Cəbrayılova Şəmail İsrafil qızı Azərbaycanda maliyyə bazarının formalaşması problemləri” mövzusunda magistr dissertasiyasi


Sığorta bazarının formalaşması və müasir



Yüklə 0,6 Mb.
səhifə5/9
tarix28.08.2018
ölçüsü0,6 Mb.
#65139
1   2   3   4   5   6   7   8   9

2.2. Sığorta bazarının formalaşması və müasir

vəziyyətinin qiymətləndirilməsi

Bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, tələb və təkliflərin sərbəst oyunu potensial sırottaçılar üçün zəruri olan sığorta xidmətlərinin meydana çıxmasını stimullaşdırır. Sərbəst qiymət əmələ gəlmə prinsipləri əsasında formalaşan tarif dərəcələri sırotaçılar arasında əsil rəqabət mühiti yaratmış olur. Sığorta bazarı iqtisadi rəqabət şəraitində tənzimləyici funksiyanı yerinə yetirir. Məlum olduqu kimi, özü-özlüyündə rəqabətin mövcudluğu sığorta bazarında üğurlu fəaliyyəti hələ təmin etmir. Bu uğurlar, sığorta cəmiyyətinin əməkdaşlarını daima yeni potensial müştərilər axtarmağa və eləcə də sığorta xidmətinin forma və metodlarının təkmilləşdirilməsinə həmişə can atan sığortaçılardan asılıdır. Sığortaçının şəxsən sığorta cəmiyyətinin daxili və xarici fəaliyyətinə rəhbərlik etməsi və bününla da sığorta mədəniyyətini inkişaf etdirməsi mühüm əhəmiyyət kəsb edir.

Sığorta polisini imzalayaraq sığortaçının qəbul etdiyi qərar içtimai təcrü-bədə təstiq olunmuş nəticələrə əsaslanır. Bazar iqtisadiyyatı şəraitində sığortaçının uğuru malik olduğu süğorta fondu ehtiyatlarını necə sərf etməsindən birbaşa asılı olur. Sığortaçı sahibkar rolunda çıxış edir və müəssisə rəhbərləri qarşısında müvafiq qanunvericilik aktlarına uyğun olaraq icra etdiyi işlərə görə məsuliyyət daşıdığı üçün özünü maraqlı tərəf kimi hiss edir. Geniş mənada sığorta bazarı, sığorta məhsulunun alış və satışı üzrə yaranan iqtisadi münasibətlərin məcmuəsini təşkil edir. Bazar sığortaçı və sığorta etdirən şəxs arasındakı ayrılmaz əlaqəni təmin edir. Burada sığorta xidmətinin içtimai yaraldığının təsdiqi baş verir. Sığorta bazarının fəaliyyət göstərməsinin mühüm iqtisadi qanunları kimi dəyər qanunu, tələb və təklif qanunu çıxış edirlər.

Sığorta bazarı əmtəə təsərrüfatının inkişaf prosesindən asılı olaraq formalaşır, onun ayrılmaz hissəsi və əsas elementi olur. Bu və ya digər amilin yaranma şərtləri ictimai əmək bölgüsü və xüsusi əmtəə isteşlakçıları olan ayrı-ayrı mövcud olmasına əsaslanır. Bu şərtlərin real əlaqəsi bazar münasibətlərinin inkişaf səviyyəsini müəyyən edir. Sığorta bazarı, bazar münasibətləri subyektlərinin sərbəstliyini, onların sığorta xidmətinin alış-satış sahəsindəki tamhüquqlu partnyorluqunu, saquli və üfiqi əlaqələrin inkişaf sistemini nəzərdə tutur.

Bizim ölkəmizdəki sığorta bazarının fəaliyyətinin keçmisinə nəzər salsaq görərik ki, XIX əsrin ikinci yarısından etibarən kapitalizmin inkişafı ilə əlaqədar olaraq sığorta bazarı strukturları geniş şəkildə fəaliyyət göstərirdilər. Azərbaycanın sığorta bazarı təkrar sığorta müqavilə sistemi vasitəsilə Rusiya, oradan da dünya sığorta bazarına inteqrasiya etmişdi. Sığorta münasibətlərini tənzimləyən dövlətin müntəzəm sığorta nəzarəti sistemi fəaliyyət göstərirdi. Sovetlər zamanı bu sistem ləğv edilərək, inzibati-amirlik sisteminin maraqlarını ifadə edən dövlət sığorta inhisarı ilə əvəz olundu. Məlumdur ki, inkişaf etmiş bazar ölkələrində inhisarçılıq imkanlarına görə ən azı on və ya daha çox rəqiblərin iştirak etdiyi sahələr daha təhlükəsiz sayılırlar. Sığorta sistemində inhisarçılıq olmaması üçün bu ölkələrdə bir sığortaçının payı sığorta bazarında xidmətlərin ümumi satış həcminin 31,0 faizindən, iki sığortaçının payı 44,0 faizindən çoxunu, üç sığortaçının payı 54,0 faizdən, dörd sığortaçının payı isə 64,0 faizdən çoxunu təşkil etməməlidir. Bu nisbət pozulan halda dövlət iqtisadi sanksiyalar tətbiq edir və bu sığortaçıların bazarda iştirakının məhdudlaşdırılmasını təmin edir.

Ölkəmizdə iqtisadiyyatın bazar münasibətlərinə keçməsi və bazar prinsiplərinin həyata keçirilməsi bazar münasibətlərinin mühüm aləti kimi sığortanın da yerini müəyyən etdi. Bir iqtisadi kateqoriya olaraq sığorta aşağıdakı əlamətlərə malikdir:



  • sığortalama sığorta riskinin mövcudluğu ilə şərtləşən pul bölgü münasibətlərini əks etdirir. Sığortanın mövcudluğu fövqəladə hadisələrin baş verməsi ehtimalı və bunun nəticəsində dəyən zərərlə bağlıdır;

  • sığortalama qapalı çevrədə baş verir. Fövqəladə hadisənin vurduğu ziyanın bölüşdürülməsi yalnız sığorta iştirakçıları arasında pul bölgü münasibətlərini əks etdirir. Ziyanın qapalı bölüşdürülməsinin mahiyyəti bundan ibarətdir ki, fövqəladə hadisə nəticəsində sığortalılara dəyən ziyanın miqdarı həmrəylik prinsipi üzrə bütün iştirakçıların arasında bölünür;

  • sığortaçılar tərəfindən sığortalıya dəyən ziyanın qapalı bölgüsünün təşkili üçün sığortada iştirak edən hüquqi və fiziki şəxslərin ödənişləri hesabına sığorta fondu yaradılır. Bu fondun həcmi iqtisadi inkişafın meylləri ilə bağlıdır, çünki toplanan sığorta tədiyyələri sığorta münasibətləri iştirakçılarının gəlirlərindən bilavasitə asılıdır. Demək, iqtisadi inkişaf sürətinin azalması və inflyasiyanın artması toplanılan sığorta tədiyyələrinə və sığorta fondunun formalaşmasına mənfi təsir edir;

  • sığorta dəyən zərərin məkanca və zamanca yenidən bölüşdürülməsini nəzərdə tutur;

  • sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin olunması ilə bağlı sığorta iştirakçıları arasında qapalı münasibətlər sığorta fondunda cəmlənmiş vəsaitlərin qaytarılmasını təmun edir. Bu əlamət sığortaya kredit kateqoriyasının əlamətlərini verır;

  • dəymiş zərərlərin əvəzinin ödənməsi ilə bağlı olduğu üçün sığorta sığorta-lıların əmlak maraqlarının qorunması vasitəsi kimi çıxış edir. Sığorta işinin aparılması praktikası belə münasibətlərin çox optimal bir formasını yaratmışdır: ixtisaslaşmış təşkilat (sığortaçı) sığorta edənlərin (sığortalıların) pay haqları hesabına sığorta fondu yaradır və bu fonddan onlara dəymiş zərərləri sığorta ödənişləri ilə təmin edir;

  • sığorta iqtisadi kateqoriya kimi maliyyə kateqoriyası ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Maliyyə sferasında olduğu kimi, sığorta da pul vəsaitlərinin formalaşdırılması və bölüşdürülməsi prosesində iştirak edən uyğun məqsədli fondların yaradılması və istifadəsi ilə bağlıdır. Bununla birgə sığorta kateqoriyası üçün maddi və digər zərərlərin ödənilməsi üçün nəzərdə tutulan gəlir və toplanmış pul vəsaitlərinin bölüşdürülməsi ilə bağlı olan iqtisadi münasibətlər də səciyyəvidir. Deməli, sığorta, pul şəklində olan dəyərin ehtimal olunan dövriyyəsi ilə bağlıdır;

  • sığortaya məxsus xüsusiyyətlərdən biri də sığorta fonduna toplanmış vəsaitlərin sığorta ödənişləri formasında geri qaytarılması ilə bağlıdır. Sığorta ödənişləri iki hissənin – mümkün zərərin ödənilməsi üçün təyin olunan netto – ödənişlərin və sığortanı həyata keçirən sığortaçının saxlanılmasına yönələn əlavə xərclərdən ibarət olan sığorta tariflərinin əsasında müəyyən olunur. Netto ödəmələr, müəyyən ərazidə aparılan hesabat dövrü (adətən 5 ildən 10 ilədək olan dövr) üzrə gözlənilən zərər əsasında müəyyənləşir. Odur ki, netto ödənişlərin məbləği, müəyyən zaman kəsiyində zərərin ödəniş forması kimi elə həmin əraziyə qaytarılır. Vəsaitlərin qaytarılması əlaməti sığortanı kreit kateqoriyasına yaxınlaşdırdığı üçün sığorta yalnız maliyyə deyil, həm də kredit kateqoriyası kimi də fəaliyyət göstərir.

Sığorta şirkəti (sığortaçı) və sığortalı (sığorta olunan) sığorta münasibətlərində olmaq üçün öz aralarında müqavilə bağlayırlar. Sığorta müqaviləsi – ikitərəfli razılaşmadır, sığortalı sığorta tədiyyəsini müəyyən olunmuş müddətdə ödəməyi, sığorta edən isə sığorta hadisəsi baş verəndə sığortalıya və ya gəlirgötürənə sığorta təminatını ödəməyi öhdələrinə götürürlər.

Sığortaçı və sığortalı sığortanın növü, sığorta məbləğinin həcmi və digər cəhətlər barədə razılaşırlar, sığorta haqqı və konkret zərərə görə sığorta ödənişinin həcmi pul ifadəsində göstərilir. Müqavilə bağlanandan sonra sığortalı sığorta edəndən sığorta polisi (vəsiqəsi) - mahiyyətcə qiymətli kağız əhəmiyyəti daşıyan sənəd alır. Sığorta polisinin olması sığorta sövdələşməsinin baş tutma faktını təsdiqləyir, sığorta vəsiqəsi həmin sövdələşmənin obyekti və parametrləri barədə informasiyanı özündə əks etdirir.

Sığorta fondunun yaranmasında və artırılmasında iştirak edən böyük subyektlər sığorta hadisəsi baş verərkən müqavilədə müəyyən olunmuş sığorta məbləğinə uyğun olaraq sığorta ödənişləri alırlar.

Müqavilədə göstərilən sığorta məbləğinin həcminə uyğun olaraq, tarif əsasinda sığorta haqqının həcmi, yəni bu və ya başqa fəaliyyət gedişində dəyən zərərə görə götürdüyü öhdəliyə əsasən sığortalının sığortaçıya ödəməli olduğu məbləğ müəyyən olunur. Sığorta haqqı sığorta şirkəti tərəfindən işlənib hazırlanmış tariflər əsasında hesablanır və sığorta fondunun xidmətinə sərf edilən məsarifləri özünə daxil edir.

Hazırda sığorta müqavilə sığorta sahələrinin daxilində yerləşirən ayrı-ayrı predmetlər üzrə aparılır. Sığorta sahələri aşağıdakı kimi təsnifləşdirilir:


  • əmlak sığortası;

  • mülki məsuliyyətin sığortası;

  • şəxsi sığorta.

Sığorta sahələrinin hər biri çox sayda sığorta növləri özündə birləşdirilir.

Əmlak sığortası sığortalıya və sığorta edənə məxsus əmlakın və maddi qiymətlilərin sahibliyi, istifadəsi və sərəncam verməsi ilə əlaqədar əmlak maraqlarının sığorta müdafiəsini təmin edən sahələr başa düşülür. Beləliklə, bu sahədə sığorta müdafiəsinin obyektlərini fiziki və hüquqi şəxslərin müxtəlif əmlak növləri təşkil edir. Sığorta müdafiəsi işgüzar fəaliyyətin həyata keçirilməsi prosesində iştirakçıların əmlakına, yaxud maddi obyektlərinə və maraqlarına dəyən maddi zərərin sığorta edən tərəfindən tam, yaxud qismən ödənilməsini nəzərdə tutur.

Şəxsi sığorta insanların həyatı, sağlamlığı, əmək qabiliyyəti və şəxsi gəliri ilə əlaqədar onların əmlak maraqlarının sığorta müdafiəsini təmin edən sığorta sahələrini əhatə edir. Bu sahədə sığorta müdafiəsinin obyektlərini həyatın özü, saglamlıq, əmək qabiliyyəti, həmçinin fiziki şəxslərin şəxsi gəlirləri təşkil edir. Ölüm, xəstəlik, bədbəxt hadisələr və inflyasiya səbəbindən sığorta edənin və yaxud sığortalının gəlirləri azala bilər. Fiziki şəxslərin şəxsi sığortasının spesifik növü tibbi sığorta da göstərilə bilər.

Mülki məsuliyyət sığortası dedikdə sığortaçının təqsiri üzündən üçüncü şəxsə dəyən ziyanın sığortaçı tərəfindən ödənilməsini təmin edən sığorta sahəsi başa düşülür. Sığortanın bu sahəsində sığorta müqaviləsinin obyektlərini sığortaçının özünün əmlak və şəxsi işgüzar marağı, həmçinin biznesin digər subyektlərinin işgüzar maraqları təşkil edir, hansıki sövdələşmənin həyata keçirilməsi prosesində yanlış hərəkət, yaxud hərəkətsizlik nəticəsində zərər çəkə bilər. Sığortanın bu sahəsi çərçivəsində adətən iki alt sahə ayrılır – fərdi vətəndaşlıq məsuliyyətinin sığortası və sahibkarlıq risklərinin sığortası.

Fərdi Vətəndaşlıq məsuliyyətinin sığortasına avtomobil nəqliyyatı sığor-tasını misal göstərmək olar. Avtomobilin sahibi onun iştirakı ilə, yaxud onun təqsiri üzündən baş vermiş yol-nəqliyyat hadisələrində dəyən zərərin maddi kompensasiyasını ödəmək üçün sığorta şirkətlərinə az miqdarda vəsait verməklə avtomobilini sığortalaya bilər.

Sahibkarlıq risklərinin sığortalanması obyektlərinin siyahısına biznes subyektlərinin material və maliyyə resursları, o cümlədən investisiya, kommersiya, birja sövdələşmələri, bank depozitləri aid edilir.

Bütün dünyada sığorta biznesi könüllü və icbari sığortalanma əsasında inkişaf etdirilir və bunun nəticəsi kimi icbari sığortanın obyekti və könüllü sığortanın obyekti fərqlənir. İcbari sığortalanma sferasına vətəndaşların həyat və sağlamlığı, hərbiçilərin şəxsiyyəti, vətəndaşlıq məsuliyyətinin bəzi növləri daxildir.

Göstərilənlər və qalan obyektlər könüllü sığortalanma sferasına daxil edilə bilər. İcbari sığortalanma üzrə xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında dövlət sığorta təşkilatlarının (məsələn, İcbari Tibbi Sığorta Fondu, Sosial Sığorta Fondu) müstəsna fəaliyyətidir. Qeyri dövlət sığorta şirkətləri könüllü sığortalanma üzrə xidmət sferasında faəliyyət göstərirlər.

Azərbaycan Respublikasında 27 sığorta şirkəti və 6 broker kontorları fəaliyyət göstərir. Sığorta şirkətlərinin 25-i milli sığortaşılar və 5-i isə birgə sığortaçılar, o cümlədən Azərbaycan-İngiltərə - 2, Azərbaycan-Türkiyə - 1, Azərbaycan-ABŞ-1 və Azərbaycan-Rusiya - 1 sığortaçılar təşkil edir. Sığortaçı-ların məcmu kapitalı 183,1 milyon manata bərabərdir ki, bu 2000-ci ildəkindən 10,5 dəfə və 2005-ci ildəkindən 5,1 dəfə çoxdur (cədvəl 3).

Sığorta bu gün Azərbaycanda biznesin ən dinamik inkişaf edən sferalarından biridir. Belə ki, 2000-ci illə müqayisədə 2010-cu ildə sığorta haqları 11,4 dəfə, o cümlədən könüllü sığorta növləri üzrə 9,1 dəfə və icbari sığorta üzrə 11 dəfə artmışdır.


Cədvəl 3

Azərbaycan Respublikasında sığorta haqları, min manatla





İllər

Sığortanın növləri

2000

2005

2010

2011

2012

2013

Könüllü sığorta növləri

13040,2

76820,0

127440,5

167374,0

22996,7

263952,8

o cümlədən:

şəxsi sığorta


1911,4

13110,0

36801,6

48258,1

83632,8

102499,0


əmlak sığortası

8696,0

63710,0

90638,9

119115,8

139363,9

161453,8

İcbari sığorta

2478,3

5740,0

48983,1

70520,0

147116,3

162878,3

Yekun

15518,5

82560,0

176423,6

237894,0

370113,0

426831,1

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, 2014, səh.408

Təhlil göstərir ki, ümumi sığorta haqlarının tərkibində könüllü sığorta növlərinin xüsusi şəkisi 2000-ci ildəki 84 faizdən 2010-cu ildə 72,2 faizə və 2012-ci ildə 60,2 faizə düşmüş, icbari sığortanın xüsusi çəkisi isə əksinə 16 faizdən 27,8 faizə və 39,8 faizə qalxmışdır. Könüllü sığorta növlərinin sığorta haqlarının tərkibində xüsusi çəkisinin azalması əmlak sığortası və mülki məsuliyyət sığortasının hesabına baş vermişdir (cədvəl 4).

Cədvəl 4

Azərbaycan Respublikasında sığorta haqlarının

sığorta növləri üzrə strukturu, faizlə





İllər

Sığortanın növləri

2000

2005

2010

2011

2012

2013

Könüllü sığorta növləri

84,0

93,1

72,2

70,4

60,2

61,8

o cümlədən:



















şəxsi sığorta

12,3

15,9

20,8

20,3

22,5

24,0

əmlak sığortası

56,0

60,7

47,6

46,2

37,7

37,8

İcbari sığorta

16,0

6,9

27,8

29,6

39,8

38,2

Yekun

100,0

100,0

100,0

100,0

100,0

100,0

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, 2014, səh.408

Sığorta biznesinin dinamik inkişaf səviyyəsi barədə sığorta haqlarının ümumi daxili məhsula nisbəti ümumləşdirici göstəricisi aydın təsəvvür yaradır. 4,2 faizə və 2012-ci ildə 6,9 faizə qədər yüksəlmişdir. Lakin bu rəqəm çox aşağıdır. Belə ki, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə sığorta haqları ümumi daxili məhsulun 18-20 faizini təşkil edir.

Sığorta xidmətlərinə tələbat və təklifin miqyasına görə isə sığorta bazarını daxili, xarici və beynəlxalq sığorta bazarına ayırmaq olar.

Konkret sığortaçılar tərəfindən təmin olunan sığorta xidmətlərinə bilavasitə tələbatı olan yerli bazarı daxili sığorta bazarı adlandırırlar.

Daxili bazarın sərhədlərindən kənarda yerləşən və reqionun sərhədləri xaricində bir-bir ilə əlaqədar olan sığorta kompaniyalarından asılı olan bazarı xarici sığorta bazarı adlandırırlar.

Dünya sığorta bazarı dediklə isə dünya təssərüfatı miqyasında sığorta xidmətləri üzrə təkliflər və onlara olan tələbat başa düşülür.

Sahə xüsusiyyətinə görə isə bazarı şəxsi sığorta və əmlak sığortası bazarına bölürlər. Bu bazarlardan hər birini isə xüsusi seqmentlərə ayırmaq olar (məsələn, bədbəxt hadisələrdən sığorta bazarı, ev əmlakının sığortası bazarı və s.).

Sığorta bazarının iştirakçılarının tərkibinə satıcılar, alıcılar vasitəçilər və eləcə də onların assosiasiyaları daxil olurlar. Satıcı kateqoriyası sığorta və yenidən sığorta ilə məşqul kompaniyalardan ibarətdir. Alıcılar isə bu və ya digər satıcı ilə sığorta müqaviləsini bağlayan edən fiziki və ya hüquqi şəxslər –sığorta etdirən şəxslərdir. Alıcı və satıcılar arasındakı vasitəçilər isə sığorta müqaviləsinin imzalanmasına yardım edən sığorta agentləri və sığorta brokerlərindən təşkil olunur.

Sığorta bazarında təqdim olunan spesifik əmtəə isə sığorta xidmətidir. Onun istehlak dəyərini isə sığorta ödənişi formasına malik olan sığorta müdafiəsinin təmin olunması təşkil edir. Sığorta xidmətinin qiyməti sığorta tarifi ilə ifadə olunur. O təklif və tələbatların müqayisə edilməsi zamanı rəqabətə uyğun olaraq formalaşır. Qiymətin aşağı həddi, daxil olmuş sığorta tədiyyələrinin sığorta ödənişlərinə bərabərlilik prinsipi ilə müəyyən olunur. Qiymətin yuxarı həddi isə sığortaçının tələbatına uyğun olaraq təyin edilir. Sığorta xidmətinin qiyməti həddindən artıq yüksək olduqda, sığortaçı rəqibləri ilə müqayisədə əlverişsiz vəziyyətə düşür və müştərisini itirir. Konkret sığortaçının xidmətinin qiyməti, onun sığorta çantasının həcmi və strukturundan, investisiya fəaliyyətinin keyfiyyətindən, idarəetmə xərclərinin miqdarı və gözlənilən gəlirdən birbaşa asılıdır.

Sığorta xidməti mıqavilə (könüllü sığorta) və ya qanuna (icbari sığorta) əsasən təqdim olunur. Başqa sözlə desək, sığorta müdafiəsinin təqdim edilməsi içtimai marağa uyğun olduqda, sığorta məcburi xüsusiyyətə malik olur. Sığorta xidmətinin alışı və satışı sığorta müqaviləsinin imzalanması ilə rəsmiləşdirilir və sığorta edən şəxsə bu müqaviləni təstiq edən sığorta şəhadətnaməsi (polis) təqdim olunur. Sığorta etdirənlərin istifadə etdiyi sığorta növlərinin məcmuyu sığorta bazarının assortimenti və ya çeşidi adlanır.

Qeyd edək ki, müasir qloballaşan dünyada texnoloji «partlayış», elektronika və avtomatikanın sığorta sahəsinə geniş şəkildə tətbiq edilməsi sığorta xidmətinin xarakterində keyfiyyətçə müsbət mənada bir sıra dəyişikliklərin baş verməsinə səbəb olmuşdur.

Hal-hazırda dünya sığorta praktikasında 2 tendensiya mövcuddur: sığor-taçıların fəaliyyətinin ixtisaslaşdırılması və universallaşdırılması. Bu tendensi-yalardan birincisi dərinləşməkdə olan ictimai əmək bölgüsü ilə əlaqədardır: müvafiq proses sığorta işində də obyektiv zəruriyyətə malikdir. Son illər ərzində sığortaçıların ixtisaslaşdırılması ilə yanaşı onların universallaşdırılması tendensiyası da geniş şəkildə inkişaf edir. Ənənəvi olaraq sığortanın bu və ya digər növləri ilə məşqul olan sığortaçılar fəaliyyətin bir-birinə yaxın növlərinə də müdaxilə edirlər (məsələn, birja market şirkətlərini əldə edirlər və s.).

Sığorta kompaniyalarının yeni vəzifəsi ondan ibarətdir ki, onlar ixtisaslaş-mış kredit təsisatlarının funksiyalarını yerinə yetirirlər. Onlar təsərrüfat fəaliy-yətinin müəyyən sahə və mühitinin kreditlədirilməsi ilə məşqul olurlar. Sığorta kompaniyaları aktivlərin həcmi üzrə mövqeyinə və eləcə də ssuda kapitalının təqdim olunması imkanına görə kommersiya banklarından sonra aparıcı yer-lərdən birini tuturlar. Kompaniyalar tərəfindən ehtiyatların xarakteri, qiymətli kağızlar bazarı vasitəsilə uzun müddətli istehsal yönümlü kapital qoyuşlarında onlardan istifadə etməyə şərait yaradır. Cəlb olunan qısamüddətli vəsaitlərə malik olan bankların belə imkanı yoxdur. Məhz ona görə də sığorta kompaniyaları kapital bazarında əsas yerlərdən birini tuturlar. Adətən, maliyyə daxilolmaları illik ödəniş məbləğindən çox olur. Bu isə sığorta kompaniyalarına investisiyanı ildən-ilə yüksək gəlirli; uzunmuddətli qiymətli kağızlara yönəlltməyə imkan yaradır (məsələn, sənaye korporasiyalarının istiqrazlarına, dövlət istiqrazlarına və daşınmaz əmlak üzrə girov kağızlarına və s.).

Dövlət, sığortaçı kimi dövlətin sığorta təşkilatı vasitəsilə bazar münasibətlərində iştirak edə və eləcə də müxtəlif hüquqi qanunlar ilə sığorta bazarının fəaliyyətinə güclü təsir göstərə bilər. Qərbin inkişaf etmiş ölkələrində sığorta bazarı dövlət tənzimləməsinin obyektidir.

Xarici təcrübədən göründüyü kimi, sığorta bazarına özünü inkişafın güclü amilləri xasdır: təşəbbüs və işgüzarlıq, sığorta etdirən şəxslərin tələbatının da-ha tam şəkildə ödənilməsi və s. Sığorta fəalliyyətinin dövlət tənzimlənməsinə gəldikdə isə, o sığortanın bazar mexanizminin müsbət xüsusiyyətlərini güclən-dirir və təkmilləşdirir. Bu zaman sığorta fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmi sığortanın bazar mexanizmi ilə birləşir və daha effektli olur.

Yuxarıda qeyd etdiyimiz kimi sığorta bir sistemdir. Bu baxımdan bu sistemi həm daxili strukturunun, həm də xarici mühitinin öyrənilməsi olduqca vacibdir. Sığorta bazarı eyni zamanda mürəkkəb və çoxamilli dinamik sistemə malikdir. Sistem dedikdə, bir-biri ilə müntəzəm olaraq qarşılıqlı şəkildə fəaliyyət göstərən və bir-birindən qarşılıqlı surətdə asılı olan ayrı-ayrı tərkib hissələrinin tam vəhdət qrupunu təşkil etməsi başa düşülür. Sığorta xidməti-nin bazar sistemində tərkib elementləri qrupuna aşağıdakılar daxildir: sığorta məhsulları, tariflər sistemi, sığortaçıların müştərilər ilə qarşılıqlı fəaliyyətinin ifadə edən infrastruktur və s. Bu sistem əhatəsində olduğu mühit ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir. Qarşılıqlı fəaliyyət mühitin sistemə olan təsirini, sistemin isə mühit ilə qarşılıqlı fəaliyyətini xarakterizə edən xarici əlaqələr vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, burada sistemindəki və mühitin bir birindən ayrılması ümumi bazar sistemin və mühitin bir birindən ayrılması ümumi bazar sistemindəki konkret bazarın məqsədli fuksiyası və yerini dəqiqliklə müəyyən etməyə imkan verən şərti metodoloji üsuldur.

Sığorta bazarı iki sistemin-daxili sistem və xarici mühitin dialektik vəhdətini təşkil edir. Onlar bir-biri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir və bir-birinə qarşılıqlı surətdə təsir edirlər. Daxili sistem və ya xarici mühit sığortacının idarəetmə təsiri göstərdiyi elementlərdən və eləcə də sığortaçı tərəfindən idarə olunmayan elementlərdən ibarətdir. Bu zaman xarici mühit daxili sistemi əhatə edir və onu məhdudlaşdırır.



Daxili sistem və sığorta bazarının xarici mühiti. Daxili sistemə sığorta kompaniyasının bazar sisteminin mahiyyətini ifadə edən dəyişənlər daxildir. Sığorta kompaniyaları tərəfindən idarə olunan dəyişənlər bunlardır: sığorta məhsulları, sığorta polislərinin satıcının təşkili sistemləri və tələbatların forma-laşdırılması, tariflərin uyğunlaşan sistemi, sığortaçının şəxsi infrastrukturu.

Daxili sistemə, həmçinin bazarın dərindən öyrənilməsinə yönəldilən, lakin bazar sisteminin əsasını təşkil etməyən və sığortaçı tərəfindən idarə olunan dəyişənlər: sığortaçının bazardakı vəziyyətini müəyyən edən sığorta kompaniyasını maddi, maliyyə və kadr ehtiyatları daxil olur. Belə hallarda sığorta cəmiyyətinin maliyyə vəziyyəti, bu cəmiyyətə maliyyə təsisatlarının etimalı və eləcə də sığorta fondunun ödəniş qabiliyyətinə malik xüsusi əhəmiyyət kəsb edir. Burada həmçinin kommersiya işlərini keyfiyyəti şəkildə həyata keçirən ixtisaslaşmış və hazırlıqlı sığortaçı heyətinin sayının da optimal olması vacib şərtlərdəndir. Çünki bir sıra məsələlərin həlli sığortaçının bazar fəaliyyətinin məqsəd və vəzifələrin dərk edən sığorta cəmiyyətinin rəhbər heyətinin bacarığından asılı olur.

Bu amillərin məcmusu, sığorta kompaniyasının bazar siyasətin və onun tələbatının formalaşmasına təsir edən imicini təyin edir. Bazarın dərindən öyrənilməsi üzrə sığortaçının həyata keçirdiyi işlər də xüsusi əhəmiyyətə malik olur. Bütün bu daxili amillər sığorta bazarının sığortaçı tərəfindən təsir göstərir və daxili bazar sisteminin idarəetmə elementlərinə çevrilir.

Beləliklə, bazar sisteminin əsasını təşkil edən elementlər (sığorta məhsuları, sığorta polislərinin satış sistemi və tələbatın formalaşması, tariflərin uyğunlaşan sistemi və sığorta kompaniyasının daxili infrastrukturu) bazar sisteminin əsasının sərhədləri kənarında olan elementlər ilə birlikdə (sığortaçının maliyyə, maddi və kadr ehtiyatları) idarə olunan sığorta kompaniyasının daxili sistemini təşkil edir.

Yuxarıda sadalanan komponentlər bir-biri ilə qarşılıqlı şəkildə əlaqədardır, çünki onlardan birinin həlli digərlərinin də fəaliyyətinə təsir göstərir. Onlardan hər biri bir sıra variantlara malikdirlər. Sığorta kompaniyasının baş meneceri bu saysız-hesabsız variantlardan maksimal dərəcədə bazar effektinə malik olan və eləcə də xarici mühitin amillərinə uyğun olan optimal məcmuyu seçməlidir.

Sığortaçının bazara çıxartdığı sığorta məhsulları əsas idarəetmə amillərindəndir. Bura şəxsi və əmlak sığortasının konkret növlərinin şərtləri daxildir. Sığorta kompaniyasının rəhbərliyi bazar şəraitində uyğun olaraq qərarlar qəbul etməli, məsələn, sığortanın yeni növlərini tətbiq etməli, şərtlərdə dəyişiklik etməlidir və s.

Sığorta polislərinin satış sistemi və tələbatın formalaşması da idarəetmənin dəyişkən faktorlarına aiddir. Bunları yuxarıda ətraflı şəkildə nəzərdən keçirdiyimiz üçün onları ətraflı şərh etməyə ehtiyac yoxdur.

Tariflərin uyğunlaşan sistemi sığortaçı tərəfindən idarə olunan daxili bazar sisteminin əsas tərkib hissəsidir. Sığorta kompaniyası məqsədyönlü tarif siyasətini işləyib hazırlamalı və onları bazar şəraitinə uyğun olaraq tətbiq etməlidir (yəni bazara hansı qiymətləri, güzəşt və imtiyazları təqdim etmək lazım olduğunu müəyyən etməlidir). Həmçinin imtiyazlı tariflər sistemi, komisyon və yüksək komisyon sistemi və həvəsləndirici mükafatın bonus sistemi də işlənib hazırlanmalıdır.

Sığorta kompaniyası şəxsi infrastrukturundan; agentliklərdən, kontordan, filiallardan, nümayəndəliklərindən maksimal dərəcədə istifadə etməli və onlarla qarşılıqlı əlaqə və əməkdaşlıq sistemi yaratmalıdır. Çünki sığorta kompaniyasının bazar sisteminin əsasını təşkil edən sığorta xidmətləri bazarının daxili sisteminin əsas idarəetmə elementləri bunlardır.

Bazarın xarici mühiti-bu bazarın daxili sistemini əhatə edən və ona təsir göstərən qüvvələrin qarşılıqlı fəaliyyət sistemidir. Sığortaçı öz kommersiya işlərini xarici mühit şəraitində planlaşdırır və həyata keçirir: xarici mühit isə növbəsində sığortaçının təsir etdiyi idarəetmə dəyişlərindən və sığortaçının təsir edə bilmədiyi qeyri-idarəetmə dəyişlərindən təşkil olunmuşdur.

Bazar, daxili və xarici qüvvələrin qarşılıqlı fəaliyyətdə olduqu bir sistem kimi sığorta xidmətlərinin potensial istehlakçılarının ətrafında dövr edən və eləcə də daxili və xarici qüvvələrin, onların qarşılıqlı fəaliyyətinin dinamikasını əks etdirən orbitə oxşayır (şəkil 3).

Bu sistem qapalı deyil, çünki xarici mühitin sonuncu tərkib hissəsi olan dünya sığorta bazarı praktiki cəhətdən qeyri-məhduddur. Buna görə də bazar sistemi müstəvi şəkildə deyil. O fəzada radiusu tədricən yüksələn dairəvi spirala oxşayır və onun hər bir burumu sığorta xidmətinin bilavasitə istehlakçısına təsir edən müvafiq səviyyəyə uyğundur.




Xarici mühitin idarəetmə tərkibi. Qeyd etdiyimiz kimi, sığorta kompaniyasının qismən təsir göstərdiyi xarici mühitin əsas elementlərinə bunlar daxildir: bazar tələbatı, rəqabət, sığorta xidmətlərinin nou-xausu, sığortaçının infrastrukturu.

İqtisadiyyatın bazar münasibətləri əsasında fəaliyyət göstərən hər bir sahəsi kimi sığorta biznesidə son illər ərzində xeyli inkişaf etmişdir. Buna misal olaraq, onlarla sığorta təşkilatlarının, yaranmasını, sığortanın yeni növlə-rinin tətbiqini qeyd etmək olar. Hal-hazırda əhali, müəssisə və dövlətin əmlak maraqlarına sığorta müdafiəsinin tətbiq olunması üçün böyük imkanlar vardı. Azərbaycanın sığorta bazarı potensial imkanlarına görə perspektivli maliyyə bazarlarından biridir. Azərbaycan, bazar iqtisadiyyatının formalaşmasına yö-nəldilən fəal şəkildə həyata keçirir, sığorta isə bazar elementlərinin əsas his-səsi və pul axınının normal dövriyyəsini təmin edən pul-kredit mexanizminin ən fəal ünsürlərindən biri olduğu üçün, bu prosesi daha da sürətləndirir.

Bununla yanaşı, dövlət inhisarından sığorta bazarının dirçələnməsinə qədər olan transformasiya prossesini əhatə edən Azərbaycanın sığorta işi bü-tövlükdə milli iqtisadiyyatın tələblərindən geri qalır. Məsələn, hələ də həyatın və pensiyanın uzunmüddətli sığortası vasitəsilə əhalinin pul vasaitlərinin geniş miqyasda cəlb olunması sistemi işlənib hazırlanmamışdır. Nizamnamə kapitalı milli iqtisadiyyatın tələblərinə uyğun olmadığına görə, milli sığortaçıların maliyyə ehtiyatları iri riskləri sığortalamağa kifayət etmir. Öz vəsaitlərin artırılması, sığorta ehtiyatlarının toplanması, təkçə iqtisadiyyatın ümumi vəziyyətindən deyil, həm də sığortanın özünün kompleks inkişafından asılıdır.

Sığorta bazarının maliyyə həmçinin kifayət qədər olmaması, iri təsərrüfat zərərlərinin ödənilməsinə şərait yaratmır və bu da təbii fəlakət və texnogen qəzaların nəticələrinin kompensasiya edilməsi üçün hələ də büdcə xərclərinin cəlb olunmasını tələb edir.

Sığorta bazarının inkişafının dinamikası, sığorta işinin dövlət tərəfindən tənzimlənməsi dinamikasından xeyli irəlidədir. Dövlətin sığorta siyasətinin müəyyən olunması və həyata keçirilməsində çevik iqtisadi mexanizmin olmaması problem olaraq qalır.

Sığorta sahəsində yaranan problemlər dövlət proqramlarında öz əksini tapmır. Azərbaycan Respublikası və Avropa Şurası arasında imzalanan əməkdaşlıq haqqında sazişlərin həyata keçirilməsi zamanı sığorta məsələləri aydın şəkildə nəzərdən keçirilmir. Sığorta nəzarətinin mövcud səlahiy-yətlərinin statusu və qanunvericilik bazası onların qarşısında duran vəzifələrin və mövcud problemlərin həllinə tam şəkildə imkan yaratmır.

Əhalinin gəlirlərinin az olması da, sığorta xidmətlərinin genişləndirilmə-sinə mənfi təsir göstərən obyektiv amillərdən hesab edilməlidir. 01.01.2001-ci il tarixə respublikamızda 44 sığorta təşkilatı, o cümlədən, 9 xarici investisiyalı birgə sığorta təşkilatı, 1 təkrarsığorta, broker təşkilatı fəaliyyət göstərmişdir. Sığortaçıların nizamnamə kapitalının minimum məbləği 200 min manat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.06.1999-cu il tarixli 90 saylı Qərarına əsasən), yenidənsığortaçıların nizamnamə kapitalının minimal məbləği isə 1 mlrd. manat (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.08.2000-ci il tarixli 132 saylı qərarına əsasən) müəyyən edilmişdir.

Milli sığorta bazarında sığortaçılar 40-dan çox sığorta növü üzrə fiziki və hüquqi şəxslərə sığorta xidmətləri göstərirlər. Milli sığorta bazarında təqribən 1500 nəfər çalışır. Milli sığorta bazarında 2000-ci ildə 456256 sığorta müqaviləsi bağlanmışdır. Sığorta təşkilatlarının cəmi sığorta ehtiyatları 2000-ci ildə 10.6 mlrd. manat təşkil etmişdir. Qeyd edək ki, respublikamızın sığorta şirkətləri həmin il dövlət büdcəsinə 3,7 mlrd. manat vəsait köçürmüşlər. Bunun da 2,2 mlrd. manatını vergilər, 1,5 mlrd. manatını isə büdcədənkənar forndlara ayırmalar təşkil etmişdir.

Mühüm problemlərdən biri ölkə iqtisadiyyatına dəyən zərərlərin kompaniyasıdır. Ölkə iqtisadiyyatındakı risklərin əksər hissəsi ya heç nə ilə təmin olunmur, ya da cüzi şəkildə təmin olunur. Sığortaçılar birliyinin məlumatına görə, 2000-ci ildə 500-dən çox fövqəl edə hadisə və mindən çox yanğın hadisəsi qeydə alınmışdır. Ümumi itki mlrdlarla manat həcmində qiymətləndirilir. Baş vermiş hadisələrin əksəriyyəti üzrə itkilər sığorta olunmamış və kompensasiya edilməmişdir.

Sığorta mədəniyyətinin və sığorta ənənələrinin mövcüd olmaması bəhanələri inandırıcı deyildir. Əsas səbəb sığortaya olan iqtisadi marağın olmaması və təsərrüfat dövriyyəsini tənzimləyən normal hüquqi bazanın olmaması ilə əlaqədardır.

Sığorta bazarın investisiya imkanlarının genişləndirilməsi sahəsində də xeyli problemlər yığılmışdır. Belə ki, sığorta təşkilatları tərəfindən investisiyaya qoyulan vəsait 1998-ci ildə 34,1 mlrd. manat, 1999-cu ildə 13,1 mlrd. manat, 2000-ci ildə isə 16,5 mlrd. manat təşkil etmiş, yəni 1998-ci ilə nisbətən 2 dəfədən çox azalmışdır. İnvestisiyaya yönəldilən vəsaitin ildən-ilə azalmasının əsas səbəbi xarici sığorta bazarlarına köçürülən təkrarsığorta haqqlarının artması və investisiya bazarının respublikamızda zəif inkişaf etməsidir. İnvestisiyalar əsasən, bank depozitlərinə, səhmlərə və digər investisiya sahələrinə (paylar və iştirak etmələr) yönəldilmişdir.

Mühüm problemlərdən biri də beynəlxalq sığorta bazarına çıxışdır. Milli sığorta bazarı təmilləşdikcə, beynəlxalq sığorta qurumları ilə əlaqədar güclənir. Bu baxımdan BMT Avropa İqtisadi Komissiyası yanında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin Beynəlxalq, «Yaşıl Kart» sığorta sisteminin Büro Şurasının 3-4 iyun 1999-cu il tarixdə İngiltərənin Oksford şəhərində keçirilmiş Baş Assambleyasında ölkəmiz «Yaşıl Kart» Sığorta bürosuna keçid üzv kimi qəbul edilmişdir.

Sığorta təşkilatlarının respublika ərazisi üzrə qeyri mütənasib yerləşməsi sığorta bazarı üçün problemlərdən birinə çevrilmişdir. Sığorta kompaniyaları-nın böyük əksəriyyəti maliyyə-sənaye mərkəzi Bakı şəhərində cəmləşmişdir. Bütün toplanmış sığorta mükafatlarında onların payı 99%-i təşkil edir.

Ölkəmizi sığortanın inkişaf etdiyi Qərb ölkələri ilə müqayisə etmək çox çətindir. Sığorta əməliyyatlarının miqyası və onların tərkibi bir-biri ilə müqayisə edilməzdir. ABŞ-da sığorta mükafatının adambaşına düşən orta məbləği 2000 dollar, İsveçrdə 3000 dollar, Yaponiyada 4500 dollar təşkil edirsə, Azərbaycanda bu rəqəm 10 dollardan da azdır. Ölkəmizin bütün sığorta kompaniyalarının ümumi nizamnamə kapitalı, ABŞ-nın bir sığorta kompaniyasının oxşar göstəricisinə uyğundur.

Lakin bütün bu problemlərə baxmayaraq, elmi cəhətdən düzgün əsaslandırılmış sığorta siyasəti nəticəsində Milli sığorta bazarının gələcək perspektivli inkişafını təmin etmək mümkündür.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə