Şagird nailiyyətlərinin qiymətləndirilməsi



Yüklə 30,43 Kb.
səhifə1/3
tarix29.11.2023
ölçüsü30,43 Kb.
#143192
  1   2   3
referat 2750


Şagird nailiyyətlərinin qiymətləndirilməsi

Təlim prosesində müvafiq əksəlaqənin təmin edilməsi üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin olması çox mühümdür. Bu sistemə aşağıdakılar daxildir:


-qiymətləndirmə üsulları (onların çeviklik, uyğunluq, fərqləndirilmə dərəcəsi və s. )
-qiymətləndirmənin ümumi meyarlarının məzmunu.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi ənənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən sənədlərin hamısında təlim-tərbiyə prosesində formalaşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə psixoloji xidmətin üzərinə mühüm vəzifələr düşür.
Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib hazırlanması təşkil edir.
Ənənəvi təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir.
Nəticəyönümlü təlimdə isə vəziyyət başqa cürdür. Belə ki,burada şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);
-təlim prosesində qərarların qəbulu;
-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.
Qiymətləndirmə və təlim prosesləri təhsilin qarşılıqlı əlaqədə olan iki tərəfi kimi götürülməlidir. Sistemli proses olan qiymətləndirmə-təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur.

Yüklə 30,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə