Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

29 
 
şərait  yaranmışdır.  Şəkər  çuğunduru  sahələrinin  70%-ə  qədəri 
birtoxumlu sort və hibridlərlə səpilir. 
Birtoxumlu  sort,  hibrid  və  yarımhibridləri.  Birtoxumlu 
beloserkovsk  -  34.  (N-
məhsuldar  şəkərli)  -  Kiyev  vilayətinin 
Beleserkovsk  - 
təcrübə  stansiyasında  Verxnyaçesk  1025  və  Ro-
mon  153  sortlarının  hibridləşdirilməsindən  alınmış  nəslin  təkrar 
seçilməsi yolu ilə yetişdirilmişdir. Məhsuldar sortdur. Kələfcələri 
xırda  və  birtoxumludur.  1979-cu  ildən  rayonlaşdırılmışdır.  Тo-
xum
ları  çox  yaxşı  səpin  keyfiyyətinə  malikdir.  Birtoxumluq 
dərəcəsi 100%-dir. Məhsuldarlığına görə standart birtoxumlu sort 
yalтuşovskayanı  keçir,  kökümeyvələrinin  yüksək  texnoloji  xü-
susiy
yətləri  ilə  seçilir.  Kökyeyən  ziyanvericiyə,  serkosporoz  və 
virus sarılıq xəstəliklərinə qarşı orta dərəcədə davamlıdır. 
Birtoxumlu  yaltuşkovski  (N-məhsuldar  şəkərli).  Vinnitsk 
vilayətinin  Yaltuşkovski  seleksiya  məntəqəsində  hibridləşdirmə, 
sonra  çoxtəkrarlı  seçmə  yolu  ilə  yetişdirilmişdir.  Yüksək  məh-
suldar, çox şəkərli sortdur. 
Birtoxumlu Ramonsk-9.(E-
məhsuldar) Ümumittifaq ETŞÇİ-
da  alti  sortun  qarışığından  fərdi  seçmə  yolu  ilə  əldə  edilmişdir. 
Yüksək məhsuldar sortdur. 
Çoxtoxumlu sortlar.Pervomaysk- 028 
(N).Krasnodarın Per-
vomaysk seleksiya - 
təcrübə stansiyasında çoxtoxumlu sortlardan 
fərdi seçmə yolu ilə əldə edilmişdir.Yüksək məhsuldar, çox şəkər-
li sortdur. 
Ramonsk  -  06. 
(E)  Ümumittifaq  ETŞÇİ-nun Romansk  təc-
rübə stansiyasında çoxtoxumlu sortların qarışığından fərdi seçmə 
üsulu ilə yetişdirilmişdir. 
Kiva 
(Almaniya)  Azərbaycanda 2002-ci  ildən  rayonlaşdırıl-
mışdır.  
Lena 
(Almaniya)  Azərbaycanda 2002-ci  ildən  rayonlaşdırıl-
mışdır. 
FD RH 0005  F
1  
(Fransa Florimond  Despres  firması) Azər-
baycanda 2006-
cı ildən rayonlaşdırılmışdır. 
 Ameli  F
 
(
Fransa Florimond  Despres firması) Azərbaycan-
da 2008- 
ci ildən rayonlaşdırılmışdır. 
REYESRƏ BAXMAQ
 


30 
 
Bu  bitkinin  sortları  xarakterizə  edildikdə  əsasən  kökümey-
vənin texnoloji keyfiyyətlərinə, yüksək məhsuldarlığına və bir də 
çuğundurun xəstəliklərinə qarşı davamlılığı əsas götürülür. 
Sənaye  texnologiyası  ilə  becərməyə  birtoxumlu  sortlar  və 
hibridlər  daha  uyğundur.  Belə  sortlarda  birtoxumluluq  dərəcəsi 
90-
95%  və  bundan  çox,  cücərməsi  isə  80-85%  həddində  oldu-
ğundan  yaxşı  satılır.  Həmin  sort  və  hibridlərin  bitkiləri  tək-tək 
hal
larda çiçəkverən (birinci ili), xəstəlik və ziyanvericilərə (kök-
yeyən, serkosporoz və s.) davamlı, yüksək texnoloji keyfiyyətlərə 
mənsub xammal verəndir. 
Şəkər  çuğundurunun  sənaye  texnologiyası  ilə  istehsalı. 
Çuğundurun  sənaye  üsulu  ilə  istehsal  texnologiyası  yüksək  və 
sabit 
kökümeyvə  məhsulu  alınmasına  tam  təminat  verməklə 
bərabər, məhsulun yüksək texnoloji keyfiyyətlərə malik olmasına 
şərait  yaradır,  daha  sonra  məhsul  vahidinə  sərf  olunan  xərcləri 
minimuma endirir. Bu üsulla texnolo
giya araşdırmalarında hər bir 
bölgənin  torpaq-iqlim  xüsusiyyətləri  tam  nəzərə  alınıb,  istifadə 
edilməlidir. Sənaye texnologiyası yüksək əkinçilik mədəniyyətinə  
əsaslanmaqla,  özündə   aşağıdakı elementləri birləşdirmişdir: 
Çuğundurun  ən  yaxşı  sələflərdən  sonra  əkilməsi,  torpağın 
yaxşılaşdırılmış  əsas  və  səpinqabağı  becərmə  sistemləri,  üzvi  və 
mədəni  gübrələrin,  o  cümlədən  də  bitkini  ziyanverici  və  xəstə-
liklərdən  qoruması  üçün  kimyəvi  vasitələrin  yüksək  səmərə  ilə 
istifadəsi,  səpin  üçün  qəbul  edilmiş  səpin  norması  həddində 
yüksək dərəcədə cücərti alınması və son bitki miqdarı təmin edən 
rayonlaşdırılmış  sortların  istifadəsi  (bu  sort  cücərtiləri  eyni 
zamanda  onların  mexanizmlərlə  seyrəldilib-formalaşdırılmasına 
da  uyğun  olmalıdır),  alaqları  tam  məhv  etmək  üçün  yüksək 
səmərəli herbisid və onların qarışığının tətbiqi, vegetasiya ərzində 
mütərəqqi  beçərmə  üsullarından  istifadə  olunmaqla  bərabər 
məhsul  yığımında  əl  əməyinin  tətbiq  edilməməsi).  Bu  texno-lo-
giyanı  həyata  keçirmək  yüksək  məhsuldar  kənd  təsərrüfatı 
t
exnikasının  tətbiqi  ilə  bütün  aqrotexniki  tədbirlərin  optimal 
müddətlərdə, özü də yüksək keyfiyyətdə həyata keçirilməsini nə-
zərdə   tutur. 


31 
 
Növbəli  əkində  yeri.  Başqa  texniki  bitkilərdə  olduğu  kimi 
şəkər  çuğunduru  üçün  onun  növbəli  əkində  necə  yerləşdiril-
məsinin  əhəmiyyəti  böyükdür.  Belə  ki,  ayrı-ayrı  illərin  məhsul-
darlığı  göstərir  ki,  çuğundurun  yüksək  məhsuldarlığı  onun  ən 
əlverişli və yaxşı sələflərdən sonra yerləşdirilməsində təmin edi-
lir.  Şəkər  çuğunduru  ilə  məşğul  olan  elmi-tədqiqat  idarələrində 
a
parılmış uzunmüddətli və eyni yerdə olan təcrübələr göstərmişdir 
ki,  növbəli  əkinlərin  sistemi  və  bitkilərin  növbələşməsi  məhsul-
darlığı  artıran  ən  optimal  variant,  etibarlı  aqrotexnika  və  idarə-
etmə  tədbirləri  kompleksidir.  Bunu  bilmək  lazımdır  ki,  növbəli 
əkində təkcə şəkər çuğunduru üçün ən yaxşı sələf bitkisi tapmaq 
əsas şərt deyil. Sələf bitkisinin özünün sələfinə də diqqət yetiril-
məlidir ki, bunların torpağın qida və su rejiminə sonrakı il təsiri 
çuğundur üçün müsbət təsiri olsun. Növbəli əkinlərin elmi əsas-
larla mənimsənilməsi, alaq otlarını məhv etməkdə, ziyanveriçi və 
xəstəliklərlə  mübarizədə  daha  əlverişli  mübarizə  sisteminin 
seçilməsinə şərait yaratmaqla, bitkilərin düzgün növbələşməsi ilə 
torpağın  müxtəlif  qatlarındakı  nəmlik  və  qida  maddələrindən 
səmərəli  istifadə,  mineral  gübrə  və  digər  kimyəvi  vasitələrdən 
daha  çox  xeyir  götürməyə,  bitkinin  məhsuldarlığının,  torpaq 
münbitliyinin durmadan artmasına etibarlı zəmin yaradır. 
Sənaye  texnologiyasının  geniş  yayılması  göstərir  ki,  həmin 
texnologiya n
övbəli  əkinlər  əsasında  daha  səmərəli  olur.  Başqa 
bitkilərdə olduğu kimi şəkər çuğunduru üçün növbəli əkinlər hər 
bir konkret şəraitdə, torpaq-iqlim və digər amillər əsasında fərqli 
tərtib  edilir.  Məsələn,  cənub,  dağətəyi,  nəmliklə  yaxşı  təmin 
olunmuş  rayonlarda  çoxillik  otlardan  sonra  şəkər  çuğunduru  və 
bundan  sonra  isə  iki  il  dalbadal  payızlıq  taxılların  əkini  tövsiyə 
olunur. İstənilən bölgədə şəkər çuğundurunun eyni tarlada təkrar 
əkilməsi,  onun  məhsuldarlığını  kəskin  surətdə  azaldır.  Bununla 
yanaşı  torpağın  zəhərlənməsi  artır,  xüsusi  xəstəlik  və  ziyan-
vericilər: nematodlar, mənənələr, kök  çürümələri və s.  geniş  ya-
yılır. 
Növbəli əkində şəkər çuğundurundan sonra qarğıdalı, payız-
lıq buğda və s. bitkilər daha yaxşı məhsul verir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə