ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 

353 


na qız verməkdən imtina etdikdə, yaxud oğlan çox kasıbdırsa, 

silsilə  toy  mərasimlərinin  öhdəsindən  gələ  bilmirdisə,  yaxud 

başqa müstəsna hallarda qız ilə oğlan gizlicə sövdələşib-vədə-

ləşib qoşulub qaçırdılar. Çox vaxt qız öz razılığı ilə qaçırılır-

dı. Amma elə hallar da olurdu ki, oğlan bir qızı sevər, qız isə 

başqasını sevər, o halda oğlanın tay-tuşları o qızı zorla qaçır-

dardılar. Hər üç halda qız qaçırmaq arzuolunmaz olub, nəsilə, 

tayfaya,  kəndə  əskiklik,  ləyaqətsizlik  sayılıb,  hətta  tayfa,  nə-

sil,  oba  ilə  oba  arasında  ədavətə  çevrilib.  Toya  hazırlıq  mər-

hələlərindən biri də “Şirni (şini) paltarkəsdi”  (“talışca “olətə-

bırın”)  adlanır.  Mahmudavarlılar  buna  “hırdəbo”  (xırda  yük) 

ağırlıq da deyərlər. Bu mərasim “Şalüzüyü”, “Nişantaxtı” mə-

rasimlərindən  sonra  keçirilir.  Oğlan  tərəfi  allı-güllü  xonça-

larda öz adamları ilə qız evinə gəlir. Gəlinin paltarlarını kəsib 

biçmək  üçün  xonçaya  qayçı  da  qoyulur.  Parçanı  kəsib-biçən 

qadına oğlan adamları xələt də verirlər. 

Qız  evində  olan  toya  “kinəvəyə”  (qız  toyu)  deyərdilər. 

Toy üçün mağar – çadır qurulur. Bu işi, adətən, bəy öz dəstəsi 

ilə  birgə  görür.  Toya  bir  gün  qalmış  oğlan  tərəfi  qız  evinə 

lazımi ərzaq: qoyun, ət, düyü, yağ və s. şeylər göndərir. Buna 

əvvəllər  “yolə  hırdəbo”  (böyük  yük)  ağırlıq  deyərdilər.  Toy-

dan bir gün qabaq toya dəvət üçün kəndə adam salardılar, ona 

“səlo  je”,  “səlo  bıjən”  (vədə  almaq,  vədəçi)  deyərdilər.  Bu 

məqsədlə oğlun toyunu xəbər verən kişi, qız toyuna vədə alan 

isə subay qızlar olur. Qız toyunda ancaq qız-gəlin iştirak edər, 

kişi xeylağının qız toyunda iştirakı qəbahət sayılardı. 

Qız toyları axşam başlanar, gecədən xeyli keçmiş qurta-

rardı.  Bəzi  yerlərdə  toy  gündüz  başlanar,  axşam  bitərdi.  Son 

vaxtlarda bəy öz dəstəsi ilə gəlib qız toyunda iştirak edir, gə-

lin oynayanda bəy ona xələt  verir.  Toyda qız-gəlin rəqs edir, 




 

354 


xanəndə  qız  oxuyur,  gəlin  axırda  oynayır,  tərif  edilir,  hamı 

xələt – hədiyyə  verir. El adətidir, qız toyunda qız bəyənərlər. 

Bu məqsədlə müasir  toylarda subay oğlanlar mağardan uzaq-

da qalar, qızları gizlicə müşayət edər,  yaxın qohum qadınları 

toydan evlərinə ötürərlər. 

Qız toyundan bir qədər sonra oğlan toyu olur, buna “yola 

vəyə”  (böyük  toy)  deyərlər.  Keçmişdə  varlı  mahmudavarlılar 

toy  məclisini  üç,  yeddi,  qırx  gün  keçiriblər.  Oğlan  toyuna  bir 

gün  qalmış  qız  evinə  yengə  gələr.  Oğlan  yengəsi  həmin  gecə 

qızgildə qalar, gəlinin və rəfiqələrinin əllərinə həna yaxar. Qız-

lar həmin gecə mahnı oxuyur, gəlin qızın əl-ayağını, başını, üz-

gözünü  bəzəyirlər.  Həna  yaxmaq  üçün  valideynləri  sağ  olan 

qız seçilir (yetim qız məsləhət deyil) ona hədiyyələr verilir. Sə-

hər  qız  yengəsi  və  rəfiqələri  gəlin  qızı  hamama  aparırlar, 

axşamçağı qızı oğlan evinə gəlin köçürürlər. 

Gəlini  gətirmək  üçün  oğlan  evindən  çalğı  dəstəsi,  yük 

maşını,  gəlin  maşını,  oğlan  adamı  ağsaqqal  və  ağbirçəklər, 

qız-gəlinlər,  uşaqlar-böyüklər  gəlirlər.  Əvvəl  “vəyüə  maşın” 

(gəlin maşını) bəzədilir, qırmızı şal, alabəzək lentlər, müxtəlif 

bəzəkli parçalar, gəlincik və s. olur. Sürücü üçün də xələt qo-

yulur. (Ötən əsrdə gəlini at belində, araba ilə, şəhərdə isə fay-

tonla oğlan evinə aparardılar).  

Qızın  yola  salınmasına  az  qalmış  ata-anası,  bacı-qardaş-

ları onunla xudahafizləşirlər, valideynləri ona öyüd-nəsihət ve-

rirlər,  onu  Quranın  altından  keçirirlər.  Gəlin  maşını  yola 

düşərkən  anası  arxasınca  su  atır.  Keçmişdə  qızı  mahnı  oxu-

maqla  yola salardılar. Kənd  yerlərində uşaqlar kəndir ilə gəlin 

maşının  qabağını  kəsər,  xələt,  çox  vaxt  pul  alardılar.  Xələti  – 

pulu  oğlan  tərəfi  ödəyərmiş.  Gəlin  maşınında  qızın  yengələri 

və  qardaşı,  qardaşı  olmasa,  yeznəsi,  əmioğlu  və  s.  (maşından 




 

355 


düşüb  bacısının  əlindən  tutub  bəy  otağının  qapısına  qədər 

müşayət  edərdi.  Ona  xələt  verib  yola  salar,  yaxud  toya  dəvət 

edərdilər.) Oğlanın bacısı gəlin evə girəndə mahnı oxuyardı. 

Qaynı  gəlib  gəlin  qızın  belini  bağlamalı  idi.  Bəy  otağı 

ağzında gəlin ayaq üstə durar, başına şirniyyat, düyü, xırda pul 

tökərdilər. Bu adət gəlin maşını gəlib qapıda dayananda da tək-

rar  edilərdi.  (Bu,  gəlinin  mübarək  qədəmlərinin barlı-bərəkətli 

olmasına  işarə  edir).  Musiqi  çalınır,  oğlan  adamları  rəqs  edir, 

şabaş verirlər. Gəlin bəy qapısı ağzında ikən məcməyinin için-

də bir kasada bal, çörək, yağ gətirirlər. Gəlinin barmağını yağ-

bala batırıb qaynananın ağzına salırlar. Bu da rəmzi məna kəsb 

edir,  yəni  gəlin-qaynana  yağ-bal  kimi  qovuşar, bir-birinə  şirin 

olarlar. Çörəyi yeddi tikəyə bölüb yağ-bala batırıb yeddi oğlana 

yedirdərdilər.  Bu  da  o  deməkdir  ki,  gəlinin  yeddi  oğlu  olsun. 

Gəlin  gələn  qapı  ağzında  boşqab  qoyardılar.  Gəlin  boşqabı 

ayağının zərbəsi ilə sındırar, təpiyi ilə qapını açar. “Qapıya tə-

pik vurma” üç dəfə təkrar olar. Gəlinin başı üstündə təndir çö-

rəyini  iki  bölüb  qonşuya  göndərərlər.  Gəlin  bəy  otağına  daxil 

olub, ayaq üstə qalar, oturmaz. Oğlan adamı gəlini təbrik edər, 

ona xeyir-dua verərlər. Qaynatası gəlib gəlininə xələt verər, ya-

xud  camış,  inək,  qoyun  və  s.  ev  heyvanları,  var-dövlət,  mal-

davar  boyun  olur.  Bundan  sonra  gəlin  oturur,  rəfiqələri,  yen-

gəsi onu ta bəy gələnə qədər darıxmağa qoymur. 

Oğlan  toyu  da  çadırda  keçirilir  (çadıra  talışca  “çodo” 

deyərlər,  “ço”  –  dörd,  “do”  –  ağac  deməkdir).  Çadırda  toyu 

idarə  edən  “sərxi”  (sərxeyr)  –  “toybaşı”  adlanır.  O,  kənddə 

sözü  keçən  adam  olmalıdır.  Bəy  oğlan  sağdış,  soldışı  ilə 

hamamdan  çıxıb,  dəstəsi  üçün  təşkil  etdiyi  xüsusi  yerdə  din-

cəlir,  burada  dostları  yeyib-içər,  bəyin  şərəfinə  sağlıq  söylə-

nər. Bəy həmin gecə spirtli içkilər içməməlidir. Yeyib-içmək-




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə