Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə15/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   11   12   13   14   15   16   17   18   ...   82

 
54 
Bütövlükdə «Peyğəmbər bağı» məhəbbət və xeyir, qarşı-
lıqlı anlaşma və dözümlülük ideyalarının təsdiqinə həsr olunub. 
Bu  əsər  yalnız  «Peyğəmbər»in  əxlaqi  didaktikasının  əsaslarını 
davam  etdirmir,  həm  də  ona  yeni  elementlər  daxil  edir.  Lakin 
bədii baxımdan, bizim fikrimizcə, süjetin bitkinliyi, real həyati 
dəyərlərə  inam,  dilinin  aydınlığı  və  səlisliyi  ilə  «Peyğəmbər», 
şübhəsiz, ikinci kitabla müqayisədə önə çıxır. 
 
 
 


 
55 
 
 
 
 
 
 
PEYĞƏMBƏR 
 
 
Gəminin gəlməsi 
Seçilmiş və sevilən, öz gününün səhəri əl-Mustafa on iki 
il  Orfales  şəhərində  onu  geriyə,  doğulduğu  adaya  qaytaracaq 
gəmisinin gəlməsini gözləyirdi. Və on ikinci ildə, sentyabr ayı-
nın yeddisində – biçin ayında o, qala divarlarından bayırda, bir 
təpənin başına çıxaraq dənizə sarı boylandı və dumanla bərabər 
yaxınlaşan gəmini gördü. 
Ürəyinin  qapıları  taybatay  açıldı  və  onun  sevinci  dəniz-
dən çox uzaqlara uçdu. O, gözlərini qapadı və qəlbinin sakitli-
yində dua etdi.  
Lakin  təpəni  enincə  qüssə  onu  haqladı  və  o,  ürəyində 
fikirləşdi: 
“İndi mən qüssələnmədən və könül rahatlığı ilə necə ge-
dim?  Yox,  ruhumu  yaralamadan  tərk  edə  bilməyəcəm  mən  bu 
şəhəri.  
Uzun, çox uzun idi bu divarlar arasında keçirdiyim ağrılı 
günlər, tənhalıq dolu gecələr. Kim öz ağrısından və tənhalığın-
dan asanlıqla ayrıla bilir ki? 


 
56 
Bu  küçələrə  ruhumun  çoxlu  damlalarını  səpələmişəm  və 
bu  təpələrin  arasında  həsrətimin  çoxlu  uşaqları  dolaşır.  Ayağı 
yalın, başı açıq; və mən onları ağrısız tərk edə bilmərəm. 
Bu gün mən libasımı soyunmuram; yox, dərimi soyuram, 
öz əllərimlə. 
Arxada  düşüncələri  deyil,  aclıq  və  susuzluqdan  incəlmiş 
ürəyimi qoyub gedirəm. 
 Lakin daha dözə bilmirəm. 
Hamını  özunə  doğru  səsləyən  dəniz  məni  də  çağırır  və 
mən gəmiyə minməliyəm. 
Qalmaq. Həyat saatlarının gecə uzunu yanmasına baxma-
yaraq, donmaq, buz bağlamaq və palçığın içində bərkimək de-
məkdir. 
Burda  qalanları  necə  həvəslə  götürərdim  özümlə.  Lakin 
bu mümkünmü? 
Səs  ona  qanad  vermiş  dil  və  dodağa  artıq  dözə  bilmir. 
İndi o özü, efir axtarışına çıxmalıdır, tək-tənha. 
Qartal  da  öz  yuvasını  qayalarda  qoyub  günəşə  sarı  tək 
uçur”. 
Təpənin ətəyinə çatınca, o, bir daha dənizə sarı boylandı 
və  gəmisinin  limana  yaxınlaşdığını  gördü;  gəminin  göyərtə-
sində dənizçilər, onun doğma torpağının adamları durmuşdular. 
Onun qəlbi qışqırıb onlara dedi: 
“Mənim  qədim  anamın  uşaqları,  qabarmalar  üstə 
çapanlar. 
Yuxularımda neçə dəfə üzüb gəlibsiniz. İndi isə mən ayıq 
ikən gəlmisiniz və bu, mənim ən dərin yuxumdur. 
Mən  getməyə  hazıram  və  həsrətimin  bütün  yelkənləri 
açıq halda küləyi gözləyir. 


 
57 
Yalnız  bir  daha  köksümü  ötürüm,  bu  sakit  havada  bir 
daha buraları məhəbbətlə seyr edim. Sonra isə mən sizinləyəm, 
dənizçilər arasında dənizçi. 
Sən  isə,  geniş  dəniz,  yuxulu  ana,  çaylar  və  arxlar  üçün 
yeganə  rahatlıq və  azadlıq  məkanı,  bu  çay  daha  bir döngə  bu-
rularaq  açıqlıqda  nəğməsini  bir  də  oxuyacaq  və  mən  sənə  qo-
vuşacam, sonsuz damla sonsuz okeana qatılan kimi”. 
Gedərkən o, uzaqdan öz tarla və üzümlüklərini tərk edib 
şəhər darvazalarına doğru tələsən kişi və qadınları gördü. 
O, onların səslərini eşidirdi; onun adını çağırır, bir tarla-
dan o birinə qışqıraraq onun gəmisinin gəldiyini xəbər verirdi-
lər. 
O, öz-özünə dedi: 
“Görəsən, ayrılıq günü görüş günü ola biləcəkmi? 
Deyiləcəkmi  ki,  mənim  qürubum,  əslində,  mənim  səhə-
rim idi? 
Kotanını şumun içində qoyub gələnə və ya şərab presinin 
çarxını buraxıb gələnə mən nə verə biləcəm? 
Mənim  ürəyim  bol  meyvə  gətirmiş  bir  ağaca  dönə  bilə-
cəkmi ki, mən o meyvələri dərib adamları qonaq edim? 
Arzularım  necə,  bulaq  kimi  çağlayacaqmı  ki,  gələnlərin 
piyalələrini doldura bilim? 
Mən bir arfayammı ki, Qüdrət Sahibinin əli toxunsun, ya 
bir neyəmmi ki, nəfəsi içimdən keçsin? 
Mən  sükut  axtarıcısıyam  və  görəsən,  bu  sükutda  hansı 
xəzinəni tapmışam ki, indi onu inamla paylaşa biləm? 
Əgər  bu  gün  mənim  biçin  günümdürsə,  görəsən,  hansı 
unudulmuş fəsillərdə, hansı tarlalarda səpin səpmişəm? 


 
58 
Əgər bu, doğrudan da, mənim çıraq qaldıracaq saatımdır-
sa, onun içində alışacaq alov mənimki deyil. 
Mən öz çırağımı boş və sönük qaldıracam 
Gecənin gözətçisi özü çırağımı yağla dolduracaq və o da 
alışdıracaq”. 
* * * 
O,  bunları  sözlərlə  dedi.  Lakin  çox  şey  isə  deyilməmiş 
qaldı  ürəyində.  Çünki  özünün  ən  dərin  sirrini  ifadə  etməkdə 
aciz idi. 
Şəhərə girəndə, bütün camaat onu qarşılamağa çıxdı. On-
lar bir ağızla onu çağırırdılar. 
Şəhərin ağsaqqalları qabağa çıxaraq söylədilər: 
“Tərk etmə bizi hələ. 
Bizim  alatoranlığımızın  gündüzü  oldun  və  sənin  gəncli-
yin bizə arzulamaq üçün arzular bəxş etdi. 
Aramızda  nə  qərib,  nə  də  qonaqsan;  bizim  oğlumuzsan, 
əzizimizsən. 
Hələ nurunu itirməyib üzünə həsrət gözlərimiz”. 
Kahin və kahinələr də ona söylədilər: 
“Qoyma dənizin dalğalari bizi ayırsın, aramızda keçirdi-
yin illər bir xatirəyə dönsün. 
Bizim aramızda bir ruh kimi gəzirdin, kölgən isə üzümü-
zə işıq kimi düşürdü. 
Səni çox sevirdik. Lakin dilsiz və ağızsız idi bizim sevgi-
miz, pərdə ilə örtülmüşdü. 
İndi isə o, var gücü ilə səni çağırır və bütün aşkarlığı ilə 
qarşında görünəcək. 
Həmişə belə olub məhəbbət ayrılıq saatınadək öz dərinli-
yini tanıya bilmir”. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə