Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə22/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   233
Bazar 1

qarşıhqh  əlaqəsi 
xüsusi rola malik olur. Yəni iqtisadi davranışın əsas şərti insanların 
qarşılıqlı əlaqə və asılılığı şəraitində baş verir. 
Qeyd  olunduğu  kimi,  iqtisadi  subyektlərin  fəaliyyətinin 
mikrosəviyyəli  təhlili,  onların  istehsal  həcmi,  satış,  alış,  qazanc, 
məsrəf, mənfəət, itki və s. istiqamətlərdə baş verən davranışları ilə 
əlaqədardır. Belə davranış qaydaları əmtəə və xidmətlərin hərəkəti 
ilə  bağlı  olub,  külli  miqdar  iqtisadi  subyektlərin  qarşılıqlı 
əlaqəsindən  irəli  gəlir.  İqtisadi  subyektlər  müxtəlif  fərdlərdən, 
qruplardan ibarət olaraq iqtisadi həyatda özlərini əsasən aşağıdakı 
kimi əks etdirirlər: 

 
Ev təsərrüfatı; 

 
Firma; 

 
Bank; 

 
Dövlət. 
Ev  təsərrüfatı  dedikdə  bunlar  iqtisadi  vahidlər  olmaqla, 
iqtisadiyyatın istehlak sferasında fəaliyyət  göstərən bir və  ya bir 
neçə  şəxs  başa  düşülür.  O,  əsasən  özünün  və  ailə  üzvlərinin 
istehsal  və  təkrar  istehsalına  təminat  verən  qərarların  qəbul 
olunmasına  üstünlük  verir.  Həm  də  istehsalın  bu  və  ya  digər 
amillərinin sahibi kimi şəxsi tələbatının maksimum ödənilməsinə 
cəhd göstərənlərdir. 
Firma  (müəssisə)  --  dedikdə  isə  istehsal  amillərindən 
istifadə etməklə satış məqsədi ilə məhsul istehsal edib, maksimum 
gəlir və ya mənfəət əldə etmək məqsədilə müstəqil qərarlar qəbul 
edənlərdir.  Özünün  və  ya  borc  götürdüyü  kapital  hesabına  işini 
təşkil etməklə risk və məsuliyyətə məruz qalır. Əldə etdiyi mənfəət 
şəxsi tələbatı ödəməklə istehsalın genişlənməsinə yönəldilir. 
Bank  -  müxtəlif  iqtisadi  fəaliyyətlə  məşğul  olan  iqtisadi 
subyektlərin  normal  fəaliyyətinə  təminat  verən  pul-  kredit 
təşkilatıdır. 
Dövlət  -  müxtəlif  hökumət  təşkilatları  simasında  çıxış 
edərək  iqtisadi  subyektlərin  normal  fəaliyyətinə  təminat  verən 
siyasi və hüquqi hakimiyyətdir. Həm iqtisadi 
30 


subyektlərin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin normal 
reallaşdırılmasına nəzarət edir. 
Beləliklə,  mikroiqtisadiyyat  ev  təsərrüfatı,  firmaların, 
bankların,  dövlətin  qarşılıqlı fəaliyyətinin  mövcudluğu şəraitində 
baş verən iqtisadi davranış qaydalarını öyrənir. 
İqtisadi nəzəriyyənin müstəqil sahəsi kimi mikroiqti- sadi 
münasibətləri  öyrənən  A.Smit  və  klassik  məktəbin  digər 
nümayəndələri  olmuşdur.  Onlar  müstəqil  və  təcrid  olunan 
istehsalçı  və  istehlakçıların  bazar  davranışlarını  öyrənmişlər. 
Müəssisəni mikroiqtisadiyyatm mənbəyi hesab etmişlər. Bununla 
da  iqtisadi  sistemin  xarakterizə  olunması,  müəssisə  şəraitində 
mənfəətin əldə olunması imkanları mümkün olmuşdur. Sahibkarlar 
təbəqəsinin  əmələ  gəlməsi  ilə  müəssisələrin  sayının  artması, 
mənfəət  səviyyəsinin,  məhsulun  keyfiyyətinin  minimum  xərcə 
yüksəldilməsi  mümkün  olmuşdur.  Beləliklə,  müəssisənin  daxili 
“endeqon” amillərinin öyrənilməsi və təhlili hesabına strukturunun 
dəyişilməsi  sahibkarlıq  fəaliyyətinin  istehsal  amillərindən  daha 
səmərəli istifadə etmək istiqamətini müəyyən etmişdir. 
XVII-XIX  əsrlərdə  formalaşmış  mikroiqtisadi  nəzəriyyə 
sənaye  cəmiyyətinin  tələblərinə tam cavab verirdi.  Çünki  burada 
təkmil  rəqabət  mühitinə  söykənən  ayrı-ayrı  fərdlərin  və 
sahibkarların  qərarlar  qəbul  etmək  imkanları  var  idi.  Lakin  belə 
nəzəriyyə  artıq  XX-XXI  əsrin  yeni  tələblərinə  cavab  vermək 
iqtidarında  deyil.  Artıq  kapital  fərdi  simasını  dəyişib  ictimai 
xarakter  almışdır.  Həm  də  kapitalın  mər-  kəzləşməsi  və 
təmərküzləşməsi ilə iri inhisar birlikləri meydana gəlməklə təkmil 
rəqabət,  qeyri-təkmil  rəqabətə  keçmişdir.  Belə  şərait  dövlətin 
iqtisadiyyata müdaxiləsini əsaslandırmışdır. Ona görə də inhisarçı 
kapitalizm şəraitində bütün iqtisadi prosesləri, davranış qaydalarını 
fərdi  müəssisə  səviyyəsində,  yəni  mikrosəviyyədə  şərh  etmək 
mümkün deyildir. 
Bu  baxımdan  ictimai  kapitalın  təkrar  istehsalı  bütün  ölkə 
müəssisələrinin ümumi milli məhsulunun və milli 
31 


gəlirinin  dövranı,  iqtisadi  artımı,  məcmu  tələb  və  təklifi,  ümumi 
qiymət  səviyyəsi  və  əhalinin  məşğulluğuna  cavab  verən  nəzəri 
təhlilə ehtiyac meydana gəldi. Bu ehtiyac da özünü artıq XX əsrin 
40-cı  illərində  özünə  nəzəri  ad  almış  mak-  roiqtisadiyyat  oldu. 
Nəzəri təhlilin əsasını 1936-cı ildə “Məşğulluğun, faizin və pulun 
ümumi  nəzəriyyəsi”  adlı  əsərini  dərc  etdirən  C.M.Keyns  qoydu. 
Daha sonralar makroiqtisadi nəzəriyyənin inkişafında V.Oykenin, 
C.Byuknenin,  M.Frid-  menin,  V.Leontyevin,  C.Robinsonun, 
P.Samuelsonun,  R.Lukasın,  C.Stiqlisin  böyük  xidmətləri 
olmuşdur. 
Göstərməliyik  ki,  mikroiqtisadi  nəzəriyyənin  inkişafına 
əsasən neoklassik məktəbin nümayəndələri A.Marşallın, Piqunun, 
C.Klarkın neoliberal məktəbin nümayəndələri Mitesin, F.Xayekin, 
Xiksin  və  digərlərinin,  o  cümlədən  azad  bazar  sahibkarlığının 
tərəfdarları R.Kouzun, O.Nortun və digərlərinin tədqiqatlarında öz 
əksini tapmışdır. 
Müasir iqtisadi nəzəriyyəçilərdən Q.Menkyu və digərləri 
çox  hallarda  mikro  və  makroiqlisadiyyatın  vəhdət  şəklində 
öyrənilməsinə xüsusi üstünlük verirlər. Belə bir qarşılıqlı əlaqə və 
asılılıqlar daima təkrarlanmaqla davamlı xarakter almaqla iqtisadi 
davranışın əsaslandığı norma və qaydalara əsaslanan və cəmiyyət 
səviyyəsində qəbul olunan aktların əmələ gəlməsinə səbəb olur. Bu 
qaydalar  normalar,  aktlar  müvafiq  institutlar  şəklində  mövcud 
olub, həm iqtisadi, həm də sosial sistemlərin formalaşmasına səbəb 
olmaqla  bütövlükdə  iqtisadi  davranışın  əsasını  təşkil  edir. 
Davranış  qaydalarının  müəyyən  olunması  hər  bir  iqtisadi  sistem 
üçün əsas olan baza prinsiplərinə əsaslanır. Burada baza prinsipi 
kimi aşağıdakıları qeyd etmək olar. 

 
xüsusi mülkiyyətin səviyyəsi

 
rəqabətin aparılması mühiti; 

 
iqtisadiyyatın açıqlıq dərəcəsi; 

 
iqtisadiyyata dövlət müdaxiləsinin həddi. 
Bu  prinsiplərdən  asılı  olaraq  iqtisadi  sistemlərdə  bazar, 
mülkiyyət və dövlət institutlarının formalaşması 
32 


bilavasitə mikroiqtisadi səviyyədə iqtisadi fəaliyyətin səviyyəsinə 
təsir göstərir. Beləliklə, qeyd etmək olar ki, mikro- iqtisadiyyatın 
obyekti  insanların  iqtisadi  fəaliyyəti  və  onların  qarşılıqlı  əlaqəsi 
şəraitində meydana gəlir. 
İqtisadi  problemləri  onların  mövcud  fəaliyyət  göstərən 
islahatlar  vasitəsilə  həll  olunması  təşkil  edir.  Beləliklə, 
mikroiqtisadiyyatın obyektini müəyyən etməklə onun pred- metini 
müəyyən etmək olar. Mikroiqtisadiyyatın predmetinə aşağıdakılar 
daxildir: 

 
iqtisadi fəaliyyət; 

 
iqtisadi subyektlər
® iqtisadi nemətlər. 
İqtisadi fəaliyyət dedikdə mövcud iqtisadi subyektin qəbul 
etdiyi  müəyyən  qərarların  sonradan  həyata  keçirilməsi  başa 
düşülür. Göstərmək lazımdır ki, müasir mikroiqtisa- diyyatm əsas 
məqsədlərindən biri qəbul olunan qərarların tətbiq olunma prosesi 
ilə  əlaqədardır.  Bununla  əlaqədar  qeyd  etmək  olar  ki, 
mikroiqtisadiyyatın predmeti iqtisadi subyektlərin maddi nemət və 
xidmətlərdən istifadə olunması ilə əlaqədar qəbul olunan iqtisadi 
qərarların həyata keçirilməsi prosesinin öyrənilməsindən ibarətdir. 
İqtisadi  subyekt  dedikdə  iqtisadiyyatda  sərbəst  fəaliyyət 
göstərən  müxtəlif  vahidlərin  təcəssümüdür.  Belə  vahidlər  kimi 
həm  ayn-ayn  adamları,  onların  qruplarını,  birliklərini  nəzərdə 
tutmaq  olar.  İqtisadi  subyektlərin  bir  qayda  olaraq,  iqtisadi 
məqsədlərinə  nail  olması  üçün  fəaliyyət  prosesi  nəzərdə  tutulur. 
Bütün iqtisadi subyektlər nəticə etibarilə ümumi iqtisadi prosesin 
nəticəsi  kimi  özünü  əks  etdirir.  Belə  ki,  iqtisadi  subyektlər  öz 
fəaliyyəti şəraitində həm istehsalçı, həm do istehlakçı ilə qarşılıqlı 
əlaqə  və  asılılıq  kimi  çıxış  edir.  Çünki  bir  tərəfidə  o  istehsalçı 
olmaqla  digərlərin  istehsalını  ödəyən  kimi  çıxış  edir.  Başqa 
şəraitdə  isə  o  istehlakçı  kimi  başqalarının  istehsalının  nəticəsini 
mənimsəyir.  Bütövlükdə  istehsalçıların  və  istehlakçıların  iqtisadi 
fəaliyyətinin obyekti nemətdir. Nemət dedikdə, bu, maddi və 
33 


qeyri-maddi  xarakterli  hər  hansı  predmet  olmaqla  istehlakçının 
müəyyən tələbatını ödəyən və  ya istehsalçının müəyyən məqsədi 
üçün istifadə olunan vasitələrdir. Nemət əşya kimi malik olmaqla 
müəyyən  xassələrə  də  malikdir.  Bazar  iqtisadiyyatı  şəraitində 
nemətlər istifadə olunması xassələrinə görə əmtəə və xidmətlərə, 
növünə görə isə iki tipə bölünürlər: 
• istehsal resurslarına; 
® istehlak nemətlərinə. 
Mikroiqtisadi  tədqiqatlar  iqtisadi  subyektlərin  iqtisadi 
fəaliyyətləri  ilə  iqtisadi  nemətlərdən  istifadə  olunması 
mexanizmini  əks  etdirir.  Burada  fərqli  cəhət  ondan  ibarətdir  ki, 
iqtisadi  subyektlər  öz  iqtisadi  fəaliyyətlərində  müstəqildirlər  və 
sərbəst  qərar  qəbul  etməklə  öz  iqtisadi  fəaliyyətlərini  qururlar. 
Belə bir şəraitdə bütün iqtisadi subyektlərin qarşılıqlı fəaliyyətləri 
baş  verir.  Bir  cəhəti  xüsusi  qeyd  etmək  lazımdır  ki,  iqtisadi 
subyektlər  öz  fəaliyyətində  rasio-  nallığa,  yəni  daha  çox  səmərə 
əldə  etməyə  üstünlük  verirlər.  Bununla  əlaqədar  olaraq  iqtisadi 
subyektlərin davranışında çevik və ardıcıl fəaliyyət baş verir. 
İqtisadi  subyektlər  öz  fəaliyyətləri  ilə  müəyyən 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə