Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


Abituriyentlər üçün elmi-metodiki məqalə

 

TƏLƏBƏ QƏBULU – 2022 

 

91

 

/ №2



 

Azərbaycan  ordusunun  komandanlığı  öz  miqyasına,  planına  və  ardıcıllığına  görə  misli  görünməmiş 

qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol 

açdı. 


Azərbaycan  ordusunun  Laçın  dəhlizinə  nəzarət  etməsi  nəticəsində  Şuşadakı  işğalçı  erməni  hərbi 

birləşmələri  əlavə  dəstək  almaqdan  məhrum  oldu.  Yüngül  silah-sursatla  silahlanmış  Azərbaycan 

Xüsusi  Təyinatlı  Qüvvələri Şuşanın  sıldırım qayalarına iplərlə dırmaşaraq,  yaralı döyüş  yoldaşlarını 

çiyinlərində  daşıyaraq  bir  neçə  yerdən  şəhərə  daxil  oldu.  İşğaldan  azad  edilmiş  Daşaltı  kəndindəki 

hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni 

əsgərlərinin sonuncu müqavimətini  də qırdı.  Şuşanın  azad edilməsi  zamanı  yüzlərlə erməni  hərbçisi 

məhv edildi, xeylisi itkin düşdü. 

Noyabrın  8-də  Şəhidlər  Xiyabanını  ziyarət  edən  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz 

il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... 

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! 

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Şuşa  döyüşləri  barədə  bunları  söylədi: 

“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin 

cəsarətini,  qəhrəmanlığını  göstərdi.  Şuşanın  götürülməsi  çox  böyük  peşəkarlıq,  cəsarət  tələb  edən 

əməliyyat  idi.  Əminəm  ki,  bu  əməliyyat  dünya  hərb  tarixində  xüsusi  yer  tutacaqdır.  Çünki  bu 

əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, 

cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Prezident 

Şuşa  şəhərinin  işğalçılardan  azad  edilməsi  münasibətilə  Birlik  komandiri  general-leytenant  Hikmət 

Mirzəyevi  şəxsən  təbrik  edib. Vətən  müharibəsində  hərbi  əməliyyatlara  rəhbərlik  edən  Ali  Baş 

Komandan İlham Əliyev şəxsi heyətin döyüş ruhunun yüksəldilməsini də xüsusi diqqətdə saxlayırdı. 

O,  Suqovuşanın  işğaldan  azad  olunması  münasibətilə  general-mayor  Hikmət  Həsənovu,  düşməndən 

təmizlənmiş  ilk  şəhər  mərkəzi  –  Cəbrayılın  azad  olunması  münasibətilə  general-mayor  Mayis 

Bərxudarovu  və  general-leytenant  Hikmət  Mirzəyevi,  Xudafərin  körpüsündə  Azərbaycan  bayrağının 

qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə general-

polkovnik  Elçin  Quliyevi,  Qubadlı  şəhərinin  işğalçılardan  azad  olunmasında  fərqləndiklərinə  görə 

Yaşar  Həsənovu  və  Zaur  Quliyevi  ayrıca  təbrik  etmiş,  təbrik  və  təşəkkürlərinin  bütün  şəxsi  heyətə 

çatdırılmasını tapşırmışdır. Ali  Baş  Komandan Qubadlının  azad edilməsi  uğrunda  gedən döyüşlərdə 

şəhid olmuş Milli Qəhrəman Şükür Həmidovun atası ilə də danışaraq başsağlığı vermişdir. 

Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u Dövlət Bayrağı günündə Azərbaycan ordusu daha 

71  kəndi,  bir  qəsəbəni  və  8  strateji  yüksəkliyi  işğaldan  azad  etdi.  Bununla,  hərbi  əməliyyatlar 

gedişində  işğaldan  azad  edilmiş  yaşayış  məntəqələrinin  sayı  300-ə  çatdı.  Şuşanın  və  ətraf 

yüksəkliklərin  alınması  Ermənistanın  bütün  manevr  imkanlarını  puça  çıxardı.  Azərbaycan  Ordusu 

müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (dronlardan) yüksək effektlə faydalanmaqla 

dünya  hərb  tarixinə  öz  şanlı  adını  yazdı.  Azərbaycanın  yalançı  hədəf  kimi  istifadəsiz  köhnə 

təyyarələrdən istifadə edərək Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonunu 

üzə çıxarması, ardınca o sistemləri məhv etməsi fəndi hərb tarixində yenilik kimi qəbul edilir. Türkiyə 

Respublikası və İsraildən alınmış “Bayraktar” və “Harop”, habelə Azərbaycan istehsalı olan “Zərbə” 

dronları ermənilərin qiyməti milyard dollarla ölçülən hərbi texnikasını, habelə çoxlu  miqdarda canlı 

qüvvəsini  məhv  etmişdir.  Ümumilikdə  müharibənin  gedişində  ölkəmizin  hərbi  sənaye  kompleksinin 

istehsalı olan geniş çeşiddə silah və hərbi sursatlardan uğurla istifadə edilmişdir. Alınmaz hesab edilən 

Şuşanın azad edilməsində xüsusi təyinatlılar yüngül atıcı və soyuq silahlardan mahir istifadə etməklə 

Azərbaycan  ordusunun  şücaətini  nümayiş  etdirmişdir.  Eyni  zamanda,  həm  müasir,  həm  də  ənənəvi 

hərbi  strategiya  və  taktikanı  uğurla  tətbiq  etmiş  Azərbaycan  ordusu  Ermənistan  ordusundan  fərqli 

olaraq, düşmənin dinc əhalisinə insanpərvər münasibət bəsləmişdir. Prezident İlham Əliyev müharibə 

ərzində demişdir: “Biz günahsız insanların qisasını  yalnız döyüş meydanında alırıq və alacağıq. Biz 

heç vaxt mülki şəxslərə atəş açmayacağıq”. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə