42
10 il öncə başlanan yol
olimpizm ideyalarına olan münasibətin müsbət istiqamətdə dəyişdirilməsinə,
məhv olmuş təsərrüfatın bərpasına, başdan-ayağa fərqli sistem tətbiq edilməsinə
nail olmalıydı.
Qarşıya çıxan bütün problemləri bacarıqla dəf edərək, İlham Əliyev olimpi-
ya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl əməli çərçivəsini
müəyyənləşdirdi. Beynəlxalq əlaqələrin qurulması və möhkəmlənməsi bu sistemin
mütləq tərkib hissəsi olmalı idi. Bəşəri mahiyyətli olimpiya ideyalarına söykənərək
beynəlxalq münasibətlər və mübadilə sistemində möhkəm yer tutmaqla tək id-
manda deyil, hər sahədə Azərbaycanın dünyəvi imicini yüksəltmək mümkündür.
Belədə vəziyyəti düzgün qiymətləndirib qurulacaq sistemin obyekt və pred-
metini müəyyənləşdirmək çox vacib idi. Təbii ki, beynəlxalq arenaya artıq müstəqil
ölkə kimi çıxan Azərbaycan üçün ilk növbədə bunu qəbul edib addımlar atmaq
lazım idi və bu halda hər bir sahədə olduğu kimi liderlərin rolu və potensial im-
kanları danılmaz fakt olaraq ortaya çıxırdı.
Qarden, Satou, Martens, Nikolson kimi dünya diplomatiyasının tanınmış simala-
rı diplomatiyanı təkcə münasibətlər elmi adlandırmır, onu həm də danışıqlar apar-
maq məharəti sayırlar. Burada ünsiyyət, ələlxüsus da praqmatizmə maksimal meylli
çağdaş Qərb diplomatiyasındakı ifadə tərzi ön plana çıxır. Belə olduqda ünsiyyətin
əsas vasitəsi olan dil və onun zirvəsi nitq mədəniyyəti həlledicidir. Həyatımızın hər
bir sahəsində məsələyə diletant yanaşmanın fəsadlarını görmək imkanımız da
olub. Qədim hind “Manu qanunları”ndan bu günə qədər dəyişməyən həqiqətlər
kompleksi liderdən öz borcunu sədaqətlə yerinə yetirmək, bacarıq, təmkin, yaxşı
yaddaş, hərəkət ardıcıllığı, məntiqi qırılmayan zəncir və qarşı tərəfin də maraqla-
rına hörmət tələb edir.
Bu mənada, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş, bu
sahədə elmi və ən əsası, pedaqoji fəaliyyətlə məşğul olmuş İlham Əliyevin im-
kanları heç bir şübhə doğurmur. Bütün sahələr kimi, diplomatiyanın da öz dili
və danışıq mədəniyyəti, tərzi formalaşıb. 2001-ci ildə Azərbaycana səfəri zamanı
Avropa Cüdo Birliyinin prezidenti Marius Vizirin İlham Əliyevə: “Mən fransız, alman
dillərində sərbəst danışıram. Bu gün çalışaram ki, ingiliscə Sizin kimi sərbəst danı-
şım” deməsi məhz bu tərzin nümunəsidir.
MOK rəhbəri İlham Əliyev
BOK prezidenti X.A.Samarança
Azərbaycan xalçası hədiyyə edir
43
Bu, təkcə insanı fərqləndirən keyfiyyət deyil, eyni zamanda danışıqların gedişinə
əhəmiyyətli təsir vasitəsi, həm qarşılıqlı hörmət, həm də ehtiram şəraitinin təminat
formasıdır.
Milli Olimpiya Komitəsinin prezidenti kimi İlham Əliyevin müəyyən etdiyi xətti
və faydalandığı elementləri bugünkü beynəlxalq əlaqələr sisteminin süzgəcindən
də keçirmək olar.
Məşhur “siyasi realizm” beynəlxalq münasibətlər məktəbinin tanınmış
nümayəndəsi Hans Morgentau burada üç əsas vasitəni - kompromis, inandırma
və qüvvəni fərqləndirir.
Bu vasitələri rəmzi olaraq əsas kimi götürüb, MOK rəhbəri kimi İlham Əliyevin
fəaliyyətinin ilk 3 illik dövrünə baxaq. Nəzəri olaraq, “kompromis”i başlanğıc, ta-
nışlıq vəziyyəti kimi qiymətləndirsək, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezi-
denti kürsüsündə hadisələrə real qiymət vermək bacarığını, beynəlxalq səviyyədə
işgüzarlığını və imkanlarını Skandinaviyada göstərməli idi. Ardınca, Samaranç-
la görüşü ilk 2 vasitə arasında keçid kimi dəyərləndirmək olar. “İnandırma”ya
nümunə ölkə daxilində atılan yenilikçi addımlar və onun təsir imkanları ola bilər və
bu, Sidney oyunlarına qədər gedən proseslərdə əksini tapır. Nəhayət, “qüvvə”
“nailiyyətlər silahı”dırsa, olimpiadanın özünü mini, sonrakı quruculuq işlərini isə
maksi planda əsaslı dəlillər saymaq mümkündür.
1997-ci il noyabrın 14-15-də İsveç paytaxtı Stokholmda Avropa Olimpiya
Komitəsinin XXVI Assambleyasında Azərbaycan MOK-un təmsilçiliyi “getdim,
gördüm, gəldim” prinsipi ilə keçmədi. Avropa Olimpiya Komitəsi prezidenti
seçkilərində belçikalı Jak Roqq qalib gəldi. Roqqu seçən və təbrik edənlər ara-
sında Azərbaycan öncüllüyü ilə seçildi. Mərasimdən sonra ilk qəbul edilən də
bizim təmsilçilər oldular. Ümumiyyətlə, bu səfər zamanı həm Avropa, həm də
Beynəlxalq olimpiya komitələri ilə işgüzar dialoqlar aparıldı, ikitərəfli əlaqələrin,
fəaliyyətin geniş spektri müzakirə edildi. Xuan Antonio Samaranç İlham Əliyevin
Milli Olimpiya Komitəsinin prezidenti kimi görmək istədiyi işlərə yüksək qiymət
verməklə yanaşı, daha ətraflı mübadilə, birgə əməkdaşlığın imkanlarını müzakirə
etmək üçün onu İsveçrənin Lozanna şəhərindəki BOK qərargahına dəvət etdi.
O, həmçinin Prezident Heydər Əliyevin idmana diqqət və qayğısından məmnun
EABA başçısı Emil Jeçev prezident
Heydər Əliyevə federasiyanın xatirə
hədiyyəsini təqdim edir
Beynəlxalq əlaqələrin qurulmasında
İlham Əliyev faktoru
44
10 il öncə başlanan yol
olduğunu ifadə etdi. Elə burada bir çox Avropa, xüsusən də MDB məkanı ölkələri
ilə əlaqələrin, gələcəkdə ikitərəfli birgə və regional fəaliyyətin təməl daşı qoyuldu.
1999-cu il martın 19-u və 20-də İlham Əliyevin BOK-un Lozannadakı mənzil-
qərargahına səfəri Azərbaycan MOK-un beynəlxalq arenada özünə möhkəm yer
tutması, ölkəmizin təbliğ olunması baxımından əhəmiyyətli sıçrayışa səbəb oldu.
Xuan Antonio Samarançın olimpiya hərəkatındakı müstəsna xidmətlərini qeyd
edən İlham Əliyev, Azərbaycan Prezidentinin də Beynəlxalq Olimpiya Komitəsinin
tək idmanda deyil, eləcə də dünyada bəşəri dəyərlərin təbliğindəki roluna bö-
yük önəm verdiyini deyərək, dövlət başçısının ölkədə olimpizm ideyalarının geniş
yayılmasına xüsusi diqqətini vurğuladı. Prezident Heydər Əliyevin Sidney Oyunla-
rına hazırlıqla bağlı verdiyi sərəncamın əhəmiyyəti barədə də məlumatlandırılan
Samaranç, bu qərara heyrətini gizlətmədi. O, Olimpiya hərəkatının inkişafına
göstərdiyi xidmətə görə, Azərbaycan Prezidentinə təşəkkürünü çatdırmağı xahiş
edərək: “Qeyd etdiyiniz sərəncamı dövlət başçısının olimpiya hərəkatına xüsusi
şəxsi qayğısının təcəssümü hesab etmək olar”, - dedi. İlham Əliyev 1998-ci ilin iyu-
nunda Moskvada keçiriləcək Ümumdünya Yeniyetmə Oyunlarında Azərbaycanın
geniş heyətlə təmsil olunacağını söyləyib, ümumiyyətlə, bu sahədə görülən və
görüləcək işlərdən danışdı. Milli Olimpiya Komitəsinin, bir sıra təşkilat və dövlət
qurumları ilə birgə, ölkədə yeniyetmə oyunları keçirməsi, bunun zona və regi-
onlarda qurulan seçmə yarışlardan başlayıb, final mərhələsinə qədər davam
edən bir yarış olması Samarançın razılığına və xüsusi marağına səbəb oldu. BOK
prezidentinə ölkəmizdə beynəlxalq standartlara uyğun yeni idman obyektləri,
olimpiya bazaları, komplekslər tikilməsi ilə bağlı planlar barədə məlumat verildi.
Bu fikirləri dəstəkləyən Samaranç bir sıra məsələlərdə ölkəmizə kömək etməyə
çalışacağını bildirdi.
MOK prezidenti İlham Əliyev həmçinin Sidney Oyunlarına hazırlıq dövründə
Milli Olimpiya Komitəsinin 38 idmançıya və onların məşqçilərinə fərdi təqaüdlər
verdiyini də söylədi. Bu qərar da Samarançın diqqətini cəlb etdi: “Prezidentinizin
sərəncamı və Milli Olimpiya Komitəsinin təsis etdiyi təqaüdlər haqqında verdi-
yiniz məlumatları böyük məmnuniyyət, razılıq hissi və maraqla dinlədim. Hesab
edirəm ki, bu, başqa dövlətlər üçün örnək ola biləcək bir hadisədir”. O, son-
AOK rəhbərliyi prezident
Heydər Əliyevin qəbulunda
Dostları ilə paylaş: |