DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə7/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   10   ...   73

21
(1831-ci və 1842-ci illər)
finə adlandırılan bu qala çox möhkəm idi) komandanı oldu-
ğu kəngərli batalyonu ilə qaladakı qarnizona qarşı çıxaraq 
ruslara döyüşsüz təslim etdi(yenə orada, səh.108). 
Naxçıvan alındıqdan sonra ruslar ona polkovnik rütbəsi 
verdilər(daha doğrusu, İran ordusundakı rütbəsini saxladı-
lar), xandan daha aşağı  olan naib titulu ilə Naxçıvan əyalə-
tinin idarəsini ona həvalə etdilər (məlum olduğu kimi, I Ni-
kolayın fərmanı ilə Türkmənçay müqaviləsindən (10 fevral 
1828-ci il) dərhal sonra Naxçıvan və İrəvan xanlıqları ləğv 
edilərək, həmin 2 xanlığın ərazisinində “Erməni vila yəti” 
yara dılmışdı). 
Dərələyəz mahalının 1831-ci ildə tərtib edilən “Kame-
ral siyahı”sına yazdığı izahat yazısında rus məmuru V.Zo-
lotnitski Naxçıvan naibi Ehsan xanın ciddi saxtakarlıqla-
rından, baş qalarının torpaqlarını qanunsuz ələ keçirməsin-
dən,  başqa  sözlə,  cinayətlərindən  bəhs  edirdi  (Dərələyəz 
mahalının kameral təsviri. Erm.Milli Arxivi, F.90, siy.1, 
sax.vah.102,  səh.511). 
Dərələyəz  mahalında  vaxtilə  boş  olmuş  və  sonradan 
məs kun laşdırılmış  kəndləri  rus  idarəçiləri  xəzinəyə  aid 
etmişlər, çünki bu torpaqları Qacar İran dövlətindən ilhaq 
etdiklərinə  görə, mülkiyyət hüququnu da Rusiya xəzinə-
sinə aid edirdilər. Amma rus işğalından qabaq mülkədarlara 
məxsus olan tor paqlarda mülkiyyət hüququna əməl etməli 
olduqlarına  görə,  bu  vəziyyətlə  barışmır,  demaqoqcasına 
iddia irəli sürürdülər ki, guya İran dövlətində mülkədar tor-
paqları olmayıb  və haqqında söhbət  gedən torpaq sahibləri 
buraları saxta sənədlərlə öz adlarına keçiriblər. Hətta iş o 
yerə gəlib çıxmışdı ki, Rusiya qarşısında əvəzsiz xidmətləri 
olan Ehsan xanı da günah landırırdılar ki, o nəinki  bu cür 
halların qarşısını almamış, özü də Naxçıvanın ən məhsuldar 


22
Dərələyəz mahalının kameral təsviri 
və yaxşı torpaqlarını zəbt etdiyinə görə, başqa mülkədarlar 
səsini çıxartmasın deyə, onların qa nun suz əməllərinə göz 
yummuşdur. 
Beləliklə,  Qarabağ  xanı  Mehdiqulu  xan  kimi,  Ehsan 
xanı da alçaldıb iddiasız hala gətirmiş olurdular. Buradan 
aydın  olur  ki,  hansı  satqınlığı  edir-etsinlər,  ruslar  yer-
li Azərbaycan feo dal larına ikrah hissi bəsləmiş, onları 
xırda muzdla özlərinə nökərçilik etməyə vadar etmişlər. 
Əgər etiraz etməyə cəsarət etsəydilər, tamam müflisləşdi-
riləcəkdilər. 
Bu isə tarixdə yeni icad edilmiş bir şey deyildi. Satqın-
lara biçilən rol bundan artıq ola bilməzdi.
1839-cu  ildə  Qafqazdakı  rus  qoşunlarının  koman-
danı Y.Qolovinin təzyiqi ilə Ehsan xan Naxçıvanın Naibi 
vəzifə sindən imtina etməli olur, amma bu da onu göz-
ləyən sonun cu zərbə deyildi, cəmi 1 il sonra, 1840-cı ildə 
ona təklif olunan müəyyən miqdarda pulun müqabilin-
də özünün və gələcək varislərinin adından bütün mülk-
lərindən, torpaq larından imtina etməli olur və 1846-cı 
ildə, başqa bir satqın xandan-Mehdiqulu xandan 1 il sonra 
ölür.
Dərələyəz mahalının 1842-ci ilə aid Kameral təsvirində 
ma raq lı bir fakt var: 35 ailənin yaşadığı Ağkəndin idarə-
sinin 17 fevral 1845-ci ildən general-mayor Ehsan  xana 
verildiyi yazı lır. Bir zamanlar Naxçıvan şəhərini və 5 ma-
halı əhatə edən Nax çı van xanlığının idarəçisi və xanı  olan 
bir şəxsə çar höku mə tinin bu cür “lütfkarlığını” yəqin ki, 
tarixin istehzası adlan dırmlıyıq...
Tarixin  ona  verdiyi  ən  böyük  cəza  isə  hazırda  onun 
soyu nun 1957-ci ildə doğulmuş Corc və onun 1993-cü ildə 
doğulan oğlu Vladimir Pyerlə davam etməsidir. Corcun ata-


23
(1831-ci və 1842-ci illər)
sı 1924-cü ildə doğulan və 1997-ci ildə ölən Nikita Georgi-
yeviç Ehsan xanın nəvəsi Hüseyn xanın oğludur. 
Bir  zamanlar  kəngərlilərin  xanına  irsən  verilən  Nax-
çıvan  diyarının  onların  satqınlığı  nəticəsində  rus  işğalına 
məruz qalması,  yəni onların ciddi-cəhdi nəticəsində özlə-
rini  öz  mülk lərindən  necə  məhrum  etmələri,  başqa  sözlə, 
üstündə otur duqları budağı kəsmələri tarixin ən qəribə və 
ibrətamiz  hadisələrindən  sayılmalıdır...
I Nikolayın Erməni Vilayətinin yaradılması haqqındakı 
fərmanının mürəkkəbi qurumamış, yəni 1828-ci ilin mart 
ayında erməni zabiti Lazarevin rəhbərliyi ilə İranın Salmas, 
Xoy və Maku vilayətlərindən ermənilərin keçmiş Naxçıvan 
və  İrəvan  xanlıqlarının  ərazisinə,  o  cümlədən  Dərələyəz 
mahalına köçürülməsi başlayır.
Bu kataba daxıl edilən, hazırda Ermənistan Milli Arxi-
vində  saxlanan  birinci  sənəd  (F.90,  siy.1,  sax.  vah.  102) 
belə adlanır: “Камеральное описание Даралагезского 
магала  Нахичеванской  провинции  (часть  VI) 
Армянской области 1831 г.» (“Erməni vilayətinin Nax-
çıvan əyalətinə daxil olan Dərələyəz mahalının kameral 
təsviri (VI hissə). 1831-ci il”.)
1833-cü ildə Sankt-Peterburqda nəşr olunan «Статисти-
ческие данные Нахичеванской провинции» (“Naxçı-
van əyalətinin statistik təsviri. Sankt-Peterburq, 1833”)  
kitabın dan  qaraçorluların Dərələyəzə köçməsinin tarixini 
öyrənə bilərik.
Məlum  olur  ki,  qaraçorluları  Dərələyəzə  haqqında 
danı şılan  kitabın  yazıldığı  tarixdən  təxminən  20  il  qabaq  
Nəbi  bəy  adlı  bir  adam  gətirib.  Müəllif  (Vasili  Qriqor-
yev) qeyd edir ki, qaraçorlu icmasının başçısı Nəbi bəylə 
Qarabağ xanı Mehdi qulu xan arasında ədavət yarandığına 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə