Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə13/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   233
Bazar 1

FUNDAMENTAL İQTİSAD 
ELMİNƏ ÜMUMİ GİRİŞ 
«Kim ki, iqtisad elmini yeni 
öyrənməyə başlayır mən onlara 
yalnız qibtə edirəm». 
Pol Samuclson. Nobel mükafatı 
laureatı, Kembric, Massaçusets 
avqust 1994. P.Samuelson, VUyam 
D.Nordxaus «Ekonomika», 
Moskva, 1997, səh. 36 
Həyatın axarı ilə inkişaf edən və daima dinamik xarakterli və 
gənc  görünən  iqtisad  elmi,  müasir  dünyada  mövcud  olan 
sivilizasiyanın 
ümumibəşəri 
xarakterini 
əks 
etdirən 
ictimai-humanitar elmlərin kəsiyindən meydana gəlmişdir. İqtisad 
elmi  öz  mahiyyəti  etibarilə  fundamental,  funksional  və  sahəvi 
xarakter daşımaqla dünyada baş verən dəyişikliklərin məzmununu
ayrı-ayrı  ölkələrin  tərəqqisi  və  geriliyinin  səbəblərini,  xalqların 
sərvət  və  nemətlərinin  mənbəyini,  qeyri-  bərabər  inkişafın 
qanunauyğunluqlarını  əks  etdirir.  İqtisad  elmi  öz  inkişafında 
merkantilizm,  fıziokratizm,  klassik  sistem  və  müasir  mərhələləri 
əhatə  etməklə  ümumbəşəri  dəyişikliklərin  mahiyyətini,  iqtisadi 
nəzəriyyə  ilə  açıqlamışdır.  Çünki  iqtisad  elminin  sistemli 
xarakterdə  formalaşması  və  inkişafı  nəzəriyyə  xarakterli  «Siyasi 
iqtisad», 
«İqtisadiyyatın 
prinsip- 
ləri», 
«Ekonomiks», 
«İqtisadiyyat»,  «İqtisadi  nəzəriyyə»  fənlərinin bilavasitə təşəkkül 
tapması ilə əlaqədar olmuşdur. 
Cəmiyyətin  iqtisadi  həyatı  canlı  orqanizm  kimi  daima 
inkişafda  olmaqla  təkamüllü  yolun  başlanğıcını  «İqtisadi  nə- 
zəriyyə»dən  götürməlidir.  Düzdür,  «İqtisadi  nəzəriyyə»  ifadəsi 
bazara  keçidin  ilk  dövrlərindən  başlayaraq,  hazırkı  vaxta  qədər 
çoxlarını  «qıcıqlandırsa»  da,  lakin  bu  bir  həqiqətdir  ki, 
iqtisadiyyatın, təsərrüfatçılıq sisteminin inkişafı 


özü-özlüyündo  deyil,  müəyyən  qaydalar,  prinsiplər,  funksiyalar, 
qanunauyğunluqlar  çərçivəsində,  ümumi  nəzəri-metodoloji 
yanaşmalar vasitəsilə baş verir. Bu baxımdan «İqtisadi nəzəriyyə» 
dünya təsərrüfat sisteminin çevik təkamülünə səbəb olan vasitələri, 
imkanları, üsulları üzə çıxarmaqla, yeni ideyaların, konsepsiyaların 
meydana gəlməsinə təkan verir. Ona görə də müasir iqtisad elminin 
öyrənilməsi, mənimsənilməsi və dərk olunması, hansı 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə