Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə114/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
348 
Qızın vüqarı, gözəlliyi kralın qəlbini ovlamış, hətta kral onun 
qarşısında şlyapasını çıxarıb baş əyməyə də fürsət tapmışdır. 
Kral gördüyü qızı Don Aryasa belə təqdim edir. 
 
O qara saçlını unutdun amma? 
Vüqarla durmuşdu öz eyvanında. 
Hamıdan vüqarlı, hamıdan gözəl... 
Onu görən kimi qaldım məəttəl... 
Nurlu Avropadan o işıqlıydı, 
İşıqlı gündüzdən yaraşıqlıydı. 
O qara paltarda göründü mənə, 
Göylərin ilahi gözəlliyiylə. 
 
Yanqır, təcrübəli kral kimi gözü ancaq gözəl qadınlar 
axtaran Don Aryas Don Sançonun kim haqqında danışdığını 
o  saat  başa  düşür.  Söhbətin  Estrelya  Taberadan  getdiyini 
anlayır.  Don  Aryas  Sevilya  ulduzu  ləqəbi  ilə  tanınan 
Estrelyadan,  onun  qardaşı  Busto  Taberadan,  qardaşının  onu 
ərə vermək istəməsindən krala söhbət açır. 
Kral necə olursa-olsun Esrtelyanı ələ keçirmək, onun 
sevgisindən  kam  almaq  arzusunda  olduğunu  bildirir,  Don 
Aryasdan  tədbir,  hiylə  soruşur.  Elə  həmin  gecə  Estrelyanı 
görmək  istəyini  bildirir.  Don  Aryasın  məsləhəti  ilə  Kral 
Busto  Taberanı  özünə  yaxınlaşdırmaq,  ona  mərhəmət 
göstərmək  və  bu  yolla  onun  bacısını  ələ  keçirmək  qərarına 
gəlir. 
Kral  Bustonu  ələ  keçirmək,  öz  hörməti  ilə  onu  gözü 
kölgəli etmək üçün hər şeyə hazırdır. O, dövlət işlərindən öz 
sevgi ehtiraslarını təmin etmək üçün istifadəyə çalışır. Ölmüş 
sərkərdənin  yerinə  Don  Qonsalo,  Fernando  Peres  Medina 
kimi  əsl  namizədlər  olduğu  halda,  o  bu  vəzifəni  zorla 
Bustoya  tapşırır.  Busto  kralın  gözlənilməz  mərhəməti, 
lütfkarlığı qarşısında narahat olur, həyəcanlanır, şübhələnir. 
 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
349 
Layiq olduğumdan artıqsa fəqət, 
Mənə gərək deyil, nə şan, nə şöhrət. 
 
deyərək  kralın  göstərdiyi  etimaddan  qaçmağa,  can  qur-
tarmağa  çalışır.  O,  kralın  çirkin  planlarından  bixəbər  ol-
masına  baxmayaraq  onun  lütfkarlığında  qorxulu,  təhlükəli 
bir  nəticə  görür,  kraldan  ancaq  ədalət  gözlədiyini  bildirir. 
Bustonun mərd, cəsarətli imtina cəhdlərinə baxmayaraq kral 
onu  Arqidonaya  vali  təyin  edir.  Kral  çox  incə  şəkildə 
Bustonun  hal-əhvalını,  bacısını  soruşur,  Estrelyaya  adaxlını 
özü tapacağını, cehiz verəcəyini və hami olacağını söyləyir. 
Estrelyanı  görmək  üçün  ölüb  əldən  gedən  kral 
məiyyəti  ilə  birlikdə  Busto  Taberanın  evinə  gələndə,  onun 
evinə keçmək istəyəndə gənc zadəgan bu şübhəli lütfkarlığı 
rədd edir, kralı evinə buraxmır. "Əgər sevilyalılar bilsələr ki, 
kral  bizim  evə  qonaq  gəlmişdir,  şəhərdə  min  cür  söz 
danışarlar"  deyərək  onu  geri  qaytarır.  Çirkin  namussuz 
planlarının üstü açılan, gəlişinin məqsədi açıq şəkildə üzünə 
deyilən  kral  məqsədindən  yenə  dönmür.  Don  Aryasın 
vasitəsilə  qulluqçu  Natilda  öz  xanımına  satqın  çıxır. 
Bustonun  gecələr  kefdə  olduğunu  ancaq  səhərə  yaxın  evinə 
gəldiyini  bildirib  kralı  gecə  Estrelyanın  yanına  buraxmağa 
söz verir. Kral plaşa bürünərək Busto Taberanın evinə daxil 
olur.  Kral  içəri  girən  kimi  Busto  da  evə  qayıdır.  Adətinin 
əksinə olaraq bu dəfə evə çox tez gəlir. Kralın  təkcə,  gizlin 
onun  evinə  soxulduğunu  görən  Tabera  dəhşətə  gəlir,  onun 
hərəkətini namussuzluq, rüsvayçılıq adlandırır. 
 
Yox, kral özünün təbəələrini 
Bu namussuzluqla ləkələməz, yox... 
Söylə, bundan böyük varmı xəyanət? 
İspaniyalıların fəxr eylədiyi, 
Şanı və şöhrəti çox parlaq olan 
Kralın adından danışaraq sən – 


Afaq Yusifli İshaqlı 
 
 
350 
Rüsvayçı, həyasız işlər görürsən! 
1
 
 
Busto  kralı  tanıyır.  Onun  çirkin,  namussuz  iş 
tutduğunu kobud ifadələrlə üzünə deyib evdən qovur. 
 
Kral hamisidir rəiyyətin, 
Qoruyur o, xalqın pak namusunu. 
 
sözləri  xüsusilə  diqqəti  cəlb  edir.  Lope  de  Veqanın  təsvir 
etdiyi  kral  bu  prinsipin  tamamilə  əksinə  hərəkət  edən  bir 
adamdır. O, xalqını qorumalı  olduğu halda, ona ləkə vuran, 
ləkə vurmağa çalışan bir adamdır. Əslində onun xalq namusu 
ilə  oynamaqdan  başqa  bir  işi  yoxdur.  Busto  kralı  tanısa  da, 
özünü tanımazlığa vurub onun çirkin simasını  açıb göstərir, 
onu  ifşa  edir.  Bu  sözlərin  kəskinliyinə  dözə  bilməyən  kral 
onunla  qılınclaşmaq  qərarına  gəlir,  hay-küy  düşəndə  tanına-
cağını görüb qaçır. 
Busto tərəfindən özünü təhqir edilmiş sayan kral indi 
yeni  bir  cinayət  haqqında  düşünür.  O,  Bustodan  intiqam 
almaq,  onu  məhv  etmək  üçün  yollar  arayır.  Aşkar  şəkildə 
onu  öldürməkdən,  xalqın  narazılığına  səbəb  olmaqdan 
ehtiyat  etdiyi  üçün  yeni  çirkin  bir  üsula  əl  atır.  Saray 
əyanlarının  məsləhəti  ilə  onu  öldürmək  başqa  bir  adama 
həvalə  edilir.  Don  Aryasın  məsləhəti  ilə  bu  iş  Bustonun 
dostu, Estrelyanın sevgilisi Don Sançonun boynuna qoyulur. 
Burada  Don  Sançonun  öz  taleyi  də,  namusu  da  təhlükə 
altında  qoyulur.  Don  Sançonun  kral  yolunda  ölümə  belə 
hazır  olduğunu,  onun  özünün  tanrısı  saydığını,  hər  əmrinə 
hazır  olduğunu  söylədiyini  görən  kral  onunla  çox  incə,  hiy-
ləgər  bir  danışıq  aparır.  Guya  onu  təhqir  edən  bir  nəfəri 
aradan götürmək lazım olduğunu deyib gəncdən söz alır, əhd 
                                                 
1
 Лопе де Вега. Пйесляр, Азярняшр, Бакы, 1974. с.46, 47  
/тяръ. Т.Тялятиндир/ 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə