Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə115/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
351 
edir,  onu  müdafiə  edəcəyinə  söz  verir.  Sonra  isə  ona  bir 
kağız  verib  orada  öldürüləsi  adamın  adının  yazıldığını 
söyləyir. Cani kral hər şeyi dəqiq düşünmüşdür. Gəncdən söz 
almış,  onu  çirkin  cinayətin  mexaniki  silahına  çevirmişdir. 
Kral  Don  Sançoya  tapşırır  ki,  ad  yazılmış  kağızı  sonra 
oxusun, tərəddüd etməsin, əhdi yerinə yetirsin. Kralın  
 
Gedin! Mənim Sançom! Beləliklə də, 
Qoy yetsin yerinə bizim əhdimiz. 
Dediyimiz sözlər pozulmaz heç vaxt, 
Bunu tək ikimiz bilirik ancaq. 
Bir susmaq, bir də ki, yalnız ehtiyat! 
 
sözləri cinayətin necə ustalıqla hazırlandığını bir daha nəzərə 
çatdırır. O dövrün ispan zadəgan qayda-qanunlarına görə, ali 
hakim  olan  kralı  təhqir  etmiş  adamı  öldürmək  hər  bir 
təbəənin  müqəddəs  borcu  sayılırdı.  Don  Sanço  da  belə 
düşünür  və  kralı  təhqir  etmiş  adamı  öldürmək  qətiyyətilə 
sarayı tərk edir. 
Elə bu vaxt o öz nökəri Klarindoya rast olur. Klarindo 
şad xəbər gətirmişdir. Busto bacısını Don Sançoya verməyə 
razıdır,  tezliklə  toy  etmək  fikrindədir.  Məlum  olur  ki, 
Estrelya  və  Busto  toyun  vaxtını  təyin  etmək  üçün  onu 
axtarırlar.  Don  Sançoya  yazdığı  məktubda  Estrelya  onu  öz 
əri  adlandırır,  vaxt  itirmədən  gəlməsini  bildirir.  Don  Sanço 
sevinərək evə sifariş göndərir, toya hazırlaşmağı tapşırır. Özü 
isə Bustonun yanına tələsir. Elə bu vaxt kralın kağızı yadına 
düşür.  Açıb  oxuyanda  orada  "Öldürülməlidir  Tabera  Busto" 
sözlərini  yazdığını  görüb  dəhşətə  gəlir.  Sevinc  kədərlə  əvəz 
olunur. 
Don  Sanço  iki  od  arasında  qalır.  Sevgi  və  şərəf  onu 
bir-birinə  zidd  qərarlar  çıxarmağa  sövq  edir.  Quru  şərəfi 
sevgidən,  səadətdən,  insanlıqdan,  ədalətdən  üstün  tutan, 
yazıçı  tərəfindən  haqlı  olaraq  "şərəf  qulu,  borc  cəngavəri" 


Afaq Yusifli İshaqlı 
 
 
352 
adlandırılan  Don  Sanço  bir-birinə  zidd  düşüncələr  arasında 
çırpınır. 
 
Lakin həyat versəm ona mən bu dəm 
Pozaram yəqin ki, mən öz andımı. 
Kral şöhrətini təhqir edərəm, 
Ömrümü, ruhumu yox etsəm də mən, 
Yox tələf etmərəm öz namusumu. 
 
Bu  sözlər  onda  borc,  şərəf  hissinin  daha  güclü 
olduğunu,  kralın  verdiyi  əmr  ədalətsiz  olsa  da,  onu  qanun 
saydığını  bir  daha  nümayiş  etdirir.  Dramaturq  nəcib  Don 
Sançonu  ixtiyarsız  cinayət  silahına  çevirən  krala  da,  onun 
məharətlə  istifadə  etdiyi  şərəf,  namus  qanunlarına  da  nifrət 
oyadır.  Don  Sanço  nəyin  xatirinə  öz  sevgilisini  itirir?  Nə 
üçün özü üçün dünyada ən əziz olan bir şəxsi öldürməyə əl 
atır?  Hərəkətini  dəlilik  adlandırsa  da,  "kraldır,  kraldır  bu 
cinayətə məni sövq eyləyən" deyə həqiqəti dərk etsə də, o nə 
üçün  belə  bir  cinayətin  qeyri-ixtiyari  icraçısına  çevrilir? 
Qabil  qardaşını  öldürən  kimi,  nahaqca  qardaşını  öldürdü-
yünü  boynuna  alan,  özünə  yaşamağı  haram  sayan,  özünü 
alçaq cani sayan, qəddar qatil adlandıran Don Sanço nə üçün 
başqasının olan bir iradədən güc alıb belə iş tutur? Yuxarıda 
dediyimiz  kimi  Don  Sançonu  belə  müdhiş  bir  hərəkətə 
verdiyi  söz,  içdiyi  and,  əsrlərlə  qanun  kimi  qarşılanan 
ənənələr  məcbur  edir.  Bu  qanlı  əməlin  səbəbini  Don  Sanço 
hamıdan daha düzgün izah edir: 
 
Fəlakət dolu bir and içdiyimdən, 
Öz müdhiş borcumu icra etdim mən. 
Beləcə qorudum öz namusumu, 
Siz gedib krala deyin ki, bunu 
Sözündə möhkəmdir sevilyalılar! 
Namusun üstündə həm qardaşını, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
353 
Həm də eşqlərini məhv eyləyirlər! 
 
Aldadılan, aldadılaraq and içdirilən, ən yaxın adamını 
günahsız  yerə  öldürən,  ən  namuslu  adamı  namus  naminə 
məhv  edən  Don  Sanço  əslində  ən  namussuz,  ən  şərəfsiz  iş 
tutmuş olur. Bustonun yeganə günahı odur ki, bacısının, həm 
də  Don  Sançonun  sevgilisinin  namusunu  qorumağı  hər 
şeydən  üstün  tutmuşdur.  Bustonun  kişiliklə,  cəsarətlə 
müdafiə etdiyi namus onu ucaldır. Don Sançonun qoruduğu 
namus  onu  alçaldır,  caniyə,  qatilə  çevirir.  Bu  iki  namus 
anlayışı  bir-birinə  ziddir,  biri  digərini  rədd  edir.  Bu  saxta 
namus  yolunda özünü  məhv  edən  Don  Sanço  da  başa  düşür 
ki,  onun  idrakı  zəhərlənmişdir.  Daxilən  bütün  varlığı  ilə 
tutduğu  işə  peşmandır.  Hərəkətinin  qeyri-insani,  həqiqi 
namus,  şərəf  anlayışına  zidd  olduğunu  o  da  anlayır.  Lakin 
əsrlərlə  qanun  kimi  qarşılanmış  baxışların  ətalətindən, 
təsirindən çıxa bilmir, kralın əlində oyuncağa çevrilir. Sözün 
həqiqi mənasında qul olur, saxta şəkildə başa düşülən namus 
quluna  çevrilir.  Xalq  içərisindən  çıxan  Lope  de  Veqa  daha 
çox  hakim  təbəqələr  arasında  yayılan  bu  saxta  silki  əxlaq 
normalarını rədd edir. 
Don  Sanço  Ortis  özü  də  düşdüyü  vəziyyətdən, 
hərəkətlərindən  narazıdır.  O,  ümumi  şəkildə  həyatı 
günahlandırır.  İnsan  həyatının  bir  təsadüfdən,  taleyin 
amansız  oyunundan  asılı  olduğunu  düşünüb  fəryad  edir, 
üsyan qaldırır. 
 
Bir qızğın qumardır bu həyat, budur, 
Bəzisi uduzur, bəzisi udur... 
Qumarda bircə xal gətirməyəndə, 
Adam bədbəxt olur, düşür kəməndə. 
Sən sərt bir oyunsan, həyat, ey həyat! 
Mənə üz vermişdi bir bəxtiyarlıq, 
Bir anda zülmətə döndü o artıq. 


Afaq Yusifli İshaqlı 
 
 
354 
 
Beləliklə,  silki  ehkamların  uydurma  məntiqi  təbiətin 
diktə  etdiyi  sağlam  insani  düşüncəyə  zidd  gedərək  insanın 
həyatını  qumar  oyununa  çevirir.  İnsanın  taleyi  bir  püşkdən, 
bir  təsadüfdən  asılı  qalır.  İnsan  öz  həyati  borcuna  uydurma, 
insanazidd qanunlar əsasında yanaşanda, namus və şərəfi bu 
ölçü  ilə  qiymətləndirəndə  onun  həyatı  qəddar  bir  oyuna 
çevrilir, cinayətkar bir oyunun qurbanı olur. 
Kral simasında həyata qədəm qoyan şər ayaq basdığı 
hər yerə üz çevirdiyi hər kəsə uğursuzluq, bədbəxtlik gətirir. 
Kral  müqəddəs  adət-ənənələrdən,  qanun-qaydalardan  sui-
istifadə edərək insanları cinayətə yönəldir. Əgər kral düzgün 
mövqedə dayanaraq təhqir edilibsə, xalq və ölkənin xatirinə 
işlədiyi bir məqamda təhqirə məruz qalıbsa, onu təhqir edən 
cəzaya  layiqdir.  Burada  onun  intiqamını  almaq  təbəəsinin, 
doğrudan da, borcudur. İndiki halda isə kral ən çirkin əməlini 
həyata  keçirmək  istərkən,  başqasının  namusunu  ləkələmək 
niyyəti  ilə  onun  evinə  girərkən  əməlinin  adı  üzünə  deyilib, 
qovulur.  Əgər  kral  təhqir  edilibsə,  namus,  şərəf  naminə 
təhqir  edilib.  Lakin  bu  namussuz,  ləyaqətsiz  kral  namus  və 
ləyaqət mücəssəməsi olan insanları saxta namus, şərəf oyunu 
ilə  məhvə  aparır.  Don  Sanço  Bustonu  öldürdükdən  sonra 
özünə  ölüm  arzulayır,  hakimlərə  yalvarır  ki,  onu  edam 
etsinlər. Onu həbsə alıb mühakimə edirlər. Kral bir sözü ilə 
onu  xilas  edə  bilər,  lakin  verdiyi  vədi  pozur,  gəncə  kömək 
göstərmir, üstəlik adamları vasitəsilə ona yeni-yeni iztirablar 
verir.  Kral  özü  bilir  ki,  Don  Sanço  Bustonu  onun  əmri  ilə 
öldürmüşdür.  Lakin  kral  israrla,  dönə-dönə  tələb  edir  ki,  o, 
Bustonu nə üçün, kimin əmri ilə öldürdüyünü boynuna alsın. 
 
Ona söyləyin ki, lal olmasın, lal, 
Hər şeyi söyləsin, söyləsin dərhal. 
Qoy açıb söyləsin səmimiyyətlə, 
O, kimin hökmüylə, nə üçün belə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə