45
ralar da, xüsusən, Sidney Oyunları zamanı bu məsələni dəfələrlə qeyd edərək,
Azərbaycanı digər ölkələrə nümunə çəkdi.
Lozannaya səfər MDB məkanı ölkələrinin MOK rəhbərləri, həm də buradakı
görüşlərə qatılmış BOK-un müxtəlif komitə, idarə və komissiya üzvləri ilə işgüzar
danışıqlar, fikir mübadiləsi baxımından çox faydalı keçdi.
Söz yox ki, görüləcək əsas işlər hələ qabaqda idi və İlham Əliyevin Olim-
piya hərəkatında seçdiyi yolun effektivliyi heç kəsdə şübhə doğurmurdu. Hər
bir sahənin, eləcə də beynəlxalq əlaqələrin qurulmasının öz qanunauyğunluqları
var. Bəzən o, bizim həqiqət və istəklərimizlə üst-üstə düşməyə də bilər. Tarixin
göstərdiyi kimi, belədə insan, lider faktoru həlledici olur. Bu mənada İlham Əliyev
elə ilk görüşlərdən özünü Azərbaycan konsepsiyasının müəllifi kimi sübut etdi.
İlin sonunda onun başçılığı ilə nümayəndə heyətimizin Braziliyanın Rio de
Janeyro şəhərində keçirilən IV Ümumdünya Olimpiya Yarmarkasında iştirakı da
əhəmiyyətli hadisə oldu. Ölkəmizdə gedən proseslər, eyni zamanda olimpiya ide-
yalarının Azərbaycandakı yeri və imkanları barədə fikir mübadiləsi, müxtəlif səpkili
beynəlxalq əlaqələr qurulması və təbliğat fürsəti baxımından buradakı iştirak çox
vacib idi. Fəaliyyətinin ilk ilinin sonunda İlham Əliyevin yuxarıda qeyd etdiyimiz
beynəlxalq əlaqələr konsepsiyasının tətbiqi yollarının sübutları əyani görünürdü:
1. Beynəlxalq və digər olimpiya komitələri ilə əlaqələrin
gücləndirilməsi;
2. Olimpiya oyunlarından maksimum istifadə;
3. Beynəlxalq federasiyalar və digər qurumlarla əlaqələrin qurulub
möhkəmləndirilməsi;
4. Beynəlxalq qurumların təşkilat strukturunda, tədbir və layihələrin-
də fəal iştirak;
5. Mötəbər beynəlxalq yarışlarda təmsilçilik hədd və səviyyəsinin
artırılması;
6. Azərbaycanın beynəlxalq tədbirlərin, o cümlədən yüksək səviy-
yəli yarışların, həmçinin ənənəvi mötəbər turnirlər məkanına
çevrilməsi.
Əlbəttə, bu vaxta qədər də Azərbaycan bu istiqamətlərdə fəaliyyət göstərirdi.
BOK-un hazırkı rəhbəri Jak Roqq
prezident Heydər Əliyevə AOK-un
hədiyyəsini təqdim edir
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
46
10 il öncə başlanan yol
Lakin heç zaman məqsədlər belə ardıcıl və ən əsası geniş miqyasda həyata keçiril-
mirdi. Digər yandan, hazırkı beynəlxalq situasiyanı nəzərə alsaq, işin qeyri-hökumət
təşkilatı xətti ilə aparılması daha əlamətdardır. Çünki bütün beynəlxalq qurumlar
ümumi qəbul edilmiş dəyərlər əsasında qurulur və hər hansı bir dövlətin güclü
təsiri altında olmur. Eyni zamanda onlar, hər hansı bir dövlətin qanunlarına tabe
olmadığından, yerli və milli qurumların da istisnasız bu qaydalarla formalaşma-
sında israrlıdır. Qeyd etdiyimiz bəndlərlə bağlı İlham Əliyevin çoxşaxəli fəaliyyəti
kitabda təqdim etdiyimiz xronikadan aydın görünür.
Beynəlxalq Olimpiya Komitəsi, eləcə də ona yaxın olan qitə, regional və
digər təşkilatlarla əlaqələrin möhkəmlənməsi ilk növbədə mübadilə, qarşılıqlı
əməkdaşlıq və beynəlxalq aləmə çıxış üçün vacibdir. İlham Əliyevin görüşlərin hər
birində ölkəmizi maksimum təbliğ etmək, ona diqqəti artırmaq istəyi və bacarığı
özünü əyani göstərir. Zaman keçdikcə, bu görüşlərin əhəmiyyəti, ölkə idmanı-
nın yüksələn tempindən savayı, yarış və digər çeşidli tədbirlərin təşkilatçısı kimi
Azərbaycanın uğurları özünü əyani göstərməyə başladı.
Hər bir məsələdə olduğu kimi, bu görüşlərdə də faktlar, dəlillər, təminat və
imkanlar, məqsəd və məram həlledici olur. Ölkədə ictimai-siyasi sabitliyin hökm
sürməsi, iqtisadiyyatın möhkəm təməl üzərində qurulması, heç bir sosial part-
layışın olmaması dövrün ən vacib əlamətlərindəndir. İndi bu məsələlər arxada
qalıb. Çünki ötən dövrdə görülmüş işlərin həcmi idmanın istənilən sahəsində
Azərbaycanı potensial münbit məmləkətə çevirib. Lakin Sidney Oyunlarına
qədərki dövrdə Azərbaycana ehtiyatla yanaşılır və hər bir iş üçün ciddi təminatlar
tələb olunurdu. Odur ki, əsaslı sübutlar gətirmək üçün səylə çalışmaq lazım gəlirdi.
Əlbəttə, torpaqlarının 20 faizi işğal edilən, 1 milyonadək qaçqın və köçkünü olan
ölkənin istənilən səviyyədə beynəlxalq idman tədbirlərini keçirməsi, təşkilatçılıq
öhdəliklərini üzərinə götürməsi çətin vəzifədir. Ancaq bütün bunlara baxmaya-
raq, Azərbaycan potensial imkanlarının gücü ilə idmanda da dünyaya pəncərə
açmalı idi. İctimai-siyasi, sosial-iqtisadi şərait baxımından sabit durum, digər yan-
dan, dövlət - Milli Olimpiya Komitəsi - milli idman qurumları əsas idarəedici və
təşkilati üçbucaq üzrə həmrəyliyin, işbirliyinin olması ölkəmizin imkanlarının açarı
MOK prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və
BOK rəhbəri Jak Roqq
Sidney-2000
47
Beynəlxalq Otüstü Hokkey Federasiyasının
prezidenti xanım Els Van Breda Vriyesman MOK
prezidentinin xatirə hədiyyəsini qəbul edir
idi. Hələ Sidney uğurlarından əvvəl, ölkədə olimpiya komplekslərinin geniş və
çoxşaxəli coğrafiyası planı yeni-yeni həyata vəsiqə qazanarkən, MOK prezidenti
bütün istiqamətlərdə beynəlxalq əlaqələrin konkret əməli əsaslar üzərində qurul-
ması proqramını reallaşdırmağa başladı. Söz yox ki, bunu yalnız gördüyü işlərin
mütləq uğurla bitəcəyinə qəti əmin olanlar edə bilərlər.
1998-ci ildə İlham Əliyev Beynəlxalq Bodibildinq Federasiyasının nümayəndə
heyətini qəbul etdi. Sonra Beynəlxalq Həvəskar Boks Assosiasiyasının preziden-
ti Ənvər Çoudri, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeveçlə
görüşlərdə Azərbaycanın idman sərhəd, profil və imkanlarının genişlənməsinin
təməl daşları qoyuldu. Bütün bunlar ölkə idmanının sürətli inkişafı və dünya idma-
nına inteqrasiyasının başlıca şərtlərindən idi.
Hər iki istiqamətdə uğurlar göz qabağındadır. Ənvər Çoudrinin şərəfinə
keçirilən turnirlə başlayan yol böyük ənənələrə gətirib çıxardı. Yarış yeniyetmələr,
ardınca gənclər və nəhayət, böyüklər arasında keçirilməklə, yekunda olimpiya
lisenziya turniri kimi mötəbər status da aldı. Bundan savayı, Azərbaycan dünya və
Avropa çempionatları, Dünya Kuboku kimi yarışların məkanına çevrildi. Boksumuz
planetin elitarları sırasına düşməklə əlavə dividendlər gətirdi.
2001-ci ildə isə Azərbaycanda bodibildinq üzrə Avropa çempionatı uğurla ke-
çirildi. Qeyri-olimpiya statuslu olsa da, tək bu deyil, bir çox belə idman növlərinin
Azərbaycanda dayaqlarının möhkəmlənməsini də İlham Əliyev öz vəzifələri sıra-
sına daxil etdi. Çünki məqsəd, əsas vəzifə konkret olimpiya uğurları deyil, ölkədə
idmanın rolu və yerini möhkəmlətmək, “sağlam insan - sağlam düşüncə - sağlam
gələcək” prinsipini həyata keçirmək idi.
MOK prezidentinin Sidney olimpiadasına qədər - iyunun 19-20-də Lozan-
naya növbəti səfəri də ölkəmiz, idmanımız və konkret, güləşimizin beynəlxalq
əlaqələri baxımından əhəmiyyətli keçdi. Ayın 19-da o, Beynəlxalq Güləş Federa-
siyasının (FİLA) prezidenti Milan Erseqanla görüşdü. Danışıqlar zamanı ölkəmizdə
güləşin inkişafına, idmançıların beynəlxalq yarışlarda təmsil olunmasına, daxili
turnirlərin keçirilməsinə verilən önəmdən, pəhləvanlarımızın dünya və Avropa
miqyaslı uğurlarından söz açdı. Elə güləşçilərin Sidney mübarizəsinə 9 lisenziya
əldə etməsi, bundan bir müddət əvvəl gənclərin qitə birinciliyində 1 qızıl, 2 bü-
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
Dostları ilə paylaş: |