24
Dərələyəz mahalının kameral təsviri
görə, İran şahzadəsi Abbas Mirzə Nəbi bəyin və Qaraçorlu-
ların uzun müddət boş olan Dərələyəzdə yerləşdirilməsini
münasib görmüş, buradakı 6 kəndin-Keşişkənd, Ortakənd,
Başkənd, Qurdqulaq, Qoytul və Hors kəndlərinin gəlirini
icma başçısı Nəbi bəyə təxsis etmişdir (səh. 80).
Qeyd etmək lazımdır ki, Dərələyəzdə yerləşdirilən
qara çorlulara İran dövləti böyük güzəştlər vermiş, onla-
rı başpulu, evpulu, ev heyvanlarına görə alınan və digər
vergilərdən azad etmişdi. Qaraçorluların yerləşdiyi Şərqi
Dərələyəzin əhalisi hər il Dərələyəz xanına bəxşiş kimi
müəyyən miqdar qoyun və yağ verirdi. Keçmiş Gürcüstan
şahzadəsi Aleksandra 100 qoyun və 50 batman yağ, Kərim
xana 300 qoyun və 100 batman yağ, Dərələyəzin iltizamçısı
İrəvan Sərdarına 500 qoyun və 100 batman yağ ödəyirdilər.
Qərbi Dərələyəz əhalisi isə İran hakimiyyətinin vaxtın-
da olduğu kimi ildə 2.000 tümən (8.000 rubl) pul və 42,5
Naxçıvan xalvarı taxıl ödəyirdilər. Məlumat üçün deyək
ki, İrəvan xanlığında işlədilən xalvar 30 puda (1 pud 16.38
kq-a bərabərdir), Naxçıvan xanlığında isə 25 puda bərabər
idi (F.A.Brokhauzen və İ.A.Yefron. “Ensiklopedik Lü-
ğət”).
Göründüyü kimi, Abbas Mirzənin Dərələyəzə köçən
qaraçorlulara verdiyi imtiyazı Rusiya dövləti də saxlamışdı.
Dərələyəzlilərdən başqa, Erməni vilayətinin (keçmiş
İrəvan və Naxçıvan xanlıqları) qalan əhalisi vergiləri belə
ödəyirdi:
Baş pulu. 15 yaşına çatmış bütün kişi cinsindən olan-
lardan ildə 1 rubl 20 qəpik (gümüş pulla) “başpulu” deyilən
vergi alı nırdı. Qadınlardan və 15 yaşdan aşağı uşaqlara görə
alınmırdı.
Ev pulu. Hər ailədən 2 rubl.
25
(1831-ci və 1842-ci illər)
Mal pulu:
-camış 1 rubl
-madyan at 1 rubl
-ulaq -1 rubl 20 qəpik
-yük atı – 2 rubl. Minik atı vergidən azad idi.
Qoyun pulu.
-hər qoyundan və keçidən 20 qəpik və s.
Taxıl vergisi. Dövlət kəndliləri biçdikləri taxılın 35 fa-
izini xəzinəyə ödəməli idi, 65 faizi özlərinə qalırdı. Mülkə-
dar torpaqlarında da taxılın 65 faizi onu əkib-biçənə çatırdı,
15 faizi mülkədara, 20 faizi xəzinəyə ödənməli idi. Natu-
ral şəkildə ödənilən taxılın üçdə ikisi buğda, üçdə biri arpa
ilə ödənməli idi. Pul şəklində alınan vergilər il ərzində 3
dəfəyə, taxıl isə biçindən sonra bütöv şəkildə ödənirdi. Ver-
gi topla yanlar əldə edilən taxılı ölçməyincə, kəndlinin on-
dan istifa də etmək hüququ yox idi.
1 işlək dəyirmana görə 8 rubl vergi alınırdı(Naxçıvan
əyalətinin statistik təsviri.S.Pb, 1833, səh.109 ).
O vaxt bir qoyunun 2-3 rubla satıldığını nəzərə alsaq,
Şərqi Dərələyəz əhalisinin-qaraçorluların nə qədər imtiyaza
sahib olduğunu təsəvvür etmək çətin deyil.
Əhalidən alınan vergilərin dəyəri haqqında oxucuda
təsəvvür yaratmaq üçün həmin dövrdə mövcud olmuş qiy-
mətlərin bəzilərini yazmaq maraqlı ola bilər:
Keyfiyyətindən asılı olaraq 1 xalvar (təxminən 0,5 ton)
buğda 6-12 rubla, arpa 3,5-7 rubla, darı 3-6 rubla satılırdı.
Kəlin qiyməti 20-40 rubl, sağmal camışınkı 15-25 rubl,
cins öküz 10-20 rubl, sağmal inək 6-12 rubl, at 15-40 rubl,
ulaq 4-6 rubl idi.
Qoyunun qiyməti 2-3 rubl, keçininki onun yarısı qədər,
quzunun qiyməti 75 qəpikdən 1 rubl 50 qəpiyə qədər idi.
26
Dərələyəz mahalının kameral təsviri
1 batman yunun qiyməti 0,6-1,2 rubl, 1 batman pendi-
rin qiyməti isə 30-40 qəpik idi.
Mənbənin 660 qaraçorlu ailəsinin başçısı olduğu bil-
dirilən Nəbi bəy Fətəli xan oğlu 1831-ci ilin kameral siya-
hısında Dərələyəz mahalının Ərgəz kəndində syahıya alınıb:
“№62.ƏRGƏZ KƏNDİ
Qaraçorluların təhməzli tayfası
1.Nəbi bəy Fətəli xan oğlu 60 yaşında (qaraçorlu
tayfa sının başçısı); arvadı Nənəxanım 50 y; iki oğlu var:
Həsənqulu 20 y; (onun arvadı Xırda 15 y); Heydərqulu 15 y
(Dərələyəzin Terp kəndinə köçüb); (onun arvadı Gülnisə
15 y; oğlu Usub 1 y); iki qızı var: Ummunisə 10 y; Ayna 5
y;
(Dərələyəzin Arınc kəndinə köçüblər).
2. Abbasqulu bəy Nəbi bəy oğlu 25 y; arvadı Mələk 18
y; 2 oğlu var: Şirxan 3 y; Bəşir 1 y; 2 qızı var: Xeyrənisə 5
y; Tuti 2 y.
(4 il əvvəl İrana qaşıblar). Qeydin tarixi yoxdur.
Həmin vaxt Nəbi bəyin başqa bir oğlu Dərələyəzin
Arınc kəndində yaşayırdı:
“№66.ARINC KƏNDİ
Qaraçorluların təhməzli tayfası
1.Nəcəfqulu Sultan Nəbi bəy oğlu (poruçik, 3-cü dərə-
cəli Müqəddəs Anna ordeni kavaleri) 30 y; arvadı Pərixa-
nım 25 y; iki oğlu var: Fətəli 6 y; Qiyas 5 y; qızı Balaxanım
3 y; qardaşı Məmmədhənifə 17 y;
(İrana qaçıblar)”. (Dərələyəz mahalının Kameral
təsviri. 1831-ci il).
İran şahzadəsi tərəfindən Dərələyəzə yerləşdirilən,
1826-1828-ci illər ikinci rus-İran müharibəsində çox gü-
man ki, rusların tərəfində İrana qarşı vuruşaraq Müqəddəs
27
(1831-ci və 1842-ci illər)
Anna ordeni kavaleri, poruçik hərbi rütbəsi alan Nəcəfqulu
Sultan Nəbi bəy oğlu da, onun qardaşı Abbasqulu bəy də
başları daşdan daşa dəyəndən sonra yenidən İrana pənah
aparmalı olublar.
Nəbi bəyin mənsub olduğu təhməzli tayfası Dərələyəz-
dəki qaraçorluların ən böyük və çoxsaylı tayfası idi. Ərgəz,
Aşağı Canı, Arınc, Martiros və Sallı kəndlərində 79 təh-
məzli ailəsi yaşayırdı(yenə orada).
Kulakanlılar (Qabaqlı, Haxılı, Cağatay, Tezxarab,
Söylan, Terp, Gabud, Gomur və Cul kəndlərində) 70 ailə,
həsənanlılar (Qozluca, Axta, Göyərçin, Mərədüz qışlağı,
Herher, Köçbək və Çaykənd kəndlərində) 62 ailə, əliyanlı-
lar (Ağkənd, Ağdərə, Şahgəldi Qışlağı, Qaravənk və Her-
her kəndlərində) 62 ailə, bozlu tayfası (Por, Terp, Qara-
lar, Gümüşxana və Tarp kənd lərində) 48 ailə, hacısamlılar
(Obana, Xorvadıx, Ələyəz, Qovuşuq, Güneyvənk və Her-
her kəndlərində) 46 ailə idi(yenə orada).
Qaraçorluların Dərələyəzə köçməsinin səbəbkarı oldu-
ğuna görə, Mehdiqulu xan haqqında qısa da olsa məlumat
vermək yerinə düşərdi.
1806-cı il iyunun 14-də rus mayoru Lisaneviç 300
nəfərlik əsgərlə İbrahimxəlil xanı ailəliklə, böyük oğlanla-
rı və nökər-naibi ilə gülləbaran etdikdən sonra onun oğlu
Mehdiqulu xanı Qarabağın xanı etdilər. “Qarabağnamə”
müəllifi Mirzə Adı gö zəl bəyin yazdığına görə, Mehdiqulu
xan atasının qatili Lisaneviçlə çiyin-çiyinə İrana qarşı dö-
yüşürdü... Yazırlar ki, İbrahim xanın qisasının alınmama-
sından incik düşən adlı-sanlı Qarabağ bəyləri İrana getdilər.
Cavanşir elinin Sarıcalı oyma ğının Behbudalılar tayfası iki
tirəyə bölündü, bir tirə İrana mühacirət etdi.
Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağa da hər
Dostları ilə paylaş: |