Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə12/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   233
Bazar 1

düşünmə və dərketmə 
metodu kimi, milli iqtisadiyyatın 
formalaşmasının  əsasları  və  prinsiplərinin  müəyyən  edilməsinə 
imkan yaradır. 
Milli  ideologiyanın  ideya  mənbəyinin  bir  hissəsini  də 
iqtisadi  davranış,  təfəkkür  tərzi,  mənəvi  dəyərlər  təşkil  edir. 
Transformasiya prosesi ilə əlaqədar olaraq ictimai həyatın 
11 


bütün  səviyyələrində  siyasi-iqtisadi,  sosial-psixoloji,  mənəvi- 
mədəni,  hüquqi-əxlaqi  keyfiyyət  dəyişikliklərilə  xarakterizə 
olunan  milli  ideologiyanın  iqtisadi  aspektində  dəyişikliklər  baş 
verir.  Milli  iqtisadi  ideologiya,  cəmiyyət  üzvlərini  hərəkətə 
gətirən,  onları  azad  bir  insan  kimi  fəaliyyət  göstərməyə  maraq 
yaradan  bir  qüvvəyə  çevirir.  Belə  bir  qüvvə  isə  yalnız  iqtisadi 
mənafe  olub,  insanları  hərəkətə  gətirən  və  birləşdirən  psixoloji 
mexanizmdir.  Milli  ideologiya,  sistem  ideologiyasından  fərqli 
olub  cəmiyyətdə  insanları  birləşdirməyi  bacaran,  onların  fərqli 
iradəsini  ifadə  edən  və  birgə  səylərə  və  fəaliyyətə  sövq  edən 
təfəkkür tərzinin formalaşdırılmasına xidmət edir. Formalaşmaqda 
olan  bazar  sistemi  şəraitində  iqtisadi  mənafelər  ən  güclü 
səfərbəredici  qüvvə  kimi  çıxış  edərək  insanların  davranışlarında 
fərdi  keyfiyyətlərinin,  istəklərinin  müxtəlifliyinin  hər  hansı  bir 
ümumi  məqsədə  tabe  etdirilməsi  zərurətini  tələb  edir.  Bu 
baxımdan fərdi iqtisadi mənafelərin optimal tarazlığının təmini ilə 
ümummilli  mənafelərin  müəyyən  olunması  və  təmini  milli 
ideologiyanın başlıca müəyyənedici amili kimi çıxış edir. Bunun 
üçün milli mənafelərə uyğun gələn fəaliyyət mexanizmi insanların 
daxili ..tələbafiarı əsasında durmalıdır. Milli ideologiyanın iqtisadi 
inkişafın  əsasında  duran  mühüm  element  olduğunu,  ona  dövlət 
tərəfindən təminat verildiyini, iqtisadi mənafelərin reallaşdırılması 
imkanlarını  yalnız  iqtisadi  nəzəriyyə  vasitəsilə  şərh  etmək 
mümkündür.  Həmçinin  mövcud  iqtisadi  potensialın  gücünü  də 
milli ideologiya baxımından qiymətləndirmək olar. 
«Şərq»  və  «Qərb»  kontekstindəki  dünya  sivilizasiyası, 
mənəvi-mədəni, dini-əxlaqi dəyərlərin öncüllüyü, tailandırı- lığın 
qəbulu,  birgəyaşayış  qaydalarının  nıövcudluğu,  vətəndaş 
cəmiyyətinin  yerli  xüsusiyyətlərə  uyğun  qurulması  «İqti-  sadi 
nəzəriyyə»nin  bu  istiqamətdə  öyrənilməsinə  də  dəlalət  edir. 
İqtisadi  inkişafda  mənəvi-dini  dəyərlərin  oynadığı  rolu  nəzərə 
alaraq,  islam  ideologiyasından  irəli  gələn  davranış  qaydalarının 
nəzərə  alınması  vacibdir.  İqtisadi  nəzəriyyənin  dərketmə 
funksiyasından çıxış edərək islam iqtisadiyyatının 
12 


prinsiplorinin  ümumi  xarakterini,  ehtiyac,  imkan,  bərabərlik, 
ədalət, seçim kimi elementlərin mahiyyətini, dini etiqadın mənəvi 
dəyərlərin  ən  aparıcı  motivi  kimi  insanların  fəaliyyətindəki 
stimullaşdırıcı amilin məzmununu şərh etməyə imkan verəcəkdir. 
İqtisadi  fəaliyyətdə  dini  dəyərlərin  insanlar  tərəfindən  qəbul 
olunması, 
onların 
əmin-amanlıq 
şəraitində 
birgəyaşayış 
qaydalarına, ədalətli rəftar tərzinə, zəruri ehtiyacların ödənilməsinə 
səbəb olmaqla, müasir elmi nəticələrin həyat tərzinə uyğun gəlməsi 
ilə  islam  prinsiplərindən  istifadənin  mümkünlüyünü  müəyyən 
etmək olar. Ona görə də millət və xalqlar öz dini və ruhi əqidələri 
çərçivəsində  mənəvi  dəyərlərə  söykənərək,  öz  inkişaf 
istiqamətlərini müəyyən etsələr, onda geriləmə prosesi baş verməz. 
İslam təlimi ilə iqtisadi davranış qaydalarına əməl olunması təkcə 
mövcud iqtisadi resursların ehtiyat vo istifadəsindən deyil, eləcə də 
mənəvi dəyərlərin mənimsənilməsi səviyyəsindən asılıdır. Mənəvi 
dəyərlərə söykənmək, onu həyat  tərzinə daxil etmək insanlara ən 
böyük  uğur  gətirən  vasitədir.  Uğurlu  iqtisadi  inkişafın  mənəvi 
dəyərlər  vasitəsilə  aparılması  milli  bazar  modelinin  fərqləndirici 
cəhəti kimi özünü əks etdirər. Ona görə də ictimai-sosial-humanitar 
elmlər  əslində  dünyada  gedən  dəyişikliklərin  əsaslarını; 
islahatlaşma  proseslərinin  zəruriliyinin  mahiyyət  və  nəticələrinin 
düzgün  qiymətləndirilməsinə  əsas  verir.  Ona  görə  də  «İqtisadi 
nəzəriyyə»  müasir  cəmiyyətin  iqtisadi  həyatının  əksidir.  Əgər 
müasir  Azərbaycan  cəmiyyəti  2008-ci  ildə  baş  vermiş  qlobal, 
maliyyə, iqtisadi böhran dövrü ilə rastlaşaraq, onun fəsadlarından 
az ziyan çəkmişsə, həmçinin əvvəlki 20 il ərzində iqtisadi sistemin 
dağılması  böhranından  çıxmışsa,  sözsüz  ki,  təkcə  bu  proseslərin 
düzgün  qiymətləndirilməsi  üçün  «İqtisadi  nəzəriyyə»nin 
öyrənilməsinə böyük  ehtiyac duyulur. Şübhəsiz  ki,  müasir dünya 
maliyyə  və  iqtisadi  böhranı,  mikro  və  makro  çərçivəsindəki 
ekonomiksi  deyil,  dünya  haqqında  mövcud  olan  iqtisadi 
nəzəriyyələrin dəyişilməsinə əsas verən  «İqtisadi nə- zəriyyə»nin 
inkişafına təkan verəcək. Belə bir şəraitdə ictimai 
13 


fikrin  gedişini  dəyişməyi  tələb  edən  yeni  yanaşmalara,  yeni 
düşüncə və dərketmələrə əsaslanan konsepsiyalara ehtiyac yaradır. 
Belə  bir  ehtiyac,  zəngin  dünya  təcrübəsi  əsasında  formalaşmış 
«İqtisadi  nəzərİ
5
^ə»nin  tədrisini  ehkam  kimi  qəbul  edib,  olduğu 
kimi,  hər  bir  ölkənin  reallıqlarını  nəzərə  almadan  tətbiq  etmək, 
istənilən nəticəni verməyəcək. Qərb alimlərinin İqtisadi nəzəriyyə 
sahəsində  gəlmiş  olduqları  nəticələri  kor-koranə  köçürmək  və  ya 
tətbiq etmək olmaz. Burada son dərəcə əhəmiyyətli görünən fikir 
və konsepsiyaları qiymətləndirməklə, mövcud cəmiyyətin iqtisadi 
inkişafına,  eyni  zamanda  elmi  mülahizələr  əsasında  obyektiv 
düşüncəyə təkan verən, real davranışı əsaslandıran iqtisadi-nə- zəri 
müddəaların  şərhinə  yer  vermək  lazımdır.  Fikir  müxtəlifliklərini 
qeyd etməklə, onların  arasında ən səmərəli  görünənini seçib  şərh 
etmək  müasir  iqtisad  elminin  inkişafına  yalnız  təkan  verə  bilər. 
İqtisad elmi formal xarakterdən uzaq, real vəziyyətə yaxın olmaqla, 
ictimai-iqtisadi  təfəkkürün  ardıcıl  inkişafında  əvəzsiz  rol 
oynamaqla,  dünyada  formalaşmış  iqtisadi  fikrin  ən  qabaqcıl 
nailiyyətlərindən  istifadə  etməklə  tosərrüfatçıhğın  aparılması 
bacarığını  əks  etdirir.  İqtisadi  bilgilərin  əsasında  duran  nəzərİ
57
ə, 
təsərrüfatçılığın aparılmasının ən səmərəli yolunun müxtəliflikləri 
şəraitində  seçilməsinə  yol  göstərir.  Beləliklə,  iqtisad  elmi,  insan 
cəmiyyətinin  normal  fəaliyyətini  öyrənməklə,  nəzəri  əsasları  ilə 
iqtisadi  sistemin  bütün  elementlərini  əhatə  edən  funksional  və 
sahələrarası  elmlərin  metodoloji  əsasının  müəyyən  edilməsinə 
imkan yaradır. 
İqtisadi  nəzəriyyə,  fəlsəfə,  hüquq,  tarix,  ədəbiyyat, 
mənəviyyat  və  başqaları  ilə  birlikdə  ictimai-sosial-humanitar 
elmlərdən  biridir.  Yalnız  bu  elmlərin  məcmusu  tarixi  inkişafın, 
qlobal dəyişikliklərin  mahiyyətini  ehtiva edən ictimai  həyatı izah 
edə bilər. Ona görə də bu elmi istiqamətlərin, hər birinin daxili və 
zahiri 
məntiqi 
dəyişikliklərinin 
məzmununu 
və 
qanunauyğunluqlarının mövcud ictimai həyatla bağlılığı, kompleks 
şəkildə tədqiq edilib öyrənilməlidir. 
14 


Bu baxımdan ictimai elmlərin, o cümlədən iqtisad elminin 
və  onun  nəzəriyyəsinin  statusunun  aşağı  düşməsində  kim 
günahkardır  və  nə  etmək  lazımdır  suallarına  birmənalı  cavab 
tapmaq  çətindir.  Çünki  bir  tərəfdən  ölkədə  gedən  iqti- 
sadi-hüquqi-siyasi  transformasiya  prosesi,  onun  ilkin  dövründə 
ictimai həyatın gedişatına ciddi təsir göstərmiş, cəmiyyətdə mövqe, 
sərvət  və  nemət  əldə  etmək  yolları  qeyri-sivil  yolla  getmiş, 
mənsəbpərəstlik, hərislik, qeyri-etik münasibətlər güclənmiş, elmi 
düşüncəyə, mənəvi davranışa, əxlaqi həyat tərzinə uyğun gəlməyən 
fəaliyyətlərin  dərinləşməsi,  elmi  dünyagörüşə  olan  laqeydliyi 
artırmışdır.  Həmçinin  transformasiya  prosesinə  xas  böhranın 
mövcudluğu  və  islahatçı  liderin  olmaması  təkcə  iqtisadi  inkişaf 
səviyyəsinə  deyil,  həmçinin  elmi,  mədəni,  əxlaqi  dünyagörüşün 
formalaşmasına mənfi təsir göstərmişdir. Həm də vəhşi kapitalist - 
ba^^ar münasibətlərinə xas davranışın üstün meyli ilə, cəmiyyətdə 
nəyin  hesabına  olursa-olsun  varlanmaq  prinsipi  meydana 
gəldiyindən nəinki ictimai elmlərə, eləcə də demək olar ki, digər 
elmi sahələrə də mənfi meyilli təsirini göstərmişdir. Ölkəmizdə bu 
vəziyyət  daha  faciəli  vəziyyətə  düşə  bilərdi.  Transformasiya 
dövrünün ilk illərində hakimiyyət elitasında olanlar, yalnız iqtisadi 
quruluşun,  onun  mənəvi-mədəni  dayaqlarını  tələm-  tələsik 
dağıtmaqla,  heç  bir  iqtisadi-siyasi-hüquqi  platforma  yaratmadan, 
ölkəni  idarə  etmək  istəyirdilər.  Bu  da  xaotik  vəziyyətin 
yaranmasına  səbəb  oldu.  Yalnız  ulu  öndər  Heydər  Əliyevin 
hakimiyyətə  gəlişi  və  milli  iqtisadi  inkişafın  strateji  xəttinin 
müəyyən  edilməsi.  Prezident  İlham  Əliyevin  iqtisadi  inkişaf 
strategiyasını  islahatlaşmalar  prosesi  ilə  sıx  əlaqələndirməsi, 
ictimai elmlərə olan həqiqi tələbatın meyarları özünü əks etdirməyə 
başladı. Bundan sonra isə artıq nə etmək barədə düşünmək olar. 
Bunun  üçün  ilk  növbədə  digər  ictimai  elmlərlə  yanaşı 
iqtisad  elminin  tədrisi  və  tədqiqi  sahəsində  ciddi  dəyişikliklərin 
aparılmasına ehtiyac vardır. Ölkəmizin tədris prosesinin Baloniya 
sisteminə qoşulması buna daha əlverişli şərait yara 
15 


dır. Tədris prosesində baza elmi sahələrinə nisbətən, ondan törənən 
sahələrə  üstünlük  verilməməlidir.  İctimai  elmlər,  o  cümlədən 
«İqtisadi nəzəriyyə» iqtisad yönümlü ixtisaslarda baza elmi sahəsi 
kimi  nəzərdə  tutulmalıdır.  Belə  olmazsa,  onun  bölmələrinin  hər 
birinə 
üstünlüyün 
verilməsi 
gənc 
nəslin 
tədrisin 
mənimsənilməsində  çaşqınlıq  yaradır.  Ona  görə  də  bu  məsələ 
mərkəzləşdirilmiş  qaydada,  icbari  şəkildə  tədris  prosesinə  daxil 
edilməlidir. Milli mentalitet təkcə qərb dəyərləri ilə deyil, həm də 
şərq  mənəvi  dəyərləri  çərçivəsində  inkişaf  etməlidir.  İctimai 
elmlərin rolunun artması ilə onun Baloniya təhsil sisteminə daxil 
edilməsi milli mənafelərin qorunması istiqamətində tətbiq olunan 
ən yaxşı fürsətdir. 
Müasir  zaman  kəsiyində  mövcud  iqtisadi  potensialdan 
məqsədyönlü  istifadəsi  və  ehtiyatlardan  səmərəli  və  ədalətli 
bölüşdürülməsi  təkcə  maddi  maraq  sabitliyinin  təmin  olunması 
baxımından  deyil,  həm  də  gələcək  nəsillərin  ehtiyaclarının 
qarşılanması  bacarığına  zərər  vurmadan,  hazırkı  nəslin 
ehtiyaclarını  ödəyən,  ekoloji  sistemə  zərər  vurmayan  «dayanaqlı 
inkişaf»  konsepsiyasının  doğru-düzgün  mahiyyətini  iqtisadi 
nəzəriyyə  şərh  edə  bilər.  Çünki  iqtisadi  artım  sürətindəki 
enib-qalxmaları,  təkcə  hazırkı  nəslin  ehtiyaclarının  ödənilməsi 
baxımından  deyil,  həm  də  gələcək  nəsillərin  rifahının  təmin 
olunması, 
ekoloji 
sistemin 
qorunması 
baxımından 
qiymətləndirmək lazımdır. 
İqtisad elminin öyrənilməsi bir sıra istiqamətlərdə: 

 
milli  iqtisadiyyatın  nəzəri-metodoloji  əsaslarının  və 
prinsiplərinin qiymətləndirilməsində

 
iqtisadi  fikrin  təkamül  və  inkişafının  müəyyənləşdi- 
rilməsində; 

 
milli  mənafelərin  iqtisadi  ideologiya  baxımından  re- 
allaşdırılmasmı göstərməsində; 

 
mənəvi-dini  dəyərlərin  iqtisadi  davranış  qaydalarında 
tutduğu yerin əsaslandırılmasında; 

 
dayanıqlı  inkişaf  konsepsiyasının  iqtisadi  əsaslarının 
göstərilməsində; 
16 


•  milli  iqtisadi  inkişaf  modelinin  bazar  sisteminə  və 
mənəvi-dini,  mədəni-əxlaqi  davranışa  uyğun  gələn  prinsiplərdən 
istifadə  olunması  mümkünlüyünün  üzə  çıxarılmasında  iqtisadi 
nəzəriyyənin tədrisi, tədqiqi və mənimsənilməsi olduqca vacibdir. 
Hazırkı  tədris  prosesindən  iqtisadi  fikir  tarixi,  iqtisadi 
təlimlər  tarixi  demək  olar  ki,  çıxarılıb.  Bu  isə  müasir  iqtisadi 
təfəkkürün  formalaşmasında  ciddi  maneəyə  çevriləcək.  Tarixi 
dövrləşmələrdə meydana gələn iqtisadi ideya, baxışları, görüşləri, 
fikirləri bilmədən müasir düşüncə tərzinə düzgün yanaşmaq olmaz. 
Elmin tarixini bilmədən, formalaşmış konsepsiyaların mahiyyətini 
dərk  etmədən,  iqtisadi  hadisələrə  düzgün  metodoloji  yanaşmaya 
nail olmaq olmaz. 
İqtisad elminin maraqlı və cəlbediciliyi ondadır ki, meydana 
gələn  hər  bir  konsepsiyaya  qarşı  dərhal  əks  mövqelər  meydana 
gəlməklə  müxtəlif  iqtisadi  cərəyanlar,  məktəblər,  konsepsiyalar 
formalaşır,  inkişaf  edir  və  ayrı-ayrı  dövrlərdə  fəaliyyət 
göstərməklə, 
zamanın 
sınağında 
öz 
üstünlüklərini 
və 
çatışmazlıqlarını  əks  etdirir.  İqtisad  elminin  nəzəri  əsasları  və 
prinsipləri «İqtisadi təlimlər tarixi» fənni çərçivəsində formalaşmış 
və inkişaf edərək, bu günləri dünyanın demək olar ki, bütün iqtisad 
yönümlü  tədris  ocaqlarında  fərqli  adlarla  tədris  olunur.  İqtisadi 
baxışlar,  iqtisadi  fikirlər,  iqtisadi  təlimlər,  Qədim,  Orta,  Müasir 
iqtisadi  görüşlər,  Qərb,  Şərq,  Avropa,  Asiya  ölkələrinin  iqtisadi 
fikir təlimləri kimi öyrənilir. Hal-hazırda tətbiq olunan yeni tədris 
planında bu fənnin tədrisi nəzərdə tutulmayıb. 
Bəllidir ki, «İqtisadi təlimlər tarixi» İqtisadi nəzəriyyələrin 
tarixidir.  Onların  meydana  gəlməsi,  formalaşması,  elmi  baxış  və 
müddəaların  şərhi,  alternativ  mövqelərin,  prinsip  və  şərtlərini, 
milli,  əxlaqi,  mədəni,  hüquqi,  psixoloji,  sosial,  siyasi  amillərin 
dəyişilən  iqtisadi  mühitə  olan  təsirini,  cəmiyyətin  inkişaf 
qanunauyğunluqlarım, məhz «İqtisadi təlimlər tarixi» dövrlər üzrə 
öyrəniri  Fundamental  iqtisadi  biliyin  əldə  olunmasında, 
məqssgyıörö^ışfeıjı^^qjq^^PnŞ^arıl- 
 
17 . 


masında  «İqtisadi  təlimlər  tarixi»nin  rolu  danılmazdır.  İqtisadi 
təlimlər mövcud iqtisadi nəzəriyyələrin olduqca məntiqli, yığcam, 
əsaslandırılmış  şəkildə  şərh  və  təsvirini  öyrədir.  Bundan  əlavə, 
İqtisadi  təlimlər  hər  bir  ölkənin  tarixi  inkişafı  prosesində 
formalaşmış,  təşəkkül  tapmış  iqtisadi  fikirlərin  sistemli 
paradiqmasını üzə çıxardır. «İqtisadi nəzəriyyə»nin tarixi səpkidə 
öyrənilməsi  və  ümumbəşəri  dəyərlər  çərçivəsində  milli 
mənafelərin  reallaşmasına  xidmət  göstərəcək  iqtisadi  fikirlərin 
tədrisinə və tədqiqinə böyük ehtiyac duyulur. Bu, həm də ondan 
irəli  'gəlir  ki,  Azərbaycan  iqtisadi  fikrinin  inkişafında  xidməti 
olmuş görkəmli şəxslərin, eləcə də müasir iqtisadi fikrin, xüsusən 
də  Ümummilli  Lider  Heydər  Əliyevin  iqtisadi  baxışlarının 
öyrənilməsi,  dövlətçilik  və  iqtisadi  idarəetmə  sahəsindəki 
görüşlərinin  mənimsənilməsi  xüsusi  aktuallıq  daşıyır.  Varislik 
prinsipinə  əsaslanaraq  qeyd  etmək  olar  ki,  Azərbaycan  iqtisad 
elminin  inkişafında  xidməti  olmuş,  elmi  irslərini  bizlərin 
təfəkkürümüzün 
zənginləşməsinə 
yönəltmiş, 
böyük 
mütəfəkkirlərimizin,  eləcə  də  müasir  dövrdə  fəaliyyət  göstərən 
aparıcı  iqtisadçı  alimlərimizin  gələcək  nəslin  sərəncamına 
ötürülməsi  işində  sözsüz  ki,  İqtisadi  təlimlər  tarixi  əvəzsiz  rol 
oynayacaqdır. 
İqtisad  elminin  statusunu  onun  ad  və  dərəcələrini 
daşıyanların simasında yüksəltmək olar. Hər zaman elm və tədris 
işçilərinə qayğı olmalı, elmi adların maddi tutumu yüksəlməlidir. 
Stimullaşma prosesi bu sahəni birmənalı şəkildə əhatə etməlidir. 
Elmi  ad  və  dərəcə  alanların  sosial  təminatı,  heç  olmazsa,  dövlət 
qulluğunda çalışanların III dərəcəli qulluqçularla eyniləşdirilməsi 
məqsədəuyğun  olardı.  Çünki  onlar  insan  kapitalının  əsas 
daşıyıcılarıdır. 
18 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə