Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   2   3   4   5   6   7   8   9   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

–  müqayisə oluna bilən prosedurlar Avropa Şurasına üzv olan başqa Dövlətlərdə necə 



təsnif olunur (

Öztürk Almaniyaya qarşı

§ 53). 


9.  Üçüncü  meyar  müvafiq  qanunla  nəzərdə  tutulan  maksimum  cəzaya  istinad  edilərək 

müəyyən olunur (



Kempbell və Fell Birləşmiş Krallığa qarşı

, § 72; 


Demikoli Maltaya qarşı

, § 


34). 

10.  


Engel  və  başqaları  Niderlanda  qarşı

  məhkəmə  işində  müəyyən  edilən  ikinci  və 

üçüncü  meyarlar  alternativ  səciyyə  daşıyır  və  onların  eyni  zamanda  (kumulyativ)  tətbiqi 

mütləq deyil; 6-cı Maddənin tətbiq ediləbilənliyinin müəyyən edilməsi üçün sözügedən hüquq 

pozuntusunun  öz  mahiyyəti  etibarilə  Konvensiya  nöqteyi-nəzərindən  "cinayət  hüququ

pozuntusu hesab edilməsi, yaxud törədilmiş hüquq pozuntusuna görə cavabdeh şəxsə xarakter 

və  ağırlıq  dərəcəsi  baxımından  "cinayət  hüquq"  sferasına  aid  olan  cəzanın  təyin  edilməsi 

kifayətdir  (



Öztürk  Almaniyaya  qarşı

,  §  54; 



Lutz  Almaniyaya  qarşı

,  §  55).  Hüquq 

pozuntusunun  azadlıqdan  məhrumetmə  ilə  cəzalandırılması  öz-özlüyündə  həlledici  səciyyə 

daşımır,  belə  ki,  veriləcək  cəzanın  nisbətən  yüngül  olması  hüquq  pozuntusunun  cinayət 

hüququ xarakterini aradan qaldıra bilməz (

Öztürk Almaniyaya qarşı

, § 53; 


Nikoleta George 

Rumlniyaya qarşı

, § 26). 

Lakin  cinayət  ittihamının  mövcudluğu  ilə  bağlı  hər  bir  meyarın  ayrıca  təhlili  birmənalı 

qənaətin  əldə  edilə  bilməsi  üçün  kifayət  etmədikdə  kumulyativ  yanaşma  tətbiq  edilə  bilər 

(

Bendenun Fransaya qarşı

, § 47). 

11.  6-cı  maddənin  üç  bəndində  istifadə  edilən  "cinayət  ittihamı"  və  "cinayət  törətməkdə 

ittiham  olunan"  terminləri  eyni  vəziyyətlərə  istinad  edir.  Odur  ki,  6-cı  Maddənin  cinayət 

hüququ aspektinin tətbiq edilənliyinin yoxlanması üç bənd üçün də eyni olmalıdır. 

 

B.  Ümumi prinsiplərin tətbiqi 

(1)  İntizam icraatı 

12.  Bir neçə  ay intizam bölməsində saxlanılmağı nəzərdə tutan hərbi intizam pozuntusu 

Konvensiyanın 6-cı Maddəsinin cinayət-hüququ aspektinin tətbiq dairəsinə daxildir (

Engel və 

başqaları Niderlanda qarşı, § 85

). İki günlük ciddi rejimli həbs isə əksinə "cinayət hüququ

sferasına aid olmaq üçün həddən artıq qısa hesab olunur (eyni mənbə). 

13.  Peşə  intizamı  icraatına  gəldikdə  isə,  sual  açıq  qalır,  çünki  Məhkəmə  belə  icraatın 

mülki sferaya aid olduğu qənaətinə varmış və bu məsələ ilə bağlı qərar qəbul etməyi gərəksiz 

hesab  etmişdir  (



Albert  və  Le  Kont  Belçikaya  qarşı

,  §  30).  Dövlət  qulluqçusunun  məcburi 

təqaüdə  göndərilməsi  ilə  nəticələnən  intizam  icraatına  gəldikdə  isə,  Məhkəmə  müəyyən 

etmişdir  ki,  belə  icraat  6-cı  Maddə  çərçivəsində  "cinayət"  xarakterinə  malik  deyil,  belə  ki, 

milli hakimiyyət orqanları qərarlarını tamamilə inzibati sahənin sərhədləri daxilində saxlaya 

bilmişlər  (



Mulle  Fransaya  qarşı 

(qər.)).  O,  həmçinin  intizamın  pozulmasına  görə  ordu 

zabitinin xidmətdən uzaqlaşdırılması ilə əlaqədar mübahisələri 6-cı Maddənin cinayət hüququ 

aspektindən ayırmışdır (



Sükut Türkiyəyə qarşı

). 


14.  Həbsxana  konteksti  və  xüsusi  həbsxana  intizamı  rejimi  "lazımi  qaydada  nəzərə 

alınarsa"  ittihamın xarakteri, eləcə də cəzanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla, 

6-cı  Maddə  həbsxana  intizamına  qarşı  pozuntulara  tətbiq  edilə  bilər  (

Eze  və  Konnors 

Birləşmiş Krallığa qarşı

[BP], § 82; əksi üçün bax: 

Stitiç Xorvatiyaya qarşı

 §§ 51-63). Lakin 

prinsip  etibarilə  həbsxana  sistemi  ilə  əlaqədar  icraat  öz-özlüyündə  6-cı  Maddənin  cinayət 

aspekti  çərçivəsinə  daxil  deyil  (



Bulua  Lüksemburqa

  qarşı [BP],  §  85  ). Beləliklə,  məsələn, 

məhbusun xüsusi nəzarət rejiminə yerləşdirilməsi cinayət ittihamına aid deyil; belə bir tədbirə 

və  onu  müşayiət  edən  məhdudiyyətlərə  qarşı  etiraz  məqsədilə  məhkəməyə  müraciət  6-cı 

Maddənin  1-ci  bəndinin  mülki  aspekti  çərçivəsində  nəzərdən  keçirilməlidir  (



Enea  İtaliyaya 

qarşı

, [BP], § 98). 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 




6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

15.  Məhkəmə  tərəfindən  məhkəmə  qarşısında  intizamsız  davranış  (məhkəməyə 



hörmətsizlik)  qaydalarına  əsasən  təyin  edilmiş  tədbirlər  6-cı  Maddəyə  aid  hesab  edilmir, 

çünki  bu,  intizam  səlahiyyətlərinin  icrası  ilə  bənzərdir  (



Ravnsborq  İsveçə  qarşı

,  §  34; 



Putz 

Avstriyaya qarşı

, §§ 33-37). Lakin cəzanın xarakteri və ağırlıq dərəcəsi 6-cı Maddənin milli 

qanunvericilikdə  cinayət  hüququ  pozuntusu  kimi  təsnif  edilən  məhkəməyə  hörmətsizlik 

ittihamına tətbiq edilməsinə gətirib çıxara bilər (



Kiprianu Kiprə qarşı

 [BP], §§ 61-64, beş gün 

həbslə cəzalandırılma ilə əlaqədar). 

16.  Parlamentə qarşı hörmətsizliyə gəldikdə isə, Məhkəmə qanunverici orqanın parlament 

qaydalarının üzvləri tərəfindən pozulmasına  görə öz prosedurlarını tənzimləmək səlahiyyəti 

ilə,  hər  hansı  başqa  yerdə  baş  vermiş  hərəkətlərə  görə  parlamentin  üzvü  olmayan  şəxslərin 

cəzalandırılması üçün genişləndirilmiş səlahiyyətlər arasında fərqləndirmə aparır. Birinci öz 

xarakteri etibarilə intizam mahiyyəti daşısa da, Məhkəmə təyin edilə biləcək potensial cəzanın 

ümumi  tətbiqini  və  ağırlıq  dərəcəsini  nəzərə  almaqla  sonuncunu  cinayət  hüququ  pozuntusu 

hesab edir (



Demikoli Maltaya qarşı işində

, § 32 altmış günə qədər həbs və cərimə). 

 

(2) İnzibati, vergi, gömrük, maliyyə məsələləri və rəqabət haqqında qanunla bağlı 

icraatlar 

17.  Aşağıdakı inzibati hüquq pozuntuları 6-cı Maddənin cinayət hüququ aspektinin tətbiq 

dairəsinə daxildir:  

–  cərimə balları,  yaxud hüquqdan məhrum edilmə kimi cərimə balları və  ya nəqliyyat 

vasitəsinin  idarə  edilməsi  hüququnun  məhdudlaşdırılması  ilə  cəzalandırıla  bilən  yol 

hərəkəti  qaydaları  pozuntuları  (



Lutz   Almaniyaya  qarşı

,  § 182; 



Şmautzer  Avstriyaya 

qarşı



Maliqe Fransaya qarşı

); 

–  ictimai asayişin pozulmasına və ya narahatlıqlara səbəb olan xırda hüquq pozuntuları 



(

Lauka Slovakiyaya qarşı



Nikoleta George Rumıniyaya qarşı

, §§ 25-26); 

–  sosial  təminat  üzrə  qanunvericik  əleyhinə  hüquq  pozuntuları  (məşğulluğun  bəyan 

edilməməsi, təyin edilən cərimənin mülayim xarakterinə baxmayaraq, 

Hüseyin Turan 

Türkiyəyə qarşı

, §§ 18-21); 

–  etnik  ədavəti  təbliğ  etmək  və  təbliğ  edən  materialın  paylanmasına  görə  inzibati 

xəbərdarlıq və sözügedən nəşrin müsadirə olunması ilə cəzalandırılan inzibati hüquq 

pozuntusu (

Balsite-Lideykiene Litvaya qarşı

, § 61). 

 

18.  6-cı Maddə aşağıdakı elementlər əsasında əlavə vergi icraatlarına şamil edilib: 



(1) cərimələri müəyyən edən qanunvericilik vergi ödəyicisi qismində bütün vətəndaşları 

əhatə edəndə; 

(2) tətbiq edilən əlavə məbləğ zərərə görə pul kompensasiyası deyil, əsasən pozuntunun 

təkrar olunmasının qarşısına almaq üçün cəza olanda

(3)  məbləğın  ümumi  qaydaya  əsasən,  həm  çəkindirmə,  həm  də  cəza  məqsədilə  təyin 

edilməsi; 

(4) əlavə məbləğin əhəmiyyətli olması (

Bendenun Fransaya qarşı

; əksi üçün bax: 



Miq de 

Buxzaym  Fransaya  qarşı

  (qər.),  ödənişin  vaxtında  ödənilməməsinə  görə  faizin 

hesablanması). 

 

6-cı  Maddənin  tətbiq  edilə  bilməsi  üçün,  əlavə  məbləğin  kiçik  olmasına  baxmayaraq, 



hüquq pozuntusunun cinayət xarakteri daşıması yetərli ola bilər (

Yussila Finlandiyaya qarşı 

işində

 [BP], § 38 yenidən hesablanmış vergi öhdəliyinin 10%-i). 

19.  6-cı  Maddənin  cinayət  hüququ  aspektinin  gömrük  qanunvericiliyinə  (

Salabiaku 

Fransaya  qarşı

),  büdcə  və  maliyyə  məsələləri  üzrə  səlahiyyətli  məhkəmənin  təyin  etdiyi 

8

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə