·
·
Kompüterə informasiya hansı qurğular vasitəsilə daxil edilir? Həmin
qurğuların ümumi adı nədir?
Yaddaş, emal və çıxış qurğuları hansı funksiyaları yerinə yetirir?
9
8
Altınсı sinifdə kompüterin yaddaş qurğuları haqqında geniş məlumat
verilib. Növbəti iki dərsdə giriş və çıxış qurğularından danışılacaq. İndi isə
verilənlərin emalı zamanı istifadə olunan qurğuları gözdən keçirək.
Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya
sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem
blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman
ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər
quraşdırılıb. Bu komponentlər içərisində ən önəmli olanları mərkəzi prosessor,
yaddaş və genişləndirmə yuvalarıdır.
1.
KOMPÜTERİN MƏRKƏZİ QURĞUSU –
PROSESSOR
Cədvəli iş vərəqində çəkin. Şəklə baxın, kompüterin əsas və əlavə qurğuları-
nın adlarını cədvəlin uyğun sətrinə yazın.
Nəticəni müzakirə edək:
- Bu qurğulardan hansılar giriş, hansılar çıxış qurğularıdır?
- Nə üçün qurğuları əsas və əlavə adlandırırlar?
Fäaliyy t – 1
ä
Fäaliyy t – 1
ä
Kompüterin əsas qurğuları
Kompüterin əlavə qurğuları
Bu maraqlıdır.
Bu maraqlıdır.
Vaxtilə mikroprosessorları ədədlərlə işarələyirdilər: 286,
386,
486.
Sonra isə onlara daha
adlar verildi: Pentium, Celeron, Athlon,
Duron. Bəzi adlara rəqəmlər də əlavə olundu, məsələn,
Pentium 4. İndi daha
yüksək səviyyəli prosessorlar istehsal olunur: Itanium, Xeon, Core,
cəlbedici
Apple Ax
.
Sistem lövhəsi
Mərkəzi prosessoru mikroprosessor və ya, sadəcə,
prosessor da adlandırırlar. Prosessor kompüterin bütün
qurğularının işini idarə edir. Məhz buna görə mərkəzi
prosessoru kompüterin “beyni” adlandırırlar. Ölçüsü
2
təxminən 2 sm olan müasir prosessorlarda milyonlarla
elektron element olur. Kompüterin parametrləri verilər-
kən ilk növbədə prosessorun tipi göstərilir.
Sistem lövhəsində digər vacib komponent genişləndirmə yuvaları, yaxud
genişləndirmə slotlarıdır. Bu yuvalara xüsusi kartlar – genişləndirmə kartları
taxılır. Onların köməyi ilə kompüterin özünü dəyişmədən istifadə imkanlarını
genişləndirmək olur.
Müxtəlif qurğuları sistem lövhəsinə qoşmaq üçün sistem blokunun arxa
panelində çoxlu bağlayıcılar, yaxud portlar var. Hər bir bağlayıcıya bir xarici
Sözlük
Sözlük
Sistem bloku
Sistem lövhəsi
Prosessor
Slot, yuva
Port, bağlayıcı
Prosessoru sürətli olan kompüter daha güclü hesab olunur. Prosessorun
sürəti herslə
ilə ifadə
olunur.
(Hz) ölçülür və meqahers (MHz), yaxud giqahers (GHz)
Genişləndirmə
yuvası
Port
Mərkəzi
prosessor
Operativ
yaddaş kartı
Çap üçün deyil
Araådıraq – öyränäk
Araådıraq – öyränäk
Kompüterinizdə neçə USB portu olduğunu müəyyən edin.
Bu portlara hansı qurğuları qoşmaq olar?
USB qısaltmasının açılışını öyrənin. Bu haqda referat hazırlayın.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1. Prosessorun vəzifəsi nədən ibarətdir?
2. Prosessorun sürətinin ölçü vahidi nədir?
3. Sistem lövhəsində hansı əsas komponentlər yerləşir?
4. Nə üçün mərkəzi prosessor kompüterin “beyni” hesab olunur?
11
10
2.
GİRİŞ QURĞULARI
1
İşlədiyiniz kompüterin prosessorunun adını və sürətini öyrənin. Bunun
üçün:
1. Siçanın göstəricisini iş masasında Computer simgəsinin üzərinə aparıb
sağ düyməni çıqqıldadın.
2. Açılan kontekst menyusunda Properties bəndini seçin.
3. Açılan pəncərənin Processor sətrində
prosessorun tipi və sürəti
haqqında informasiya göstərilib.
4. Həmin sətirdə gördüyünüz CPU qısaltmasının açılışını öyrənin.
Fäaliyy t – 2
ä
Fäaliyy t – 2
ä
İlk elektron hesablayıcı maşınlarda verilənləri daxil etmək üçün perfokart və
perfolentlərdən istifadə olunurdu. Bu daşıyıcılarda hər bir simvol bir sütun-
da olmaqla deşiklər vasitəsilə kodlaşdırılırdı. Kodlaşdırma, yəni deşiklərin
açılması xüsusi qurğularda – perforatorlarda yerinə yetirilirdi.
·
Sizcə, verilənlərin belə daxil edilməsi üsulunun hansı çatışmazlıqları var idi?
İnsan informasiyanı öz duyğu orqanları vasitəsilə aldığı kimi, kompüterə də
kənardan informasiyanın daxil olması üçün “gözlər” və “qulaqlar” gərəkdir.
Hazırda bu funksiyaları yerinə yetirən cürbəcür qurğular vardır. Onlara
daxiletmə, yaxud giriş qurğuları deyilir. Bu qurğular daxil edilən informa-
siyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və
saxlamaq mümkün olsun.
Verilmiş qurğulara informasiya necə daxil edilir?
Mobil telefon
Televizor
Mikrodalğalı
soba
Tozsoran
maşın
Paltaryuyan
maşın
Fäaliyy t
ä
Fäaliyy t
ä
İlk kompüter ENIAC (1946)
qurğu qoşulur. Bəzi bağlayıcılar yalnız müəyyən qurğular üçün nəzərdə tu-
tulub, bəzilərinə isə müxtəlif qurğular qoşmaq olar. Genişləndirmə slotları
kimi, bu portlar da kompüterin imkanlarını genişləndirir.
Çap üçün deyil