Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi



Yüklə 0,6 Mb.
səhifə9/9
tarix28.08.2018
ölçüsü0,6 Mb.
#65139
1   2   3   4   5   6   7   8   9

NƏTİCƏ

Dissertasiya işində maliyyə bazarının inkişaf səviyyəsinin kompleks təhlili və onun biznesin inkişafına təsirinin qiymətləndirilməsi əsasında bir sıra nəticə və təkliflər irəli sürülmüşdür ki, bunlar da aşağıdakılardır:

1. Müasir dövrdə şirkətlər iri kapital qoyuluşları həyata keçirmədən və yal­nız mənfəətləri hesabına biznes layihələrini maliyyələşdirməklə özlərinin rəqabət qabiliyyətlərini artıra bilməzlər. Maliyyə bazarı ən səmərəli investisiya qərar­la­rı­nın qəbul olunduğu mərkəzdir və qeyd edilən yığım vəsaitlərini səfərbər edərək onları investisiyaya çevirir.

Ölkədə maliyyə bazarının inkişafı informasiyanın əldə olun­ması ilə bağlı xərcləri azaldır, yığım vəsaitlərinin səmərəli layihələrə istiqamət­lənməsini təmin edir və nəticədə yığım vəsaitləri səmərəli bölüşdürülür. Maliyyə bazarlarının inkişafı biznes fəaliyyətinə nəzarət siste­mi­nin formalaşmasına gətirib çıxarır. Belə ki, firmalar kredit cəlb edərkən, onların səhmləri fond birjasında tədavüldə olar­kən öz fəaliy­yətləri haqqında zəruri informasiyaları təqdim etməlidirlər.

2. Azərbaycanda maliyyə bazarının formalaşması və inkişafı istiqamə­tin­də bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər borc və ya kredit ba­za­rını, val­yuta bazarını və qiymətli kağızlar (və ya fond) bazarını əhatə etmişdir. Ölkədə 1999-2006-cı illər ərzində qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının yaradılması, bazarda fəaliyyət göstərən peşəkar iştirakçıların forma­laş­ması, bu sa­hənin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Ha­zır­da qiymətli kağızlar bazarının infrastrukturu Bakı Fond Birjası, Mil­li Depozit Mərkəzi və qiymətli kağızlar bazarının digər peşəkar iştirak­çılarının şəbəkəsi ilə təmsil olunur.

3. Biznes subyektlərinin əksəriy­yə­ti­nin maliyyə vəziyyətinin yaxşı olmaması dövlət tərəfindən biznesin kredit­ləş­diril­məsinin əhəmiyyətini artırır. Xüsusilə, ölkənin regionlarında biznesin maliy­yə təminatında ciddi problemlərin olduğunu nəzərə alaraq kreditlərin veril­mə­sin­də regionlardan daxil olan layihələrin maliyyələşdirilməsinə üstünlük veril­mə­lidir.

4. Bank sektorunun inkişafını məhdudlaşdıran amillərdən biri yüksək risk­lərin olmasıdır. Biznes subyektlərinin kapitallaşma səviyyəsi, likvidliyi və hesa­bat­larının dəqiqliyinin aşağı olması, kreditorların hüquqlarının qanunvericiliklə zəif müdafiəsi kredit risklərinin artmasına gətirib çıxarır. Biznesin səmərəliliyi və sahibkarlıq subyektlərində korporativ idarəetmənin səviyyəsi yüksəldikcə kredit riskinin aşağı düşməsi və bununla da faiz dərəcələrinin azalması baş verəcəkdir.

Bank əməliyyatlarının aparılması zamanı risklərin azaldılması və kreditor­la­rın məsuliyyətlərinin artırılması məqsədilə ölkədə kredit bürolarının yaradılması məqsədəuyğun olardı. Kredit büroları kredit götürənlərin krediti qaytarmaqla bağlı davranışları haqqında ətraflı məlumatları toplanmasına imkan verər ki, bu da bankların kredit verilməsi ilə əlaqədar qərarın qəbulunu xeyli asanlaşdıra bilər.



5. Biznesin maliyyələşdirilməsinin mühüm istiqamətlərindən biri fond bazarında qiymətli kağızların yerləşdirilməsidir. Qiymətli kağızlar bazarının inkişafı nəinki biznesin maliyyələşdirilməsi üçün zəruri vəsaitlərin cəlb edilmə-sinə, həm də təsərrüfat əməliyatlarının səmərəliliyinin artırılmasına və bu zaman meydana çıxan risklərin aşağı salınmasına imkan verir. Məsələn, banklardan kredit vəsaitlərinin cəlb edilməsi üçün qiymətli kağızlardan girov kimi istifadə edilməsi girovla bağlı xərclərin azaldılmasına gətirib çıxara bilər.

İstifadə edilmiş ədəbiyyat





  1. “AR-nin Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” AR Prezidentinin fərmanı, Bakı, 03 fevral 2016.

  2. Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, “Səda”, 2014

  3. Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması və ba­zar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı. 2003

  4. «Biznesin əsasları. Dərslik. İ.e.d., professor A.B. Abbasovun ümumi elmi redaktəsi ilə. Bakı, «Nurlan», 2005, 656 səh.

  5. Biznesin təşkili və idarə edilməsi. Dərslik. i.e.d., professor A.B.Abbasovun ümumi elmi redaktəsi ilə, Bakı:“İqtisad Universiteti” nəşriyyatı,2011– 464 s.

  6. Əliyev A., Şəkərəliyev A. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. B., 2002, 441 s.

  7. Manafov Q.N. Sahibkarlıq nəzəriyyəsi /Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2011 – 158 s.

  8. Sadıqov M., Bədəlov Ş., Sadıqova Q. Maliyyə resursları və maliyyə bazarı. B., 2003, 75 səh.

  9. Sadıqov M.M. Azərbaycan Respublikasının maliyyə potensialının forma-laşma problemləri. Bakı, «Elm», 2001 – 150 s.

  10. Xankişiyev B.A., Mirzəyev M.M. Dövlət maliyyəsi. Bakı, 1998

  11. İsgəndərov R.Ə. Müəssisənin maliyyəsi. Dərslik, Bakı – 2007

  12. Дж. Ван. Хорн. "Основы управления финансами". Москва 1997.

  13. Эдвин. Дж. Долан. "Деньги: банковское дело и денежно-кредитная политика. Москва 1998.

  14. Банковское дело. Учебик/Под ред. Г.Н.Белоглазовой, Л.П.Кроливецкой, М.: Финансы и статистика, 2004, 592 с.

  15. Богатин Ю.В., Швандар В.А. Экономическое управление бизнесом: М.: ЮНИТИ-ДАНА, 2001, 391 с.

  16. Деньги. Кредит. Банки. Под ред. д.э.н., профессора О.И. Лаврушина. М:. Финансы и статистика, 2002, 464 с.

  17. Финансы организаций (предприятий). Под ред. проф. Н.В.Колчиной. М:. ЮНИТИ-ДАНА, 2006, 368 с.

  18. Финансы. Денежное обращение. Кредит. Учебник для вузов. / Под ред. проф. Г.Б.Поляка. М:. ЮНИТИ-ДАНА, 2003, 512 с.

  19. www.businessweek.com

  20. www.sahibkar.biz

  21. www.iqtisad.net

  22. www.ekonomy.gov.az

  23. www.stat.gov.az


Проблемы формирования финансового рынка Азербайджана
РЕЗЮМЕ
Диссертация состоит из введения, трех глав, заключения и списка использованной литературы.

Во введении обосновывается актуальность темы, определены цель и задачи, показаны научная новизна и практическая значимость исследования.

В первой главе изучена сущность и роль финансового рынка, этапы формирования и правовая основа финансового рынка Азербайджанской Республики.

Во второй главе изучены анализ и оценка оборота государственных и корпоративных ценных бумаг, формирование и оценка текущего состояния рынка и валютный рынок, проблемы его регулирования.

В третьей главе выявлены совершенствование законодательной базы государственного регулирования финансовых рынков и пути усиления международных отношений Азербайджанской Республики.

В заключении показываются основные выводы полученные в результате проведенного исследования.

Problems of formation of the financial market of Azerbaijan
REZUME
The thesis consists of an introduction, three chapters, conclusion and bibliography.

ıIn the introduction the relevance of the topic, the purpose and objectives are shown scientific novelty and practical signiticance of the study.

In the first chapter examined the nature and role of the financial market, the stages of formation and legal framework of the financial market of Azerbaijan Republic.

In the second chapter studied the analysis and evaluation of the turnover of government and corporate securities, formation and evaluation of the current state

of the market and the currency market, the problems of its regulation.

In the third chapter identified improving the legal framework of state regulation of the financial markets and ways of strengthening international relations of Azerbaijan Republic.

In conclusion, the main findings are shown resulting from the study



Cəbrayılova Şəmail İsrafil qızının hazırladığı "Azərbaycanda maliyyə

bazarının formalaşması problemləri" mövzusunda magistr dissertasiyasının

R E F E R A T I
Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidi bazar mexanizminin iqtisadi fəaliyyətin bütün tərəflərinin tənzimlənməsində rolunun artmasına gətirib çıxarmışdır. Bu baxımdan, maliyyə bazarının formalaşması ölkədə həyata keçirilən iqtisadi islahatlarla bilavasitə əlaqədardır. Ölkədə dövlət əmlakının özəlləşdirilməsi nəticəsində xüsusi banklar və digər maliyyə firmaları və maliyyə sektoru ilə qaşılıqlı əlaqədə fəaliyyət göstərən özəl biznes subyektləri yaranmışdır.

Maliyyə bazarlarının inkişafı bazar münasibətələrinin formalaşması və davamlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki, ölkədə maliyyə vasitəçilərinin inkişafı yığım vəsaitlərinin səfərbər edilməsinə və bu vəsaitlərin investisiya qoyuluşlarının maliyyələşdirilməsinə istiqamətləndir­məyə əlverişli şərait yaradır.

Artıq təcrübə göstərir ki, bazar münasibətələrinə keçid avtomatik olaraq iqtisadi inkişafı təmin etmir. İqtisadi inkişafın təmin olunması, ölkə iqtisadiyyatının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması iri həcmli investisiya qoyuluşları tələb edir. Eyni zamanda, bu investisiya qoyuluşlarını həyata keçirmək iqtidarında olan biznes strukturlarının mövcud olması da iqtisadi inkişafın zəruri şərtlərindən biridir. Ölkədə biznesin inkişafı və maliyyə bazarlarının formalaşması biri digərinin səbəb-nəticəsi kimi çıxış edir. Real sektorun inkişafı maliyyə bazarlarının formalaşmasına gətirib çıxarır, maliyyə bazarlarının inkişafı isə real sektorun inkişafının zəruri şərtlərindən biri kimi çıxış edir. Bu baxımdan, hazırda maliyyə bazarları ilə iqtisadiyyatın real sektorunun qarşılıqlı əlaqələrinin və onların bir-birlərinə təsirinin elmi tədqiqinə böyük ehtiyac vardır.

Son illərdə Azərbaycan Respublikasında maliyyə bazarının bütün subyektləri inkişaf etməkdədir. Ölkənin bank sektorunda, qiymətli kağızlar bazarında, sığorta sahəsində və s. inkişaf meylləri baş verir. Bununla belə, həm biznesin inkişaf səviyyəsi maliyyə bazarlarının inkişafını, həm də maliyyə bazarlarının inkişaf səviyyəsi biznesin inkişafını lazımi səviyyədə təmin etmir.



Maliyyə alətləri maliyyə bazarında alqı-satqı obyektidir. Başqa sözlə pul vəsaiti maliyyə alətləri vasitəsilə yığım sahiblərindən investora ötürülür. Maliyyə qurumları isə bu prosesin vasitəçiləridir. Onlar pul sahiblərindən pulu cəlb edir və layihəçiyə ötürür. Digər ifadəylə maliyyə qurumları maliyyə bazarının iştirakçılarıdır. Maliyyə bazarı pul artığı olanlarla pula ehtiyacı olanlar arasında maliyyə alətləri vasitəsilə və maliyyə qurumlarının iştirakı ilə əlaqə yaradan orqanizmdir.

Maliyyə bazarının inkişafının digər bir şərti iqtisadiyyatda sabitliyin olmasıdır. Gəlirlərin yığıma gedən hissəsinin maliyyə bazarı vasitələrinə yatırıl massı müəyyən risklə bağlıdır. Gələcəyə qarşı qeyri-müəyyən situasiyalarda fərdlər sərvətləri maliyyə aktivləri şəklində saxlamaqdan yan qaçırlar. Qeyri-müəyyənliklə müşayiət olunan iqtisadi və siyasi situasiyalarda fərdlər öz sərvətlərini daha çox qızıl, dayanıqlı istehlak malları, xarici dönərli valyuta, digər qiymətli əşyalar şəklində saxlamağa üstünlük verirlər. Bu baxımdan ölkənin maliyyə bazarının fəaliyyəti üçün makroiqtisadi və siyasi sahədə sabitliyin olması başlıca şərtdir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi maliyyə bazarının fomalaşması problemlərini həll etmək, maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsi, sığorta və valyuta bazarlarının müasir vəziyyətinin qiymətləndirilməsi və tənzimlənməsi problemlərini araşdırmaq əsasında elmi cəhətdən əsaslandırılmış konkret nəticə və təkliflər hazırlamaqdan ibarətdir.

Qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir.

  • maliyyə bazarının mahiyyəti və rolu haqqında nəzəri baxışları araşdırmaq;

  • maliyyə bazarının formalaşmasının hüquqi əsasları və mərhələlərini təhlil

etmək;

  • maliyyə bazarında dövlət və korporativ qiymətli kağızların dövriyyəsini təhlil etmək;

  • sığorta bazarının formalaşması mərhələlərini araşdırmaq;

  • valyuta bazarının tənzimlənməsi problemlərini təhlil etmək;

  • maliyyə bazarının dövlət tənzimlənməsinin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətlərini öyrənmək;

  • maliyyə bazarının beynəlxalq əlaqələrin gücləndirilməsində əhəmiyyətinin əsaslandırılması.

Tədqiqatın obyekti Azərbaycanda fəaliyyət göstərən bank, birja, sığorta, valyuta, qiymətli kağızlar, borc və ya kredit bazarı seçilmişdir.

Tədqiqatın nəzəri-metodoloji əsaslarını dünyanın və Azərbaycanın tanınmış iqtisadçı alimlərinin əsərləri, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, müvafiq qanunvericilik və normativ sənədlər təşkil edir.

Dissertasiyanın yazılması prosesində müqayisəli-statistik, iqtisadi və digər hesablama materiallarından istifadə olunmuşdur.



Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • maliyyə bazarının formalaşmasının mərhələləri araşdırılmışdır;

  • maliyyə bazarının ən səmərəli investisiya qərarlarının qəbul olunduğu mərkəz olduğu müəyyənləşdirilmişdir;

  • dövlət və korporativ qiymətli kağızların dövriyyəsi təhlil edilmişdir;

  • maliyyə bazarının dövlət tənzimlənməsi metodları araşdırdılmışdır;

  • regionların inkışafını təmin etmək məqsədi ilə kreditləşmənin prioritetlərı təhlil edilmişdir;

- sığorta bazarının müasir vəziyyəti öyrənilmişdir;

- risklərin azaldılması və kreditorların məsuliyyətlərinin artırılması üçün tədbirlərin hazırlanması metodikası müəyyənləşdirilmişdir;



  • maliyyə bazarının beynəlxalq əlaqələrin qurulmasındakı rolu əsaslandırılmışdır.

Sonda aşağıdakı nəticələr verilmişdir:

    1. Müasir dövrdə şirkətlər iri kapital qoyuluşları həyata keçirmədən və yalnız mənfəətləri hesabına biznes layihələrini maliyyələşdirməklə özlərinin rəqabət qabiliyyətlərini artıra bilməzlər. Maliyyə bazarı ən səmərəli investisiya qərarlarının qəbul olunduğu mərkəzdir və qeyd edilən yığım vəsaitlərini səfərbər edərək onları investisiyaya çevirir.

Ölkədə maliyyə bazarının inkişafı informasiyanın əldə olunması ilə bağlı xərcləri azaldır, yığım vəsaitlərinin səmərəli layihələrə istiqamətlənməsini təmin edir və nəticədə yığım vəsaitləri səmərəli bölüşdürülür. Maliyyə bazarlarının inkişafı biznes fəaliyyətinə nəzarət sisteminin formalaşmasına gətirib çıxarır. Belə ki, firmalar kredit cəlb edərkən, onların səhmləri fond birjasında tədavüldə olarkən öz fəaliyyətləri haqqında zəruri informasiyaları təqdim etməlidirlər.

    1. Azərbavcanda maliyyə bazarının formalaşması və inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər borc və ya kredit bazarını, valyuta bazarını və qiymətli kağızlar (və ya fond) bazarını əhatə etmişdir. Ölkədə 1999- 2006-cı illər ərzində qiymətli kağızlar bazarının normativ-hüquqi bazasının yaradılması, bazarda fəaliyyət göstərən peşəkar iştirakçıların formalaşması, bu sahənin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda qiymətli kağızlar bazarının infrastrukturu Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və qiymətli kağızlar bazarının digər peşəkar iştirakçılarının şəbəkəsi ilə təmsil olunur.

    2. Biznes subyektlərinin əksəriyyətinin maliyyə vəziyyətinin yaxşı olmaması dövlət tərəfindən biznesin kreditləşdirilməsinin əhəmiyyətini artırır. Xüsusilə, ölkənin regionlarında biznesin maliyyə təminatında ciddi problemlərin olduğunu nəzərə alaraq kreditərin verilməsində regionlardan daxil olan layihələrin maliyyələşdirilməsinə üstünlük verilməlidir.

4. Bank sektorunun inkişafını məhdudlaşdıran amillərdən biri yüksək risklərin olmasıdır. Biznes subyektlərinin kapitallaşma səviyyəsi, likvidliyi və hesabatlarının dəqiqliyinin aşağı olması, kreditorların hüquqlarının qanunvericiliklə zəif müdafiəsi kredit risklərinin artmasına gətirib çıxarır. Biznesin səmərəliliyi və sahibkarlıq subyektlərində korporativ idarəetmənin səviyyəsi yüksəldikcə kredit riskinin aşağı düşməsi və bununla da faiz dərəcələrinin azalması baş verəcəkdir.

Bank əməliyyatlarının aparılması zamanı risklərin azaldılması və kreditorların məsuliyyətlərinin artırılması məqsədilə ölkədə kredit bürolarının yaradılması məqsədəuyğun olardı. Kredit büroları kredit götürənlərin krediti qaytarmaqla bağlı davranışları haqqında ətraflı məlumatları toplanmasına imkan verər ki, bu da bankların kredit verilməsi ilə əlaqədar qərarın qəbulunu xeyli asanlaşdıra bilər.



5. Biznesin müəyyənləşdirilməsinin mühüm istiqamətlərindən biri fond bazarında qiymətli kağızların yerləşdirilməsidir. Qiymətli kağızlar bazarının inkişafı nəinki biznesin maiiyyələşdirilməsi üçün zəruri vəsaitlərin cəlb edilməsinə, həm də təsərrüfat əməliyatlarının səmərəliliyinin artırılmasına və bu zaman meydana çıxan risklərin aşağı salınmasına imkan verir. Məsələn, banklardan kredit vəsaitlərinin cəlb edilməsi üçün qiymətli kağızlardan girov kimi istifadə edilməsi girovla bağlı xərclərin azaldılmasına gətirib çıxara bilər.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə