391
Respublikasında etnik və dini zəmində əlavə çətinliklər
yaratmaq
cəhdləri də diqqət yetirilməli amillərdəndir.
3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və
insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət
funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət
1990-cı illərin əvvəllərində bu problemin bir sıra aspektləri ilə üzləşmiş
Azərbaycan Respublikasının demokratik dövlət quruluşu əleyhinə
çalışan müəyyən daxili və xarici qüvvələrin dövlət funksiyalarının
yerinə yetirilməsinə qarşı cəhdləri milli təhlükəsizliyə təhdid törədən
mümkün fəaliyyətlər sırasındadır.
3.3. Separatçılıq, etnik, siyasi və dini ekstremizm Separatçılıq, etnik,
siyasi və dini ekstremizm özünün istənilən formasında dövlətin və
cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli
təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər.
3.4. Terrorçuluq və kütləvi qırğın silahlarının yayılması
Əsas terrorçu qrupların yerləşdiyi və kütləvi qırğın silahlarının
yayılması problemlərinin olduğu bölgələrə yaxınlıq ölkə üçün potensial
təhdid yaradır. Kütləvi qırğın silahları və ya onların istehsalat
texnologiyalarının terrorçuluq məqsədi ilə əldə olunması ehtimalı bu
təhdidləri daha da kəskinləşdirə bilər.
3.5. Regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq
Azərbaycan Respublikası ərazisinn bir hissəsinin Ermənistan tərəfindən
işğalının davam etməsi və qonşu
dövlətlərdə həll edilməmiş
münaqişələr nəticəsində əmələ gəlmiş "nəzarətsiz" ərazilərin
mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığı və digər qeyri-qanuni
fəaliyyətləri ölkənin və bütövlükdə regionun təhlükəsizliyinə əsas
təhdidlərdən birinə çevirmişdir.Region ölkələrində münaqişələrin
alovlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün
təhdid yaradır. Regiondakı münaqişələr Azərbaycan Respublikasının
xarici iqtisadi münasibətlərinə ciddi ziyan vura, ölkəyə kütləvi qaçqın
axını ilə nəticələnə və qeyri-qanuni silah alveri, insan alveri, narkotik
vasitələrin qanunsuz dövriyyəsi və digər qeyri-qanuni fəaliyyətlər daxil
olmaqla, transmilli cinayətkarlığı artıra bilər.
3.6. Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət
Enerji ehtiyatlarının işlənməsindən və tranzitindən əldə olunmuş gəlirlər
Azərbaycan Respublikası iqtisadiyyatının əsasını təşkil edir. Bunu
nəzərə alaraq, siyasi vasitələrə və ya infrastruktura fiziki zərər vurmaq
392
yolu ilə sənayenin bu sahəsinin sıradan çıxarılmasına cəhdlər mümkün
təhdidlər sırasındadır.
3.7. Xarici siyasi, hərbi və ya iqtisadi asılılıq
Azərbaycan Respublikası beynəlxalq aləmdə gedən inteqrasiya və
əməkdaşlıq prosesləri çərçivəsində digər dövlətlərlə qarşılıqlı faydalı
münasibətlərin qurulmasında maraqlıdır. Bununla belə, Azərbaycan
Respublikasının beynəlxalq
münasibətlərdə xarici siyasi, hərbi və ya
iqtisadi asılılığa düşməsi onun milli maraqlarının təmin olunmasına
təhdid yarada bilən amillərdəndir.
3.8. İqtisadi qeyri-sabitlik
Müstəqilliyin ilk illərində hərbi təcavüzə məruz qalma, bazar
iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı
çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı
illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna
baxmayaraq, Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə
israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika
sektorunda böyük uğurlar əldə etmişdir. Bununla belə, sürətlə artan neft
və qaz gəlirlərindən həddən artıq asılılıq makroiqtisadi tarazlığı poza və
beləliklə, ölkəni potensial qlobal və regional iqtisadi böhranların təsirinə
qarşı müdafiəsiz vəziyyətə sala bilər.
3.9. Peşəkar insan ehtiyatlarının çatışmazlığı
Təhsil sahəsi müstəqilliyin ilk illərindəki mürəkkəb
sosial-iqtisadi
vəziyyətlə bağlı - maliyyə çatışmazlığı və struktur problemləri daxil
olmaqla - mənfi nəticələri bu gün də hiss edilən ciddi çətinliklərlə
üzləşmişdir. Peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun
inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin
edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafındakı və idarə
edilməsindəki uğursuzluq Azərbaycan Respublikasının inkişafına uzaq
perspektivdə mənfi təsir göstərə bilər.
3.10. Regional hərbiləşdirmə
Regionda silahların və silah sistemlərinin həddən artıq cəmləşməsi
regional sabitliyə xələl gətirir. Bu, region ölkələri arasında hərbi
tarazlığı poza bilər. Rasional milli təhlükəsizlik maraqlarından artıq
hərbiləşmə, o cümlədən qeyri-effektiv nəzarət edilən xarici hərbi
bazalar səhv qiymətləndirməyə və regional silahlanma yarışına səbəb
ola bilər. Belə artan hərbiləşmənin digər aspekti ondan ibarətdir ki, bu,
məhdud iqtisadi resursların sosial-iqtisadi inkişafdan yayınmasına və
qarşılıqlı inamın pozulmasına gətirib çıxara bilər.
393
3.11. Ekoloji problemlər Azərbaycan Respublikasındakı ekoloji
problemlər Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi
məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər
dənizində ekoloji
nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində
aparılmış neft hasilatı ilə bağlıdır. Bundan əlavə, Azərbaycan
Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində flora
və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu ərazilərdə
genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən
birinə çevrilmişdir.
Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin
qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi,
radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz
qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır.
Bundan əlavə, Ermənistan ərazisində seysmik
zonada yerləşən və
texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası
bütövlükdə region üçün təhlükə mənbəyidir.
Ətraf mühitin çirklənməsi, münbit torpaqların deqradasiyası, təbii
resurslardan qeyri-rasional istifadə, sənaye və məişət tullantılarının tələb
olunan səviyyədə emal olunmaması ciddi problem mənbəyidir. Ekoloji
problemlər iqtisadi və sosial həyata mənfi təsir göstərir, ictimai
sağlamlığa, cəmiyyətin maddi sərvətinə və dövlətin müvafiq
qurumlarının fəaliyyətinə ciddi maneələr yaradır.
4. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas
istiqamətləri
Suveren dövlət kimi, Azərbaycan Respublikası daxili
və xarici siyasət
vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində
təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına,
habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli
təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti xarici və daxili
təhlükəsizlik arasında mövcud ayırıcı xətləri əhatə edən və adekvat
çoxfunksiyalı tədbirlər tələb edən təhdidlərin müxtəlif ölçülü xarakterini
nəzərə alır.
4.1. Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi
4.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması
Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən
istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan
394
Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir.
Ərazilərin zəbt edilməsi və etnik təmizləmə ümumbəşəri və Avropa
dəyərlərinə,
eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq
prinsip və ideyalarına ziddir.
Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar
Azərbaycan Respublikasının səyləri dövlətlərarası siyasi razılaşmanın
əldə olunması ilə məhdudlaşmır və bu razılaşmaya nail olduqdan sonra
iki xalq arasında davamlı, qarşılıqlı sülhün və anlaşmanın bərqərar
olmasına yönələcəkdir.
Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir
hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin
ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının
tərəfdarı olmaqda davam edir. Münaqişənin nizamlanmasının hüquqi və
siyasi əsasları Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı
qətnamələrinə, həmçinin ATƏT-in, Avropa Şurasının müvafiq sənəd və
qərarlarında əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə
söykənir. Bu sənədlər Azərbaycan Respublikasının suverenliyini, ərazi
bütövlüyünü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını bir
daha təsdiq etmişdir.
Münaqişə Azərbaycan Respublikasının
işğal olunmuş bütün
ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, bu ərazilərdə
Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi,
məcburi surətdə çıxarılmış azərbaycanlıların öz doğma yurd-yuvalarına
qayıtması, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni
icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının
tərkibində yüksək səviyyəli özünüidarəetməni təmin edən hüquqi
statusun qanuni və demokratik proses çərçivəsində işlənib hazırlanması,
ölkənin ümumi iqtisadi inkişafı, regional inteqrasiya çərçivəsində bu
bölgənin kommunikasiyalarının bərpası və sosial-iqtisadi yüksəlişi üçün
şəraitin yaradılması əsasında həll olunmalıdır.
Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal olunmuş
ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması və
həmin ərazilərdə qanunsuz fəaliyyətlə bağlı məsələləri daim diqqət
mərkəzində saxlayır. Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış
bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
tarixi və mədəni irsin məhv edilməsi, azərbaycanlıların yaşayış
məntəqələrinin simasının dəyişdirilməsi kimi faktların araşdırılması və
buna müvafiq qiymət verilməsi üçün Azərbaycan Respublikası mövcud