, estetik baxımdan inkişafına da müsbət təsir göstərir.
İbtidai məktəbin fiziki tərbiyəsinin qarşısında müasir şəraitdə müvafiq
vəzifələr qoyulmuşdur ki,
bunlar da əqli, estetik və əmək tərbiyəsi ilə , xüsusən əxlaq tərbiyəsi ilə sıx əlaqədə həyata keçirilir.
Həmin vəzifələr bunlardır:
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təminini əsasən bədən tərbiyəsi
dərslərində, dərsəqədər səhər gimnastikasında, bədən tərbiyəsi dəqiqələrində, böyük tənəffüslərdə,
sinifdən və məktəbdənkənar məşğələlərdə, turist yürüşlərində həyata keçirilir. Bu o zaman faydalı ola
bilər ki, əvvala, həmin məşğələlərin təşkili üçün müvafiq şərait yaradılsın, məşğələlər lazımi ləvazimat və
avadanlıqlarla təmin olunsun, ikinci bu iş pedaqoji kollektiv, müəllimlər,
valideynlər həmin bədən
tərbiyəsi tədbirlərinin həyata keçirilməsində birgə fəaliyyət göstərsinlər.
Bir cəhətə də xüsusi diqqət yetirmək lazımdır ki, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi,
fiziki inişafı onların təmiz və açıq havada gəzməsi, təbii amillərdən müntəzəm və düzgün olaraq istifadə
etməsi də mühüm şərtdir.
Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi.
İbtidai məktəbdə şagirdlərə aşılanan fiziki bacarıq və vərdişlər aşağıdakılardır: düzgün yerimək, atmaq,
tullanmaq və düzgün hoppanmaq, dırmanmaq və s. Bundan əlavə, fiziki bacarıq və vərdişlərin
təkmilləşdirilməsində təbii şəraitdə uşaqlara müxtəlif növ hərəkətlərin, oyunların, əyləncələrin
öyrədilməsi vacib əhəmiyyət kəsb edir.
Göstərilən bacarıq və vərdişlər uşaqların sağlamlığına, fiziki inkişafına xidmət edir. Onların
həyat və fəaliyyətinə kömək göstərir.
Fiziki keyfiyyətlərin inkişafına kömək göstərmək.
Fiziki keyfiyyətlər əslində fiziki bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır
və onlar bir-
birini tamamlayır. Fiziki keyfiyyətlər hər bir insan üçün çox vacibdir.
1.3.Fiziki keyfiyyətlərin inkişafı
Məktəb yaş dövründə uşaqların hərtərəfli inkişafına nail olmaqdan ötrü ilk olaraq onların hərəki
keyfiyyətlərini inkişaf etdirmək çox vacibdir. Bu bir sıra cəhətdən xüsusi əhəmiyyətə malikdir.
Məktəbyaşlı uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi,
əvvala, onların hərtərəfli fiziki inkişafına
kömək edir,
ikincisi, şəxsiyyət kimi formalaşmasına zəmin yaradır,
üçüncüsü, fiziki bacarıq və vərdişləri
daha da təkmilləşdirir,
dördüncüsü, sağlamlığı möhkəmləndirir, yoluxucu və digər xəstəliklərin
yayılmasının qarşısını alır,
beşincisi, tərbiyənin tərkib hissəsini bir-biri ilə əlaqələndirir, onların
fəaliyyətini gücləndirir və tamamlayır (Zehni, əxlaqi, əmək, estetik, vətənpərvərlik və i.a.). Bir sözlə
fiziki keyfiyyətlər yaşından asılı olmayaraq insan həyatı üçün onun inadla mübarizə aparmasından ötrü
olduqca əhəmiyyətlidir. İnsan həyatı onsuz keçinə bilməz. Ən zəruri fiziki keyfiyyətlər bunlardır: sürət,
cəldlik, dözümlülük,
çeviklik, güc və s. Həmin keyfiyyətləri bədən tərbiyəsi məşğələlərində, gəzinti,