Certification Practice Statement of Issuing Certificate Authority



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#56033
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

S

ə

hif



ə56 

 

etmək olar.  



Vaxtı başa çatmış 

Sertifikat 

Məsləhət  görülən  yoxlama  metodu  yaddaşda 

saxlanılan CRL tarixçəsindən istifadədir. 

 

4.12

 

   Sertifikata xidmətin başa çatması 

İmza  sahibi  EH-SXM-in  sertifikat  xidmətlərindən  istifadəni  aşağıdakı 

hallarda bitirə bilər: 

 



Yeni Sertifikat almayaraq, verilmiş Sertifikatın qüvvəsinin başa 

çatmasını gözləmək; 

 

Yeni Sertifikat almayaraq, verilmiş Sertifikatın qüvvədə olması 



müddəti bitməmiş onu ləğv etdirmək. 

 

4.13



 

   Açarın saxlamaq üçün başqasına verilməsi 

İmza sahibi EH-SXM tərəfindən verilmiş smart kartı, onda olan Gizli açarı 

və  Gizli  açar  daşıyıcısından  istifadə  üçün  giriş  kodlarını  başqasına 

verməməlidir. 

 

5

 

Vasitələrə, idarəetməyə və fəaliyyətə nəzarət 

EH-SXM  bu  Qaydalarla  müəyyənləşdirilən  və  İnformasiya  təhlükəsizliyi 

AZS  324-2008  (ISO/IEC  27002:2005)  [5]  Beynəlxalq  Standartına  əsaslanan 

təhlükəsizlik  tələblərinə  riayət  edir.  Bu  siyasətə  uyğun  EH-SXM-in  müstəqil 

audit  tələbləri  8-ci  bölmədə  təsvir  olunmuşdur.  EH-SXM-in  Təhlükəsizlik 

təlimatındakı [] həssas təhlükəsizlik məlumatları yalnız EH-SXM ilə razılaşma 

nəticəsində əldə edilə bilər. Bu tələblərin xülasəsi aşağıda verilmişdir: 

5.1

 

Fiziki təhlükəsizlik nəzarəti 

EH-SXM  modifikasiyadan  mühafizə  olunmuş  etibarlı  sistem  və 

məhsullardan  istifadə  edir  və  onlar  vasitəsilə  həyata  keçirilən  proseslərdə 



S

ə

hif



ə57 

 

texniki  və  kriptoqrafik  təhlükəsizlik  təmin  edilir.  EH-SXM  bu  Qaydaların 



təhlükəsizlik  tələblərini  dəstəkləyən  Fiziki  təhlükəsizlik  qaydalarını  [14] 

həyata keçirir. Fiziki təhlükəsizlik qaydaları və proseduru həssas təhlükəsizlik 

məlumatlarına malikdir və yalnız EH-SXM ilə razılaşma nəticəsində əldə edilə 

bilər. Bu tələblər aşağıda qısaca təsvir olunub. 

 

5.1.1

 

 EH-SXM-in yerləşdiyi yer  

EH-SXM fiziki olaraq mühafizə olunan mühitdə yerləşməli, informasiya 

sistemlərindən,  onlardakı  məlumatlardan  açıq  və  ya  gizli  yolla  icazəsiz 

istifadənin,  ələ  keçirilmənin,  müdaxilənin  aşkara  çıxarılması  və  qarşısının 

alınması üçün təhlükəsizlik tədbirləri görülməlidir. 

 

5.1.2



 

 Fiziki giriş 

EH-SXM-ə  və  onun  informasiya  sistemlərinə  fiziki  giriş  daimi  nəzarət 

altındadır.  

 

5.1.3



 

 Enerji və hava təchizatı 

Dayanıqlı  və  davamlı  fəaliyyəti  təmin  etmək  üçün  EH-SXM  elektrik 

enerjisi  ilə  fasiləsiz  qidalandırma  vasitələri  və  havanın  istilik  və  rütubətinin 

tənzimlənməsi üçün avadanlıqlarla təchiz edilmişdir. 

 

5.1.4

 

 Su sızması 

EH-SXM  su  sızması  nəticəsində  fəaliyyətinə  dəyə  biləcək  təsirləri 

minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirmişdir. 

 



S

ə

hif



ə58 

 

5.1.5



 

Yanğının qarşısının alınması və mühafizə 

EH-SXM  yanğının  qarşısını  almaq  və  onu  söndürmək  üçün  müvafiq 

tədbirləri görmüşdür.  

 

5.1.6



 

 İnformasiya daşıyıcıları 

İnformasiya  mənbələri  və  daşıyıcıları  kimi  istifadə  edilən  istehsal 

proqram  təminatı,  verilənlər  (məlumatlar),  audit-loqlar  və  onların  ehtiyat 

nüsxələri,  sənəd  arxivləri  EH-SXM-də  təsadüfi  zədələnmə  (məsələn,  su, 

yanğın,  elektromaqnit  təsirindən)  və  icazəsiz  fiziki  müdaxilədən  mühafizə 

edilir. 


 

5.1.7

 

 Tullantıların məhv edilməsi 

EH-SXM-də tullanılması nəzərdə tutulan kağız və elektron informasiya 

daşıyıcıları,  həmçinin  qurğular  onlarda  olan  məlumatların  həssaslıq 

səviyyəsinə  uyğun  və  onların  bərpa  olunmasını  istisna  edən  üsullarla  məhv 

edilir. 

5.1.8

 

 Kənar ehtiyat nüsxə 

EH-SXM-in  kritik  sistem  məlumatlarının,  audit-loqların  və  digər  həssas 

məlumatların  müntəzəm  olaraq  ehtiyat  nüsxələri  yaradılır,  təhlükəsiz 

saxlanılması və müvafiq hallarda istifadəsi təmin edilir. 

 

5.2

 

Prosedurların idarə olunması 

5.2.1

 

Məsul rollar 

EH-SXM-in bütün fəaliyyəti EH-SXM-in Təşkilati təsvirində əks olunmuş 

[13] rollarla bağlıdır. Məsul rollara aşağıdakıları yerinə yetirən rollar aiddir:  



S

ə

hif



ə59 

 



 

Təhlükəsizlik  səlahiyyətlisi:  təhlükəsizlik  tədbirlərinin  həyata 

keçirilməsinə  ümumi  cavadehlik  daşıyır.  Həmçinin  EH-SXM-in 

özünün  istifadə  etdiyi  Sertifikatların  generasiyası,  ləğvi  və 

qüvvəsinin dayandırılmasını təsdiq edir. 

 

Sistem  səlahiyyətlisi:  EH-SXM-in  informasiya  sisteminin 



gündəlik  işinə  cavabdehdir.  Sistemin  ehtiyat  nüsxəsinin 

yaradılmasını və bərpasını yerinə yetirmək səlahiyyəti vardır. 

 

Sistem  administratorları:  Qeydiyyat,  Sertifikatın  yaradılması, 



qurğu  təchizatı  və  ləğvetmə  üçün  EH-SXM-in  mötəbər 

sistemlərinin ilkin quraşdırılması, konfiqurasiyası və saxlanması 

üçün avtorizasiya olunub. 

 



Sistem  operatoru:  EH-SXM  informasiya  bazasının,  əməliyyat 

sisteminin  ehtiyat  nüsxələrinə  və  bərpasına  avtorizasiya 

olunub;  

 



Sistem 

auditorları: 

EH-SXM-in 

mötəbər 

sistemlərinin 

arxivlərinə və audit-loquna baxmağa avtorizasiya olunub. 

 

Burada  qeyd  olunan  Məsul  rolları  tutanlar  EH-SXM-in  Məsul  şəxsləri 



kateqoriyasına  aiddir  və  təşkilatda  informasiya  təhlükəsizliyi  siyasətinin 

tətbiq edilməsi və həyata keçirməsinə cavabdehdirlər. 

 

5.2.2

 

 Tapşırıqlar üzrə tələb olunan şəxslərin sayı 

EH-SXM  işləri  yerinə  yetirilmək  üçün  vəzifə  bölgüsü  və  həssas 

tapşırıqların  müxtəlif  Məsul  şəxslər  tərəfindən  icrasını  təmin  etmək 

məqsədilə ciddi nəzarət prosedurları tətbiq edir. 

Aşağıdakı  qurğulara  və  onların  yerləşdiyi  yerə  ən  azı  iki  Məsul  şəxsin 

birgə girişi tələb olunur: 

 

HSM-lər,  sistem  kartları  və  fərdiləşdirilməmiş  smart  kartlara 



məntiqi və ya fiziki giriş

 



Məlumat arxivlərinə fiziki giriş; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə