Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   2   3   4   5   6   7   8   9   10   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

əsas  mənası  etibarilə  məhkəmə  funksiyası,  yəni  işlərin  hüquqi  normalar  əsasında  öz 



səlahiyyəti  çərçivəsində  və  icraatın  müəyyən  edilmiş  qaydada  həyata  keçirilməsilə  həll 

edilməsi funksiyası ilə xarakterizə edilir. O, həmçinin bir sıra əlavə tələblərə cavab verməlidir 

- müstəqillik, xüsusən icra hakimiyyətinə münasibətdə; qərəzsizlik; üzvlərin vəzifədə qalma 

müddəti; prosedurun verdiyi təminatlar - və 6 § 1-ci Maddənin öz mətnində əks olunan daha 

bir neçə tələb (bax: 

Belilos İsveçrəyə qarşı

§ 64; 


Koem və başqaları Belçikaya qarşı

, § 99; 


Rikert və başqaları Polşaya qarşı

, § 43).


 

45.  İnzibati  orqanlara  xırda  "cinayət"  hüququ  pozuntularına  görə  təqib  və  cəzalandırma 

funksiyalarının  verilməsi  Konvensiyaya  zidd  deyil,  bir  şərtlə  ki,  sözügedən  şəxsə  ona  qarşı 

verilən  hər  hansı  qərarı  6-cı  Maddə  çərçivəsində  təminatlar  təklif  edən  məhkəmə  qarşısına 

çıxarmaq  imkanı  verilsin  (

Öztürk  Almaniyaya  qarşı

,  §  56; 



A.  Menarini  Diagnostics  S.R.L 

İtaliyaya qarşı

).  Buna  görə də Konvensiyanın 6 § 1-ci maddəsinə cavab verməyən inzibati 

orqanlar  tərəfindən  qəbul  edilən  qərarlara  sonradan  "tam  yurisdiksiyaya  malik  məhkəmə 

orqanı"  tərəfindən  baxılmalıdır.  Belə  orqanın  təyinedici  xüsusiyyətlərinə  aşağı  instansiya 

orqanının  qərarının  faktiki  və  hüquqi  məsələlərlə  bağlı  bütün  aspektlərinin  ləğv  edilməsi 

səlahiyyətinə malik olması daxildir (

Şmautzer Avstriyaya qarşı

, § 36; 


Qradinger Avstriyaya 

qarşı

,  §  44; 



A.  Menarini  Diagnostics  S.R.L.  İtaliyaya  qarşı

,  §  59):  məsələn,  qanuniliyin 

"formal"  yoxlaması  çərçivəsini  aşan  və  inzibati  orqan  tərəfindən  təyin  edilmiş  cəzanın 

müvafiqliyini  və  proporsionallığının  ətraflı  təhlilini  ehtiva  edən  məhkəmə  nəzarəti  həyata 

keçirən inzibati məhkəmələr (bax: 

A. Menarini Diagnostics S.R.L. İtaliyaya qarşı

, §§ 63-67, 

anti-inhisar  sahəsində  səlahiyyətli  müstəqil  orqan  tərəfindən  təyin  edilən  cərimə  ilə  bağlı). 

Bənzər qaydada sanksiya hüquq pozuntusunun ciddiliyinə müvafiq olmaqla qanunun özündə 

nəzərdə  tutulmuş  olsa  belə,  məhkəmə  nəzarəti  6-cı  Maddənin  tələblərinə  cavab verə  bilər 

(bax: 


Malij Fransaya qarşı

, §§ 46-51, sürücülük vəsiqəsindən balların çıxılması ilə bağlı). 

46.  Məcburi  qüvvəyə  malik  və  qeyri-məhkəmə  orqanı  tərəfindən  dəyişdirilə  bilməyən 

qərar  qəbul  etmək  səlahiyyəti  "məhkəmə"  anlayışının  ayrılmaz  xüsusiyyətidir  (



Findli 

Birləşmiş Krallığa qarşı

, § 77). 

 

(2)  Qanun əsasında yaradılmış məhkəmə 

47.  Konvensiyanın  6  §  1-ci  Maddəsinə  görə  məhkəmə  hər  zaman  "qanun  əsasında 



yaradılmalıdır".  Bu  ifadə  Konvensiya  və  onun  Protokolları  ilə  müəyyən  edilmiş  müdafiə 

sisteminə xas hüququn aliliyi prinsipini əks etdirir (bax: məsələn, 



Yorqiç Almaniyaya qarşı

, § 


64; 

Rikert  Polşaya  qarşı

,  41).  Doğrudan  da,  qanunvericilik  əsasında  təsis  edilməmiş  orqan 

demokratik  cəmiyyətdə  ayrı-ayrı  şikayətlərin  baxılması  üçün  tələb  olunan  legitimlikdən 

məhrum  olacaq  (



Lavents  Latviyaya  qarşı

,  §  114; 



Qorqiladze  Gürcüstana  qarşı

,  §  67; 



Kontaleksis Yunanıstana qarşı

, § 38). 

48.  6-cı  Maddənin  1-ci  bəndində  nəzərdə  tutulan  mənada  "qanun"a  xüsusən  məhkəmə 

orqanlarının  təsis  edilməsi  və  səlahiyyəti  haqqında  qanun  (



Lavents  Latviyaya  qarşı

,  §  114; 



Rixert  Polşaya  qarşı

,  §  41, 



Yorqiç  Almaniyaya  qarşı

,  §  64),  həmçinin  pozulduğu  halda 

məhkəmə  baxışında  bir  və  ya  daha  artıq  hakimin  iştirakının  qeyri-qanuni  olmasına  səbəb 

olacaq  hər  hansı  başqa  milli  qanunvericilik  müddəası  (



Qorqiladze  Gürcüstana  qarşı

,  §  68; 



Pandjikidze  və  başqaları  Gürcüstana  qarşı

  §  104)  daxildir.  "Qanun  əsasında  yaradılmış

ifadəsi  yalnız  "məhkəmənin"  mövcudluğu  üçün  hüquqi  əsası  deyil,  həm  də  "məhkəmə

tərəfindən  onun  fəaliyyətini  tənzimləyən  (



Qorqiladze  Gürcüstana  qarşı

,  §  68  )  konkret 

qaydalara riayət edilməsini və hər bir halda məhkəmənin tərkibini (

Posoxov Rusiyaya qarşı

, § 


39; 

Fətullayev Azərbaycana qarşı

, § 144; 



Kontaleksis Yunanıstana qarşı

, § 42) əhatə edir. 

49.  Müvafiq  olaraq,  milli  qanunvericiliyin  müddəalarına  əsasən,  təqsirləndirilən  şəxsin 

işinə baxmaq üçün səlahiyyəti olmayan "məhkəmə" 6 § 1-ci Maddənin nəzərdə tutulan mənası 

çərçivəsində "qanun əsasında yaradılmış" hesab olunmur (

Rixert Polşaya qarşı

 § 41; 


Yorqiç 

Almaniyaya qarşı

, § 64). 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

13 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

50.  6-cı  Maddədə  "qanun  əsasında  yaradılmış"  ifadəsinin  məqsədi  "demokratik 



cəmiyyətdə  məhkəmə  təsisatının  icra  hakimiyyətinin  diskresiyasından  asılı  olmamasının, 

Parlamentdə qəbul olunan qanunla tənzimlənməsinin təmin edilməsidir" (

Koem və başqaları 

Belçikaya  qarşı

,  §  98; 



Rixert  Polşaya  qarşı

,  §  42).  Qanunvericiliyin  kodifikasiya  edildiyi 

ölkələrdə də məhkəmə sistemi təsisatı məhkəmə orqanlarının özünün ixtiyarına verilə bilməz. 

Lakin  bu,  məhkəmələrin  müvafiq  milli  qanunvericiliyi  təfsir  etmək  üçün  müəyyən 

sərbəstliyinin  olmaması  mənasına  gəlmir  (

Koem  və  başqaları  Belçikaya  qarşı

,  §  98, 



Qorqiladze Gürcüstana qarşı

, § 69). 

51.  Prinsipcə,  məhkəmə  orqanlarının  təsis  edilməsi  və  səlahiyyəti  haqqında  milli 

qanunvericiliyin  müddəalarının  məhkəmə  tərəfindən  pozulması  6  §  1-ci  Maddənin 

pozulmasına  gətirib  çıxarır.  Buna  görə  də  Məhkəmənin  milli  qanunvericiliyə  bu  baxımdan 

əməl  edilib-edilmədiyini  yoxlamaq  səlahiyyəti  var.  Lakin  milli  qanunvericiliyin 

müddəalarının ilk növbədə milli məhkəmələr tərəfindən təfsir edilməsinə dair ümumi prinsipi 

nəzərə alsaq, Məhkəmə milli qanunvericilik kobud surətdə pozulmadığı halda onların təfsirini 

mübahisələndirə bilməz (bax: müvafiq dəyişikliklərlə 

Koem və başqaları Belçikaya qarşı

, § 98 


in  fine

Lavents  Latviaya  qarşı

,  §  114).  Buna  görə  də  Məhkəmənin  vəzifəsi  hakimiyyət 

orqanlarının yurisdiksiyalarını müəyyən etmək üçün yetərli əsasa malik olub-olmadıqlarının 

yoxlanılması ilə məhdudlaşır (bax: o cümlədən



Yorqik Almaniyaya qarşı

, § 65). 

52.  Məhkəmənin  sözügedən  orqanın  "qanun  əsasında  yaradılmış"  olmadığını  müəyyən 

etdiyi hallara aid nümunələr: 

–  işlərin  birləşdirilməsi  qaydası  qanunla  müəyyən  edilmədiyindən,  nazirlərin    hüquq 

pozuntuları ilə əlaqədar işə nazir olmayan təqsirləndirilən şəxslərin işi ilə birgə baxan 

Kassasiya Məhkəməsi (

Koem və başqaları Belçikaya qarşı

, §§ 107-108); 

–  qanunun  püşk  atma  və  ildə  maksimum  iki  həftəlik  müddətdə  xidmət  tələblərinin 

pozulması  ilə,  konkret  bir  məhkəmə  işində  iştirak  üçün  seçilmiş  iki  qeyri-peşəkar 

hakimdən ibarət məhkəmə (

Posoxov Rusiyaya qarşı

, § 43); 

–  qeyri-peşəkar  hakimlər  haqqında  qanunun  ləğv  edilməsinə  və  yeni  qanunun  qəbul 

edilməməsinə baxmayaraq, müəyyən olunmuş ənənəyə uyğun olaraq məhkəmə işləri 

üzrə  qərar  qəbul  etməyə  davam  edən  qeyri-peşəkar  hakimlərdən  ibarət  məhkəmə 

(

Pandjikidze və başqaları Gürcüstana qarşı

, §§ 108-111); 

–  iki hakim qanuna əsasən o məhkəmə baxışında iştirak etməməli olduğuna görə, tərkibi 

qanuna  müvafiq  qaydada  formalaşdırılmamış  məhkəmə  (

Lavents  Latviyaya  qarşı

,  § 


115). 

 

53.  Məhkəmə  aşağıdakı  hallarda  məhkəmənin  "qanun  əsasında  yaradılmış"  olduğunu 



müəyyən etmişdir: 

–  alman məhkəməsinin Bosniyada törədilən soyqırım aktlarına görə bir şəxsi mühakimə 

etməsi (

Yorqik Almaniyaya qarşı

, §§ 66-71);  

–  korrupsiya  və  mütəşəkkil  cinayət  işlərinə  baxmaq  üçün  yaradılmış  xüsusi  məhkəmə 

(

Fruni Slovakiyaya qarşı

, § 140). 

 

(3) Müstəqillik və qərəzsizlik 

54.  6-cı  Maddənin  1-ci  bəndi  ədalətli  məhkəmə  araşdırması  hüququ  işə  qanun  əsasında 

yaradılmış "müstəqil və qərəzsiz məhkəmə" tərəfindən baxılmasını tələb edir. Müstəqillik və 

obyektiv qərəzsizlik anlayışları arasında sıx bağlılıq mövcuddur. Buna görə də, Məhkəmə bu 

iki tələbə birlikdə nəzər salır (



Findli Birləşmiş Krallığa qarşı

, § 73). 

"Məhkəmən"nin  "müstəqil  və  qərəzsiz"  hesab  oluna  bilib-bilməyəcəyinin  müəyyən 

edilməsi üçün tətbiq edilə bilən prinsiplər peşəkar, qeyri-peşəkar hakimlərə və andlılara eyni 

şəkildə tətbiq olunur (

Holm İsveçə qarşı

, § 30). 

14

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə