Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
8                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dan 5, 10, 20, 30.....90, 95%-lik təminata uyğun gə-
lən  mütləq  maksimum  temperaturların  kəmiyyət-
ləri müəyyən edilmişdir (cədvəl 2). 
Qrafikdəki  5  və  95%-lik  təminatlara  uyğun 
mütləq  maksimum  temperaturlar  bu  meteoroloji 
komponentin  ən  böyük  və  ən  kiçik  qiymətidir. 
Qeyd  etmək  lazımdır  ki,  50%  təminat  ətrafındakı 
kəmiyyətlər təbiətdə daha çox, 5 və 95%-lik təmi-
nata uyğun gələn temperatur göstəriciləri isə daha 
az təkrarlanır. 
Cədvəl 2-də Ordubad məntəqəsində mütləq
 mak-
simum temperaturların 44.2
o
C kəmiyyətinə 5%-lik 
təminat uyğun gəlir. Bu o deməkdir ki, Ordubadda 
mütləq maksimum temperaturların bu qiyməti 100 
ildə  5  dəfə  və  yaxud  20  ildə  bir  dəfə  müşahidə 
oluna bilər. Naxçıvanda belə təkrarlanmaya mütləq 
maksimum  temperaturların  43.4
o
C, 
Culfada 
45.4
o
C,  Şahbuzda  40.2
o
C,  Şərurda  isə  42.1
o

göstəriciləri  uyğun  gəlir.  Təminatın  10%-lik  qiy-
məti 10 ildə 1 dəfə, 20%-lik qiyməti 5 ildə 1 dəfə 
təkrarlanma ehtimalını göstərir. 20 və 80% interva-
lında təkrarlanma digərlərinə nisbətən daha tez-tez 
baş  verdiyindən  bu  ehtimallar  sərhəd  qiymətləri 
kimi qəbul edilmişdir. Məsələn, Culfa məntəqəsin-
də 20%-lik təminatda mütləq maksimum tempera-
turların  qiyməti  43.6
o
C,  80%-lik  təminatda  isə 
39.9
o
C-dir. Bu o deməkdir ki, Culfada 43.6
o
C müt-
ləq maksimum temperatur 5 ildən bir, 39.9
o
C müt-
ləq  maksimum  temperatur  isə  5  ildə  4  dəfə,  yəni  
demək olar ki, hər il təkrarlana bilər.  
Muxtar  respublika  üçün  tərtib  edilmiş  təminat 
cədvəlindən  istifadə  edərək  meteoroloji  məntəqə-
nin ortaçoxillik mütləq maksimum temperaturunun 
qiyməti ilə onun mümkün qiymətləri, yəni müxtəlif 
təminatların qiymətləri arasında əlaqə müəyyənləş-
dirilmiş və bu əlaqə qrafik-nomoqram şəklində tər-
tib olunmuşdur (şəkil 1). 
 
Şəkil 1. Naxçıvan MR-də mütləq maksimum 
temperaturların müxtəlif təminatlarının 
hesablanma nomoqramı 
Bu  nomoqramın  köməyi  ilə  MR-in  ərazisində 
ortaçoxillik normadan fərqli olaraq müxtəlif təmi-
nat  faizlərində    mütləq  maksimum  temperaturun 
məkan və zamana görə gedişi və paylanma qanuna-
uyğunluqlarını aşkar etmək, təminat faizləri hesab-
lanmayan məntəqələrin müxtəlif təminatlarını on-
ların ortaçoxillik  kəmiyyətinə görə tapmaq müm-
kündür. Bu isə aparılan texniki işlərin həcmini xey-
li azaldır. Nomoqram üsulunun banilərindən hesab 
olunan Lebedev A.N. qeyd edir ki, qrafik-nomoq-
ramdan  çıxarılmış  kəmiyyətlər  bilavasitə  hesab-
lanmış kəmiyyətlərdən, demək olar ki, fərqlənmir. 
Bu fərq 5%, nadir hallarda  isə 10-12% təşkil edir. 
Göstərilən kəmiyyətlər  qrafik-nomoqramdan çıxa-
rılmış  kəmiyyətlərin  qeyri-dəqiqliyi  demək  deyil, 
əksinə, əgər bu göstərici faktiki hesablanmış gös-
təricilərdən böyükdürsə, onu daha dəqiq hesab et-
mək olar [1]. 
Cədvəl 2 
Naxçıvan MR- də mütləq maksimum temperaturların müxtəlif təminatları, %-lə 
M
ənt
ə-
q
əl
ər
 
 Orta 
Ən çox 
Təminat,  % 
Ən az 
t

İllər 

10 
20 
30 
40 
50 
60 
70 
80 
90 
95 
t

İllər 
O
rd
u
-
b
a
d
 
 
39,7 
 
45 
 
2000 
 
44,2 
 
43,2 
 
41,4 
 
40,3 
 
39,6 
 
39,1 
 
38,8 
 
38,7 
 
38,1 
 
37,0 
 
36,2 
 
36 
 
1967 
Na

ı-
van
 
 
40,3 
 
43,

 
1998 
 
43,4 
 
43 
 
42,2 
 
41,5 
 
40,7 
 
40,1 
 
39,6 
 
39,2 
 
38,8 
 
38,1 
 
37,5 
 
36 
 
1967 
Cul
fa
 
 
41,6 
 
46 
 
2000 
 
45,4 
 
44,7 
 
43,6 
 
42,8 
 
42,2 
 
41,6 
 
41 
 
40,5 
 
39,9 
 
39,3 
 
38,5 
 
34,3 
 
1985 
Ş
ah
buz
 
 
37,7 
 
41 
 
1998 
 
40,2 
 
39,8 
 
39,3 
 
38,8 
 
38,4 
 
37,9 
 
37,3 
 
36,8 
 
36,2 
 
35,3 
 
34,5 
 
31,9 
 
1985 
Ş
ər
u

 
39,8 
 
42,

 
1973 
 
42,1 
 
41,8 
 
41,3 
 
40,8 
 
40,3 
 
39,9 
 
39,5 
 
39,1 
 
38,7 
 
37,9 
 
36,9 
 
34,1 
 
1985 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 9 
 
   
 
a)    
 
 
 
 
 
 
b) 
Şəkil 2. Naxçıvan MR-də mütləq maksimum temperaturların müxtəlif təminatlarının paylanması:  
a) 20%  b) 80% 
Muxtar  respublika  üçün  qurulmuş  qrafik-no-
moqramı    bütün  respublika  üzrə  istifadə  etmək 
olar.  V.A.Nadirovun  tədqiqatlarına  əsasən,  istər 
ayrı-ayrı vilayətlərin nomoqramlarından, istərsə də 
bütün Azərbaycan üçün tərtib olunmuş nomoqram-
dan  çıxarılmış  havanın  ortaillik  temperaturunun 
müxtəlif təminat kəmiyyətləri arasındakı fərq 0.0-
0.6
o
C təşkil edir [1]. Ümumiyyətlə, müəllif Naxçı-
van  MR-in  sərbəst  fiziki-coğrafi  ərazi  kimi  götü-
rülməsinin  bir  səbəbini  də  buradakı  məntəqələr 
üçün  tərtib  olunmuş  nomoqramlardan  çıxarılmış 
təminat  kəmiyyətlərinin  ümumi  nomoqramlardan 
çıxarılmış kəmiyyətlərlə fərqinin Azərbaycan Res-
publikasının digər fiziki-coğrafi rayonlarına nisbə-
tən daha böyük olması ilə əlaqələndirir. 
Mütləq maksimum temperaturların 20 və 80%-
lik təminat qiymətlərinin hündürlükdən asılılıq qra-
fikləri qurulmuş və şaquli paylanma qanunauyğun-
luğuna  əsaslanaraq  MR-in  ərazisində  mütləq 
maksimum  temperaturların  bu  təminatlara  uyğun 
kəmiyyətlərinin  coğrafi  paylanma  xəritə-sxemləri 
tərtib edilmişdir (şəkil  2).  
Xəritələrdən  göründüyü  kimi,  MR  ərazisinin 
müxtəlif və mürəkkəb təbii şəraitindən asılı olaraq 
mütləq maksimum temperaturların qiymətləri üfü-
qi  və  şaquli  istiqamət  üzrə  müxtəlif  qiymətlərlə 
paylanır. 
Məsələn,  mütləq  maksimum  temperaturların 
20%-lik təminatının ən böyük kəmiyyəti Arazboyu 
düzənliklərdə qeydə alınmış və 41-44
o
C təşkil et-
mişdir,  halbuki  1912-1965-ci  illərdə  bu  göstərici 
40-42
O
C olmuşdur. 
 
Tədqiq olunan ərazinin meteoroloji məntəqələ-
rində  mütləq  maksimum  temperaturların  orta  kə-
miyyətdən meyiletmələri hesablanılmış və onların 
anomaliyalarının inteqral əyriləri qurulmuşdur (şə-
kil 3). 3-cü şəkildən aydın görünür ki, bütün əyrilər 
bir-biri ilə sinxronluq təşkil edir və ərazinin mürək-
kəb  oroqrafik  xüsusiyyətlərini  özündə  yaxşı  əks 
etdirir. İnteqral əyrilərində 1960-1972, 1980-1995-
ci  illər  enmə,  1972-1980,  1996-2003-cü  illər  isə 
qalxma qoluna müvafiq gəlir. 2004-cü ildən indiyə 
qədər  qısamüddətli  enmə  və  qalxmalar  bir-birini 
əvəzləyir. 
 
Şəkil 3. Naxçıvan MR-də mütləq maksimum 
temperatur anomaliyalarının inteqral əyriləri 
Mütləq  maksimum  temperaturlar  Naxçıvan 
MR-də iyul və avqust aylarında müşahidə olundu-
ğundan  həmin  aylarda  B.L.Dzerdzeyevskinin  [4] 
təsnifatındakı  sirkulyasiya tiplərinin təkrarlanma-
sına diqqət yetirilmişdir. Təhlil nəticəsində müəy-
yən  olundu  ki,  mütləq  maksimum  temperaturlar 
meridional şimal (8-12) və meridional cənub (13л) 
qrupunun sirkulyasiya tipləri ilə daha çox bağlıdır. 
Çoxillik  məlumatların  təhlili  göstərdi  ki,  iyul  və 
avqust  aylarında  13л,  10б,  9а  sirkulyasiya  tipləri 
daha çox təkrarlanmaya malikdir. 4-cü şəkildən gö-
ründüyü kimi, 1970-1980-ci illərdən etibarən regi-
onda mütləq maksimum temperaturların kəmiyyət-
lərinin artması meridional sirkulyasiyanın güclən-
məsi,  zonal  proseslərin  isə  zəifləməsi  ilə  üst-üstə 
düşür. 
Qeyd edilən sirkulyasiya tiplərinin, demək olar 
ki, əksəriyyətində Qrenlandiya və Alyaska üzərin-
də Arktik antisiklonun yaranması nəticəsində blok-
laşma prosesi baş verir. Bu antisiklon cənuba doğru 
hərəkət edərək subtropik antisiklonun yalı ilə bir-
ləşir və əmələgələn yüksək təzyiq qurşağı qərb ha-
va axınlarının qarşısını kəsir. Şərqi Avropa və Sibir 
üzərində  yaranan  antisiklonların  yalları  cənub ra-
yonlarına doğru istiqamətlənir, Cənubi Qafqazda, 
o cümlədən Naxçıvan MR-də yüksək təzyiq sahəsi-
nin əmələgəlməsinə şərait yaradır. 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə