~ 16 ~
ru yüksəldikcə davamlığı azalır.
Dənin bərkliyi, onun xarici təbəqələrinin yerli deformasiyalara
müqavimət qabiliyyəti ilə müəyyən olunur. Onu qabıq və endos-
permanın mikrobərkliyi ilə qiymətləndirirlər. Nəmliyin yüksəlmə-
si, mikrobərkliyi azaltdığı halda, temperaturun düşməsi həmin
göstəricini yüksəldir.
Dənin minerallığı, onda olan mineral maddələrin (kalium,
maqnezium, dəmir, mis və b. oksid və duzları) miqdarı ilə müəy-
yən olunur və faizlə ifadə edilir. Dəndə mineral maddələrin miq-
darı onun sortundan, becərildiyi torpaq-iqlim şəraitindən asılı ola-
raq dəyişir.
Mineral maddələr, dənin müxtəlif anatomik hissələrində qeyri-
bərabər paylanır. Qabıq və aleyron qatı daha yüksək, endosperma
daha az mineral maddələrinə malikdir.
Sortuna görə üyünmə aparıldıqda, bu məsələlər xüsusi əhəmiy-
yət kəsb edir. Çünki buğda ununda mineral
maddələrin yol verilən
miqdarı 0,55%-ə qədərdir. Ona görə də, sortuna görə üyünmə
aparıldıqda endospermanın una maksimum səviyyədə keçməsi,
qabıq və aleyron qatının düzgün ayrılması təmin olunmalıdır. Be-
ləliklə, dənin tərkibində olan mineral maddələrin miqdarı, endos-
permadan qabığın ayrılma dərəcəsinə və alınan unun keyfiyyətinə
qiymət verilməsində böyük əhəmiyyət kəsb edir.
Dənin çörəkbişmə xassələri. Bu xassələrə - kleykovinanın
miqdarı və keyfiyyəti, xəmirin fiziki və kimyəvi xassələri (uzan-
ma qabiliyyəti, qaz saxlaması və qaz yaratma qabiliyyəti və s.),
unun tərkibi, nümunəvi çörək bişirmənin göstəriciləri aiddir.
Dənin texnoloji xassələrini əks etdirən göstəricilər və onların
bir çoxunun təyini sonrakı bölmələrdə geniş şəkildə əks olundu-
ğundan burada onların ətraflı şərhinə ehtiyac görülməmişdir.
1.3. D
ə
n
kütlə
sind
ə
qarışıqların
t
ə
yini
Dənlilərin əsas keyfiyyət göstəricilərindən biri tərkibindəki qa-
rışıqların miqdarının təyinidir. Dənli bitkilərdə hər hansı növ qarı-
şıq olarsa, onlar dənin toxumluq və ərzaq keyfiyyətini aşağı salır.
Qarışıqlar dənin emalını çətinləşdirərək, məhsul çıxımını azaldır
~ 17 ~
və onu saxlanmaya davamsız edir. Qarışıqlar dəndə öz-özünə qı-
zışmanın getməsinə səbəb olaraq nəqliyyatda əlavə ballastdır. Bü-
tün qarışıqlar iki əsas qrupa bölünür:
1. Zibil qarışıqları;
2. Dən qarışıqları.
Öz xüsusiyyətinə və tərkibinə görə əsas dən kütləsi ilə istifadə
edilməyib, atılan qarışıqlara zibil qarışıqları deyilir. Dənlərin tər-
kibində zibillər miqdarına və növlərinə görə müxtəlif olur.
Zibil qarışıqlarının tərkibinə aşağıdakılar daxildir:
1.
Mineral qarışıqlar – torpaq, qum, daş, toz;
2.
Üzvi qarışıqlar – yarpaq, gövdə qırıqları, saman və s.;
3.
Zədələnmiş dənlər – yanmış, kiflənmiş, çürümüş, zərərveri-
cilər tərəfindən
tam zədələnmiş;
4.
Alaq otlarının toxumları;
5.
Dənin emalında və saxlanmasında müxtəlif yollarla oraya
düşmüş metal qarışıqları.
Natamam qiymətli zədələnmiş dənlər dən qarışıqlarına aiddir.
Dən qarışığı aşağıdakı fraksiyalara ayrılır:
1.
Qırılmış və zərərvericilər tərəfindən yeyilmiş dənlər;
2.
İnkişaf etməmiş dənlər;
3.
Cücərmiş dənlər;
4.
Öz-özünə qızışmada və qurutmada yüngülcə yanmış dənlər;
5.
Şaxta vurmuş, deformasiyaya uğramış və qaralmış dənlər;
6.
Əzilmiş dənlər;
7.
Digər bitkilərin toxumları.
Əsas və sağlam dənə aşağıdakı fraksiyalar daxildir:
1.
Sağlam, normal,
dolğun dənlər;
2.
Yüngülcə zədələnmiş və ya qırılmış rüşeymli sağlam dən-
lər.
İşin gedişi: Dövlət Standartında qarışıqları təyin etmək üçün
dənlilərdən aşağıdakı miqdarda çəki götürülür:
Buğda, çovdar, arpa, vələmir, düyü, sorqo – 50 q.
Darı – 25 q.
Atlı lobya, araxis – 200 q.
Qarğıdalı, noxud, lobya (soya, çini, puta) – 200 q.