Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə120/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
367 
hələ  sevmək,  kiminsə  həsrətini  çəkmək  meylində  deyildir. 
Özü kimi nəcib kəndli qızı olan Paskuala ilə söhbətində onun 
meylləri,  istəkləri,  nədən  zövq  aldığı  yaxşı  məlum  olur. 
"Səhər tezdən durub ocaqda bir tikə donuz əti qızardıb kökə 
ilə  ləzzətlə  yemək,  anamdan  xəlvəti  küpdəki  çaxırı  bir 
qurtum  azaltmaq  mənə  hər  şeydən  xoş  gəlir.  Günorta  çağı 
qazanda  bir  tikə  ətlə  kələmin  köpüklənə-köpüklənə,  pıqqa-
pıqla oynamasını  görmək, vallah, daha  yaxşıdır.  Ya da bərk 
acanda,  işdən  yorulub  əldən  düşəndə  şiş  qarınlı  badımcanla 
yağlı donuz ətinə toy tutmaqdan ləzzətli nə ola bilər..." 
O  da  rəfiqəsi  Paskuala  kimi  bütün  oğlanları,  kişiləri 
yalançı  fırıldaqçı  sayır.  Laurensiya  artıq  böyümüş, 
gözəlləşmişdir. Kənd cavanlarından çoxu ona meyl göstərir, 
məhəbbətini  qazanmağa  çalışırlar.  O,  komandorun  da 
diqqətini  cəlb  etmişdir.  Fernan  Qomes  onu  ələ  keçirmək 
üçün Ortunyo, Flores kimi miyançı nökərlərini işə salır. Qıza 
bəxşişlər göndərir, kəmər, baş darağı, boyunbağı verir. Lakin 
iş  baş  tutmayanda  hədələməyə  keçirlər.  Laurensiya  inamla 
bildirir  ki,  "daha  gecdir,  lap  gec!  Gücləri  çatmaz  ki, 
Fernando  ilə  mənim  aramda  əlaqə  yaratsınlar...  Nə  qədər 
axmaq cücə olsam belə məni aldadıb yemək o qədər də asan 
deyil." 
İlk  görüşlərdən  birində  Laurensiya  ilə  Paskuala 
arasında  komandorla  əlaqədar,  ona  münasibət,  onun 
qadınlara  münasibəti  haqqında  maraqlı,  təbii  söhbət  edilir. 
Qızlar bir-birilə məzələnir, atmacalar atır, bir-birinin hislərini 
yoxlayır.  Rəfiqəsi  Laurensiyanın  komandora  meyli  olub-
olmadığını  yoxlamağa  çalışır.  Laurensiya  "Kaş  o  bir  daha 
qayıtmayaydı"  deyə  danışanda  Paskuala  "Bəlkə  deyəsən  ki, 
ondan  ayrıldığına  görə  ağır  sıxıntılar  səni  üzəcək?...  Aman 
allah,  görürsənmi  necə  də  məğrurdur.  Beləsini  görəndə 
qəlbin  başlayır  yağ  kimi  əriməyə",  deyə  kəşfiyyat  aparır, 
yoxlayır,  gülür,  narahat  olur.  O,  Laurensiyanın  komandorun 


Afaq Yusifli İshaqlı 
 
 
368 
pəncəsindən  qurtara biləcəyinə inanmır, belə bir  işi möcüzə 
sayır. Laurensiya isə qətiyyətlə bildirir: "Mən bu biabırçılığa 
dözə  bilmərəm!  Şəhərdəki  saysız-hesabsız  gözəllər 
komandora inandıqları üçün şərəfsiz qalıblar." 
Kəndli  qızların  bu  narahat  söhbəti  Menqo,  Barrildo, 
Frondaso  kimi  kəndli  gənclərin  gəlişi  ilə  daha  dərin  və 
fəlsəfi  istiqamət  alır.  Gənclər  sevgi  haqqında  mübahisə 
edirlər. Sevginin nədən ibarət olması, ümumiyyətlə, sevginin 
olub-olmaması  ətrafında  danışırlar.  Bu  mübahisə,  bu  söhbət 
kənddə  yaranmış  vəziyyətlə  də,  qızların  əvvəlki  söhbəti  ilə 
də  sıx  surətdə  bağlıdır.  Laurensiya  hələ  Paskuala  ilə 
söhbətində  sevdiklərini,  məhəbbət  odunda  qovrulduqlarını 
söyləyən yaramazlardan, onların yalnız bir dərdi olmasından, 
qızları aldadıb atmalarından danışırdı. Yağlı donuz ətinə toy 
tutmağı bu işdən üstün tutduğunu söyləyirdi.  
Gənclərin  gəlişi  ilə  söhbət  yeni  istiqamət  alır. 
Konkret  gerçəklik  eybəcərlik  dairəsindən  çıxır,  ümumi 
fəlsəfi  məzmun  alır.  Lope  de  Veqa  kəndli  gənclərin  sadə, 
təbii  danışığı  ilə  sevgiyə  müxtəlif  fəlsəfi  məktəblərin 
münasibətini  aydınlaşdırır.  Pyesin  ən  maraqlı,  yadda  qalan 
surətlərindən biri olan Menqo sevginin olduğunu inkar edir. 
Daha  çox  müəllif  mövqeyini  ifadə  edən  Barrildo  isə  əksinə 
dünyanın  varlığını  sevgi  ilə  əlaqələndirir.  Barrildoya  görə, 
"sevgi  olmasaydı,  dünya  özü  də  olmazdı".  Məlumdur  ki, 
sevgiyə  yeni  fəlsəfi  münasibət  Lukretsi  Karın  "Şeylərin 
təbiəti haqqında" əsərində parlaq bir tərzdə əks etdirilmişdir. 
Lope  de  Veqa  da  Lukretsinin  əsərindən  bu  məsələni  yaxşı 
bilir. Kəndli Barrildo isə Lukretsini bilməsə də, filosof olma-
sa da, bu məsələyə əsl filosof kimi yanaşır, sağlam məntiq və 
düşüncə nümayiş etdirir. 
Menqo onunla razılaşa bilmir. "Mən filosofluq etmək 
niyyətində  deyiləm,  mən  yaxşı  yazı-pozu  bacarsaydım,  bu 
qarşısı  alınmaz  təbiət  qüvvəsindən,  çəkişmələrdən  bol-bol 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
369 
danışardım. Görərdik ki, nifaqdan, didişmələrdən göz açmaq 
olmur. Bədənimiz şirəni, qəzəbi, qüssəni də ondan alır. Daha 
burda  nə  sevgi,  nə  məhəbbət  tapmaq  olar,  özü  də  saf 
olsun?..."  Laurensiya  müəyyən  mənada  Menqo  ilə  razılaşır, 
"deyəsən  axı  indiki  zamanda  vallah,  çox  yerdə,  çox  ağıllı 
deyilib" sözləri ilə ona sanki tərəfdar çıxır. Lakin qızlar daha 
çox Barrildoya tərəfdar çıxırlar, Paskuala Menqo ilə qətiyyən 
razılaşmır,  onun  düz  demədiyini  söyləyir.  "Bax  gör  kişi 
qadını,  heyvan  həmcinsini  necə  sevir,  bir-birinin  qayğısına 
necə  qalır."  Barrildonun  məhəbbəti  varlığın  əsasını  təşkil 
edən  bir  harmoniya  və  ahəngdarlıq  kimi  götürməsi  onun 
düşüncələrinin  XVII  əsr  alman  filosofu  Leybnitsin  dünya 
ahəngdarlığı ideyası ilə nə qədər yaxından səsləşdiyini aşkar 
nəzərə çatdırır. 
Ancaq 
yenidən  mübahisəyə  qoşulan  Menqo 
məhəbbəti indi də xudbin bir  hiss, özünü sevmək kimi izah 
edir.  İnsanın  təbii  özünüqoruma  duyğuları  özünə  qarşı 
sevgidən irəli gəldiyi kimi, özgəsinə məhəbbət özü də özünə 
məhəbbətin  xüsusi  bir  formasıdır.  Bir  halda  ki,  sevginin 
predmeti, obyekti insana ləzzət, zövq verir, demək, burada da 
insan  daha  çox  özünü  düşünür,  özünü  sevir.  Menqonun  bu 
düşüncələri  "ağıllı  eqoizm"  təbliğatçısı  Helvetsini,  onun 
"İnsan haqqında", "Ağıl haqqında" əsərlərini yada salır. 
Diqqətlə  yanaşsaq,  Fuente  Ovexuna  kəndinin 
cavanlarının  irəli  sürdüyü  fikirlər  antik  dövrdə  təşəkkül 
tapmış,  İntibah  dövrünün  humanistləri  və  XVIII  əsr 
maarifçiləri  tərəfindən  mübahisə  və  müzakirə  predmetinə 
çevrilmişdir.  Filosoflar  xristian  dininin  tərki-dünyalıq 
fəlsəfəsinə  feodal  ideologiyasına  qarşı  çıxaraq  "ağıllı 
xudbinlik  və  həzz  fəlsəfəsi"ni  müdafiə  edirdilər.  Bu 
baxımdan inkvizisiyanın qəddar özbaşınalığı dövründə Lope 
de  Veqanın  həmin  fikirləri  səhnədə  yenidən  diriltməsi 
heyranedici bir cəsarət kimi qiymətləndirilməlidir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə