ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə23/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

 

92 


*  *  * 

Badisəlam  qəbirsanlığı  var  Kərbəlada,  ora  pis  əməllər 

gedəcəy  ora.  Axırıncı  İmam  gələcək  inşAllah  olara  baxacaq. 

Mələklər gedir Allah dərgahına, Allah soruşur ki, niyə gəldiz? 

Niftullanın  canı  çıxdı,  qoydular  qəbirə,  biz  də  gəldik.  Deyir, 

qiyamətə qədər Niftullanın yanında qalın. Tək qoymuyun, da-

rıxar.  Deyir,  mənim  yaratdığım  bəndəni  tək  qoymuyun.  Ge-

din,  qiyamətə  qədər  onun  yanında  qalın.  Məsələn,  Allah-

Taala on bir ayı bizə verib. Yeyin, halal xoşunuz olsun, on bir 

ay elədiyiniz günahları mən bağışlayıram. Amma bir ay mənə 

oruc tutun. Payızın yarpağları kimi sizin yarpağınızı tökəcəm. 

Görürsən Ramazan ayında orucu tutmadın.  

Mənə  səcdə  elə.  Adəm  kimi  peyğəmbər,  yüz  iyirmi  dörd 

min peyğəmbər mənə səcdə elədi. Bəs sən kimə arxayınsan. Mə-

nə  səcdə  eləmirsən.  Ey  mənim  yaratdığım  bəndə.  Oğul  istə-

misən vermişəm, qız istəmisən vermişəm, mal vermişəm, dövlət 

vermişəm,  sənə  ağıl  vermişəm,  işiğ  vermişəm,  göz  vermişəm, 

qulağ  vermişəm,  nə  istəmisən,  sənə  vermişəm,  onun  qarşısında 

mənə səcdə elə. Namaz qıl, orucuvu tut. İndi mən namaz qılmı-

ram, oruc tutmuram, öz də deyirəm, Allah, səni yaxşı tanıyıram.  

 

*  *  * 


Peyğəmbərə deyirəm, səni yaxşı tanıyıram. Deyir, ay üzün 

qara  olsun,  nə  dərinnən  məni  tanıyırsan.  Deyirəm,  namaz  qıl-

qılmırsan,  oruc  tut,  tutmursan,  xüms  ver,  vermirsən,  zəkat  ver, 

vermirsən,  bəs  nətər  yaxşı  bəndəsən.  Mən  səni  işiqlı  dünyaya 

gətirmişəm.  Sənə  yüz  il,  əlli  il  ömür  vermişəm,  sənə  yaraşıq 

vermişəm.  Musa  peyğəmbər,  Yusif  peyğəmbər  durdu  aynanın 

qabağında dedi, ya Rəbb, görəsən mənim kimi gözəl peyğəmbər 

yaradacaqsan?  Musa  dedi,  elmə  bax,  məndə,  gözəlliyə  bax 




 

93 


məndə. Yusif də dedi bu sözü. Allah dedi, ya Yusif, gözəlliyivə 

arxayın olma. And olsun izzət-cəlalıma, vaxt olar səni on yeddi-

on səkkiz qara pula satdıraram. Qardaşları gətirdi onu on yeddi-

on  səkkiz  köpük  qara  pul  aldı.  Aldı  gətirdi  Misirə.  O  boydana 

Misir, o gözəl Allah Yusifi hardan-haraya gətirdi. Bütün camaat 

onun  qapısına  töküldü.  Qardaşını  da  onun  qapısına  gətirdi.  Üç 

dəfə  qardaşları  gəldi  Yusifin  qarşısına.  Yusif  zindanda  olanda 

Allaha səcdə eliyibdir, yatanda səcdə eliyirdi. 

 

*  *  * 


Ağa  Mirzə,  Allah  rəhmət  eləsin  o  mollanı.  Onunla  çox 

mollalığ  eləmişəm.  Onun  atasıynan  mənim  salam  əleykim 

vardı.  İndi  deməyim  budur  ki,  axşamnan  yatıram  ailəmin  ya-

nında, görürəm ki, gedirəm mən Bakıya, Moskvaya. Özüm yat-

mışam  e,  mən.  O  ruh  mənim  bədənimdən  çıxdı.  Peyğəmbər 

buyurub  mənim  yatan  hümmətimi  birdən  qaldırmayın.  Biri  ki 

gəldi, soruşur ki, filankəs hanı? Deyir, yatıb. Deyir, dərhal onu 

çağırmıyın.  Lapdan  başlıyar  ürək  dayanar.  Yavaş-yavaş  çağı-

rın.  Niftulla,  Niftulla  səni  çağırırlar.  Bir  var  Niftulla,  Niftulla 

hay,  ruh  gəlmədi,  ürək  dayandı.  Ona  görə  gərək  asta-asta 

çağırasan. Yatıbsa, ruh bədənnən çıxıb. Hey hər yeri gəzir.  

 

*  *  * 



Bəzi adam deyir ki, cənazə niyə ağır gedir. Deyirlər ona 

görə ağır gedir ki, bunun qardaşı Rusiyyətdədi, gəlmiyib, oğlu 

gəlmiyib. Yalan sözdü. Onun ruhu əməli  yoxdur. O ruh gedir 

görür inkir-minkir bunu gözlüyür. O durur gəlir, deyir, ay evi 

tikilən,  əməlin  yoxdur.  Məni  incidəcəklər.  Ruh  buna  deyir, 

getmə,  ona  görə  cənazə  ağır  gedir.  Əgər  əməlin  yaxşı  olsa, 

qardaş-bacı  sənə  qurban  olum,  görürsən  Ərrəhman  deməyə 



 

94 


aman vermir. Əməli yaxşıdı. Əgər mənim əməlim olmasa, ru-

hum getmir. Deyir, burda qalsam, xeyirdi mənə. Məni bu yerə 

gətirən qəbirdə də hər  yerdə, Adil axşamla bura gələn mənim 

ruhumdur.  Mən  özüm  yatmışam,  çörülmüşəm  torpağda.  Ru-

hum  gəlir,  yoxluyur  gedir.  Əgər  mənim  ruhum  gəlir  görür 

evimdə mənə yasin oxutdururlar, ya bir ehsan verirlər, ruhum 

şad gedəcək. Yox, gəldi gördü mənim Əhli-beytim televizora 

baxır, heç  məni  yada salmır, bədvaris kimi gedir. Bir  var de-

yəsən bivaris, bir  də  var deyəsən bədvaris. Bivaris övladı ol-

mayanlardır. Bədvaris övladı olub, onu yada salmayanlardır. 

 

*  *  * 


Ey  Füzuli  məndəxi  aləmdə  bir  ad  eylərəm,  bəs  o  nədi? 

Dedi,  o,  Kərbəla  şəhidlərinindi.  Dünya  durduqca  o  duracaq. 

Seyyidlik  Haşimə  verilib.  Haşimdən  sonrası  hamı  seyiddir.  Al-

lah-tala ruhi məhbusi yaradandan sonra bu qələmə baxdı, qələm 

haçalandı.  Dedi,  yaz.  Yazdı  La  İlahə  İllAllah,  öz  də  beş  kim-

sənin adını Allah-Taala öz adından götürüb. Dedi, yaz Muhəm-

məd RəsulAllah, peyğəmbərimizin adı Muhəmməd, adı Allahın 

Mahmud  adından  götürülüb.  Buların  ikisinində  mənası  var.  Bu 

Mahmud Məhəmməd yerim, göyüm mənimki deməkdi dedi. 

 

*  *  * 



On səkkiz min aləmlər  yaradıb  Allah-tala. Onun altı mini 

cəmadətdi, altı mini nəbadətdi, altı mini heyvanət. O heyvanətdə 

biz də  varıq. Bütün bu cəmadət, nəbadət, camaatda meyillik də 

var  bir-birinə.  Meyilliyin  təkamülü  keçir  şəhvətə.  Şəhvət 

heyvanətə  aiddir,  biz  də  heyvan  sayılırıq.  Şəhvət  heyvanat 

deməkdir. Heyvanatın özü də iki cürədi: bir var şüurlu, biri var 

şüursuz. Məhəbbətin özü də iki cürdü. Bir var şüurlu məhəbbət, 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə