Д варианты тест 80



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix11.05.2022
ölçüsü0,64 Mb.
#86620
1   2   3   4   5   6   7   8   9   10
II Qarabağ müharibəsi qəbul 2022 Vüsət Əzizov

Vusat Azizov


TƏLƏBƏ QƏBULU – 2022 

Tarix 

 

92

 / №2

 

Şuşanın  azad  edilməsi  müharibədə  ermənilərin  öz  məğlubiyyətlərini  etiraf  etmələrinə  gətirib 



çıxaran həlledici döyüş olmuşdur. Şuşanın azad edilməsindən sonra qondarma rejimin rəhbər vəzifəli 

şəxsləri başda olmaqla, demək olar, bütün sakinlər Xankəndini tərk etməyə başlamışdı. Döyüşdən bir 

neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etməyə məcbur oldu. 

Noyabrın  9-dan  10-na  keçən  gecə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev, 

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir 

Putin birgə bəyanat qəbul etdilər. Bəyanatda nəzərdə tutulurdu: 



1. 10 noyabr 2020-ci il tarixindən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün 

hərbi  əməliyyatların  tam  dayandırılması  elan  olunur.  Azərbaycan  Respublikası  və  Ermənistan 

Respublikası tutduqları mövqelərdə qalırlar. 

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. 

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının odlu silahlı hərbi 

qulluqçuları,  hərbi  zirehli  texnika,  avtomobil  və  xüsusi  texnikadan  ibarət  sülhməramlı  kontingenti 

yerləşdirilir. 

4.  Rusiya  Federasiyasının  sülhməramlı  kontingenti  erməni  silahlı  qüvvələrinin  çıxarılması  ilə 

paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir 

və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən 

hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır. 

5.  Münaqişə  tərəflərinin  razılaşmalara  əməl  etməsinə  nəzarətin  səmərəliliyinin  artırılması  məq-

sədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. 

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər 

rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan 

arasında  əlaqəni  təmin  edəcək  və  bununla  belə  Şuşa  şəhərinə  toxunmayacaq  Laçın  dəhlizi  (5  km. 

enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. 

Tərəflərin  razılığı  əsasında  növbəti  üç  il  ərzində  Dağlıq  Qarabağla  Ermənistan  arasında  əlaqəni 

təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da 

həmin  marşrutun  mühafizəsi  üçün  Rusiya  sülhməramlı  kontingentinin  gələcək  yerdəyişməsi  nəzərdə 

tutulur. 

Azərbaycan  Respublikası  Laçın  dəhlizi  üzrə  hər  iki  istiqamətdə  vətəndaşların,  nəqliyyat 

vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. 

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin 

Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. 

8.  Hərbi  əsirlər,  girovlar  və  digər  saxlanılan  şəxslərin,  habelə  cəsədlərin  mübadiləsi  həyata 

keçirilir. 

9.  Bölgədəki  bütün  iqtisadi  və  nəqliyyat  əlaqələri  bərpa  edilir.  Ermənistan  Respublikası 

vətəndaşların,  nəqliyyat  vasitələrinin  və  yüklərin  hər  iki  istiqamətdə  maneəsiz  hərəkətinin  təşkili 

məqsədilə  Azərbaycan  Respublikasının  qərb  rayonları  və  Naxçıvan  Muxtar  Respublikası  arasında 

nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal 

Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. 

Tərəflərin  razılığı  əsasında  Naxçıvan  Muxtar  Respublikası  ilə  Azərbaycanın  qərb  rayonlarını 

birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. 

Bəyanatın imzalanmasından sonra noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın 

rayonları  boşaldılaraq  işğaldan  azad  edildi.  Hava  şəraitinin  pis  olması  nəticəsində  Vardenis 

(Basarkeçər) keçidində problemlər yarandığından Ermənistan tərəfinin Kəlbəcərin boşaldılması üçün 

daha  10  gün  vaxt  istəməsinə  Azərbaycan  dövləti  humanist  yanaşdı.  Amma  tarixdən  məlumdur  ki, 

1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 

10  saat  vaxt  vermişdilər.  Bu  3  rayonun  azad  edilməsindən  sonra  Azərbaycan-Ermənistan  dövlət 

sərhədində demarkasiya xətlərinin dəqiqləşdirilməsinə başlanıldı. 

Azərbaycan  2020-ci  il  sentyabrın  27-də  başlamış  və  44  gün  davam  etmiş  İkinci  Qarabağ 

müharibəsini  qlobal  pandemiyanın  baş  verdiyi  şəraitdə  böyük  zəfərlə  başa  çatdırdı.  Öz  doğma 

yurdlarına  qayıtmaq  istəyən  Azərbaycan  vətəndaşlarının  uzun  müddətli  həsrətinə  son  qoyuldu. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə