Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə122/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
373 
Laurensiya şərə güc, zor yolu ilə qarşı durmamaq, güclülərin 
qarşısında  miskincəsinə  geri  çəkilmək,  küt  itaətkarlıq 
göstərmək fəlsəfəsinə, köləlik  əhval-ruhiyyəsinə nifrət ifadə 
edir.  O,  kəndlilərin  qorxaqlığını  qamçılayır,  öz  qızını 
zalımların əlində qoyan  atasını ata adlandırmaqdan utandığı 
bildirir. O, üzünü atasına, başqa kəndlilərə tutaraq deyir: "Siz 
qoyunsunuz,  Qoyun  bulağı  da  sizə  məskən  olmağa  çox 
layiqdir...  Siz  dovşan  kimi  qorxaqsınız,  anadan  ağciyər 
doğulmusunuz!  Sizdə  insan  qanı  yoxdur!  Zavallılar!  Öz 
arvadlarını  yad  kişilərin  ağuşuna  atanlar!  Bir  danışın, 
dillənin  görək  axı  bu  qılıncı  niyə  belinizdən  asmısınız  hə!? 
Bu,  belinizdən  asılmış  mildən  başqa  bir  şey  deyildir! 
Yaradana  and  olsun  ki,  elə  bir  şey  edəcəyəm  ki,  bütün 
qadınlar  ayağa  qalxsın,  qoy  zalımlardan  öz  intiqamlarını 
özləri  alsınlar.  Onları  öz  qanlarına  qəltan  eləsinlər!  Bax  o 
vaxt sizi daşa basacaqlar! Arvadlar! Qorxaqlar..." 
Laurensiyanın  nitqi  cəsarət,  şücaət  və  qələbəyə 
inamla doludur. Onun sözlərindən təsirlənən kəndlilər üsyan 
edirlər.  Dəyənək,  qılınc,  cida  və  nizələrlə  silahlanmış  kütlə 
"Satqınlara,  zalımlara  ölüm!",  "Fuente  Ovexuna!  Fernan 
Qomesə  ölüm!",  "Yaşasın  Fuente  Ovexuna!  Yaşasın  kral 
Fernando!" şüarları ilə hərəkətə gəlir. Kişilər də, qadınlar da 
qızmış  pələng  kimi  hücuma  keçirlər.  Fernan  Qomes 
öldürülür,  parça-parça  edilir,  onun  əsgərləri  isə  qaçırlar. 
Kəndlilər  möhtəşəm  bir  qələbə  qazanırlar,  şənlik  edirlər, 
oxuyurlar,  gülürlər,  zarafatlaşırlar.  Mübarizəyə  qalxmış xalq 
öz həqiqi varlığını təsdiqləyir, gücünü nümayiş etdirir. 
Lakin  Laurensiyanın  atası,  dünya  görmüş  Esteban 
yaxşı  başa  düşür  ki,  kilsə  əyanları  bu  hadisəni  eşidib  sakit 
oturmayacaqlar,  divan-dərəni  kəndə  töküb  cinayətkarı 
tapmağa  çalışacaqlar,  istintaqlar  aparılacaq,  məhkəmələr 
qurulacaqdır.  Qoca  məsləhət  görür  ki,  danışıq  vaxtı  hamı 
Fernan  Qomesi  kim  öldürmüşdür  deyə  soruşanda  ancaq  bir 


Afaq Yusifli İshaqlı 
 
 
374 
cavab  versin!  "Fuente  Ovexuna".  Adamları  hazırlamaq, 
öyrətmək,  sınaqdan  çıxarmaq  üçün  yalançı  bir  məhkəmə 
məclisi  qururlar.  Esteban  özünü  hakim  elan  edib  adamları 
bir-bir  dindirir.  Maraqlı  burasıdır  ki,  yalançı  məhkəmə 
hakimi  olan  Esteban  öz  həmyerlilərini  "köpək",  "oğru" 
adlandırır,  onlara  qışqırır.  Burada  dramaturqun  hakim 
təbəqələrə qarşı istehzasını duymaq o qədər də çətin deyildir. 
Kral məhkəməsi, doğrudan da, gəlib çıxır, qəddar bir 
sərtliklə  təhqiqat  aparırlar,  üç  yüz  adama  işgəncə  verib 
həqiqəti öyrənməyə çalışırlar. Qocalara və uşaqlara da aman 
verilmir.  Lakin  üsyanın  təşəbbüsçüsü  kim  olmuşdur, 
komandoru  kim  öldürmüşdür  suallarına  hamı  ancaq  bir 
cavab 
verir: 
Fuente 
Ovexuna. 
Xalqın  bu  kütləvi 
qəhrəmanlığı hamını heyran edir. 
Fuente Ovexunalılar ən dəhşətli işgəncə, istintaq vax-
tında da zarafatlarından qalmırlar. Menqoya işgəncə verərək 
ondan həqiqəti öyrənmək istəyən hakim axırda yorulub əldən 
düşür. "İlahi, hələ mən ömrümdə beləsinə rast gəlməmişəm. 
Bu  qədər  əzab-əziyyətə  tab  gətirib  zarafatından  əl  çəkmir. 
Yeganə  axırıncı  ümidim  ancaq  buna  idi.  O  isə  hamıdan 
inadcıl  çıxdı.  Onları  buraxın  getsin,  boğuldum,  əldən 
düşdüm! Daha dözə bilmirəm." Məhkəmə hakiminin bu son 
sözləri  xalq  gücünün  başqa  mövqedən  olan  etiraflarından 
başqa bir şey deyildir. 
İstintaqdan  sonra  hamının  alqışları  altında  bir  neçə 
qədəh  içən  Menqodan  Frondoso  indi  arxayın  halda  bir  daha 
soruşur:  "Komandoru kim öldürdü?"  Menqo  yarızarafat,  yarı 
ciddi belə cavab verir: "Əmi, mən nə bilim! Get bunu Fuente 
Ovexunadan  soruş,  mən  nə  bilim!"  Eyni  sualı  Frondoso 
Laurensiya  ilə  tək  qalan  zaman  ona  da  deyir,  lakin  ondan  da 
eyni cavab alır. 
Esteban  isə  kəndlilərlə  birlikdə  kral  Fernandonun 
qəbulunda  komandorun  kim  tərəfindən  öldürüldüyünü  belə 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
375 
izah  edir:  "Mərhum  komandoru  parçalayıb  axırına  çıxan 
ancaq  eşidilməmiş  zülm,  əzab-əziyyət  oldu.  Başına 
gələnlərin hamısının günahkarı özü idi, öz hərəkətləri." Kral 
vəziyyətlə  tanış  olandan,  kəndliləri  dinləyəndən  sonra 
"hərgah  heç  bir  dəlil,  heç  bir  sübut  olmayıbsa,  daha 
mühakimə  etməyə  lüzum  yoxdur.  Cəza  tədbiri  görmək 
yersizdir!  Cinayət  ağır  deyilsə,  bunu  bağışlamaq  olar!" 
deyərək  istintaqı  dayandırdı  və  Fuente  Ovexunanı  öz 
himayəsinə alır. 
Komediya zülmə, haqsızlığa qarşı xalq qəzəbini ifadə 
edən  ən  güclü  əsərlərdən  biri  kimi  qarşılanmış  və 
qiymətləndirilmişdir.  
M.Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Akademik 
Dram  Teatrında  Lope  de  Veqanın  "Sevilya  ulduzu"  /1953/, 
"Valensiya  divanələri"  /1963/  əsərləri  müvəffəqiyyətlə 
tamaşaya qoyulmuşdur. 1974-cü ildə isə AZƏRNƏŞR onun 
dörd pyesini azərbaycanca çap edib oxuculara çatdırmışdır. 
 
 
 
KALDERON 
/1600 - 1681/ 
 
Lope  de  Veqadan  sonra  İspaniyanın  ikinci  böyük 
dramaturqu 
Pedro 
Kalderondur. 
Yaradıcılığının  ilk 
dövrlərində  şən,  oynaq  komediyaları  ilə  Lope  de  Veqanın 
humanist  ənənələrini  davam  etdirən  Kalderon  tədricən 
dəyişir,  tutqun,  qaşqabaqlı  bir  sənətkara  çevrilir.  Feodal-
katolik  irticasının  amansızlığı,  inkvizisiya  məhkəmələrinin 
və  tonqallarının  alovları  humanist  idealların  süqutuna, 
tənəzzülünə  gətirib  çıxardı.  Hər  gün  xalqın  gözü  qarşısında 
insan  ancaq  cismən  deyil,  həm  də  mənən  məhv  edilirdi. 
Kilsənin  törətdiyi  cinayətlər  onu  qorxmağa,  inanmağa, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə