DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   ...   73

12
Dərələyəz mahalının kameral təsviri 
kompakt  yaşadıqları  yerdir.  Onları  buraya  1600-cü  ildə  I 
Şah Abbasın köçürdüyü söylənilir, görünür, həmin bölgəni 
möhkəmlətmək  üçün  döyüş  qabiliyyətini  yüksək  qiymət-
ləndirdiyi  qaraçorluları  buraya  yerləşdirib.
1727-ci ilə aid olan və tarix elmləri namizədi H.Məm-
mədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırla-
naraq  nəşr  edilən  “Gəncə-Qarabağ  əyalətinin  müfəssəl 
dəftəri”ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) 
qaraçorlular haqqında qiymətli məlumat vardır:
 “Qaraçorlu camaatı. Bu camaatın təxminən 400  evi 
(xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən 
dolayı  xəzinəyə  vergi  ödəmirdi.  Vergilər  öz  kəndxuda-
ları  tə rəfindən  mənimsənilmişdir.  Rəayanın  malını  qarət 
etmələ rindən dolayı yaşadıqları Kestasf  və Zarıs adlı iki 
nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim er­
mənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin 
rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəf-
lərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermir-
lər.  Üzərlərinə  əsgər  göndərilsə  də,  sığıncaq  yaxınlığında 
yaşadıqlarına  görə  sığın caqlara  çəkilib  gizlənir  və  indiyə 
qədər onlar üzərində  qələbə çalmaq əsgərlərə müyəssər ol-
mamışdır. Bu vəziyyət indi də belədir”. (səh. 471).
Yuxarıdakı  səbəbdən-dövlətə  vergi  ödəmədiklərinə 
görə, təəssüf ki, 1727-ci ildə Qarabağda yaşayan qaraçorlu-
ların hansı tayfalarının mövcud olduğunun və həmin adam-
ların adlarını bəzi istisnalarla bilmirik. Müfəssəl dəftərlərə 
vergi verən adamların adları yazılırdı.
Həmin  sənəddə  Həkəri  nahiyəsindən  bəhs  edilərkən, 
yenə də qaraçorluların haqqında məlumatlara rast gəlinir:
“Həkəri  nahiyəsində  çəltik,  ipək,  buğda,  arpa,  darı, 
üzüm, başqa dənli bitkilər əkilib becərilir. Axar çayları çox 


13
(1831-ci və 1842-ci illər)
olduğu üçün bura abadlıq işlərinə uyğun yerdir. Lakin Qa-
raçorlu  və Sığınaqlıların istilası nəticəsində bu nahiyə-
nin əhalisi ətraf yerlərə dağılmışdır. Allahın köməyi ilə 
adları  çəkilən  əşkiyaların  araqarışdırması  ləğv  olunandan 
sonra nahiyənin əhalisi bir yerə yığılar və buralar getdikcə 
abadlaşar” (səh.488).
Həmin  sənəddən  əldə  etdiyimiz  ən  diqqət  çəkən  fakt 
isə qaraçorluların erməniləri özlərinin rəiyyətinə çevirməsi 
fak tı  sayılmalıdır.
Tarixçi  A.Çələbizadənin  yazdığına  görə,  1727-ci  ilin 
avqustunda osmanlıların işğalı altında olan Təbrizin sərəs-
gəri Qarabağın Dizaq və Vərəndə nahiyələrinə Qaraçorlu 
tayfala rına və Muğan düzündəki şahsevənlərə qarşı 15 min 
nəfərlik süvari qoşun  göndərmişdi .
İş o yerə çatmışdı ki, Osmanlı komandanlığı qaraçorlu 
tayfası ilə ayrıca saziş bağlamağa məcbur olmuşdu və bu 
sazişə  görə  qaraçorlular  o  şərtlə  osmanlılara  tabe  olmağa 
razı olmuşdular ki, toplanan verginin yarısı Gəncə xəzinə-
sinə  daxil  olacaq,  qalan  yarısı  isə  qaraçorluların  sərənca-
mında  qalacaqdı.
Qaraçorlu  eli  Nadir  şah  Əfşarın  hakimiyyətinə  qə-
dər ya rım müstəqil həyat tərzi sürmüş, Nadir şah Qarabağı 
osman lılardan  geri  almaq  üçün  gələndə  yerli  tayfaları  öz 
qoşu nuna dəvət edərkən, qaraçorlular həvəslə onun təklifini 
qəbul etmiş lər. Nadir şahın qoşununda vəzifə alan Qa-
raçorlu  elinin  başçısı  Rüstəm  bəy  Osmanlı  Sədrəzəmi 
Abdulla paşanı döyüşdə öldürmüşdür. “Qarabağnamə” 
müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə ya-
zır: 
 “Şul vaxtda ki, Nadir şah Gəncə  və Tiflis  və İrə-
van  və  Naxçıvan  və  Şirvanat  vilayətlərini  osmanlı  sul-


14
Dərələyəz mahalının kameral təsviri 
tanının  qoşunlarının  təsəllütlərindən  çıxardıb  Abdulla 
paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və 
çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur 
olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gən-
cə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim 
əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun 
qoyub,  özü  əlli  min  qoşun  ilə Abdulla  paşaya  müqabil 
gedib Naxçıvan  və İrəvanın Arpa çayında davaları vaqe 
olub,  Rum qoşu nunu  basıb və Abdulla paşa vəziri-əzə-
mi Rüstəm bəy Qara çorlu öldürüb başını Nadir şah 
hüzuruna gətirmişdi”. (“Qarabağnamələr”, 2-ci kitab, 
Bakı, “Şərq-Qərb”, 2006, səh. 123-124).
Nadir şahın ordusunda Məhəmməd xan, Məhəmmədr-
za xan və Nəcəf Sultan adlı Qaraçorlu əmirləri vardı. Nəcəf 
Sultan Dərbəndin hakimi olmuşdu.
Qaraçorlular Nadir Şahın sui-qəsd nəticəsində öldürül-
məsindən sonra Qarabağ  xanlığını ayrıca dövlət kimi elan 
edən Pənahəli xana əvvəlcə tabe olmaqdan imtina edib əv-
vəlki  kimi  itaətsizlik  vəziyyətində  yaşamağa  cəhd  etsələr 
də, Pənahəli xan onların üzərinə qoşun göndərib ita ətə məc-
bur etmiş, lakin qaraçorluların Qarabağdan köçü başlamış, 
onların bir qismi Qaradağ mahalına, bir qismi isə Dərələyəz 
mahalına köçmüşdür. Pənahəli xan Qarabağda qalıb şaşa-
yan Qaraçorlu elinə Həmzə Sultan Hacısamlını başçı təyin 
etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də maha-
lın naibi olmuşdur.
Qaradağa köçən Qaraçorlu eli kiçikli, gorussəng, bəs­
tamlı,  qorçulu,  şənbələr,  kiçilanlı,  bayramqanlı,  şıxəlili, 
əmələ  və  kolanlı  oymaqlarına  bölünürdü.  Qaradağda  ya-
şayan qaraçor luların başçısı Məhəmmədrza bəy idi. Onun 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə