Certification Practice Statement of Issuing Certificate Authority



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#56033
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

S

ə

hif



ə60 

 



 

EH-SXM-in  mərkəzi,  həssas  və  kritik  sistemlərinə,  onların 

ehtiyat nüsxələrinə məntiqi giriş. 

 

5.2.3



 

 Hər rol üçün identifikasiya və autentifikasiya 

Şəxslərin  mühafizə  olunan  yerlərə,  kritik  sistemlərə  girişi  smart  kart 

vasitəsilə  həyata  keçirilir.  Smart  kartlar  təhlükəsizlik  sisteminə  əvvəlcədən 

tanıdılır,  istifadə  zamanı  ilkin  olaraq  şəxsin  autentifikasiyası  həyata  keçirilir 

və müsbət olan halda əməliyyata icazə verilir. 

5.2.4

 

 Vəzifə bölgüsü tələb olunan rollar 

Vəzifələrə uyğun rolların bölgüsü aşağıdakılara əsaslanır: 

 

aparıcı rollara əməliyyat məsələləri və ya təşkilati işlər tapşırıla 



bilməz; 

 



qərarverici və məsləhətçi rollara (xüsusən daxili və xarici audit) 

əməliyyat məsələləri və ya təşkilati işlər tapşırıla bilməz; 

 

inzibati rollara əməliyyat məsələləri tapşırıla bilməz. 



 

Həssas məsuliyyətlərin bölgüsü zamanı aşağıdakılar qadağandır: 

 

EH-SXM-in  yerləşdiyi  yerə  giriş  hüququ  verən  şəxslər  inzibati 



vəzifə tuta bilməzlər

 



İstehsal  sistemi  və  şəbəkənin  inzibatçılığı  müxtəlif  şəxslər 

vasitəsilə həyata keçirilir; 

 

Sertifikat  Ərizəçilərini  identifikasiya  və  autentifikasiya  edən 



şəxslər onlara Sertifikat verə bilməz;  

5.3

 

Kadrların idarə olunması 

Məsul  şəxs  olmağa  namizədlərin  identifikasiyası  onların  şəxsən  iştirakı 

ilə  şəxsiyyət  vəsiqəsi  əsasında  aparılır.  Vəzifəyə  uyğunluq  bu  Qaydaların 

5.3.1-ci bəndində  təsvir olunmuş  yoxlamanın nəticəsində müəyyənləşdirilir. 

Namizəd Məsul şəxs təyin edildikdən sonra vəzifələrinin icrasına başlamadan 



S

ə

hif



ə61 

 

ona  qurğularla  işləmək  və  onların  yerləşdiyi  yerə  daxil  olmaq  üçün 



səlahiyyətləri müəyyənləşdirilməlidir. 

 

5.3.1



 

 Kadrlara aid tələblər 

EH-SXM fəaliyyətinin təmini üçün bilikli, təcrübəli və səriştəli, həmçinin 

öhdəliklərini  yerinə  yetirmək  bacarığına  malik  işçi  heyətə  malik  olmalıdır. 

Vəzifəyə  namizədlər  bilik,  təcrübə  və  səriştəsini  təsdiq  edən  müvafiq 

sənədləri  təqdim  etməlidir.  Namizədlər  ən  azı  təhlükəsizlik  texnologiyası, 

kriptoqrafiya,  elektron  imzanın  idarə  edilmə  infrastrukturu,  təhlükəsizliyin 

qiymətləndirilməsi  üzrə  texniki  normalar,  informasiya  sistemləri  üzrə 

təcrübəyə  malik  olmalıdır.  Namizədin  vəzifəyə  uyğun  olub-olmamasını 

müəyyənləşdirmək üçün qabaqcadan yoxlama aparılır. 

 

5.3.2



 

 Kadrların yoxlanması proseduru 

Namizədin  vəzifəyə  uyğunluğu  onun  müvafiq  qanunvericilik,  etik 

davranış qaydaları, fəaliyyət tələbləri, üzərinə götürdüyü öhdəliklərə əsasən 

müəyyənləşdirilir. 

Məsul  rollarda  xidmət  edən  əməkdaşların  fəaliyyətinin  bu  Qaydaların 

tələblərinə uyğunluğu EH-SXM tərəfindən vaxtaşırı yoxlanılacaqdır.  



5.3.3

 

 Təlim tələbləri 

EH-SXM-in  işçi  heyətinə  vəzifələrinin  icrasına  başlamadan  əvvəl 

aşağıdakı sahələrdə təlim keçirilməlidir: 

 



Fəaliyyət və təhlükəsizlik prinsipləri

 



İnformasiya sisteminin proqram təminatından istifadə 

qaydaları; 

 

Vəzifə təlimatları; 



 

Qəza hallarında işin bərpası və davamlığı proseduru. 



 


S

ə

hif



ə62 

 

5.3.4



 

 Hazırlıq üzrə təkrar təlimlər 

Bu Qaydaların 5.3.3-cü bəndinə uyğun təlimlər mütəmadi olaraq, lakin 

ildə bir dəfədən az olmayaraq keçirilə bilər. 

 

5.3.5



 

 İşlərin yerdəyişməsi tezliyi və ardıcıllığı 

Tətbiq edilmir. 

 

5.3.6

 

 İcazəsiz hərəkətlərə görə cəzalar 

EH-SXM  işçi  heyətinin  intizam  təlimatını  (EH-SXM-in  Təhlükəsizlik 

siyasətinin  tərkib  hissəsi  kimi)  hazırlayır,  həyata  keçirir  və  icrasına  nəzarət 

edir.  İntizam  pozuntusu  üzrə  tədbirlərə  (işdən  çıxarma  da  daxil  olmaqla) 

icazəsiz  hərəkətlərin  ciddiliyi  və  baş  vermə  tezliyinə  uyğun  olan  müxtəlif 

cəzalar aiddir. 

 

5.3.7

 

 Podratçılar üzrə tələblər 

EH-SXM  zərurət  yarandıqda  aşağıdakı  şərtləri  nəzərə  almaqla  Məsul 

şəxslər kimi müstəqil podratçı və ya məsləhətçilər cəlb edə bilər: 

 



Məsul şəxs rollarını yerinə yetirəcək işçinin olmaması; 

 



Podratçı və ya məsləhətçiyə öz işçisi kimi tam etibar etməsi.  

Başqa  hallarda,  müstəqil  podratçı  və  məsləhətçilərin  EH-SXM-in 

mühafizə olunan vasitələrinə daxil olması Məsul şəxslər tərəfindən müşayiət 

və ya nəzarət olunmalıdır. 

 



S

ə

hif



ə63 

 

5.3.8



 

 İşçi heyətə verilən sənədlər 

EH-SXM  işçi  heyətə  (Məsul  şəxslər  də  daxil  olmaqla)  vəzifələrini 

bacarıqla  və  lazımi  səviyyədə  yerinə  yetirmək  üçün  tələb  olunan  zəruri 

təlimlər keçməli və onları müvafiq sənədlərlə təmin etməlidir. 

 

5.4

 

Audit-loqların aparılma proseduru 

Jurnala  daxil  edilən  bütün  qeydlər  aşağıdakı  elementlərə  malik 

olmalıdır:  

 



Qeydin tarixi və zamanı; 

 



Qeydin seriya və sıra nömrəsi (avtomatik jurnal qeydləri üçün); 

 



Qeydin növü; 

 



Qeydin mənbəyi (məs: terminal, port, məkanı, istehlakçı və s.); 

 



Qeyd aparanın identifikatoru. 

 

5.4.1



 

 Qeydə alınan hadisələrin növləri 

5.4.1.1

 

Qeydiyyat məlumatı 

Aşağıdakılar  da  daxil  olmaqla  bütün  qeydiyyat  məlumatları  (bu 

Qaydaların 4.2.1-ci bəndində təsvir olunub) qeydə alınır: 

 



Qeydiyyat üçün Ərizəçinin təqdim etdiyi sənədlərin növü

 



Unikal identifikasiya məlumatı; 

 



İmzalanmış  Müqavilə  də  daxil  olmaqla  Ərizənin  və 

identifikasiya sənədlərinin nüsxələrinin ehtiyat saxlama yeri; 

 

İmzan  sahibinin  Ərizəsindəki  hər  hansı  spesifik  seçimlər 



(məsələn, Sertifikatın yayımlanmasına razılıq); 

 



Ərizəni qəbul edən qurumun identifikasiyası; 

 



Qəbul edən SXM və ya təqdim edən Qeydiyyat Mərkəzinin adı. 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə