Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə12/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   8   9   10   11   12   13   14   15   ...   82

 
43 
Həyatın məqsədi də elə budur. Gündüzlərin və gecələrin təsa-
düfləri arxasında gizlənən mahiyyət də elə budur». Bu əsərlər-
də daha çox gecikmiş neoromantizm notları və nitsşeçiliyə alu-
dəçilik hiss olunur. 
«Tufanlar» toplusu sentimentalizm cizgilərindən tamami-
lə azaddır. Qərb romantiklərinin təsiri altında Cübran yaradıcı-
lığında  romantik  metod  tamamilə  formalaşır.  Bu,  hər  şeydən 
əvvəl, özünü ayrı-ayrı motiv və mövzulardan daha çox, toplu-
nun qiyamçı, etiraz dolu ruhunda göstərir. Beləcə, şəxsiyyət və 
cəmiyyət  münasibətləri,  sivilizasiyanın  rolunun  yenidən  qiy-
mətləndirilməsi,  şəxsiyyətin  yüksəklərə  qaldırılması,  xristian 
kilsəsinin və onun mərasimlərinin kəskin tənqidi və s. problem-
lər romantizm planında qoyulur. Bu zaman, Cübranın romantik 
qəhrəmanı  ilə  qərb  romantiklərinin  yaxınlığını  vurğulayarkən, 
biz onları fərqləndirən bəzi cəhətləri də qeyd etməliyik: Cübran 
qəhrəmanlarının  qiyamçılıq  və  inkar  səviyyəsi  daha  aşağıdır, 
sanki  barışdırıcılıq  qiyafəsinə  bürünmüşdür,  onun  qəhrəmanı 
daha lirikdir və mücərrəd mühakimələrə meyillidir. «Tufanlar» 
toplusunda  Cübran  romantizmi  klassik  ərəb  ədəbiyyatı  ənənə-
ləri  ilə  bağlılığı  da  qorunub  saxlayır:  mürəkkəb  rəmzlər,  yük-
sək  üslub,  metafora  zənginliyi,  didaktika  elementlərinin  möv-
cudluğu və s. 
«Peyğəmbər» əsərini («ən-Nəbi», 1923) biz Cübranın son 
dövr  yaradıcılığında  xüsusi  qeyd  edirik.  Bu  əsər  onun  yaradı-
cılıq  metodunun  inkişafında  tamamlayıcı  bir  mərhələdir.  Əsə-
rin mövzusu dünya ədəbiyyatında  geniş  yayılmış mövzulardan 
biridir.  Peyğəmbər  dedikdə  çox  zaman  yayılmış  mövzulardan 
biridir. Peyğəmbər dedikdə çox zaman yüksək missiyalı insan, 
şair,  ictimai  xadim,  ali  və  əbədi  həqiqətlərin  carçısı  başa 


 
44 
düşülür.  İngilis  ədəbiyyatında  Miltona,  Bleykə,  Renana,  rus 
ədəbiyyatında  isə  Puşkinə  və  Lermontova  istinad  etmək  olar. 
Mənşə etibarilə bu mövzu peyğəmbərlər haqqında qədim əfsa-
nələrə, Bibliya təsəvvürlərinə və Məhəmməd peyğəmbər barə-
də Quran rəvayətlərinə gedib çıxır. 
«Peyğəmbər»  –  ingilis  dilində  yazılmış və  çap olunmuş-
dur («Prophet», Nyu-Yurk, 1923). Yalnız Cübranın ölümündən 
sonra Dəməşqin arximandriti Antonius Bəşir kitabı ərəb dilinə 
tərcümə  etmişdir.  Kitabın  ön  sözündə  tərcüməçi  yazır:  «Əgər 
biz yalnız dinin zahiri tərəfi ilə məhdudlaşsaq, onda Cübranı al-
lahsız saymaq olardı və  bu kitabı ərəb dilinə tərcümə etməkdə 
mən səhv etmiş olardım. Amma o, allahsız deyil və o, dinin za-
hiri  qabığına  deyil,  mahiyyətinə  nəzər  salır.  Əgər  Cübrana  və 
onun əsərinə bu nəzər işığında yanaşılsa, onda ən mömin şəxs-
lərin önündə getdiyi, amma bunula bərabər əbədi həqiqəti qor-
xu və aldanışsız, dünyanın faniliyinə, saxtakarlığa və şöhrətpə-
rəsliyə uymadan tələb etməsi aydın olur». 
Sonra  A.Bəşir  Cübranı  «kor-koranə  təqlidçilik»dən, 
«keçmişin buxovların»dan azad olmağı bacaran istedadlı nova-
tor yazıçı kimi təqdim edir. Elə burada o, Qərb mədəniyyəti nü-
mayəndələrinin Cübran barədə, onun şəxsiyyəti və əbədi məha-
rəti haqqında heyranlıq və məhəbbət ifadə edən fikirlərdən mi-
sal  gətirir:  «Yaş  etibarilə  Cübran  hələ  cavandır,  amma  ağlı  və 
həyat təcrübəsinə görə müdrik ağsaqqaldır...», «Cübran yaradı-
cılığında təqlidçilik və ya durğunluğun izi də yoxdur. O, nikbin 
deyil, amma bədbin də deyil. O din xadimi deyil, amma allah-
sız da deyil, o – sadəcə bəsirətli peyğəmbərdir,  o, əbədi sənət 
himninin ifaçısıdır. Şərq insanının gözü ilə o, Qərb sakinlərinin 
görə  bilmədiyini  görə  bilirdi...»,  «Cübranın  bütün  kitabları 


 
45 
oxucunu dərin düşüncələrə dəvət edir...», «Biz əminik ki, Cüb-
ranın  yaratdıqları  ölməzdir...»,  «Cübran  Qərbə  çox  sıx  yaxın-
laşmışdır, amma onun dodaqlarında Şərqin ecazkar təbəssümü 
qalmışdır...».  
«Peyğəmbər»in  ideyası  Cübranda  çoxdan  yaranmışdır. 
Kitab üzərində bilavasitə iş 1918-ci ildə başlamış və dörd ildən 
çox  davam  etmişdir.  Bu  əsərdə  yazıçının  dünyagörüşünün 
kvintessensiyası  –  onun  həyat  və  ölüm,  insan  mövcudluğunun 
mahiyyəti  və  mənası,  xeyir  və  şər  haqqında  fikirləri  verilmiş-
dir. Yazıçı  insan  həyatını onun  bütün  mürəkkəbliyi  və dərinli-
yində, sonsuz həyat axını ilə birlikdə və qarşılıqlı təsirdə, varlı-
ğın vəhdətində qavrayır. Meyyə məktubunda Cübran «Peyğəm-
bər» haqqında yazır: «Peyğəmbər mənim min il əvvəl düşündü-
yüm,  lakin  keçən  ilin  sonuna  qədər  bir  fəsil  də  yazmadığım 
kitabdır,  o  («Peyğəmbər»  –  A.İ.)  mənim  ikinci  doğuluşum  və 
ilk xaç suyuna salınmamdır, o məni günəşin altında azad edən 
yeganə  ideyadır.  Mən  bu  peyğəmbəri  yaratmamışdan  əvvəl  o 
məni  yaradıb,  mən  onu  yazmamışdın  əvvəl  o  məni  yazıb...». 
«Peyğəmbər»də  yazıçı  öz  fərdiyyətçiliyindən  uzaqlaşmağa, 
sadə  adamların  fikir  və  istəklərini  başa  düşməyə  və  ifadə 
etməyə  çalışır.  Onların  bütün  hiss  etdiklərini  və  yaşadıqlarını 
qəhrəman özü yaşamalı və hiss etməlidir. «Bu kitab mənim söz 
üçün  qəribsəyən  insanların  susqun  ürəklərində  və  onların 
qəlblərində  gördüklərimin  və  hər  gün  şahidi  olduqlarımın 
yalnız az bir hissəsidir», – deyə, o yazırdı. 
«Peyğəmbər»  də  əsərin  kompozisiya  mükəmməlliyi  və 
cilalanmış bədii dil Cübranın bitkin və formalaşmış fəlsəfi kon-
sepsiyasına  münasib  gəlir.  Bu  əsərin  janrına  birmənalı  şəkildə 


 
46 
təsnifat  vermək  çətindir.  Bu  həm  etiraf,  həm  haşiyəli  təhkiyə, 
həm də mənsur şeir formasında essedir. 
«Peyğəmbər»in  kompozisiya  mükəmməlliyi  və  bitkinli-
yinə təhkiyənin sadəliyi, təbiiliyi və yığcamlığı da cavab verir. 
Əsərin məzmunu aşağıdakı kimidir: On iki il Orfales şəhərində 
yaşayan  əl-Mustafa onu  vətənə  aparmalı olan  gəmini gözləyir. 
Gəminin  gəlişinə  qədər  onu  yola  salmağa  gələn  kişi  və 
qadınlardan ibarət böyük bir dəstə ondan «vida sözü» eşitmək 
istəyir.  Əl-Mustafa  məbədin  qarşısındakı  böyük  bir  meydana 
gedir  və  xalqa  üz  tutaraq  xeyir-dua  verir,  bu  da  əsərin  bütün 
məzmununu təşkil edir. 
Orfales  xalqına  müraciət  edən  əl-Mustafa  həm  onların, 
həm də öz-özünün qarşısında böyük məsuliyyət hissi daşıdığını 
dərk edir. O, dərindən dərk etdiyi həqiqətlərini və insanlar na-
minə  etdiklərinin  hamısını  onlara  söyləməlidir.  «Ayrılıq  günü 
biçin günü olacaqmı? Deyəcəklərmi ki, mənim axşamım həqi-
qətən də mənim sübh çağım olmuşdur», – deyə əl-Mustafa so-
ruşur  məhəbbət  və  evlilik,  uşaqlar  və  ev,  geyim  və  qida,  zəh-
mət və əməl, alqı və satqı barədə danışır; cinayət və ona görə 
cəza, qanun və azadlıq barədə söz açır, insanlara dostluğun, xe-
yir və şərin, ağrı və həzzin, gözəlliyin, kədər və sevincin nə ol-
duğunu aydınlaşdırır; din və ibadət, ölüm və həyat, elm və özü-
nüdərkdən  və  s.-dən  bəhs  edir.  Axşam  düşür,  gəmi  yaxınlaşır. 
«Əlvida,  Orfales  xalqı  və  səninlə  keçirdiyim  gənclik  illəri»,  – 
deyib o, «dənizçilərə işarə etdi; onlar həmin an lövbəri qaldırıb, 
gəminin bağlandığı ipi açdılar və Şərqə doğru üzdülər». 
Hər şeydən öncə qeyd edək ki, əl-Mustafanın peyğəmbər, 
ustad,  gələcəyi  görən  obrazı  Cübranın  şair  haqqında  sırf  ro-
mantik təsəvvürlərinə uyğun gəlir. Onun Peyğəmbəri romantik-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə