Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

71.  Bəzi  işlərdə  hakimin  subyektiv  qərəzsizliyi  prezumpsiyasına  etiraz  üçün  sübutların  



təqdim olunması çətin olsa da, obyektiv qərəzsizlik tələbi əhəmiyyətli əlavə zəmanət təmin 

edir.  Doğrudan  da,  Məhkəmə  6-cı  Maddənin  subyektiv  qərəzlilik  aspektinin  pozulduğunun 

müəyyən  edilməsinin  çətin  olduğunu  təsdiq  etmişdir  və  buna  görə  də  məhkəmə  işlərinin 

böyük əksəriyyətində əsas diqqət obyektiv testə yönəlmişdir (



Kiprianu Kiprə qarşı

, [BP], § 

119). 

 

(ii) Obyektiv yanaşma 



72.  Obyektiv testə görə, kollegial şəkildə işə baxan orqana tətbiq edilən zaman, orqanın 

hər  hansı  üzvünün  şəxsi  davranışından  asılı  olmayaraq,    onun  qərəzsizliyinə  şübhə  yarada 

biləcək  təsdiq  edilə  bilən  faktların  olub-olmadığı  müəyyənləşdirilməlidir  (

Kastilyo  Alqar 

İspaniyaya qarşı

, § 45).  

73.  Hər  hansı  məhkəmə  işində  konkret  bir  orqanın  qərəzsiz  olmadığına  dair  şübhənin 

legitim  əsasının  olub-olmadığının  müəyyənləşdirilməsində  onun  qərəzsiz  olmadığını  iddia 

edənlərin mövqeyi əhəmiyyətli olsa da, həlledici deyildir. Həlledici olan həmin narahatlığın 

obyektiv  olaraq  əsaslandırıla  bilinib-bilinməməsidir  (



Ferrantelli  və  Santancelo  İtaliyaya 

qarşı

, § 58; 


Padovani İtaliyaya qarşı

, § 27). 

74.  Obyektiv test əsasən hakimlər və prosesin tərəfləri arasında, məhkəmənin qərəzsizliyi 

ilə  bağlı  inamsızlığı  obyektiv  olaraq  əsaslandıran  və  bununla  da  obyektiv  test  baxımından 

Konvensiya  standartlarına  cavab  verməyən  iyerarxik  və  başqa  əlaqələri  əhatə  edir  (bax: 

Mikallef Maltaya qarşı 

[BP], § 97). Ona görə də hər bir konkret halda sözügedən əlaqənin 

"məhkəmənin"  qərəzsiz  olmadığına  işarə  edəcək  mahiyyətdə  və  dərəcədə  olub-olmadığı 

qərarlaşdırılmalıdır (



Pullar Birləşmiş Krallığa qarşı

, § 38). 

75.  Bu  baxımdan  hətta  zahiri    görüntü  belə  əhəmiyyəti  ola  bilər.  Söhbət  demokratik 

cəmiyyətdə  məhkəmələrin  təqsirləndirilən  şəxslər  daxil  olmaqla,  ictimaiyyətə  aşılamalı 

olduğu etimaddan gedir. Beləliklə, qərəzsiz olmadığından ehtiyat edilməsi üçün legitim səbəb 

olan hər hansı hakim özü işdən geri çəkilməlidir (bax: 



Alqar İspaniyaya qarşı

, § 45). 

76.  Həmçinin,  daxili  təşkilat  məsələləri  nəzərə  alınmalıdır  (

Pyersak  Belçikaya  qarşı

,  § 


30(d)). Qərəzsizliyin təmin edilməsi üçün milli prosedurların, daha dəqiq desək, hakimlərin 

işdən  geri  çəkilməsi  üçün  qaydaların  mövcudluğu  əhəmiyyətli  amildir.  Belə  qaydalar  milli 

qanunvericilikdə  aidiyyəti  məhkəmənin  və  ya  hakimin  qərəzsizliyi  ilə  bağlı  bütün  əsaslı 

şübhələrin  aradan  qaldırılmasına  diqqətin  ayrıldığını  nümayiş  etdirir  və  belə  narahatlığa 

gətirib  çıxaran  səbəblərin  aradan  qaldırılması  ilə  qərəzsizliyin  təmin  edilməsinə  yönəlmiş 

cəhdləri  təcəssüm  etdirir.  Onlar  faktiki  tərəfkeşliyin  aradan  qaldırılmasının  təmin 

edilməsindən  əlavə,  hər  hansı  qeyri-obyektivlik  görüntüsünün  yox  edilməsinə  yönəlir  və 

demokratik  cəmiyyətdə  məhkəmələrin  ictimaiyyətə  aşılamalı  olduğu  etimadın 

möhkəmləndirilməsinə  xidmət  edir  (bax: 

Miallef  Maltaya  qarşı

  [BP],  §  99; 



Mejnariç 

Xorvatiyaya  qarşı

,  §  27; 



Harabin  Slovakiyaya  qarşı

,  §  132).  "Məhkəmənin"  qərəzsizliyini, 

xüsusən  də  ərizəçinin  bununla  bağlı  qorxusunun  obyektiv  olaraq  əsaslandırıla  bilib-

bilməyəcəyini  qiymətləndirən  zaman  Məhkəmə  belə  qaydaları  nəzərə  alır  (bax: 



Pfayfer  və 

Plankl Avstriyaya qarşı

, § 6; 


Oberşlik Avstriyaya qarşı

 (

№ 



1), § 50, və müvafiq dəyişikliklərlə

Pesakador Valero İspaniyaya qarşı

, §§ 24-29). 

 

2.  Məhkəmənin qərəzsiz olmaması ilə bağlı sualın yarana biləcəyi vəziyyətlər 

77.  Məhkəmənin qərəzsiz olmaması ilə bağlı şübhə iki vəziyyətdə yarana bilər (



Kiprianu 

Kiprə qarşı 

[BP], § 121): 

–  Birincisi  funksional  xarakter  daşıyır  və  məsələn,  məhkəmə  prosesi  çərçivəsində 

müxtəlif  funksiyaların  eyni  şəxs  tərəfindən  həyata  keçirilməsinə  və  ya  məhkəmə 

icraatına cəlb olunmuş başqa şəxslə iyerarxik, yaxud başqa əlaqələrin mövcudluğuna 

aiddir; 


© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

17 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

–  İkincisi şəxsi xarakterlidir və konkret bir işdə hakimlərin davranışından irəli gəlir. 



 

(i) Funksional xarakterli vəziyyətlər 

α.  Müxtəlif məhkəmə funksiyalarının yerinə yetirilməsi 

78.  Cinayət  işləri  üzrə  məhkəmədə  hər  hansı  hakimin  məhkəməyədək  bəzi  qərarlar,  o 

cümlədən  həbs  qəti  imkan  tədbiri  haqqında  qərarlar  qəbul  etməsi  faktı  öz-özlüyündə 

qərəzliliklə bağlı şübhələri əsaslandıra bilməz; əsas bu qərarların həddi və mahiyyətidir (



Fey 

Avstriyaya qarşı

, § 30; 


Sen-Mari Fransaya qarşı

, § 32; 


Nortier Niderlanda qarşı

, § 33). Həbs 

qəti  imkan  tədbirinin  müddətinin  uzadılması  haqqında  qərarlar  təqsirliliklə  bağlı  "yüksək 

dərəcədə  müəyyənlik"  tələb  etdiyi  hallarda,  Məhkəmə  müəyyən  etmişdir  ki,  müvafiq  

"məhkəmələrin"  qərəzsizliyi  şübhə  doğura  biləri  və  ərizəçinin  bununla  bağlı  şübhələri  

obyektiv olaraq əsaslı hesab oluna bilərdi (

Hauşildt Danimarkaya qarşı

, §§ 49-52). 

79.  Hakimin  vaxtilə  prokurorluq  bölməsinin  üzvü  olması  faktı  onun  qərəzsizliyindən 

ehtiyat  edilməsi  üçün  səbəb  deyil;  bununla  belə,  hər  hansı  şəxs  mahiyyəti  etibarilə  həmin 

bölmədə  funksiyalarını  yerinə  yetirərkən  verilən  məsələ  ilə  məşğul  ola  biləcəyinə  ehtimal 

verən  bir  vəzifə  tutduqdan  sonra  eyni  işin  baxılmasında  hakim  qismində  iştirak  edərsə, 

ictimaiyyətin  onun  qərəzsizliyinə  yetərli  təminat  olmadığı  ilə  bağlı  ehtiyatlanmağa  hüququ 

var (


Pyersak Belçikaya qarşı

, § 30(b) və (d)). 

80.  Eyni məhkəmə işində istintaq hakimi və məhkəmə baxışı hakimi funksiyalarının ard-

arda eyni şəxs tərəfindən yerinə yetirilməsi də Məhkəməni birinci instansiya məhkəməsinin 

qərəzsizliyinin ərizəçidə şübhə doğura biləcəyi qənaətinə varmağa sövq etmişdir (

De Kubber 

Belçikaya qarşı

, §§ 27-30). 

Lakin  birinci  instansiya  məhkəməsinin  hakiminin  istintaqda  iştirakının  vaxt  baxımından 

məhdud olduğu, iki şahidin dindirilməsi ilə yekunlaşdığı, sübutin hər hansı qiymətləndirilməsi 

ilə  nəticələnmədiyi  və  ya  hakimdən  hər  hansı  qənaətə  varmağı  tələb  etmədiyi  hallarda 

Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin səlahiyyətli milli məhkəmənin qərəzsiz olmadığı 

ilə bağlı qorxusu obyektiv surətdə əsaslandırılmış hesab edilə bilməz (

Bulut Avstriyaya qarşı

§§ 33-34). 



81.  Hakim  artıq  icraatın  başqa  mərhələlərində  tamamilə  formal  və  prosedural  qərarlar 

qəbul  etdiyi  halda  məhkəmənin  qərəzsizliyi  ilə  bağlı  hər  hansı  sual  meydana  gəlmir,  lakin 

hakim icraatın başqa mərhələlərində təqsirləndirilən şəxsin təqsiri ilə bağlı fikrini artıq ifadə 

edibsə, qərəzsizliklə bağlı problemlər ortaya çıxa bilər (



Qomezde Liano i Botella İspaniyaya 

qarşı

, §§ 67-72). 

82.  Hakimin oxşar, lakin bir-biri ilə bağlı olmayan cinayət ittihamları ilə bağlı qərar qəbul 

etmiş olması, yaxud başqa bir cinayət mühakimə icraatında təqsirləndirilən şəxslərdən birini 

mühakimə  etməsi  faktı  öz-özlüyündə  hər  hansı  sonrakı  məhkəmə  işində  hakiminin 

qərəzsizliyini  şübhə  altına  almaq  üçün  yetərli  deyil  (



Kraygiş  Almaniyaya  qarşı

  (qər.); 



Xodorkovski  və  Lebedev  Rusiyaya  qarşı

,  §  544).  Lakin  əvvəlki  qərarlara  sonrakı  müvafiq  

icraatlarda təqsirləndirilən şəxsin təqsiri ilə bağlı faktiki önyarğı yaradan qənaətlər daxildirsə, 

başqa məsələ yaranır (



Poppe Niderlanda qarşı

, § 26; 


Şvarsenberger Almaniyaya qarşı

, § 42; 


Ferrantelli və Santancelo İtaliyaya qarşı

, § 59). 

83. Qərəzsiz olmaq öhdəliyi inzibati və ya məhkəmə qərarını ləğv edən yuxarı instansiya 

məhkəməsinin  üzərinə  işi  fərqli  yurisdiksiya  orqanına  və  ya  fərqli  tərkibdə  həmin  orqana 

baxılmaq  üçün  göndərmək  öhdəliyi  qoyduğu  kimi  qiymətləndirilməməlidir  (

Tomann 

İsveçrəyə qarşı

, § 33; 


Stou və Qay Polşaya qarşı

 (qər.)). 

 

ß.  Məhkəmə icraatının digər iştirakçısı ilə iyerarxik və ya başqa əlaqələr 

İyerarxik əlaqələr 

84.  Hərbi  xidmət  personalına  qarşı  cinayət  ittihamının  hərbi  tribunal  tərəfindən 

müəyyənləşdirilməsi  prinsip  etibarilə  6-cı  Maddənin  müddəalarına  zidd  deyil  (

Kuper 

Birləşmiş  Krallığa  qarşı

[BP],  §  110).  Lakin  hərbi  gəminin  bütün  üzvləri  sədrlik  edən 



18

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə