D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

273
vürlərinin  XII  əsrədək  artıq  müəyyənləşməsinin  məziyyətləri  və 
əlamətləri üzərində aparılan araşdırma kimi burada Azərbaycan ədə-
bi və bədii yaradıcılıq nümunələrindən – nağıl, əski türk dastanla-
rı, rəvayət və əfsanələrin, tarixi-sosial anlamda xüsusi mövqeyi ilə 
seçilən – Tanrıçılıq, İslam dininin və qədim türk inamlarının das-
tanla  ortaq  cəhətləri  müstəvisində  nəzərdən  keçirilməsi  lazımdır. 
Yazılı ədəbiyyat nümunəsi olmasına qədər «Kitabi-Dədə Qorqud» 
VII əsrədək şifahi şəkildə mövcud olduğundan xalqımızın mənəvi, 
pedaqoji və psixoloji dünyagörüşü nümunələri də məhz qədim döv-
rlərlə əlaqədar mahiyyətə malik olması ilə dastanda əksini tapmış-
dır. Buna görə də «Kitabi-Dədə Qorqud»u tədqiqata cəlb edərkən 
məhz qədim dövrlərin dünyagörüşü materiallarına müraciət etmək 
lazımdır. Bu zaman aşağıdakı ədəbi-bədii və milli-mənəvi abidələr 
nəzər-nöqtəsində saxlanılmalıdır:
1. III-V əsrlərdə Azərbaycanda qıpçaq türklərinin və bunların ar-
dınca oğuz türklərinin məskunlaşması istər «Azərbaycan xalqının, 
istər  Azərbaycan  etnik-mədəni  sisteminin,  istərsə  də  Azərbaycan 
epos təfəkkürünün təşəkkülündə daha böyük rol oynamışlar ki, bunu 
sonrakı dövrlərin ən müxtəlif (dil, mədəniyyət, ictimai təfəkkür və 
s.)  fakt-əlamətləri  təsdiq  edir»  (2;  146).    Bu  zaman  «Kitabi-Dədə 
Qorqud» dastanlarının yaranması prosesi başlamışdır. Burada «Ər-
gənəkon», «Boz qurd» dastanları olan Göy türk dastanlarının təsirlə-
rinin, «Köç», «Törəyiş kimi» uyğur dastanlarının faktlarının, «Oğuz 
kağan» oğuz dastanının obraz, motiv və süjet xətlərinin mükəmməl 
şəkildə qovuşduğunu müşahidə edə bilirik. «Kitabi-Dədə Qorqud» 
həm dastan, həm də kitab olaraq türk xalqlarının istər bədii təfəkkü-
rünü dastan halında, istərsə də tarixi, etnomədəni, elmi, siyasi və so-
sial görüşlərini kitab halında özündə cəmləşdirmişdir. Bunun nəticə-
sidir ki, burada mifoloji qat zəngin şəkildə sintez halında əksini tapır.
2. VI  əsrdən  İslam  dininin Azərbaycanda  yayılması  ilə  «Dədə 
Qorqud» kitabında yeni qat – dini-mistik qat zənginləşir. Artıq ob-
razlar dinin səlahiyyətində idarə olunur, qədim obrazlardan Qorqud 
Pedaqogika, Fəlsəfə, Psixologiya


274
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ata, Qazan xan İslamiyyətin təmsilçisinə çevirlirlər və xalqa onların 
timsalında dini tərbiyə aşılanmağa başlanır. Təsadüfi deyil ki, on-
ların şəxsiyyətində İslam təbliğatçılığı ilə yanaşı qədim türk inanc-
lar sisteminə məxsus əlamətlər yaşamaqdadır. Qorqud Ata qopuzu, 
alqışı və qarğışı, ad vermə müqəddəsliyi onun peyğəmbəri görməsi 
ilə bərabər vurğulanır. Qazan xan yuxuya inamı ilə, içki məclisləri 
təşkil etməsilə, qurda, suya, it kultuna inamı əks etdirməsilə yanaşı 
məscid tikilişində və məscidlər təsis etməkdə, namaz qılmaqda təs-
vir edilir.
3. Qonşu xalqların və dövlətlərin mədəni həyatının dastanda əksi 
də özünəməxsus psixoloji məqamlardandır. Belə ki, qədim inamlar-
la yaşayan Tuman qalasının təkurunun xalqının ölülərin diri olması 
inamına  qarşı  Qazan  xanın  tənələrini,  Qanturalının  Trabzon  təku-
runun  qəddar  əmrinə qarşı  igidliklə uğurlarını göstərməklə dastan 
yaradıcıları geniş erudisiyaya və dünyagörüşü nümayiş etdirmişlər. 
Müxtəlif xalqlar və tayfaların spesifik cəhətlərini göstərərək dastan 
müəllifləri Azərbaycan xalqına nəinki maraqlı süjet izləməyi təklif 
edir, eyni zamanda onun tərbiyə işində müxtəlif istiqamətli pedaqoji 
iş  görmüş  olurlar.  Burada  davranış  tərbiyəsi  xüsusilə  geniş  əksini 
tapmışdır.
«Dədə Qorqud» kitabının bu cəhətlərini konkret faktlar əsasında 
nəzərdən keçirdikdə aydın olur ki, kitabın bədii mətni dəyərli pe-
daqoji mahiyyət daşıyır. Burada təlim, tərbiyə, özünüdərk, milli qü-
surun yaradılması, şəxsiyyətin formalaşdırılması və eyni zamanda 
etnik  mənəviyyatın  gücləndirilməsi  işlərinin  aparılma  mexanizmi 
məqsədyönlü  şəkildə  problem  kimi  ortaya  qoyulmuşdur.  Bir  boy-
dan digər boya fərqli problemlər qoyulsa da, ümumilikdə pedaqoji 
mahiyyət qabarıq bir folklor nümunəsi kimi bu dastan da didaktik 
mahiyyətə malikdir və bu da onun milli dəyərini yüksəldir və xalqın 
mütəşəkkil şəkildə milli ideya və milli dəyərlər ətrafında birləşməsi-
ni təmin edən tərbiyəvi əhəmiyyətini əsaslandırır.
Etnik  xarakter  etnik  psixologiyanın  və  pedaqogikanın  mühüm 


275
tərkib hissəsidir. O, etnik simanı müəyyənləşdirən başlıca ünsürlər-
dən biridir. «Kitabi-Dədə Qorqud» da davranış psixologiyası etnik 
psixologiyanın ayrılmaz hissəsi kimi etnik xarakteri müəyyən edir. 
Oğuzların  etnik  xüsusiyyətləri  onların  qonaqpərvərliyi,  əliaçıqlı-
ğı, sədaqətlərində, dözüm və səbr etmək keyfiyyətlərində, döyüşdə 
mərdliklərində və s. məqamlarda əksini tapır. Qadınlar haqqında da-
nışılarkən dastanda onların «dörd cür» olması vurğulanır və əyani 
olsun deyə misal və onların dilindən ifadələr, cümlələr, spesifik kə-
lamlar verilir.
Qarılar dört dürlüdür:
Birisi solduran sopdur,
Birisi dolduran topdur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən, bayağıdır (1; 22).
Bundan əlavə qadınların bu xasiyyətlərinin açıqlanmasını nəin-
ki dastanın «Müqəddimə»sində görürük, eyni zamanda Dirsə xanın 
xatununun, Qazan xanın xanımı Burla xatunun, Banuçiçəyin, Qantu-
ralının, Selcanının, Dəli Domrulun xatununun və s. xanımların tim-
salında igid, ağıllı, tədbirli, qorxmaz, sədaqətli görürüksə, Qısırca 
yengənin,  Boğazca  Fatmanın, Aruzun  xatununun  simasında  mənfi 
xasiyyətli  qadınların  pislənildiyini  müşahidə  edirik.  Dirsə  xanın 
xatunu cəsarətlə tədbir tökür, Dirsə xanı doğru haqq yoluna çəkir, 
oğlu Buğacı xilas edir, ata və oğul arasında yaxınlaşmağa nail olur. 
Tədbirli və ağıllı olan bu qadın sevilərək təsvir edilir. Aşağıdakı ifa-
dələrlə bu qadına hörməti görmək mümkündür: «Dirsə xan arvadının 
sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini dilədi» (1; 178), 
«Arvadı belə danışanda Dirsə xan cavab vermədi» (1; 182), «Oğlan 
anasının sözünü sındırmadı» (1; 184).
İgid və cəsarətli Selcan xanımın davranışı vasitəsilə dastan müəl-
lifləri qadının gözəl sifətlərini aşağıdakı kimi açıqlayırlar:
Pedaqogika, Fəlsəfə, Psixologiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə