Monitorun ekranının çözümlülüyünün müəyyən edilməsi.
Fäaliyy t
ä
Fäaliyy t
ä
1. İş masasında siçanın
sağ düyməsini
çıqqıldadın və açılan menyunun
Screen resolution bəndini seçin.
2. Ekranın hazırkı çözümlülüyünü
müəyyən etmək üçün yeni açılan
pəncərənin Resolution sətrinə
diqqət yetirin (məsələn, 1600 900).
ґ
15
14
1
3.
ÇIXIŞ
QURĞULARI
·
·
Sizə hansısa məlumat verilib və onu yoldaşlarınızla bölüşməlisiniz.
hansı yollarla edərdiniz?
Eşitmə, yaxud görmə qüsuru olan dostunuza informasiyanı necə çatdırar-
dınız?
Bunu
Kompüterdə olan informasiya çıxış qurğuları vasitəsilə insanlara çatdırılır.
Bu qurğular kompüterdə ikilik kodda saxlanılmış informasiyanı insanların
başa düşəcəyi şəklə çevirir. Kompüter sisteminin ən vacib çıxış qurğuları
monitor və
printerdir.
nal üzrə ölçüsü əsas götürülür. Ən çox yayılmış monitorların ekranları 15, 17,
19 və 21 düym (1 düym = 2,54 sm) olur.
Yığcamlığı və yüngüllüyünə, eləcə də insan sağlamlığına təsirinə görə
maye-kristal monitorlar, yaxud
LCD-monitorlar daha populyardır. İlk moni-
torlar isə elektron-şüa borulu monitorlar idi.
Kompüterdəki informasiyanı kağıza çıxarmaq üçün
çox zaman printerdən istifadə olunur. Çap texnologi-
yası baxımından printerlərin müxtəlif növləri var, on-
lardan ən geniş yayılanı şırnaqlı və lazerli printerlərdir.
Matrisli printerlər nisbətən “köhnə” hesab olunsa da,
bəzi hallarda onlar daha əlverişli hesab olunur.
Matrisli printerlərin qrafik imkanları çox məhdud-
dur. Bu printerlərdə iynələr dəsti (matrisi) görüntünü
rəngləyici lent vasitəsilə kağıza vurur. Çapın keyfiyyəti
iynələrin sayından asılıdır.
Printerlərin ən populyar növü şırnaqlı printerlərdir.
Adətən, onlar rəngli olur və istənilən kağızda yüksək
keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Qiy-
mət baxımından da bu printerlər əlverişlidir. Şırnaqlı
printerlərdə çap zamanı çox kiçik mürəkkəb damcıları
kağıza çilənir. Mürəkkəb kağıza aramsız olaraq şırnaq-
la axır, buna görə də printerlər belə adlandırılır.
Lazerli printerlərdə görüntünü yaratmaq üçün lazer
şüasından istifadə olunur. Bu printerlər başqa növlərlə
müqayisədə daha sürətlidir və daha çox fasiləsiz işləyə
bilir. Buna görə də rəngli lazerli printerlərin qiymətləri
baha olur.
Monitor mətn və qrafik informasiyanı
əks etdirmək üçün nəzərdə tutulub.
Monitorlar ağ-qara (monoxrom) və rəngli
olur. Rəngli görüntü üç əsas rəngin – qırmızı,
yaşıl və göy rəngin qarışığından alınır.
Ekranda istənilən görüntü piksel adlanan
nöqtələr yığınından ibarət olur. Ekranın
üfüqi və şaquli istiqamətlərdə nöqtələrinin
sayı ekranın çözümlülüyünü müəyyən edir.
Müasir monitorlar, adətən, 1024
ґ
768 piksel
və daha yüksək rejimlərdə işləyir. Ekranın
çözümlülüyü yüksəldikcə, görüntünün
keyfiyyəti də yaxşılaşır.
Monitorlar bir-birindən ekranlarının
ölçülərinə görə fərqlənir. Ekranın ölçüsü de-
dikdə onun eni və hündürlüyü deyil, diaqo-
Sözlük
Sözlük
Çıxış qurğuları
Monitor
Printer
Piksel
Ekranın çözümlülüyü
Düym
Matrisli printer
Şırnaqlı printer
Lazerli printer
Ekranda görüntülər piksel adlanan
nöqtələr yığınından təşkil olunur.
Piksel
Çap üçün deyil
17
16
4.
PROQRAM TƏMİNATININ NÖVLƏRİ
1
Araådıraq – öyränäk
Araådıraq – öyränäk
Kompüterə qoşulmuş printer haqqında məlumat əldə etmək üçün Baş men-
yuda Devices and Printers bəndi nəzərdə tutulub. Həmin bəndi seçməklə
açılan pəncərənin Printers and Faxes bölümündə işlədiyiniz kompüterlə
əlaqəli olan printerlərin simgələri və adlarını görmək olar.
Kompüterinizə printer qoşulubmu? Qoşulmuş printerin adına görə İnternetdən
onun növünü müəyyən edin.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. “Piksel” nəyi bildirir?
2. “Ekranın çözümlülüyü” dedikdə nə başa düşülür?
3. Printerlərin hansı növlərini tanıyırsınız və onlar nə ilə fərqlənir?
4. Lazerli printerlərin sürəti nə ilə ölçülür?
Ötən dərslərdə kompüter sisteminin əsas qurğuları – onun aparat təminatı
ilə tanış olmusunuz. Kompüterin hər hansı işi yerinə yetirməsi üçün aparat
təminatı yetərli deyil, bunun üçün ona proqramlar da lazımdır.
·
·
Verilmiş simgələrdən hansı sizə tanışdır?
Onlar hansı proqramlara aiddir?
Klaviaturada klavişin basılmasına, siçanın
hərəkətinə, başqa kompüterdən informasiya-
nın alınmasına kompüterin necə reaksiya
verməsini proqramlar müəyyən edir. Ekrana
görüntünün çıxarılmasını, sənədin printerdə
çap üçün hazırlanmasını, kompüterdə musi-
qinin səsləndirilməsini də proqramlar həyata
keçirir.
Kompüterin standart proqramları ilə tanış olun. Bunun üçün:
1. Start рProgramsрAccessiories bəndini seçin.
2. Açılan siyahını gözdən keçirin.
Nəticəni müzakirə edək:
- Siyahıdakı hansı proqramlar sizə tanışdır?
Fäaliyy t
ä
Fäaliyy t
ä
Sistem proqramları kompüterin bütün hissələrinin düzgün və əlaqəli
işləməsini təmin edir, kompüterdə informasiyanın saxlanması və ötürülməsini
təşkil edir. Sistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur.
Sözlük
Sözlük
Proqram təminatı
Sistem proqramları
Tətbiqi proqramlar
Proqramlaşdırma alətləri
Əməliyyat sistemi
Utilit
Drayver
Sərbəst yayılan proqramlar
Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçül-
düyü halda, matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvolların sayı
ilə ölçülür.
Çap qurğularının başqa bir növü də plotterdir.
Plotterlər rəssamlar, dizaynerlər, bədii tərtibatçılar,
mühəndislər, layihəçilər üçün əvəzsiz vasitədir. Plot-
terdə çap olunan sənədin eni printerlərlə müqayisədə
daha böyük olur. Onun uzunluğu isə rulon kağızın
uzunluğundan asılıdır.
İnformasiyanın növündən asılı olaraq başqa çıxış
qurğularından – proyektordan, səsucaldanlardan da
istifadə olunur.
Plotter
Kompüterdəki bütün proqramlar onun proqram təminatını təşkil edir.
Bütün kompüter proqramlarını üç sinfə ayırmaq olar: sistem proqramları,
tətbiqi proqramlar və proqramlaşdırma alətləri.
Proqramlaşdırma alətləri bəzən sistem proqramları sinfinə də aid edilir.
Proqramlaşdırma
alətləri
Tətbiqi proqramlar
Sistem proqramları
Proqram təminatı
Çap üçün deyil