DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
  1   2   3   4   5   6   7   8   9   ...   73


DƏRƏLƏYƏZ MAHALININ
KAMERAL TƏSVİRİ
(1831-ci və 1842-ci illər)
«Elm və təhsil»
Bakı – 2017


TƏRCÜMƏ EDƏN, ÇAPA HAZIRLAYAN
VƏ ÖN SÖZÜN MÜƏLLİFİ
Nazir Əhmədli 
Elmi redaktoru: t.ü.e.d., professor Z. Şahverdiyev
Elmi məsləhətçilər: 
t.ü.e.d., prof. Z. Həsənəliyev
 
 
 
t.ü.f.d. C.Bəhramov
Rəyçi:   
 
Güntəkin Nəcəfli,
AMEA  A.Bakıxanov adına 
 
Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d.,
                Azərbaycan Respublikası Dövlət mükafatı laureatı
Kitaba daxil edilən Qərbi Azərbaycanın Dərələyəz 
ma ha lında  1831-ci  və  1842-ci  illərdə  çar  məmurları 
Zolotnitski  və  Zaporojski  tərəfindən  tərtib  olunmuş 
kameral  təsvir lərdə  əhalinin  adbaad  siyahısı,  yaşı, 
milli   tərkibi, sayı ilə ya  na  şı, mahalın təbii ehtiyatları, 
heyvanat  aləmi,  bitki  örtüyü,  çayları,  dağları,  iqlimi, 
yolları, əhalinin məşğuliy yəti və s. ətraflı şəkildə təsvir 
olunmuşdur. 
ISBN 978-9952-8176
«Elm və təhsil», 2017


3
(1831-ci və 1842-ci illər)
ÖN SÖZ
Qərbi Azərbaycanın Dərələyəz mahalı
Q
ərbi Azərbaycanın ən böyük mahallarından biri 
olan Dərələyəz  şərqdə Zəngəzur, qərbdə Vedi-
basar, şimalda Göyçə, cənubda Naxçıvan xan-
lığının Məva zixatun mahalları ilə həmsərhəd idi. Mahalın 
şərqdən qərbə uzunluğu 50 verst, şimaldan cənuba isə eni 
40 verst, sahəsi təxminən 2 min kv. verst idi (keçmiş Rusi-
yada uzunluq vahidi olaraq işlədilən 1 kv. verstin 1,13 kv. 
km olduğunu nəzərə alsaq, bu rəqəm 2.260 kv.km edir). 
  Tanınmış  alim  İ.Bayramov  “Dərələyəz”  toponimi-
nin  “dərə”  sözündən  və  “Alagöz”  toponimindən  yaran-
dığını  irəli  sürsə  də (İ.Bayramov.  Qərbi  Azərbaycanın 
türk  mənşəli  toponimləri  Bakı,  2000,  s.131),  bu  fikirlə 
razılaşmaq çətindir. Çünki Dərələyəzdə “Alagöz” adlı to-
ponim  yoxdur,  Qərbi Azərbaycanın  başqa  bir  ərazisində, 
Dərələyəzdən uzaqda yerləşən Alagöz adlı dağ var və ermə-
nilər onu “Araqats” eləmişdilər. “Dərələyəz” toponiminin 
“dərə”  və “ələyəz”  sözlərinin  birləşməsindən  yarandığını 
daha düzgün hesab etməliyik, üstəlik, Dərələyəz mahalında 
“Ələyəz” adlı kənd də var idi. “Dərələyəz” toponiminin bu 
kəndin adından yarandığını da qəbul etmək  mümkün deyil. 
Dərələyəzdə  ələyəz  adlı  geniş  yayılmış  bir  bitki  vardı  ki, 
buranın sakinləri ondan ərzaq məhsulu kimi istifadə edir-
dilər. Qadınlar onu yazdan yığıb tədarük edir və qışa hazır-
layır, bütün qışı ondan müxtəlif xörəklər hazırlayırdılar. Bu 
bitki xüsusən keçmiş dövrlərdə yerli sakinlərin məişətində 


4
Dərələyəz mahalının kameral təsviri 
ciddi yer tutmuşdur. Ona görə də “Dərələyəz”  toponiminin 
“ələyəz bitkisinin bol olduğu dərə” anlamını verdiyini dü-
şünmək ən məntiqə uyğun fikir sayıl malıdır.
(Dərələyəz və ümumiyyətlə, Qərbi Azərbaycan tarixi-
nin, etnoqrafiyasının öyrənilməsində əvəzsiz tədqiqatların 
müəllifi olan mənşəcə fransız olan rus alimi İ.Şopen (1798-
1870) yer adlarının yaranması ənənəsindən yazarkən, düz-
gün  olaraq  qeyd  edir  ki,  ərazini  əksər  hallarda  suyundan 
istifadə edilən çayın adına “basar” sözü artırmaqla adlan-
dırıblar, məsələn, Vediba sar, Zəngibasar, Qarnibasar, Kar-
pibasar və s. Bu ənənəni Dərələyəz mahalına aid etsəydik, 
oranı eyni uğurla “Arpa basar” da adlandıra bilərdik, çünki 
bu  mahal  Şərqı Arpaçayın  sağ  və  sol  sahillərində  yerləş-
mişdir.  Başqa  cür  desək, Arpa  çayı  bütün  Dərələyəz  ma-
halından keçərək, Şərur mahalında Araz çayına tökülür və 
Dərələyəz mahalında suvarma üçün istifadə edilən əsas su 
mənbəyidir).
Ermənilər  bu  əraziləri  “Vayotdzor”  adlandırırlar,  bu 
sözü  “vay”  sözünə  “dərə”  mənasını  verən “dzor”  artır-
maqla dü zəlt mişlər, yəni “Vay dərəsi”Bu adın yaranması-
nı belə izah edirlər.
Tarixi qaynaqlara görə, karvan yollarının üstündə yer-
ləşən və orta əsrlər üçün böyük rəqəm hesab olunan 10 min 
nəfər əhalisi olan Moz şəhəri 735-ci ildə zəlzələ nəticəsində 
dağılıb, burada o qədər əhali ölüb ki, sağ qalanların ahnalə-
si, vay-şivəni ərşə bülənd olub. O vaxtdan da bu dərənin adı 
“Vay dərəsi” kimi yaddaşlara yazılıb. (Moz şəhərinin xa-
rabalıqları Məlikşah kəndi ilə Söylan qəsəbəsinin arasında, 
Arpaçayın sağ sahilində yerləşirdi, İrəvana gedən magistral 
yol buradan keçirdi).
Erməni salnaməçiləri yazır ki, Sünik yepiskopu təyin 


5
(1831-ci və 1842-ci illər)
olunan Stepanos adlı bir nəfər cəmi bir il bu vəzifədə işlə-
dikdən sonra Moz yaxınlarında bir fahişə qadın tərəfindən 
öldürülüb, onun cəsədi Arkaz (yəqin ki, Ərgəz) sarayına 
gətirilib və Tanaat monastrında basdırılıb. Guya bu hadi-
sədən bir qədər keçmiş Nuh (Noy) adlı bir keşiş yuxuda 
görür  ki,  sinəsi  qanlı  Stepanos  Rəbbin  qarşısında  durub 
onun qisa sının alınmasını tələb edir. Və bundan sonra ora-
larda 40 gün zəlzələ olur, daş üstündə daş qalmır və 10 min 
adam ölür, həmin yerin adı da bu hadisələrlə bağlı olaraq 
Vay dərəsi qalır.
Baş  vermiş  səlzələni  yepiskop  Stepanosun  ölümü  ilə 
əlaqələndirmək cəhdi sonradan uydurulma və dini təbliğat 
xarakterli  olmaqdan  başqa(erməni  salnaməçilərinin  belə 
cəhdlərini müasir tarixçilər də qeyd edir), burada daha iki 
şey  diqqəti  cəlb  edir:  hələ  lap  qədimdən  ermənilərdə  qə-
dim peşənin çiçək lənməsi və yepiskopun onların müştərisi 
olma sı,  onlarla  oturub-durması.
 
Bu  cür  adamdan  ötrü  isə 
Allahın 10 min günahsız insanı məhv etməsi heç ağlabatan 
görün mür, əgər məhv edibsə, onda onun hansı ədalətindən 
da nış maq olar? Əlbəttə bu suallar ritorik, yəni cavabı əv-
vəldən bəlli olan suallardır. Baş vermiş zəlzələnin, vulka-
nın  yepiskop  Stepanosla  heç  bir  əlaqəsi  yoxdur  və  təbiət 
hadisə sindən başqa bir şey deyil.
Dərələyəzin siyasi tarixinə gəlincə, buranın Göyçə və 
Zəngəzur mahalları ilə birlikdə ilk orta əsrlərdə Azərbay-
can Albaniyasının Sünik vilayətini təşkil etdiyi haqqındakı 
müla hizələri  doğru  qəbul  etmək  məcburiyyətindəyik.  Bu 
ərazinin Ərəb xilafəti dövründən başlayan tarixi də az-çox 
məlumdur. Dərələyəz mahalının da qonşu ərazilər kimi əv-
vəlcə xilafətin, sonra səlcuqların, monqolların, Qaraqoyun-
luların, Ağqoyun luların,  Səfəvilərin,  1747-1828-ci  illərdə 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə