Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi


Ölkəmizdə maliyyə bazarının inkişafının qanunvericilik əsasları və mərhələləri



Yüklə 0,6 Mb.
səhifə3/9
tarix28.08.2018
ölçüsü0,6 Mb.
#65139
1   2   3   4   5   6   7   8   9

Ölkəmizdə maliyyə bazarının inkişafının qanunvericilik əsasları və mərhələləri

Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçid strategiyasını əsas götürmüşdür. Keçid dövründə iqtisadi islahatların həyata keçirilməsi bazar iqtisadiyyatının təməl şərtlərinin yaradılmasına xidmət edirdi. Bu şərtlər həyata vəsiqə qazandıqca yeni iqtisadi sistemin atributlarından biri olan maliyyə bazarının formalaşması üçün zəmin yaranırdı. Artıq dünya təcrübəsində sübut edilmişdir ki, maliyyə bazarı iqtisadiyyata o vaxt səmərəli xidmət etmiş olur ki, o, tam sərbəst prinsiplər əsasında fəaliyyət göstərsin.

Azərbaycanda yeni iqtisadi sistemin tələblərinə cavab verən maliyyə bazarının formalaşması üçün ilk növbədə müvafiq normativ hüquqi baza və əlverişli makroiqtisadi mühit yaradılmalı idi. Artıq Azərbaycanda Milli Bank haqqında, Banklar və bank fəaliyyəti haqqında, Qiymətli kağızlar haqqında, Sığorta haqqında, İnvestisiya fondları haqqında Azərbaycan Respublikası qanunları qəbul edilmişdir.

1991-ci ildən sonra Azərbaycanda ikipilləli bank sisteminə keçilməklə maliyyə bazarının mühüm elementi olan kredit formalaşmasına doğru mühüm addım atıldı. Kommersiya banklarının hüquqi bazasının yaradılmasından sonra onların sayı sürətlə artmağa başladı. Yenicə yaranan bankların bir çoxu əhalidən yüksək faizlə əmanətlər cəlb edir və həmin vəsaiti valyuta bazarında spekulyativ əmanətlərə istifadə edirdilər. Bank təcrübəsinin, peşəkarlığın, habelə kommersiya banklarının Milli Bank tərəfindən qənaətbəxş tənzimlənməməsi bank sisteminin iflasına gətirib çıxardı. Onlarla bank müflis oldu, on minlərlə əmanətçinin əmanətləri geri qaytarılmadı. Nəticə etibarilə Azərbaycanda maliyyə vasitəçiliyinin ilk nümayəndələri olan kommersiya banklarına əhali arasında böyük inamsızlıq və etibarsızlıq hissi gücləndi. 1992-1995-ci illər ərzində Azərbaycanın makroiqtisadi həyatında hiperinflyasiya, milli valyutanın sürətlə devalvasiyası kimi gərgin ortam yaşandı. Manatın sürətlə dəyərdən düşməsi onun funksiyalarının itirilməsinə və toplum tərəfindən imtina edilməsi təhlükəsinə yol açdı. Həmin illərdə yaşanan hiperinflyasiya ortamı büdcə kəsirinin artması və bu kəsirin Milli bankın əlavə pul emissiyası hesabına qarşılanması, kommersiya banklarına əsaslandırılmamış məbləğdə və faizlə mərkəzləşdirilmiş kreditlərin verilməsi nəticəsində pul genişlənməsi və idxalın həddən artıq artması ilə bağlı olaraq bahalaşması ilə əlaqədar idi.

İnflyasiya nəzarət altına alındı və faiz dərəcələri real ölçüdə pozitiv həddə çatdırıldı. Faiz dərəcələri nominal ölçüdə azalsa da, real olaraq xeyli yüksəldi. Beləliklə, yığımların investisiyalara transformasiya olunması üçün vacib olan, inflyasiya dərəcəsinin üstündə gerçəkləşən faiz dərəcəsi formalaşmışdır. Bununla yanaşı, sabitləşmə proqramının həyata keçirilməsi sayəsində valyuta kursu sabitləşdirilmiş, manatın xarici valyutalara, o cümlədən ABŞ dollarına nəzərən mövqeyi möhkəmləndirilmişdir. Bu da milli pul vahidinə əhali və biznes dairələrində inamın və etibarın yaradılmasına xidmət etmişdir.

Lakin makromaliyyə sahəsində sabitliyin əldə edilməsi ölkədə milli maliyyə sisteminin formalaşması üçün yetərli deyildir. Bu sahədə çoxlu problemlər qalmaqdadır.məlumdur ki, hər bir ölkədə maliyyə bazarının inkişafı üçün adambaşına düşən milli gəlirin bəlli bir səviyyəni aşması gərəkdir. 1992-ci ildən başlayaraq son illərə qədər davam edən iqtisadi staqnasiya adambaşına düşən milli gəlirin səviyyəsini xeyli aşağı salmış, əhalinin və müəssisələrin yığımlarının əriməsinə səbəb olmuşdur.

Hal-hazırda ölkədə yığım normasının aşağı olması milli maliyyə sisteminin iqtisadi inkişafa yüksək səviyyədə xidmət edəcək şəkildə formalaşmasına imkan vermir. Başqa sözlə, ölkədə iqtisadi inkişaf üçün zəruri olan investisiya xərclərinin maliyyələşməsi məqsədilə yetərli həcmdə maliyyə resursları səfərbər etmək potensialı aşağıdır.

Azərbaycanda maliyyə bazarının formalaşmasına əngəl olan səbəblərdən biri də milli iqtisadiyyatın dollarlaşması problemidir. İqtisadiyyatda dollarlaşma ölkədəki makroiqtisadi, siyasi destabilliyin, milli pul vahidinə olan ictimai etibarın olmadığı sosial-psixoloji ortamın nəticəsidir. Dollarlaşma milli pul vahidi olan manatın öz funksiyalarının lazımi səviyyədə yerinə yetirə bilməməsi səbəbindən nağd dolların dövriyyədə həm pul kimi, həm də pula alternativ yatırım vasitəsi kimi formalarda təzahürünü ifadə edir.

Keynsin pul tələbi haqqında təliminə görə, likvid saxlama (söhbət tədiyyə vasitəsi olan puldan gedir) üç motivə bağlıdır – transaksion, ehtiyatlanma, spekulyativ. Transaksion və ehtiyatlanma motivinə bağlı likvid tərcihində manatın rolunun zəifliyi, onun digər aktivlərə tez və maneəsiz çevrilmə imkanın yetərsizliyində və öz dəyərini itirmə gözləntilərinə məruz qalmasındadır. Manat ölkə ərazisində yeganə ödəmə vasitəsi olmaq hüququna sahib olsa da, təcrübədə satış prosesinin əksər iştirakçıları heç də ona üstünlük vermirlər. Manatın likvidliyinin zəifliyinə bank hesablaşmalarının təkmil olmaması da səbəb olur. Öz pulunu bankın hesablaşma hesabında saxlayan subyektlər bir çox tədiyələrin onun vasitəsi ilə həyata keçirə bilmirlər. İqtisadi sazişlərin böyük hissəsinin həyata keçirildiyi kölgə iqtisadiyyatında ödəmə vasitəsi kimi dollara üstünlük verilir.

Son illərdə Azərbaycanda özəlləşmə çekləri bazarının formalaşması ilə əlaqədar olaraq spekulyativ motivə bağlı olaraq likvid vəsaitə tələb faktorunu ortaya çıxarmışdır. Bu halda isə manat demək olar ki, yerini dollara vermişdir. Çeklərin qiymətlərinin düşəcəyini gözləyən spekulyantlar manata deyil, yalnız dollara tələb irəli sürürlər. Bu yaxınlarda Dövlət Qiymətli Kağızlar Komitəsinin həyata keçirdiyi özəlləşmə çeklərinin qeydiyyatı zamanı aşkar olmuşdur ki, onların həcmi ümumi həcminin təxminən yarısı spekulyantların əlindədir. Bu fakt göstərir ki, çek bazarında spekulyativ dövriyyə on milyon dollarlarla ölçülə bilər. Deməli çeklərin qiymətlərinin qalxıb enməsi on milyon dollarlarla ölçülən valyuta tələbi və təklifini ortaya çıxarır. Şübhəsiz ki, bu proses ölkənin valyuta bazarındakı məcmu tələb və təklifinə öz təsirini göstərir.

Qeyd etdiyimiz kimi dollar təkcə likvid tərcihinin vasitəsi olaraq deyil, həm də pula alternativ yatırım vasitəsi olaraq çıxış etməkdədir. Dolların gəlirinin sıfır olmasına baxmaraq manat – dollar arasında çevrilmə gücünün yüksəkliyi, dolların möhkəmliyi və yüksək konvertabilliyi, onun sərvətin pula alternativ növü kimi saxlanılmasına səbəb olur. Beləliklə, yüksək likvidlik qabiliyyətinə və öz real dəyərini qoruyub saxlamaq gücünə sahib xarici valyuta – dollar bir tərəfdən manatı bir likvid vasitə olaraq sıxışdırır, digər tərəfdən isə manata əsas alternativ yatırım vasitəsi olaraq çıxış edir. Başqa sözlə, dollar həm də sərvətin bir növü kimi tutulur. İnsanlarımız sərvətin pula alternativ forması kimi maliyyə alətlərini deyil, dolları tərcih edirlər.

Milli iqtisadiyyatın dollarlaşması haqqında dediklərimizə əlavə olaraq onu qeyd etmək istərdim ki, buna səbəb təkcə dolların yüksək likvidliyə və möhkəmliyə malik olması deyildir. Dollar həm də sərvətin anonimliyini təmin etmiş olur. Şəxslər sahib olduqları sərvətin dövlətin və geniş ictimaiyyətin nəzərindən gizlətmək məqsədilə onun yalnız anonimliyini təmin edən formada saxlanmasına üstünlük verirlər. Digər tərəfdən də dolların bütün dövlətlərdə konvertasiya oluna bilməsi, onun istənilən vaxt və asan şəkildə ölkənin hüdudlarından çıxarmağın mümkünlüyü, dollar tərcihinin əsas səbələrindən biridir.

Dollarlaşmanın iqtisadiyyat üçün təhlükəli miqyasını nəzərə alaraq onunla mücadilə proqramının gürçəkləşdirilməsinə ehtiyac vardır. Bunun üçün ilk növbədə makroiqtisadi və siyasi sahədə davamlı sabitlik əldə edilməli, manata ictimai inam yaradılmalıdır. İnsanların gələcəyə yönəlik qərar qəbul etməsi üçün sağlamvə möhkəm təməllər yaradılmalıdır.

Bütün göstərilən problemlərlə yanaşı, son illərdə həyata keçirilən köklü iqtisadi dəyişikliklər, o cümlədən özəlləşdirmə maliyyə bazarının formalaşması üçün iqtisadi əsaslar yaradır. Orta və iri müəssisələrin özəlləşdirilməsinin səhmləşdirmə qaydasında aparılması korporativ səhm bazarını meydana gətirir. Bu zaman çoxlu formalaşmasını tələb edir.

Maliyyə bazarının işləyişi onun üçün yaradılan hüquqi bazadan çox dərəcədə asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi bu sahədə müəyyən qanunvericilik aktları qəbil edilib. Lakin bu sahədə qanunyaradıcılığı istiqamətində də müəyyən nöqsanlara yol verilir. Təəsüf ki, maliyyə qanunvericiliyi reallıqların araşdırılması və düzgün qiymətləndirilməsi əsasında deyil, xarici ölkələrin, bir qayda olaraq isə inkişaf etmiş ölkələrin müvafiq qanunlarının şablon tətbiqi üzərində formalaşır. Məsələn, Azərbaycanda heç bir investisiya fondu fəaliyyət göstərmirsə, onun fəaliyyəti haqqında müvafiq qanun qəbul edib, inkişaf etmiş ölkələrdə olduğu kimi normalar, məhdudiyyətlər müəyyən etməyin hansı elmi əsası vardır? Fikrimizcə, əvvəlcə maliyyə bazarının işləyişinin və burada vasitəçilik edən quruluşların fəaliyyətinin ümumi əsaslarını müəyyən edən qanunun qəbuluna ehtiyac vardır. Bu qanunda maliyyə bazarında iştirakın ümumi prosedurası, maliyyə alətlərinə ümumi tələblər, bazarda fəaliyyətinə izn verilən vasitəçilər və onların funksiyaları, dövlət tənzimləmə orqanının hüqüqları və vəzifələri öz əksini tapmalıdır. Bu qanun maliyyə bazarında rəqabəti qorumalı, iştirakın şəfaflığını və obyektivliyini təmin etməlidir.

Deyilənlərlə yanaşı qeyd etməliyik ki, qəbul edilən bəzi qanunlarda da qüsurlar yox deyildir. Məsələn, sığorta haqqında qanuna görə sığorta təşkilatı öz sərbəst vəsaitlərini ilk növbədə dövlət və dövlət müəssisələrinin qiymətli kağızlarına yatırmalıdır. Hər şeydən əvvəl bu rəqabət prinsipinə ziddir. Digər tərəfdən də belə qayda sığorta təşkilatına öz aktivlərini səmərəli istifadə etməyə imkan vermir. Qanunvericilik sığortaçıları investisiyalara həvəsləndirmək əvəzinə, dövlətin büdcə ehtiyaclarının qarşılanmasına xidmət etməsinə inzibati yolla sövq edir.

1999-cü ilin dekabrında prezident fərmanı ilə yaradılan Dövlət qiymətli Kağızlar Komitəsi maliyyə bazarının tənzimlənməsi sahəsində mühüm addım oldu. DQKK qiymətli kağızlar bazarında dövlət bazarında dövlət siyasətini müəyyən edir, normativ – hüquqi aktlar tərtib edir, professional iştirakçılara və bəzi maliyyə qurumlarının fəaliyyətinə lisenziya verir, yoxlamalar aparır və məhdudiyyətlər müəyyənləşdirir.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə