ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə85/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

 

350 


ilə qohum olmaq məsələləri ilə bağlı evdə öz aralarında məş-

vərət  edərdilər.  Oğlanın  bacıları  qardaşlarını  evləndirməklə 

bağlı  ata-analarının  söhbətlərinə  gizlincə  qulaq  asır,  sevinər, 

şənlənib  bayatı,  mahnı  oxuyardılar.  Qızı  görüb  xasiyyətinə 

yaxından  bələd  olmaq  üçün  oğlanın  anası  özünə  yaxın  məh-

rəm qadınlarla qız evinə gedir, bir bəhanə ilə qızı ətraflı öyrə-

nər,  aldıqları  məlumatı,  gəldikləri  qənaəti  ərlərinə  nəql  edər-

mişlər. Əgər qız tərifə layiq olub bəyənilsə idi, müəyyən vaxt 

təyin edib arvad elçiləri qız evinə göndərilərdi. Keçmişdə belə 

hallarda  valideynlər  əvvəlcə  mollanın  yanına  gedib  istixarə 

(dini fal) etdirər, yaranacaq, yeni qohumluğun xeyirli olub-ol-

madığını qabaqcadan öyrənməyə çalışardılar.  

İstixarə  yaxşı  gəlsə  idi,  qız  evinə  oğlan  anası  başda  ol-

maqla bir neçə ağbirçək qadın elçiliyə gedərdi.  Burada oğlan 

anası qız anasına məqsədi  açıqlayardı, ondan xeyir-dua istər-

di.  Qız  anası  isə  əri  və  yaxın  qohumları  ilə  məsləhətləşmək 

üçün oğlan tərəfinə vaxt verərdi. Çünki qız anasının heç kəsə 

məsləhət  etmədən  razılıq  vermək  hüququ  yox  idi.  Müəyyən 

vaxtdan  sonra  oğlan  tərəfini  qadın  elçiləri  yenidən  qız  evinə 

gedərdilər. Qız anası öz tərəfinin razılığını onlara bildirəndən 

sonra  “Kişi  elçiliyi”  başlanardı.  Belə  ki,  oğlanın  atası  yaxın 

adamları  ilə  birgə  qız  evinə  elçiliyə  yollanardı.  Elçiliyə  hər 

kəs  yox,  kəndin  sayılan  ağsaqqalları  aparılardı.  Fəxrlə  deyi-

lərdi ki, mənim elçiliyimə filan ağsaqqal gəlmişdi, yoxsa atam 

məni  verməzdi.  Ağsaqqallar  bir  qədər  ordan-burdan  danışan-

dan  sonra  mətləb  açıqlanar,  hər  iki  tərəf  ümumi  razılığa  gə-

ləndən  sonra  oğlan  tərəfdən  olan  ağsaqqallardan  biri  “Xıdo 

xəyr bıko” (Allah xeyir versin) deyib qız adamlarından biri ilə 

əl verib görüşür, xələt əvəzinə pul verirdi. Daha sonra ortaya 



 

351 


şirinçay, müxtəlif şirniyyatlar gətirilir, “siprişə plo” (ağsaqqal 

plovu) yeyilir. Bununla da elçilik mərhələsi bitir.  

Bir-iki  həftə  sonra,  ya  bir  az  tez,  qız  evinə  nişan  aparı-

lırdı  (“hoşte”  yaxud  “nişonə”  –  bu  mərhələ  belə  adlanırdı). 

Burada hər iki tərəfin ən  yaxın qohum-əqrəbası iştirak edirdi. 

Nişan  mərasimi  daha  şən  təşkil  olunardı.  Qaynaqlarda  qeyd 

olunduğu  kimi,  “Lənkaran  zonasında  oğlan  evindən  nişana 

gedən arvadlar qız evinə çatanda mahnı oxuyardılar. Xonçalar 

başlarında  ikən bir qədər oynayıb oxuyandan sonra  yerə otu-

rar, xonçaları qız evinə verərdilər. Nişan gətirənlərin qabağına 

şirinçay, müxtəlif şirniyyat məmulatları və s. qoyarlar. Burada 

çalmaq, oynamaq da öz qaydası ilə...” (“Azərbaycan folkloru 

antologiyası”,  I  kitab,  s.  259/  B.,  1968).  Nişan  mərasimi  za-

manı gəlinin barmağına üzük keçirilər  və beləliklə, o gündən 

qız  oğlanın  nişanlısı  hesab  olunardı.  Hamı  “Xıdo  mübarək 

bıko” (Allah mübarək eləsin) deyib evlərinə dağılışardılar.  

Bəyoğlan qaynatasından gizlənməli, abır-həya gözləyib, 

qızla aşkarda görüşə bilməzdi. Bir müddət sonra qız atası bə-

yoğlanı dost-tanışları ilə birgə evə qonaq çağırır, hədiyyə  ve-

rərdi.  Bundan  sonra  oğlan  qız  evinə  sərbəst  gedib  gələ  bilər, 

qaynata  ilə  görüşüb  söhbət  etmək  hüququ  əldə  edərdi.  Qız 

evinə hər hansı bir işdə kömək lazım olanda bəy özü və dost-

ları  ilə  gəlib  işləyərdi  (Bu  adətə  “zomoa  koyə”  “yeznə  kö-

məkliyi” deyilərdi). 

Bundan  sonra  “Şalüzüyü”  mərasiminə  hazırlıq  görülər-

di.  Mərasim  qız  evində  keçirilərdi.  Oğlan  tərəfi  öz  adamları-

nın sayını hansı ki, mərasimdə iştirak edəcəklər, həm də orada 

yemək  üçün  istifadə  olunan  qoyun,  ət,  düyü,  dağ,  un  və  s. 

Şeyləri  qız  evinə  azı  bir  gün  qabaq  göndərir.  Bu  mərasimə 

çalğıçılar da dəvət olunur. Oğlan tərəfinin gətirdiyi sandıqdan 




 

352 


qızın cehizləri, pal-paltar bir-bir göstərilir, nişanlı qız məclisə 

dəvət edilir, barmağına üzük taxılır... Qurban və Novruz bay-

ramlarında isə oğlan tərəfi qız evinə bayramlıq payı göndərir. 

Qurban  bayramında  qoçun  (qoyunun)  boynu  qırmızı  rəngə 

boyadılır,  yaxud  qurbanlığın  boynuna  qırmızı  parça  dolayır-

dılar, xonçalarla qız evinə gedərdilər.  

Novruz bayramında da oğlan tərəfi qız evinə bayram pa-

yı  aparırdı.  Mahmudavarlıların  “kuləxonça”  adlandırdıqları 

bu bayram xonçasında mütləq təzə balıq, balıq ağzında da bir 

qızıl  üzük  olmalı  idi.  Daha  sonra  “idə  xonça”  adlı  bayram 

payı aparılırdı. (“Kuləxonça” – “axırçərşənbə payı”, “idə xon-

ça” isə “bayram payı” deməkdir). 

Hər iki tərəf üçün baram payları müəyyən xərc tələb etdiyi 

üçün  çox  vaxt  bayrama  qədər  oğlan  tərəfi  toyu  sürətləndirir, 

gəlini  evinə  gətirirdilər.  Sovet  dövründə  həm  də  8  Mart  – 

Beynəlxalq Qadınlar günündə və nişanlı qızın ad günündə oğlan 

tərəfi  xüsusi  hədiyyələrlə  qızı  təbrik  edirdi.  Buna  cavab  olaraq 

23  Fevral  –  Sovet  Ordusunun  yaranması  günü  və  oğlanın  ad 

günündə qız evi təbrikə gələr, oğlan üçün hədiyyələr gətirərdi. 

“Şalüzüyü”  mərasimindən  sonra  oğlanın  və  qızın  vali-

deynləri mollanın yanına gedər, kəbin kəsdirərdilər. Son vaxt-

lar  mollalar  VVAQ-evlənmə  şəhadətnaməsi  olmadan  kəbin 

kəsmirdilər, yalnız müstəsna hallarda buna yol verilirdi. 

Evlənənə  qədər  oğlanla  qızın  görüşləri  çox  gizli  olardı. 

Bu barədə yalnız oğlan və qız anaları bilərdilər. Kişilər xəbər 

tutmamalı idilər. Mahmudavarlı gənclər çox həyalı və ismətli 

olar, paklıqlarını, şərəf və ləyaqətlərini qoruyardılar, bakirəli-

yi toy gecəsinə qədər hifz edərdilər. 

Mahmudavarda  qız  qaçırmaq  hallarına  da  rast  gəlinib. 

Bu hal indi də  müşahidə olunmaqdadır. Qızın ata-anası oğla-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə