Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə118/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
361 
həbsxanada  olduğu  vaxt  ölüm  arzulayır,  qatilliklə  özünü 
ləkələdiyi,  yaşamağa  haqqı  olmadığını  düşünür,  lakin 
bədbinləşmir,  həyatdan  küsmür.  O,  musiqiçiləri  yanına 
çağırtdırıb son dəfə nəğməyə qulaq asmaq istədiyini bildirir. 
 
Rica edirəm ki, sizlərdən biri 
Mənə ən gözəl bir mahnı oxuyun. 
Mənim son saatım bu mahnılarda, 
Sevinclə, fərəhlə həmahəng olsun. 
Ölümün önündə bircə zərrə də 
Qorxmuram, ürəyim titrəmir əbəs. 
Ölümün özü də, qoy bilsin hamı, 
Bu möhkəm ruhumu sarsıda bilməz. 
 
Lope  de  Veqa  qəhrəmanının  bu  nikbin,  şən, 
həyatsevər  əhval-ruhiyyəsini  alqışlayır,  onun  cəsurluğuna, 
mənəvi qüvvəsinə heyranlığını bildirir. Baş alkald Don Pedro 
bu  mahnıların  yersiz  olduğunu  söyləyəndə  Don  Sanço 
"Musiqidən başqa deyin bir dustaq nədən zövq alacaq?" deyə 
mənəvi  gücünü,  nikbin  əhval-ruhiyyəsini,  ölüm  qarşısında 
belə sarsılmadığını nümayiş etdirir. 
"Sevilyalı  ulduzu"  komediyası  Lope  de  Veqanın  ən 
dərin  məzmunlu  və  yüksək  sənətkarlıqla  yazılmış 
əsərlərindən  biri  kimi  indi  də  insanı  həyəcanlandırır,  onda 
qəzəb  və  məhəbbət  duyğuları  oyadır.  Dünya  teatrlarının 
səhnələrindən  indi  də  uğurla  oynanan  bu  əsər  1953-cü  ildə 
şair  Tələt  Əyyubov  tərəfindən  tərcümə  olunmuş  və  həmin 
ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram 
Teatrında  tamaşaya  qoyulmuşdur.  Professor  Ə.Sultanlı 
tamaşa  münasibətilə  yazdığı  məqalədə  teatrın  uğurlu  bir 
tamaşa hazırlaya bildiyini qeyd etmişdir. 
 
"FUENTE OVEXUNA" /1612-1613/. Bu komediya 
tarixi qəhrəmanlıq mövzusunda yazılmış bir əsərdir. "Sevilya 


Afaq Yusifli İshaqlı 
 
 
362 
ulduzu"  və  ədibin  başqa  dram  əsərlərində  geniş  yer  tutan 
şərəf, namus mövzusu burada daha demokratik mövqelərdən 
həll edilir. 
Fuente  Ovexuna  Kordova  yaxınlığında  olan  yerin 
adıdır,  quzu  bulağı  deməkdir.  Tarixi  mənbələrin  verdiyi 
məlumata  görə,  1476-cı  ildə  burada  Kalatrava  ordeninin 
komandoru  Fernan  Qomes  de  Qusmanın  vəhşilik  və 
özbaşınalığına qarşı xalq üsyan qaldırır və zalım komandoru 
öldürür. 
Məlum  olduğu  üzrə  dini  ordenlər,  başqa  sözlə,  dini 
təşkilatlar İspaniyada XII əsrdən yaranmağa başlamışdır. Bu 
dini-cəngavərlik  ordenləri  daha  çox  ərəblərə  qarşı  mübarizə 
məqsədilə  yaradılırdı.  Ordenin  başında  Roma  papasına  tabe 
olan  böyük  magistr  durur,  yerlərdə  isə  onun  iradəsini 
komandorlar  həyata  keçirirdilər.  Bu  komandorlar  bir  növ 
hərbi  vilayət  hakimləri  idilər.  Get-gedə  güclənən,  çoxlu 
torpaq  sahələri  ələ  keçirən  bu  ordenlər  krala  tabe  olmur, 
feodal müxalifətinin dayağına çevrilirdilər. 
Fernan  Qomes  özü  də  bir  komandor  kimi  kralın  və 
Kordova  hakimlərinin  razılığı  olmadan  Fuente  Ovexunanı 
tutur.  Onun  əleyhinə  qiyam  qaldırmış  kəndlilər  ona  görə  də 
ancaq  xalqı  istismar  edən  zalımlara  qarşı  mübarizə  aparmır, 
həm də ölkənin siyasi birliyi uğrunda döyüşən adamlar kimi 
hərəkət  edirdilər.  Bu  cəhət  Lope  de  Veqanın  əsərində  də 
aydın şəkildə nəzərə çatdırılmışdır. Bu baxımdan kəndlilərin 
üsyanı  ispan  krallarının  siyasi  proqramı  ilə  uyğun  idi.  Hələ 
1523-cü  ildə  I  Karl  dini  qardaşlıqlar  ordenlərini  öz 
hakimiyyətinə tabe etmişdir. Bütün bu cəhətlər imkan verirdi 
ki,  dramaturq  üsyan  etmiş  kəndliləri  cəsarətlə  tərənnüm 
etsin.  Hələ  də  alov  saçan  inkvizisiya  tonqallarından,  əzilən 
kütlələrin  etiraz  səsini  boğmağa  hazır  olan  kral  məh-
kəmələrindən ancaq buna görə yaxa qurtarmaq olardı. 
Xalqın  feodal  pərakəndəliyi  əleyhinə  və  kral  haki-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
363 
miyyətinin 
möhkəmləndirilməsi  uğrunda  mübarizəsini 
pyesin əsas mövzusuna çevirən Lope de Veqa xalqın yüksək 
əxlaqi  sifətlərindən,  qəddarcasına  əzilməsindən  sərbəst 
şəkildə  söz  açmaq  imkanı  əldə  etmişdir.  Dramaturq  əzilən, 
təhqir  edilən,  alçaldılan  xalqın  zalımlara  qarşı  mübarizə 
hüququnu  müdafiə  etmiş,  onların  hərəkətinə  bəraət 
qazandırmışdır.  Məhz  buna  görə  də  pyes  bütün  zamanlarda 
azadlıq  ruporuna  çevrilmiş,  inqilaba,  azadlıq  uğrunda 
döyüşlərə çağıran bir əsər kimi qiymətləndirilmişdir. 
"Fuente  Ovexuna"  bütöv  bir  xalqın,  kütlənin  başına 
gətirilən  dəhşətli  oyundan,  təhqirdən  və  bu  təhqirlərə  qarşı 
oyanan  xalq  qəzəbindən  bəhs  edir.  Komandor  və  onun 
adamlarının  vəhşilikləri,  xalqın  ən  müqəddəs  hüquqlarını 
tapdamaları,  vəhşi  cəzalar  və  ölümlər  dramaturq  tərəfindən 
məharətlə  qələmə  alınmışdır.  Yazıçı  gerçəkliyi  realistcəsinə 
təqdim edir, nə boyaları tündləşdirir, nə də ona bəzək-düzək 
verməyə,  yüngülləşdirməyə  çalışır.  Lope  de  Veqa 
yaradıcılığına məxsus bir cəhət, ədibin optimizmi burada da 
bütün əlvanlığı ilə öz gücünü göstərir. Sonsuz zülm və haq-
sızlıqlardan, cinayət və özbaşınalıqlardan söhbət açan yazıçı 
həqiqətin, ədalətin, xeyrin qələbəsinə inam oyadır, bədbinlik, 
ümidsizlik təbliğ etmir. 
Əsərin əsas mənfi qəhrəmanı zülm və şər təcəssümü 
olan Komandordur. O, kobud, vəhşi,  yırtıcı, əxlaqi cəhətdən 
şikəst  bir  adamdır.  Bir  tərəfdən,  o,  feodal  pərakəndəliyi 
tərəfdarıdır, kral hakimiyyətinə qarşı vuruşur. Ağ qılıncların 
qırmızı  xaçlar  kimi  qanla  qırmızı  boyanmasını  istəyir.  "Ağ 
qılınclarını  sıyırın,  senyorlar!  Qoy  qılınclarınız  da  davada, 
hərbdə  xaçınız  kimi  qıpqırmızı  boyansın."  Qadınlara 
münasibətdə  o  daha  eybəcər  və  vəhşidir.  Məhəbbət  ondan 
ötrü mücərrəd bir anlayışdır. Yolda, meşədə rast  gəldiyi hər 
hansı  bir  qadına  sahib  olandan  sonra  əsgərlərinə  verir  ki, 
onlar da öz işlərini görsünlər. Xoşuna gələn qızı və ya qadını 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə