Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə19/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   233
Bazar 1

Metodologiya 
-  metodlar 
haqqında  elm  olub  iqtisadi  təfəkkürün  forma  və  üsullarının 
qurulması  prinsiplərini  əhatə  edir.  İqtisadi  inkişafın  həqiqi 
meyarlarının  üzə  çıxarılması  və  dərk  olunmasında  bir  neçə 
metodoloji yanaşmanı qeyd etmək olar: 

 
subyektiv yanaşma - burada əsas yanaşma kimi tələbat və 
faydalılıq  götürülərək  iqtisadi  subyektlərin  seçiminin  mütləq 
müstəqilliyi önə çəkilir

 
neopozitivist-empirik yanaşma - burada iqtisadi hadisələrin 
daha  dəqiq  öyrənilməsi  üçün  riyazi  üsuldan,  kibernetikadan, 
ekonometrikadan  istifadə  edilir.  Müxtəlif  növ  iqtisadi  modellər 
əsasında  iqtisadiyyatı  mikroiqtisadiyyat  və  makroiqtisadiyyat 
səviyyəsində öyrənməyi əsas götürür; 

 
rasionalist  yanaşma  -  burada  əsas  diqqət  iqtisadi  sistemin 
rasionaİLSt  qanunlannm  müəyyənləşdirilməsinə,  dəyərdən, 
qiymətdən, iqtisadi qanunlardan istifadə olunmasına verilir; 

 
dialektik  yanaşma  -  burada  iqtisadi  hadisələrin  daima 
hərəkətdə  olması  əsas  götürülür.  İqtisadi  problemlərin  daxili 
əlaqələrindən  irəli  gələn  obyektiv  təhlilin  aparılması  yeganə 
düzgün yol hesab olunur. 
Göstərilən bu yanaşmalar real iqtisadi proseslərin nəzəri dərk 
olunması ilə yanaşı, həm də onların praktiki vəziyyətinin müşahidə 
olunmasına da imkan yaradır. İqtisadi praktika, iqtisadi fəaliyyətin 
üsulu olub, nəzəri əsaslanmaların nəticəsi kimi əks olunur. 
25 


Bütün 
bu 
deyilənlər 
iqtisadi 
nəzəriyyənin 
əsas 
funksiyalarının müəyyən olunmasına imkan yaradır: 

 
dərketmə  funksiyası;  burada  tarixi  inkişafın  dövrloş- 
mosinə  xas  olan  maddi  nemət  və  xidmətlərin  istehsalı,  bölgüsü, 
mübadiləsi  və  istehlakı  prosesinin  hərtərəfli  və  dərindən 
mənimsənilməsi nəzərdə tutulur

 
tənqidi  funksiya;  burada  iqtisadi  inkişafın  müxtəlif 
təsərrüfatçılıq  şəraitində  iqtisadiyyatın  başlıca  probleminin  həlli 
yollarının üstünlük və çatışmazlıqları göstərilir

 
praktiki funksiya; burada önə, iqtisadi siyasətin əsaslandığı 
nəzəriyyə  ilə  iqtisadi  problemlərin  müəyyənləşdirilməsi  və  həll 
olunması  yollan  çəkilir.  Həmçinin  dövlətin  iqtisadi  siyasətinin 
yeniləşməsindəki  islahatlaşma  prosesinin  ev  təsərrüfatı,  firma  və 
dövlətin özü üçün daşıdığı əhəmiyyət nəzərə alınır; 

 
proqnozlaşdırma  funksiyası;  burada  iqtisadi  proseslərin 
strateji  məzmunu,  ictimai  inkişafın  perspektivi  və  gələcək 
formalarının  müəyyənləşdirilməsi  ilə  əlaqədar  elmi  proqnozların 
işlənib hazırlanması əsas hesab olunur. 
Fundamental 
iqtisad 
elminə 
edilən 
qısa 
girişin 
məzmunundan irəli gələn nəzəri, metodoloji və praktiki məsələlər 
kontekstində olduqca sadə dildə yazılmış, yığcam ifadələr əsasında 
izah  olunan,  çətin  görünən  iqtisadi  proseslərin  öyrənilməsi 
istiqamətinə  yönəldilmiş  dərs  vəsaitidir.  «Mikroiqti-  sadiyyata 
giriş»  təkcə  «İqtisadi  nəzəriyyə»ni  öyrənənlər  üçün  deyil,  eyni 
zamanda  zahirən  sadə  görünən,  lakin  mürəkkəb  və  olduqca 
cəzbedici əks olunan bu elmin sirrini müstəqil öyrənmək istəyənlər 
üçün də müəyyən maraq yaradacaqdır. Bu kitabı oxumaqla siz öz 
dünyagörüşünüzü  genişləndirməklə,  eyni  zamanda  bir  sıra 
müəmmalı  və  izahı  çətin  görünən  iqtisadi,  sosial  və  siyasi 
proseslərin  mahiyyətini  aydınlaşdıra  bilərsiniz.  Həm  də  bir  sıra 
iqtisadi və sosial məsələlərin həlli istiqamətində düzgün, vaxtında 
və əsaslandırılmış və məntiqi qərarların qəbul olunması üçün zəruri 
hesab olunan biliklərin əldə olunmasına nail olacaqsınız. 
26 



Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə