Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»


ad altında  olmasından  asılı  olmayaraq  ümumi  nəzəri  prinsipləri



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə14/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   233
Bazar 1

ad altında 
olmasından  asılı  olmayaraq 
ümumi  nəzəri  prinsipləri, 
eyni 
zamanda  auditoriya  ilə  ofislərin  qovuşmasını  əhatə  edən  fənn  və 
bilgi sistemi kimi nəzərə alınmalıdır. 
«İqtisadi  nəzəriyyə»nin  əsasən  iki  səviyyədə 
mikroiqti- 
sadi 
və 
makroiqtisadi 
səviyyədə,  bir  qədər  yığcam  şəkildə 
öyrənilməsi,  heç  də  iqtisadi  problemlərin  daha  dərindən 
öyrənilməsi  imkanlarını  aradan  qaldırmır.  Əksinə,  yeni  davranış 
qaydalarının  meydana  gəlməsi,  iqtisadi  siyasət  sahəsində  yeni 
mövqelərin  mövcud  olması,  müasir  iqtisadiyyatda  bazarla  dövlət 
arasında  balanslaşdırılmış  vasitələrdən  istifadə  olunması, 
ekologiyanın qorunması, davamlı inkişafın təmin olunması, iqtisad 
elminin  «Mikroiqtisadi»  və  «Makro-  iqtisadi»  səviyyədə 
öyrənilməsini daha da maraqlı edir. 
Bu  baxımdan  «Mikroiqtisadiyyata»  və  «Makroiqtisa- 
diyyata» giriş adı altında dərsliyin və dərs vəsaitinin yazılması, heç 
do  bu  bölmələrdə  sırf  təsərrüfatçılıq  qaydaları,  formaları, 
idarəedilmə  və  təşkili  istiqamətlərinə  deyil,  həm  do  bu  səviyyəli 
problemlərin  meydana  gəlməsinin  əsasları,  prinsipləri  ilə  bağlı 
nəzəri müddəaların, konsepsiyaların şərhinə də yer verilir. 
İqtisadi  nəzəriyyənin  mikro  və  makroiqtisadi  səviyyəli 
probleminin  şərhi  üçün  əsasən  aşağıdakı  istiqamətlər  nəzərdə 
tutulur: 

 
on zəruri görünən iqtisadi problemlərin önə çəkilməsi

 
dünya iqtisad elminin keçmiş və müasir nümayəndələrinin 
nəzəriyyələrinə qısa baxışın şərh edilməsi
20 



 
praktiki xarakterli iqtisadi misalların göstərilməsi

 
tələbələrin  diqqətini  cəlb  edə  biləcək  müqayisəli  təhlilin 
aparılması; 

 
dünya  təsərrüfat  sistemi  kontekstində  milli  iqtisadiyyatın 
inkişaf parametrlərinin əsaslandırılması; 

 
iqtisadiyyatın  baza  prinsip  və  anlayışlarına  əsaslanaraq 
onun analitik mahiyyətə malik olması. 
«İqtisadiyyat»  anlayışının  yaranma  tarixi  lap  qədim 
zamanlara təsadüf edir. Eradan əvvəl VI əsrdə yunan şairi Hesiod 
iki ifadəni «oykos» (ev, təsərrüfat) və «nomos»u (bilirəm, qanun) 
birləşdirməklə  ev  təsərrüfatının  aparılması  qaydaları  ifadəsini 
işlətmişdir.  Daha  sonra  görkəmli  yunan  filosofu  Ksenofont  (e.ə. 
430-355)  elmə  bu  məfhumu  «Ekonomi-  kos»  adlı  əsəri  ilə 
təsdiqləmişdir.  Digər  dahi  yunan  mütəfəkkiri  Aristotel  (e.ə. 
384-322) elmə bu məfhumu «ekonomiya» kimi gətirərək sərvətin, 
məhsulun  istehsalı  ilə  bağlı  faydalı  fəaliyyət  kimi  göstərmişdir. 
Eyni  zamanda  «ekonomiya»ya  «xrematistika»  kimi  baxaraq,  pul 
qazanmaq üsulu kimi qiymətləndirmişdir. 
Tarixi dövrləşmənin sonrakı mərhələlərində iqtisadi həyatda 
baş  verən  dəyişikliklər,  «ekonomiya»  məfhumunun  məzmununu 
dəyişərək, onu resurslardan istifadədə ya xərclərin azaldılması, ya 
da  qənaət  olunması  kimi  tətbiq  olunmağa  başlandı.  Bununla 
əlaqədar  «ekonomiya»  ifadəsi  bilavasitə  cəmiyyət  həyatında 
təsərrüfatçılıq fəaliyyəti kimi işlənərək daha sonralar «ekonomika» 
və  «ekonomiks»  ifadələrini  almağa  başlamışdır.  Bizim 
anlamımızda  «ekonomika»  daha  asan  qəbul  olunmuş  və 
«iqtisadiyyat»  məfhumu  ilə  eyni  məna  daşıdığı  nəzərdə  tutulur. 
«Ekonomiks»  məfhumuna  gəldikdə  isə  bu  sırf  məhdud  resurslar 
probleminə aid olub, cəmiyyətin ondan bazar prinsipləri əsasında 
necə  istifadə  etdiyini  öyrənir.  Həm  də  məhdud  resursların 
bölgüsündə  ev  təsərrüfatı,  firmalar  və  dövlət  iştirak  etdiyindən, 
burada  əsas  diqqət,  insanların  qərar  qəbul  etməsinə,  onların 
qarşılıqlı əlaqələrinin baş tutmasının təhlilinə verilir. «Ekonomiks» 
sırf 
21 


bazar  sisteminin  təkmilləşməsi  ilə  əlaqədar  olub  məhdud 
resursların 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə