Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


Abituriyentlər üçün elmi-metodiki məqalə

 

TƏLƏBƏ QƏBULU – 2022 

 

89

 

/ №2



 

yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntə-

qələrinin  mülki  infrastruktur  obyektlərini  ballistik  raketlərlə,  fosforlu  və  kassetli  bombalarla,  klaster

 

silahlarla  atəşə  tutaraq  mülki  əhaliyə  qarşı  müxtəlif  cinayətlər  törətməyə  başladı.  Ərazisinə  minlərlə 



mərmi  düşən  Tərtər  şəhəri  İkinci  Dünya  müharibəsi  dövründə  dağılmış  Stalinqrad  şəhərinə 

bənzəyirdi. Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 

kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə düşmənin raket hücumları nəticəsində aralarında 

qadın  və  uşaqlar  da  olmaqla  mülki  şəxslər  həlak  oldu,  yaralandı.  Şəhərdə  mülki  infrastruktur 

obyektlərinə,  tarix-mədəniyyət  abidələrinə,  o  cümlədən  nəqliyyat  vasitələrinə  külli  miqdarda  ziyan 

dəydi. 


Erməni  silahlılarının  bu  vandallıqları  Ali  baş  komandanın  əmri  ilə  Azərbaycan  Ordusunu  əks 

tədbirlər  görməyə  vadar  etdi.  Ermənistan  Respublikasının  silahlı  qüvvələrinin  Azərbaycan 

Respublikasının  Qarabağ  bölgəsində  dağlıq  yerləri  və  ətraf  rayonları  işğal  etməsi,  Azərbaycan 

Respublikasına  qarşı  silahlı  hücumlar  etməsi  və  mütəmadi  hərbi  təxribatlar  törətməsi  ilə  əlaqədar 

olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində 

hərbi  vəziyyət  elan  edildi.  28  sentyabrda  imzalanmış  sərəncama  görə  isə  respublikada  qismən 

səfərbərlik elan edildi. 

Azərbaycan Ordusunun  həyata keçirdiyi  “Dəmir  Yumruq”  əməliyyatının  ilk günlərində  Füzuli və 

Tərtər  rayonları  istiqamətində,  o  cümlədən  Murovdağda  bir  çox  strateji  məntəqələr  azad  edilərək 

irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. 

Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz 

kəndi  işğaldan  azad  edilərək  orada  Azərbaycan  bayrağı  qaldırıldı.  Kəndin  tarixi  adı  bərpa  edildi  – 

Suqovuşan. 

Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut (pəhləvi dilində 

İkiçayarası  deməkdir)  qəsəbəsini  düşməndən  təmizləyən  Azərbaycan  Silahlı  Qüvvələri  Xocavənd 

rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan ordu-

sunun  ermənilər  tərəfindən  uydurulan  “məğlubedilməz  erməni  ordusu”  mifini  məhv  etməsi 

Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin 

xarici  işlər  nazirlərinin  Moskva  şəhərində  9-10  oktyabr  görüşündə  atəşkəslə  bağlı  razılıq  əldə 

etməsinə  baxmayaraq,  bir  neçə  saatdan  sonra  Ermənistan  tərəfi  yenidən  hücum  cəhdi  göstərdi.  Əks-

hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan təmizlədi, 

18-də Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı, 20-də isə Zəngilan şəhərini azad 

etdi. Hər qarış torpaq Azərbaycanın igid əsgər və zabitlərinin canı və qanı bahasına azad edilirdi. Ali 

baş  komandan  televiziya  ilə  xalqa  müraciət  edərkən  Füzuli  şəhərinin  azad  edilməsinin  çətinliyini 

xüsusi  vurğulamış,  30  il  ərzində  düşmənin  orada  çox  möhkəm  istehkamlar  qurduğunu  söyləmişdi. 

Hərbi  mütəxəssislər  də  belə  fikirdə  idi  ki,  Füzulini  azad  etmək  aylarla  vaxt  alacaq.  Lakin  qəhrəman 

Azərbaycan ordusu hərbi kitablara daxil ediləcək mürəkkəb əməliyyatla bu missiyanı yerinə yetirdi və 

bayraq asmağa bircə salamat binanın da qalmadığı şəhəri azad edə bildi. Oktyabrın 22-də Zəngilanın 

Ağbənd qəsəbəsini azad etdikdən sonra Arazın  o tayındakı  soydaşları tərəfindən alqışlarla müşayiət 

olunan  Azərbaycan  əsgərləri  İranla  dövlət  sərhədini  tam  nəzarətə  götürdülər.  Erməni  hərbi 

birləşmələrinin geri oturdulması N.Paşinyanı bu dəfə danışıqlar üçün ABŞ-a üz tutmağa məcbur etdi. 

Oktyabrın 24-də ABŞ Dövlət katibi müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər 

nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında 10 oktyabr tarixli Moskva bəyanatına 

uyğun  olaraq  humanitar  atəşkəs  haqqında  razılıq  əldə  olundu.  Lakin  ertəsi  günün  səhər  saatlarında 

düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Məşhur “aypara” və ya “qurd 

tələsi”  taktikası  ilə  əks-hücuma  keçən  Azərbaycan  hərbçiləri  Laçın  dəhlizinə  doğru  irəliləyərək 

Qarabağdakı  separatçı  ünsürlərlə  Ermənistanı  birləşdirən  əsas  magistral  yolun  10  kilometrliyindən 

artilleriya  vasitəsilə  buraya  nəzarət  etməyə  başladı.  Oktyabrın  25-də  Qubadlı  rayonu  işğaldan  azad 

edildi. 

Qarabağ müharibəsi  yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının 

birliyini  bir  daha  nümayiş  etdirdi.  Dünyanın  müxtəlif  ölkələrində  yaşayan  azərbaycanlılar,  habelə 

Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə