Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə11/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   233
Bazar 1

İDARƏETMƏNİN ƏSASLARI ...........  
373
 
15.1.
 
İdarəetmə sistemi və onun normal fəaliyyətinin 
prinsipləri ...............................................................  
373
 
15.2.
 
Firmanın səmərəli fəaliyyətinin idarə 
olunmasında marketinqin yeri .............................  
378
 
15.3.
 
Menecmentin iqtisadi mexanizminin prinsipləri, 
funksiyaları və metodları ......................................  
388
 
İstifadə olunan ədəbiyyat ...............................................  
395
 


GİRİŞ 
Müasir  dünyada  siyasi,  iqtisadi,  sosial,  hüquqi,  mənəvi, 
mədəni,  əxlaqi  və  s.  sahələrdə  baş  verən  dəyişikliklər,  həmçinin 
yeni  minilliyin  ilk  yüzilliyi  insanların  təfəkkür  tərzinin  də 
mütərəqqi  meyillərin  baş  verməsinə  təkan  verir.  Elmin  bütün 
sahələrinə  informasiya-kommunikasiya  prosesləri  ciddi  təsir 
göstərməklə, iqtisadiyyat sahəsində də keyfiyyət  dəyişikliklərinin 
həyata keçirilməsini tələb edir. 
Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev  2009-cu  il 
noyabr  ayının  2-də  BDU-nun  90  illik  yubileyindəki'çıxışında 
ölkəmizin  iqtisadiyyatında  keçid  dövrünün  başa  çatdığını  bəyan 
etmişdir.  Tarixi  əhəmiyyətli  bu  bəyanat  «cəmiyyətin  elmi  və 
intellektual  elita  qarşısında  çox  ciddi  fundamental  xarakterli 
məsələlər  qoyur».  Bunlardan  ən  başlıcası  keçid  iqtisadiyyatı 
sisteminin  başa  çatması  meyarlarını  qiymətləndirməkdən,  bazar 
sisteminin  ilkin  mərhələsində  meydana  çıxacaq  strateji  xarakterli 
iqtisadi  problemləri  müəyyənləşdirməkdən  ibarət  olacaqdır.  Bu 
istiqamətdəki 
konseptual 
xarakterli 
məsələlərin 
həyata 
keçirilməsində ictimai elmlərin tərkib hissəsi hesab olunan iqtisadi 
nəzəriyyənin  qarşısında  çox  ciddi  vəzifələr  durur.  Azərbaycan 
Respublikası  Prezident  Administrasiyasının  rəhbəri  akademik 
Ramiz  Mehdiyevin  «İctimai  və  humanitar  elmlər:  zaman 
kontekstində  baxış»  adlı  məqaləsi  yeni  iqtisadi  sistemin 
formalaşmasının  intensiv  xarakter  alması  üçün  «elmdə,  təhsildə, 
ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmahdır» ifadəsi, 
sözün  həqiqi  mənasında,  cəmiyyətin  həyalında  ictimai  və 
humanitar elmlərin rolunun, yerinin, nüfuzunun və əhəmiyyətinin 
üzə çıxarılması istiqamətində təxirəsalınmaz çağırışdır. Son 20-25 
illik  dövrdə  ictimai  elmlər  sahəsində  canlı  diskussiyaların 
olmaması  qeyd  olunmaqla,  belə  mövqenin  nəinki  ictimai  elmin 
özünə, eləcə də bu sahədə çalışan mütəxəssislərə, nəticə etibarilə 
milli ideologiyaya, milli təfəkkür tərzinə mənfi təsiri 


göstərilmişdir.  İctimai  elmlərin  nüfuzunun  azalması,  obyektiv 
təhlilin nəzəri ümumiləşmələrin aparılmasına olan ehtiyacı demək 
olar  ki,  aradan  qaldırılmışdır.  Ona  görə  də  məqalədə  yerindəcə 
qeyd  olunur  ki,  «İctimai  elmlər  öz  mənbəyini  məhz  gerçəkliyin 
obyektiv şərhindən və təhlilindən alır». 
«Həddən  ziyadə  vaxt  itkisinə  yol  verilmişdir»  ifadəsini 
əsas  götürməklə  qeyd  etmək  istərdik  ki,  müstəqillikdən 
bəhrələnərək  iqtisadi  nəzəriyyənin  milli  iqtisadi  ideologiyanın, 
iqtisadi  inkişafın  milli  modelinin  formalaşmasının  nəzəri 
əsaslarının  və  prinsiplərinin  üzə  çıxarılmasında  müstəsna  rolu 
vardır.  Varisi  olduğumuz  müasir  iqtisadi  həyatın  daha  da 
zənginləşdirilməsi  üçün  iqtisad  elminin  oynadığı  rolun  əhə- 
miyyəti,  dərc  olunan  məqalənin  ümumi  ruhundan  irəli  gələn 
müddəalar  çərçivəsində  xeyli  yüksəldiyi  görünür.  Ona  görə  də 
ictimai  elmlər,  o  cümlədən  iqtisad  elminin  öyrənilməsinə  və 
tədqiqinə olan münasibət tamamilə dəyişdirilməlidir: 
-
 
təhsil  müəssisələrinin  ixtisas  profilinə  uyğun  ictimai  və 
humanitar  elmlərin  dərs  yüklərinin  uyğun  və  münasib  şəkildə 
artırılmasına yenidən baxılmalı; 
-
 
fundamental  iqtisad  elminin  əsasını  təşkil  edən  iqtisadi 
nəzəriyyənin tədqiqi və tədrisi yeni tələblərə uyğunlaşdırılmalı; 
-
 
ölkənin  orta  məktəblərində  «İqtisadiyyatın  əsaslan» 
fənninin  tədrisi  üçün  İqtisadi  nəzəriyyə  ixtisasında  təhsil  alacaq 
tələbələrin sayı artırılmalı; 
-
 
baza  iqtisad  təhsili  olmayanların  iqtisad  elminə  gəlişi 
məhdudlaşdırılmalı, tədqiqatçıların məsuliyyəti yüksəlməli
-
 
ictimai və humanitar elm sahəsində çalışan və elmi ad və 
dərəcə alanların sosial statusları artırılmalıdır. 
İqtisadi  nəzəriyyə  ixtisasının  ümumi  iqtisadiyyat 
istiqamətindəki  dövlət  standartı,  digər  ictimai-humanitar  fənlərdə 
olduğu kimi müəyyənləşdirilməlidir. 
İqtisad elmindəki mövcud vəziyyət bütövlükdə qənaətbəxş 
hesab olunmadığından və istiqamətləndirici cəhət kimi  «keçirilən 
iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqti 


sadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmahdır» fikrinə 
əsaslanaraq  demək  olar  ki,  müasir  və  strateji  iqtisadi  inkişafı 
əsaslandıran nəzəri xarakterli elmi-tədqiqat işləri mərkəzləşdirilmiş 
şəkildə  dövlət  sifarişləri  kimi  büdcə  xarakterli  elmi-tədqiqat 
işlərinin  əsasında  durmalıdır.  AMEA-nm  nəzdində  fəaliyyət 
göstərən Elmi Əlaqələndirmə Şurasına həm tədqiqat institutlarında, 
həm  də  universitetlərin  müvafiq  ictimai-humanitar  kafedraları 
çərçivəsində 
problemin 
həlli 
istiqamətlərinin 
müəyyonləşdirilməsində ehtiyac duyulur. 
Eyni zamanda çox düzgün olaraq qeyd olunur ki, «Müasir 
dünya  iqtisadiyyatının  problemlərini,  ümumi  inkişaf  meyillərini 
bilmədən ölkə iqtisadiyyatına və iqtisadiyyat elminə töhfə vermək 
çətindir».  Ona  görə  də  dünya  iqtisadiyyatı  kontekstində 
Azərbaycan  iqtisadiyyatının  inkişaf  xüsusiyyətlərinin  artım 
sürətinin  mahiyyətinin,  milli  iqtisadi  modelin  məzmununun 
nəzəri-metodoloji  baxımdan  qiymətləndirilməsi  biz  iqtisadçıların 
qarşısında  taleyüklü  problemləri  qoyur.  Burada  cənab  Prezident 
İlham  Əliyevin  «ölkəmizdə  keçid  iqtisadiyyatının  başa  çatdığı» 
bəyanatını nəzərə alsaq, XXI əsrin ilk onilliyinə təsadüf edən yeni 
iqtisadi  konsepsiyanın  nəzəri  və  metodoloji  baxımdan 
qiymətləndirilməsi  baxımından  iqtisadçı-alimlər  qarşısında 
tamamilə fərqli tədqiqatların, elmi əsaslandırmaların aparılmasını, 
ictimaiyyət və təhsil auditoriyalarında qeyri-standart mühazirələrin, 
məruzələrin oxunmasını tələb edir. 
İqtisad  elmi  tarixi  inkişafın  bütün  mərhələlərində  faydalı 
fəaliyyət  kimi  qəbul  edilərək,  «ev  təsərrüfatının  idarə 
olunmasından»  başlayaraq  dünya  ölkələrində  sərvətin  mənbəyi, 
iqtisadi  quruluşun  mahiyyəti,  iqtisadi  sistemin  səmərəliliyi, 
qeyri-bərabər  inkişafın  mənbəyi,  nemətlərin  əldə  olunması 
vasitələrinin tətbiqi, istifadəsi, seçilməsi, qərarların qəbul olunması 
ilə  əlaqədar  insanların  davranış  qaydalarını  öyrənmişdir.  Bu 
baxımdan  qeyd  etmək  olar  ki,  «İqtisadi  nə-  zəriyyə»  insanların 
sərvət  və nemətlərin  əldə olunması ilə bağlı davranışlarında necə 
varlanmağı deyil, necə normal ya 


şamağı  öyrədir.  Dünyanın  on  qabaqcıl  iqtisadi  məktəb 
nümayəndələri, ən aparıcı, hətta Nobel mükafatı almış iqtisadçılar 
belə  dünya  ölkələrinin  inkişaf  qanunauyğunluqlarının  hazır 
reseptlərini  vermək  iqtidarında  deyillər.  Çünki  klassik  məktəb 
nümayəndələrindən 
tutmuş, 
bugünkü 
müasir 
məktəb 
nümayəndələrinin  hər  birinə  qarşı  müxtəlif  iradlar  mövcuddur. 
Hətta,  2008-ci  ildəki  dünya  maliyyə  və  iqtisadi  böhranın  baş 
verməsinə  qədər  bazar  sisteminin  liberal  modelinin  tərəfdarları 
olan  ən  məşhur  iqtisadçıların,  habelə  müasir  «Ekonomiksin» 
müəlliflərinin fikirləri məntiqsizliyə uğradı. Lakin bu ümumi elmi 
dünyagörüşə,  məntiqi  nəticələrdən  imtinaya,  ictimai-sosial 
elmlərin  əhəmiyyətsizliyinə  gəlirib  çıxarmamalıdır.  Dünyada 
iqtisadi  sahədə  baş  verən  dəyişikliklərin  ardıcıl,  əsaslandırılmış 
izahını «İqtisadi nəzəriyyə»nin ya tam halında, ya da onun mikro, 
makro,  mezo,  medo,  meqo  bölmələri  üzrə  yeniləşmiş  məzmun 
çərçivəsində  öyrənilməsi  və  tədrisi  verə  bilər.  Burada  əlbəttə 
yeniləşmə  konsepsiyasının  mahiyyətinin  dərk  olunması  üçün 
mütləq  əvvəlki  dövrlərdə  mövcud  olmuş  fikirlərə,  cərəyanlara, 
nəzəriyyə  və  məktəblərə  xas  təlimlərin  mahiyyətini  öyrənmək 
lazımdır.  Ümumibəşəri  iqtisadi  dəyərlərin  mahiyyətini,  şərhini 
verən «İqtisadi nəzə- riyyə»nin hər bir bölməsi müasirliyi keçmişin 
kontekstində  irəlicədən  görmək  imkanını  yaratmaqla  hər  kəsdə 
dəyişilən  şəraitə  uyğun  gələn  qərarların  qəbul  etməsinə, 
yeniləşmələrə xas davranışa malik olmasına imkan yaradır. 
Hazırda  Azərbaycanda  «İqtisadi  nəzəriyyə»,  «Eko- 
nomiks» kursu istiqamətində öyrənilir ki, bu da Qərbdə, xüsusən 
Amerika  iqtisadçılarının  dərc  etdirmiş  olduqları  «Eko-  nomika», 
«Ekonomiks»,  «Ekonomiksin  prinsipləri»  adları  ilə  tanınan 
dərsliklərin geniş oxucu kütləsi arasında yayılması ilə əlaqədardır. 
Lakin,  heç  də  «İqtisadi  nəzəriyyə»  məfhumundan  imtina  edib 
«Ekonomiks»  ifadəsindən  istifadə  etməklə  əslində  mənasız  bir 
addım  atılardı.  Çünki  «İqtisadi  nəzə-  riyyə»  təkcə  ekonomiksin 
tədqiqat  predmetinə  daxil  olan  maliyyə,  bank  işi,  menecment, 
beynəlxalq iqtisadi münasibətlər. 
10 



firma, mühasibat, sığorta işi, biznes, kommersiya və gömrük işini 
öyrənənlərin  tələbatını  ödəməklə,  eyni  zamanda  ümumi  iqtisadi 
problemlərin  mahiyyətini,  dünyada  gedən  dəyişikliklərin  iqtisadi 
əsasını,  Azərbaycanda  formalaşmaqda  olan  bazar  sisteminin 
mahiyyətini, 
milli 
mənafe 
və 
ideologiya 
baxımından 
qiymətləndirilməsini,  həm  də  elmin  inkişaf  qanunlarının, 
metodoloji 
əsaslarının, 
iqtisadi 
fikir 
nailiyyətlərinin 
əlaqələndirilməsi  baxımından  öyrənir.  Digər  tərəfdən  dünyanın 
qlobal  iqtisadi  problemi  olan  yoxsulluğun  yayılması  və 
genişlənməsi, varlı və kasıb ölkələr arasındakı fərqin dərinləşməsi
təbii  resursların  sıradan  çıxması,  bir  sıra  ölkələrin  xammal 
hasilatçısma  çevrilməsi,  enerjidaşıyıcılarının  milli  iqtisadiyyatlar 
üçün  törədə  biləcəyi  fəsadları  və  s.  Problemlərin  həlli  yolunu 
«İqtisadi nəzəriyyə» müəyyənləşdirə bilər. Ona görə də  «İqtisadi 
nəzəriyyə»  məfhumu  oxucuya,  həm  iqtisadiyyata  baxışların 
təkamülü,  ümumbəşəri  dəyərlərdən  müasir  vəziyyətin  düzgün 
qiymətləndirilməsi,  müxtəlif  ölkələrdə  gedən  iqtisadi  proseslərin 
əlaqələndirilməsi, həm də ekonomiksin mikro və makro səviyyədə 
öyrənilməsi  üçün  maraqlı  görünə  bilər.  Nəzərə  almalıyıq  ki,  biz 
ayrı-ayrılıqda  nə  ABŞ-ın,  nə  Almaniyanın,  nə  Yaponiyanın,  nə 
Malayziyanın,  nə də Səudiyyə  Ərəbistanının və s. iqtisadiyyatını 
öyrənirik. Lakin biz İngiltərə və Fransada təşəkkül tapmış klassik 
iqtisadi  nəzəriyyəyə  söykənərək,  müasir  bazar  sisteminin 
formalaşması  qanunauyğunluqlarını,  onun  mikro  və  makro 
səviyyədəki  fəaliyyət  prinsiplərini,  ayrı-ayrı  iqtisadi  anlayışların 
məzmununu,  müxtəlif  bazar  struktur  və  modellərində  baş  verən 
dəyişikliklərin  mahiyyətini  əks  etdirən  informasiya  mənbələrini 
öyrənirik.  Eyni  zamanda  «İqtisadi  nəzəriyyə»  bütövlükdə  iqtisad 
elminin 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə