Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

47 
 
bizi bəşəriyyətin yeni psixoloji inkişaf fazasına yüksəldə 
bilər.”
14
  
Klubun “daimi komitəsinin” özəyi 6 nəfərdən ibarət 
idi: Aurelio Peççei, Erix Yants, Aleksandr Kinq, Maks 
Monne (beynəlxalq problemlər üzrə Hollandiyalı ekspert), 
Jan Sen-Jur (iqtisadiyyat və maliyyə  məsələləri üzrə 
ekspert, Fransa futurologiya məktəbinin nümayəndəsi), və 
Quto Timann (Cenevrədəki Battel İnstitutunun direktoru). 
Beləliklə, öz sıralarında dünyanın bir çox ölkələrinin 
alimlərini, ictimai və siyasi xadimlərini birləşdirən  bey-
nəlxalq qeyri-hökumət təşkilatı olan Roma klubu yara-
nır. Roma klubu hüquqi olaraq İsveçrədə qeydiyyatdan 
keçib və Nizamnaməsinə görə bu klubun üzvlərinin sayı 
100 nəfərdən artıq ola bilməz.  
Roma klubu üçün “Artmaqda olan çətinliklərə 
konstruktiv cavabların axtarışı  və dünyanın inkişafının 
qeyri-müəyyənliyi” adlı ilk məruzənin layihəsi Həsən 
Özbəkxan tərəfindən təklif olunmuşdur.  
H. Özbəkxan mənşəcə türkdür. Filosof, kibernetika və 
planlaşdırma üzrə mütəxəssis olan H. Özbəkxan Kaliforni-
yadakı beyin mərkəzlərindən birinə  rəhbərlik etmişdir. 
Onun məruzəsinin  əsasını “dünyanın inkişafının ilkin 
modelinin və ya bir-neçə modelin işlənib hazırlanması 
ideyası  təşkil edirdi ki, bu ideya da dünyanın inkişaf 
dinamikasının ümumi cizgilərini  əks etdirirdi və sistemlər 
arasındakı ümumi komponentləri və mövcud təhlükəli 
əlaqələri aşkar etməyə ümid verirdi.”
15
 Lakin, layihə həddən 
artıq mürəkkəb və onun hazırlanması üçün verilən vaxt az 
olduğundan, klubun liderləri onu Roma klubu üçün 
hazırlanan ilk məruzə kimi qəbul etmirlər. 
 
 
                     
14
 А.Печчеи. Человеческие качества., M., 1985. стр.123-124. 
15
 А.Печчеи. Человеческие качества. M., 1985 стр.133.  
48 
 
Roma klubu üçün hazırlanan məruzələr 
 
Roma klubunun egidası altında hazırlanan ilk məruzə 
dünyadakı  vəziyyəti  əks etdirmək üçün ilk cəhd olan 
“Dünya-1” adlı riyazi model idi. Bu modelin yaradıcısı 
Massaçuseti Texnoloji Universitetinin tətbiqi riyaziyyat və 
kibernetika üzrə professoru Cey Forrestor idi. O, dörd həftə 
ərzində primitiv bir model hazırlamışdı  və bu model 
aşağıdakı 5 parametr arasındakı əlaqələri əks etdirən 40-dan 
artıq qeyri-xətti tənlikdən ibarət idi: 
 
1.
 
əhali; 
2.
 
kapital qoyuluşu; 
3.
 
bərpaolunmayan resurslardan istifadə; 
4.
 
ətraf mühitin çirklənməsi
5.
 
ərzaq istehsalı. 
 
Bununla da, ilk dəfə olaraq qlobal modelləşdirmə 
ideyası  həyata keçirilir. Model bəşəriyyətin qaçılmaz 
fəlakətə doğru getdiyini öncədən xəbər verirdi. Lakin 
primitiv və kobud olduğundan daha təkmilləşdirilmiş 
modelin hazırlanması  qərara alınır. Forrestorun təklifi ilə 
dünyanın inkişafının yeni modelinin hazırlanması üçün 
qrupa Dennis Medouz rəhbərlik edir. Medouz Forresterin 
iqtisadi-riyazi modellərindən istifadə edərək “Dünya-3” 
modelini yaradır.  
Beləliklə, 1972-ci il martın 12-də Vaşinqtonda 
Smitson Universitetində Roma klubuna “İnkişafın 
hüdudları” adlı ilk məruzə  təqdim olunur. Bu məruzənin 
müəllifi sistemli dinamika üzrə mütəxəssis, Massaçuset 
Universitetinin professoru Dennis Medouz idi. 
Model gələcək barədə olduqca bədbin proqnozlar 
verirdi. Məruzədə deyilirdi ki, 75 ildən sonra Yer 
kürəsindəki resurslar tükənəcək,  ərzaq çatışmazlığı isə 
böhran vəziyyətinə çatacaqdır. 


49 
 
Həmin vaxtdan 1990-cı ilə qədər klubunun təşəbbüsü 
ilə 20-yədək fundamental və xeyli sayda digər tədqiqat işləri 
aparılmış və onların nəticələri Roma klubuna məruzələr for-
masında təqdim olunmuşdur. Kluba təqdim olunan və 
dünyada mövcud olan qlobal problemləri  əhatə edən  əsas 
məruzələr aşağıdakılardır: 
 
1.
 
“İnkişafın hüdudları”, 1972-ci il. (rəhbəri 
D.Medouz); 
2.
 
“Bəşəriyyət dönüş nöqtəsində”, 1974-cü il. (rəhbəri 
M.Mesaroviç və E.Pestel); 
3.
 
“Dünya nizamının yenidən baxılması”, 1976-cı il. 
(rəhbəri Y.Tinbergen); 
4.
 
“Bəşəriyyət üçün məqsədlər”, 1977-ci il. (rəhbəri 
E.Laslo);  
5.
 
“Qarətçilik əsrinin hüdudlarından kənarda”, 1978-ci 
il. (rəhbəri D.Qabor); 
6.
 
“Enerji: geriyəsayma”, 1978-ci il. (rəhbəri 
T.Montbrill); 
7.
 
“Təlimin hüdudları yoxdur”, 1979-cu il. (rəhbəri 
C.Botkin, M.Elmancera və M.Malitsa); 
8.
 
“Üçüncü dünya: dünyanın dörddə üçü”, 1980-ci il. 
(rəhbəri M.Qrenye); 
9.
 
“Rifah və firavanlıq haqqında dialoq”, 1980-ci il. 
(rəhbəri O.Carini); 
10.
 
“Gələcəyə aparan marşrutlar”, 1980-ci il. (rəhbəri 
B.Qavrilişin); 
11.
 
“Mikroelektronika və  cəmiyyət”, 1982-ci il. 
(rəhbəri Q.Fridrix və A.Şaff); 
12.
 
“Ayağıyalınların inqilabı”, 1985-ci il. (rəhbəri 
B.Şnayder); 
13.
 
“Birinci qlobal inqilab” 1989-cu il. (rəhbəri 
A.Kinq və B.Şnayder). 
 
 
50 
 
Roma klubunun əsas ideyaları 
 
Roma klubunun yaradıcısı  və lideri Aurelio Peççei 
klubun fəaliyyətini təhlil edərək, “bəşəriyyətin əsas məqsəd-
lərini” formalaşdırmış  və onları  “İnsanın keyfiyyətləri” 
kitabında ictimaiyyətə təqdim etmişdir.
16
 Peççei özünün de-
diyi kimi, altı “başlanğıc” məqsədlərini təklif edir və bu 
məqsədlər Roma klubunun əsas ideyaları kimi qəbul 
olunmuşdur. 
Birinci məqsəd: xarici hüdudlar.  
İnsanın planetdə mövcudluğu və onun fəaliyyəti Yer 
kürəsinin biofizik hüdudları ilə (“xarici hüdudları” ilə) məh-
dudlaşır. Deməli, insan öz fəaliyyətində onu əhatə edən 
ətraf mühitin imkanlarını nəzərə almalı və bu imkanları son 
həddə gətirib çıxarmamalıdır: 
İkinci məqsəd: daxili hüdudlar. 
Bu məqsəd ondan ibarətdir ki, yalnız planetin deyil, 
həmçinin insanın özünun də imkanları fiziki və psixoloji 
hüdudlara malikdir. İnsan öz mədəniyyətini, sivilizasiyanı, 
yəni hər hansı bir süni mühiti yaradarkən bir tərəfdən 
orqanizminin daxili imkanlarını  həddən artıq səfərbər və 
sərf edir, digər tərəfdən isə onun özünün biofiziki keyfiy-
yətlərinin deqradasiyası prosesi baş verir. 
Bu məqsədin  əsas ideyası (A.Peççei bu ideyanı 
mərkəzi ideya kimi qəbul edir) insanın təkmilləşməsindən, 
onun yeni potensial imkanlarının ortaya çıxmasından 
ibarətdir. 
Üşüncü məqsəd: mədəni irs.  
Texnoloji sivilizasiyanın inkişafı  mədəniyyətin unifi-
kasiyasına (vahid şəklə düşmə) gətirib çıxarır. Ona görə də 
mədəni irsə yalnız qayğıkeş münasibət müxtəlif mədəniy-
yətlərin unikallığını qoruyub saxlaya bilər. Mütəxəssislərin 
                     
16
 
А.Печчеи. Человеческие качества. M., 1985.
  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə