~ 22 ~
ə qədər yüksəlir. Mütləq çəki dənin un çıxımına müsbət təsir gös-
tərir. Belə ki, mütləq çəki 24,0-37,5 q olduqda, un çıxımı 70,5-
71,2%, mütləq çəki 16-22 q olduqda isə un çıxımı 66,5-69,5%
olur.
Dəndə qarışıqlar təyin edildikdən sonra mütləq çəki təyin edi-
lir.
İşin gedişi: Müəyyən qədər götürülmüş
dənlər seçici taxta üzə-
rinə tökülərək bərabər miqdarda kvadrat formasında düzülür.
Dioqanal şəkilli bölmə yolu ilə 4 üçbucağa ayrılır. Hər üçbucaq-
dan 250 ədəd dən seçilir. Seçilmiş dənlər texniki tərəzidə 0,01 q
dəqiqliyi ilə çəkilir. İki paralel çəki arasında fərq orta çəkinin 5%-
dən artıq olmamalıdır. Əks halda təhlil təkrar edilir. İki nümunədə
1000 ədəd dənin çəkisi toplanır ki, bu faktiki nəmlikdə 1000 ədəd
dənin çəkisi kimi hesablanır.
Quru maddəyə görə hesablamaq üçün aşağıdakı
formuldan isti-
fadə edilir.
,
burada
D – dənin mütləq çəkisi;
A – 1000 ədəd
dənin faktiki nəmlikdə çəkisi;
V – dənin nəmliyi, %-lə.
Dənin keyfiyyət göstəricilərinin təyini üçün lazım olan avadan-
lıqlar:
1.
Dənli bitkilərin müxtəlif növ və sortlarından
nümunələr;
2.
Seçici taxtalar;
3.
Texniki tərəzi və çəki daşları.
1.6. D
ənin şüşə
variliyinin t
ə
yini
Buğda dəni endospermasının konsistensiyasına görə şüşəvari,
bir qədər şüşəvari və unlu ola bilir. Şüşəvari dənlər tamamilə,
yaxud zəif tutqunluqla şüşəvari endospermaya və həmçinin dənin
eninə kəsilmiş təbəqəsinin 25%-ə qədəri unlu hissəyə malik
dənlərdir.
~ 23 ~
Unlu dənlər, tamamilə unlu endospermaya, eləcə də eninə kə-
silmiş təbəqəsinin 25%-ə qədəri şüşəvari
hissədən ibarət olan dən-
lərdir.
Bir qədər şüşəvari dənlər, yuxarıdakı qrupların heç birinə daxil
olmur. Bu qrupa unlu xallara malik şüşəvari dənlər aiddir.
Zülal maddələrinin ümumi miqdarı unlu dənlərə nisbətən şüşə-
vari buğda dənlərində daha yüksəkdir.
Buğda dənləri endospermanın miqdarından asılı olaraq şüşəva-
riliyinə görə üç qrupa bölünürlər: 40%-dən az-aşağı şüşəvari, 40-
60%-orta şüşəvari, 60%-dən çox-yüksək şüşəvari. Dənin şüşəvari-
liyini təyin etmək üçün qarışıqlardan təmizlənmiş 100 bütöv dən
ayrılaraq hər biri ayrı-ayrı eninə kəsilir və baxılaraq qruplaşdırılır.
Diafanoskop cihazından istifadə edərək şüşəvariliyin təyini daha
dəqiq və əlverişlidir.
Şüşəvariliyin təyini. Zibil və dən qarışıqlardan təmizlənmiş
100 bütöv dən seçilmədən götürülür. Onların hər biri ülgüclə uzu-
nuna yarıya bölünür və dənin konsistensiyasından asılı olaraq bu
və ya digər qrupa aid edilir. Dənlər sayıldıqdan sonra ümumi şü-
şəvarilik faizi hesablanır. Ümumi şüşəvarilik faizi hesablandıqda
tam şüşavari dənlərin miqdarına bir qədər şüşavarilərin yarıya bö-
lünmüş miqdarı əlavə olunur.
Buğda dənlərinin şüşavariliyini diafanoskop cihazının köməyi-
lə müəyyən etmək əlverişlidir (şəkil 1.3). Bu halda dənlər cihazın
metal torunun yuvalarında yerləşdirilir. Dənli torlar cihazın kor-
pusunun kəsiyinə qoyulur. Torlu şəbəkə altında parıltısız şüşə və
işıq mənbəyi (elektrik lapması 55 Vt gücündə) yerləşir. Yaxşı işıq
saçan dən şüşavari hesab olunur. Tünd qalan dənlər unvari sayılır.
Bir qədər şüşavari dən yarımşəffaf görünür. Şübhəli dənləri isə
bölmək lazım gəlir.
Buğda dəninin ümumi şüşavariliyi iki paralel təyin etmələr
arasındakı fərq 5%-i keçməmək şərti ilə təyin edilir.
~ 25 ~
Dənlə qidalanan zərərvericilər onun çəkisini azaldır, orqanoleptik
göstəricilərini dəyişir, dəndə ona xas olmayan iy yaradır və onu
çirkləndirirlər. Zərərvericilərin bir çoxu dənin rüşeym hissəsini
yeyərək, onun cücərmə qabiliyyətini aşağı salır. Zərərvericilərin
dən kütləsinin hər hansı yerində toplanması orada temperaturun
və nəmliyin yüksəlməsinə və nəticədə öz-özünə qızışmaya gətirib
çıxarır.
Zərərvericilərlə mübarizəni düzgün təşkil etmək üçün onların
yayılma yolları, xassələri, onlara təsir edən amillər və s. məlum
olmalıdır.
Dəndə və dən məhsullarında (un, yarma, kombinə edilmiş
yemlər) həşərat və gənələrin intensiv inkişafını müəyyən edən
əsas amil temperaturdur. Zərərvericilərin inkişafı üçün temperatu-
run aşağı həddi 6-12
0
C, yuxarı həddi 36-42
0
C-dir. Göstərilən həd-
lərdən bir qədər fərqli şərait zərərvericilərin hərəkətsizliyinə, çox
fərq isə onların tamamilə məhvinə səbəb olur. Zərərverici həşərat-
ların əksəriyyəti üçün optimal temperatur -26-29
0
C-dir.
Növ tərki-
bindən asılı olaraq, gənələr üçün optimal temperatur, nisbətən
fərqli xarakter daşıyır. Belə ki, un gənəsi üçün optimal temperatur
daha az (14-23
0
C), Rodionov gənəsi üçün isə 29-35
0
C-dir. Qeyd
etmək lazımdır ki, gənələr aşağı temperatura daha davamlı olub,
bir çox növləri 10
0
C-də hələ qidalanır, çoxalır və hərəkət edirlər.
Lakin optimal şəraitdən fərqli olaraq, onların embrional inkişafı-
nın davam etmə müddəti bir neçə dəfə artmış olur.
Həşərat və gənələrin inkişafına dən kütləsinin nəmliyi və oksi-
gen də təsir göstərir. Tədqiqatlar göstərir ki, zərərverici həşəratlar
13-15% və daha aşağı nəmlikdə inkişaf edə bilirlər. Gənələrin ək-
səriyyətinin kütləvi inkişafı üçün isə daha yüksək nəmlik tələb
olunur.
Saxlanan dən kütləsinin müəyyən təbəqəsində oksigen olma-
dıqda, həşərat və gənələr oksigenlə zəngin hissələrə, o cümlədən
dənin üstünə və saxlayıcının divarlarına doğru yerlərini dəyişirlər.
Dən kütləsinin zərərvericiləri işığa meyilli olmayıb, qaranlığa
can atırlar. Uçan formaları gecələr uçuşlar edirlər, bəziləri isə isti
elektrik lampasına meyl edirlər. İsti günəş şüaları zərərvericilərə