Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə123/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   126

Afaq Yusifli İshaqlı 
 
 
376 
dünyəvi  səadət  haqqındakı  arzulardan,  sevinc,  şadlıq 
duyğularından,  hər  cür  əsarətə  qarşı  etirazdan  əl  çəkməyə 
məcbur  etdi.  İnsan  özünün  gücsüzlüyünə,  həyatın 
mənasızlığına,  dünyanın  dərkedilməzliyinə  inandı,  axirət 
düşüncələri qarşısında sarsıldı. 
Tamaşaçının,  xalq  kütlələrinin  dünyagörüşündə, 
baxışlarında,  həyatında  əmələ  gələn  bu  dəyişiklik  Lope  de 
Veqanın  şən,  nikbin,  oynaq,  günəşli,  döyüşkən,  insan 
qüdrətinə  himn  yaradan  dramaturgiyasını  istəmədi,  ona 
yadlaşdı.  Belə  bir  dövrdə  Kalderonun  ecazkar  barokko 
dramaturgiyası  meydana  çıxdı.  O,  müasirlərini  riqqətə 
gətirən,  onların  qəlbini  və  ruhunu  oxşayan  yeni  bir  teatr 
yaratdı. Kalderon Lope de Veqa qədər yüksək istedad sahibi 
deyildir,  onun  əsərlərində  realist  sənətin  nailiyyətləri  azalır. 
Lakin  o  öz  dramaturgiya  sənəti  ilə  elə  simlərə  toxunur,  elə 
havalar çalır ki, müasirlərini həyəcana və riqqətə gətirir. 
Kalderonun  əsərlərində  nadir  bir  şeiriyyətlə  bəd-
binlik,  ümidsizlik,  kədər  fəlsəfəsi  tərənnüm  olunur.  Həyatı 
ancaq ani bir  yuxu, həyatla ölüm arasındakı məsafəni ancaq 
bir  addım  sayan,  hər  şeyin  məhvə,  heç  olmağa  məhkum 
olduğunu  göstərən  sənətkar  insanın  iztirab  çəkmək  və  itaət 
göstərməkdən  başqa  bir  əlacı,  çıxış  yolu  olmadığını  irəli 
sürür.  Lakin  onu  belə  nəticəyə  gətirib  çıxaran  zaman  və 
mühit idi. Ancaq amansız bir mühit onun şadlıq, sevgi, etiraz 
səsini  boğmuş,  ona  gülməyi,  sevinməyi,  mübarizə  etməyi 
unutdurmuşdur.  Kalderonun  xidməti  isə  ondadır  ki,  dövrün 
ümumi  bədbinlik,  küskünlük,  ümidsizlik  əhval-ruhiyyəsini 
özünə məxsus incə, orijinal bir sənətkarlıqla əks etdirmişdir. 
Don Pedro Kalderon de la Barka Enao de la Barreda-
Rianyo  1600-cü  il  yanvarın  17-də  Madriddə  zadəgan 
ailəsində  doğulmuşdur.  İlk  təhsilini  Madriddə  yezuit 
kollecində  alır,  sonra  Alkana-de-Enares  və  Salamanka 
universitetlərində oxuyur. Həyatının ilk çağlarında bir hərbçi 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
377 
kimi tanınan Kalderon İtaliya və Flandriya hərbi səfərlərində 
iştirak  edir.  Sant-Yaqo  yezuit  ordeninin  cəngavəri  olur, 
Kataloniyada  qiyamın  yatırılmasında  igidlik  göstərir.  Bir 
neçə dəfə dueldə döyüşmüş, bir keşişin təmtəraqlı moizəsinə 
güldüyü  üçün  həbsxanaya  salınmışdır.  Həyatının  ikinci 
yarısını o, kilsəyə xidmətdə keçirir. 
1651-ci ildə keşiş rütbəsi alan Kalderon 1653-cü ildə 
Toledoda  kral  kapellanı  vəzifəsinə  irəli  çəkilir,  1666-cı  ildə 
isə müqəddəs Pyotr kilsəsinin baş keşişi olur. Kalderon çox 
yaşamış və 1681-ci ildə 81 yaşında vəfat etmişdir. 
Kalderon  ilk  komediyasını  mənzum  formada  1622-
1625-ci  illərdə  yazmışdır.  Lakin  1622-ci  ildə  müqəddəs 
İsidor  bayramı  münasibətilə  şairlərin  yarışında  iştirakı  ona 
ilk  uğurlar  gətirmişdir.  Lope  de  Veqa  gənc  şairi  öz  tərifi  ilə 
yaradıcılığa  həvəsləndirmişdir.  Lope  de  Veqanın  öldüyü 
vaxtdan,  yəni  1635-ci  ildən  ona  saray  dramaturqu  rütbəsi 
verilir.  Kalderon  bir  tərəfdən  saray  üçün  pyeslər,  musiqili 
komediyalar,  o  biri  tərəfdən  Madrid  şəhər  hakimlərinin 
sifarişi  ilə  bir  pərdəli  dini  dramlar  –  autos  sakramentales 
yazır. 
Ədibin  irsi  yüz  iyirmi  pyes,  səksən  autos 
sakramentales və iyirmi intermediyadan ibarətdir. 
Kalderonun  komediyaları  oynaq  şeiriyyəti,  məzmun 
tutumu ilə  seçilir, fikirlərinin  gərginliyi ilə diqqəti cəlb edir. 
Onun  dramlarındakı  fəlsəfi  lirizm  ispan  poeziyasında 
əlçatmaz bir zirvə olaraq qalır. 
Yaradıcılığının  ilk  çağlarında  o,  Lope  de  Veqa  ənə-
nələrinə  sadiq  qalır,  ondan  öyrənir,  onun  yolu  ilə  gedərək 
nikbin,  şən  komediyalar  yaradır.  "Gözəgörünməz  qadın", 
"Salamea  alkaldı"  və  başqa  əsərləri  buna  misal  ola  bilər. 
Axırıncı  komediya  məzmunu,  süjeti  baxımından  Lope  de 
Veqanın  "Fuente  Ovexuna"sını  xatırladır.  Kənddə  alkald 
/hakim/ seçilən bir kəndli onun qızı İsabelanı ləkələdiyi üçün 


Afaq Yusifli İshaqlı 
 
 
378 
kral  ordusunun  kapitanını  mühakimə  və  edam  edir. 
Komediyadakı  bu  cəsarətli,  döyüşkən  ruh  A.İ.Gertsenin 
diqqətini  cəlb  etmiş  və  o  yazmışdır:  "Əgər  onda  belə  bir 
qanunçuluq  anlayışı  vardırsa,  ispan  plebeyi  böyükdür." 
Kalderonun  bu  tipli  ilk  pyesləri  Lope  de  Veqanı  xatırladır, 
onun əsərləri kimi qarşılanır. 
Halbuki  Kalderonun  bir  dramaturq  kimi  simasının 
müəyyənləşdirən  bu  əsərlər  olmamışdır.  Qüdrətli  barokko 
şairi  kimi  onun  əsl  siması  fəlsəfi  dramlarında,  dini 
pyeslərində  üzə  çıxır.  Kalderonun  "Valtasarın  məclisi", 
"Müqəddəs  Patrik  məhşəri",  "Xaça  tapınma",  "Dəyanətli 
prins",  "Həyat  bir  yuxudur",  "Sehrkar  əfsunçu"  və  başqa 
əsərləri bir dramaturq kimi onun orijinal keyfiyyətlərini daha 
dəqiq əks etdirir.  
Kalderon bu dramlarda öz həyat fəlsəfəsini şərh edir, 
dramaturqun qüdrətli istedad sahibi olduğunu etiraf etməklə, 
biz onun baxışlarını qəbul edə bilmərik, bu baxış və görüşlər 
müasir oxucu üçün yad və müəyyən mənada anlaşılmazdır. 
 
"XAÇA  SƏCDƏ  ETMƏ"  /1620/.  Kalderonun 
fanatik  dindarlığı,  gənc  yaşlarında  yazdığı  "Xaça  səcdə 
etmə"  dramında  aydınca  hiss  olunur.  Bəzi  hallarda  drama-
turqun  qəhrəmanlarının  xarakterlərində  dindarlıq  insani 
qüsurla  vəhdətdə  göstərilir,  düşündürür  və  qəzəbləndirir. 
Barokko  üslubi  cərəyanına  mənsub  olan  bir sənətkar kimi  o 
da  dəhşətli  səhnələrin  təsvirinə  meyl  edir.  Ədibin  "Xaça 
səcdə etmə" əsərində də vəziyyət belədir. Dramın qəhrəmanı 
Eysebio  adlı  atası-anası  naməlum  bir  gəncdir.  Onu  meşədə 
xaçın  altında  tapıb  kəndə  gətirirlər,  burada  böyüdüb  tərbiyə 
edirlər. Onun sinəsini qırmızı xaç nişanı bəzəyir. Xaç həmişə 
ona  kömək  edir,  çətinliklərdə  dadına  çatır.  Gənc  xaçın  bu 
sirli, sehrli gücü qarşısında heyran qalıb ona səcdə edir. 
Eysebio  Yuliya  adlı  bir  qızı  sevir,  onunla  evlənmək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə