Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə11/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   7   8   9   10   11   12   13   14   ...   82

 
40 
sonra  dini  başçılar  tərəfindən  əllərindən  alınmış  torpaqlar 
kəndlilərə qaytarılacaq, əsarət və zorakılıqdan xilas olan kənd-
lilər xoşbəxt yaşayacaqlar. Hekayənin romantik sonluğu ədalət 
himni kimi, qiyama və itaətsizliyə çağırış kimi bitir». 
Bu  hekayənin,  o  cümlədən  də,  «Tufan»  hekayəsinin 
əsasında  bəzi  ədəbiyyatşünaslar  bu  mərhəldə  Cübranın  Nitsşe 
fəlsəfəsini qəbul etməsi fikrini irəli sürürlər. 
XIX  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  Nitsşenin  fəlsə-
fəsi həm Avropa ölkələrində, həm də Şərqdə bir çox yazıçı və 
mütəfəkkirə  təsir  göstərmişdir.  Məsələn,  bu  təsiri  dahi  hind 
şairi və  filosofu  Məhəmməd  İqbal da  (1877-1938) hiss etmiş-
dir. Şübhəsiz ki, bu təsir Cübrandan da yan keçməmişdir. Nits-
şenin esse formasında olan erkən əsərlərində («Dan yeri», «Əy-
ləncəli elm», «Xeyir və şərin o biri tərəfində» və s.) ifadə olun-
muş mühafizakar romantik baxışlar, burjua şüurunun bayağılı-
ğını fərdiyyəti ilə dəf edən güclü şəxsiyyətə pərəstiş, müasirliyi 
onun  qüsur  və  yalanları  ilə  arxada  buraxan  «gələcəyin insanı» 
kimi romantik ideyalar müəyyən dərəcədə ona  yaxın idi. Cüb-
ranın alman filosofuna xas olan  «xilaskar-peyğəmbər» üslubu-
nun  bəzi  cizgilərini  mənimsədiyi  şübhəsizdir.  Nitsşenin  kilsə-
yə, sosial qurumlara münasibəti də ideya baxımından Cübrana 
yaxın  idi.  Bu  barədə  Cozef  P.Hoqassian  öz  tədqiqatlarında 
qeyd  edirdi:  «Cübran  Nitsşedən  öz  ideyalarını  peyğəmbəranə 
tərzdə ifadə etməyi öyrənmişdi, rəsmi dini və sosial qurumları 
kəskinliklə  ifşa  edərkən,  o,  bu  üsluba  müraciət  edirdi».  Bir 
qədər  aşağıda  Hoqassian  Cübranın  öz  sözlərini  misal  gətirir: 
«Mən  həmişə  onun  (Nitsşenin  –  A.İ.)  üslubunun  inandırıcı 
olduğunu  hiss  etmişəm,  lakin  onun  fəlsəfəsi  mənə  dəhşətli  və 
tamamilə yanlış fəlsəfə təsiri bağışlayıb. Mən gözəllik pərəstiş-


 
41 
karı idim və gözəllik mənim üçün bütün dünyanın füsunkarlığı-
nı təşkil edirdi». 
Lakin  S.F.Oduyevin  qeyd  etdiyi  kimi,  Nitsşe  üçün  hər 
şeydən əvvəl gücün, zəiflərdən istifadə etmək, hətta öz qüvvə-
sinin  təsdiqi  üçün  onları  məhv  etmək  hüququna  malik  olan 
güclü şəxsiyyətin təbliği səciyyəvi idi. Buna görə də Nitsşe be-
lə hesab edirdi ki, müharibələr bəşəriyyəti zəiflik qarışığından 
və  şübhələrdən  təmizləyir,  gücün  təntənəsinə  və  şəxsiyyətin 
bütövlüyünə doğru aparır. Lakin Nitsşeyə məxsus olan  «kütlə-
yə həqarətlə baxmaq və nifrət etmək, fərdiyyətçilik şüuru üçün 
tipik cəhət olan «kütlənin» «seçilmiş şəxsiyyətə», «fövqəlinsa-
na»  qarşı  qoyulması  Şərq  romantikləri  üçün  xüsusilə  yabançı 
idi. Həmçinin, get-gedə amansızlaşan və təntənə ilə öz qurbanı-
nın  boğazından  yapışan  qüvvətli  şəxsiyyətin  vəsf  edilməsi  də 
Cübran  üçün  yaddır.  Əgər  Cübran  bəzən,  «Qəbirqazan»  heka-
yəsində olduğu kimi, qəzəb və qəddarlıq hissini özünə rəva gö-
rürsə də, bu yalnız, həmvətənlərinin ətalətinə, onların fatalizmi-
nə,  cəmiyyətin  qüsurlarına  laqeyd  qalmalarına  qarşı  etirazdır. 
Bütövlükdə isə onun bəzi əsərlərinin ovqatı («Tufan», «Qəbir-
qazan»,  «Köləlik»  və  s.)  ümidsizlik  və  kədər  ovqatıdır.  Hətta 
insanlara  və  onların  yaratdıqları  sivilizasiyaya  açıq  nifrətində 
belə  dərin  ümidsizliyə,  dözülməz  qüssəyə  çevrilən  insanlar 
üçün həsrət, onlara qarşı çox böyük mərhəmət duyulur. Cübran 
insanları hədsiz məhəbbətlə sevir, onların halına acıyır. Yazıçı-
nın  güclü  şəxsiyyətinin  fərdiyyətçiliyində  bəşəriyyətin  taleyi 
üçün  narahatlıq,  ağrı  və  iztirab,  onun  haqqında  düşüncələr 
gizlənmişdir. 
Ümumiyyətlə, Cübranın  yolu mürəkkəb olmuşdur. Onun 
qiyamçılığı nəticədə  Qərb  ədəbiyyatındakı  romantik  qiyamdan 


 
42 
fərqli olaraq özünəməxsus səciyyə kəsb etmişdir. Bu fərq, hər 
şeydən əvvəl, romantik şəxsiyyətlə cəmiyyət arasındakı əlaqə-
lərin tam qırılmasında, ərəb ənənəsində şairin parofetik rolu ba-
rədə təsəvvürlərdə, həm də Cübranın fəlsəfi fikirlərində özünü 
göstərir.  Bu  zaman  qeyd  etmək  lazımdır  ki,  yazıçının      bəzi 
əsərləri  («Məğlubiyyət»,  «Göz»,  «Məğrur  bənövşə»,  «Əsir 
hökmdar», «Ey mənim anamın oğulları» və s.) qəhrəmanın cə-
miyyətdən tam təcrid olunması mövzusunun, kütlə üzərində üs-
tünlük hissinin Cübran üçün səciyyəvi olması fikrini sanki tək-
zib  edir.  Həqiqətən  də,  «Göz»  rəmzi  hekayəsi  romantik  qiya-
mın vəsfi kimi şərh edilə bilərsə, «Məğrur bənövşə» özünütək-
milləşdirmə naminə, «allahlar kimi» olmaq naminə özünü fəda 
etməyi tərənnüm edir. Bənövşə qızılgülü görərək onun gözəlli-
yinə valeh olur və qızılgül olmaq istəyir. O, dua edərək təbiətə 
yalvarır ki, onu qızılgülə çevirsin. «Sən özün bilmirsən nə istə-
yirsən, sən zahiri  əzəmətin arxasında hansı fəlakətlərin gizlən-
diyini başa düşmürsən. Bu fikirdən daşın, əgər mən sənin göv-
dəni  uzatsam,  görkəmini  dəyişib  səni  qızılgülə  çevirsəm,  sən 
peşman  olacaqsan,  amma  o  zaman  peşmançılıq  artıq  sənə 
kömək  etməyəcək»,  –  deyə  Təbiət  ona  cavab  verir.  Lakin 
bənövşə  xahişinin  üzərində  israr  edir  və  qızılgülə  çevrilir. 
Tezliklə tufan qalxır və qızılgülə çevrilmiş bənövşə sınır, onun 
ləçəkləri  dağılır,  palçığa  səpələnir.  Torpağın  üstündə  aşağıda 
bitdiyinə  görə  salamat  qalan  bənövşələr  onu  loğvalıqda, 
yelbeyinlikdə  məzəmmət  edərək  ona  gülməyə  başlayırlar. 
Ancaq  bənövşə  onlara  cavab  verir:  «Mən  indi  ölürəm.  Mən 
ölürəm, ancaq mənim qəlbimdə heç bir vaxt heç bir bənövşənin 
keçirmədiyi bir hiss var. Mən ölürəm, ancaq mən doğulduğum 
dar  dünyanın  hüdudlarından  kənarda  nələr  olduğunu  bilirəm. 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə