Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


TƏLƏBƏ QƏBULU – 2022 

Tarix 

 

94

 / №2

 

hadisə idi. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən 



ilk infrastruktur layihəsidir. 

Hərbçilərlə  çoxsaylı  görüşündə  düşmənin  qənimət  götürülmüş  və  məhv  edilmiş  texnikasının 

nümayişi  üçün  planlarının  olduğunu  deyən,  Bakıda  Hərbi  Qənimətlər  Parkının  salınması  haqqında 

təşəbbüs  irəli  sürən  Prezident  İlham  Əliyevin  göstərişi  ilə  çox  qısa  zamanda  görülən  genişmiqyaslı 

işlər yekunlaşdı: 2021-ci ilin aprelində açıq səma altında nadir park salındı. 

2021-ci  ilin  mayında  Zəfər  Günü  münasibətilə  Bakı  metropoliteninin “8  Noyabr”  stansiyası 

istifadəyə verildi. 

2021-ci  il  iyunun  15-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Türkiyə 

Respublikasının  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğanın  Şuşada  görüşündən  sonra  “Azərbaycan 

Respublikası  ilə  Türkiyə  Respublikası  arasında  müttəfiqlik  münasibətləri  haqqında  Şuşa 

Bəyannaməsi”  imzalandı.  Bu  çox  mühüm  tarixi  sənəddə  Azərbaycan  Respublikası  və  Türkiyə 

Respublikası  tərəflər  arasında  imzalanmış  bütün  beynəlxalq  sənədlərə,  bununla  əlaqədar  13  oktyabr 

1921-ci  il  tarixli  Qars  müqaviləsinə  sadiqliyini  təsdiq  edir,  həmçinin  1994  və  2010-cu  illərə  aid 

dostluq,  strateji  tərəfdaşlıq,  qarşılıqlı  yardım  və  hərtərəfli  əməkdaşlıq  haqqında  müqavilə  və 

protokolları rəhbər tuturdu. İki dost və qardaş ölkə bəyan edirdi: 

-  Tərəflərdən  hər  hansı  birinin  fikrincə,  onun  müstəqilliyinə,  suverenliyinə,  ərazi  bütövlüyünə, 

beynəlxalq  səviyyədə  tanınmış  sərhədlərinin  toxunulmazlığına  və  ya  təhlükəsizliyinə  qarşı  üçüncü 

dövlət  və  ya  dövlətlər  tərəfindən  təhdid  və  ya  təcavüz  edildiyi  təqdirdə,  Tərəflər  birgə 

məsləhətləşmələr  aparacaq  və  bu  təhdid  və  ya  təcavüzün  aradan  qaldırılması  məqsədilə  BMT 

Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə zəruri yardım 

göstərəcəklər.  Bu  yardımın  həcmi  və  forması  təxirə  salınmadan  keçirilən  müzakirələr  yolu  ilə 

müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək 

və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır. 

-  Tərəflər  iki  qardaş  ölkənin  silahlı  qüvvələrinin  müasir  tələblərə  uyğun  olaraq  yenidən 

formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. 

-  Tərəflər  Zəngəzur  dəhlizinin  açılmasının  və  həmin  dəhlizin  davamı  kimi  Naxçıvan-Qars  dəmir 

yolunun tikintisinin mühümlüyünü qeyd edirlər. 

-  Tərəflər  xarici  siyasət  sahəsində  Azərbaycan  Respublikası  ilə  Türkiyə  Respublikası  arasında 

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. 

Bəyannamədə tərəflərin qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə 

səylərinin  davam  etdirilməsinin  əhəmiyyəti,  iki  dövlət  arasında  inkişaf  etdirilən  və  onların  milli 

maraqlarına  cavab  verən  hərbi-siyasi  əməkdaşlığın  üçüncü  dövlətlərə  qarşı  yönəlmədiyi 

vurğulanmışdır.  Sənəddə  Türk  dünyasının  birlik  və  rifahına  xidmət  edəcək  milli  və  beynəlxalq 

səylərin artırılmasının vacibliyi də əksini tapmışdır. 

2021-ci  ilin  ortalarında  Azərbaycan  Ağdam,  Füzuli  və  Zəngilan  rayonlarındakı  minaların 

xəritələrini  Ermənistandan  təhvil  aldı.  Xəritələrdə  qəsdən  yanlışlıqlara  yol  vermiş  Ermənistan 

müharibədə məğlub olduğu Azərbaycanla sərhəd xəttinin dəqiqləşdirilməsində də təxribata yol verdi 

və hər bir halda layiqli cavabını aldı. 

Vətən  müharibəsi  zamanı  döyüşlərdə  həlak  olmuş  əsgər  və  zabitlərimizə,  düşmənin  hərbi 

cinayətlərinin qurbanı olmuş mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti 

olaraq 2021-ci il sentyabrın 27-də – Anım Günündə Bakı şəhərində  yürüş təşkil edildi. Müzəffər Ali 

Baş Komandan, Prezident  İlham Əliyev  yürüşdə iştirak etdikdən sonra  Vətən Müharibəsi  Memorial 

Kompleksinin  və  Zəfər  Muzeyinin  təməlini  qoydu.  Yerli  vaxtla  saat  12:00-da  bütün  ölkə  ərazisində 

şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

Hazırda  işğaldan  azad  edilmiş  ərazilərin  bərpası,  gələcək  inkişafının  təmin  olunması,  zəruri 

infrastrukturun  yaradılması  və  əhalinin  doğma  torpaqlarına  qayıdışı  istiqamətində  genişmiqyaslı 

tədbirlər  həyata  keçirilir.   Prezident  İlham  Əliyevin  7  iyul  2021-ci  il  tarixli  Fərmanı  ilə  ölkəmizin 

zəngin  iqtisadi  potensialından,  təbii  sərvətlərindən  səmərəli  istifadə  etmək  məqsədilə  Azərbaycan 

Respublikasının  14  iqtisadi  rayondan  ibarət  yeni  bölgüsü  təsdiq  edilmişdir.  İşğaldan  azad  edilmiş 

şəhər  və  rayon  mərkəzlərinin  yeni  baş  planları  hazırlanmış,  bu  sahədə  çoxşaxəli  quruculuq  işləri 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə