Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
47 
təmtəraqlı  dəfn  mərasimi  təĢkil  olunur,  sifariĢlə  onların  adına 
poema  yazılır,  filmlər  çəkilir,  onların  heykəlləri  qoyulur. 
Adamların  Ģüuruna  zorla  yeridilir  ki,  nəyin  bahasına  olursa-
olsun pul qazan- yalnız pul olanda cəmiyyət səni qəbul edir. Bu 
cür kapitalist əxlaqı bəĢəriyyəti hara sürükləyir? 
 Xalqın qanını içərək pul qazanan oliqarxları ən hörmətli qonaq 
kimi  tok-Ģoulara  dəvət  edirlər,  onlar  burada  camaatın  baĢını 
qatır,  auditoriya  isə  onlara  diqqətlə  qulaq  asır,  onlara  dövlər 
mükafatları  təqdim  edirlər,  televiziyalarda  onların  xeyriyyə 
əməllərindən  reportajlar  verirlər-  adamlar  etdikləri  iĢlərə  görə 
onlara  minnətdarlıqlarını  bildirirlər.  Heç  kim  baĢa  düĢmək 
istəmir  ki,  onlar  bizim  milyonları  oğurlayır  və  yüz  manata 
bizim  yaltaqlığımızı  alırlar.  Kapitalizm  adamların  oğurluqla 
barıĢdığı cəmiyyətdir- burada yalnız bir tələb hökmranlıq edir: 
“Oğurlamaq  olar,  ancaq  çalıĢ  iliĢməyəsən”.  Hətta  televiziya 
reklamlarında  belə  aldatmağa  xeyli  yer  verilir,  oğurluq  təbliğ 
olunur.  Beyinlərə  oğurluq  və  aldatmaq  əxlaqının  necə 
yeridildiyini xalq özü də hiss etmir.  
 
 
Amerikançılıq nədir? 
 
VIII yazı: Aydın olanda ki vətənpərvərlik yalnız maaş üçün 
banka  yürüş  olmayıb  həm  də  müəyyən  qurbanlar  tələb 
edir,  onda  Amerikaya  olan  böyük  məhəbbət  tüstü  kimi 
uçub getdi 
 
Amerikanların həyat kredosu “xoşbəxtlik puldadır” olmuşdur 
 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
48 
 Sözün  həqiqi  mənasında  böyük,  həqiqi  olanlar  məhv  olunur, 
gülüĢ  hədəfinə  çevrilir,  zorla  qoparılıb  atılır.  Ortabablar,  çox 
qabiliyyətsiz  aktyorlar,  yazıçılar,  müğənnilər,  modelyerlər 
cəmiyyətin kumirinə çevrilir- onların əksəriyyəti pozğunlardır. 
 “Millət” sözü tədricən irqçi və mənfi bir Ģey kimi leksikondan 
sıxıĢdırılır. Adamları daha çox istehlakçı, elektorat, vergi verən 
adlandırırlar.  Amerikada  vətənpərvərlik-  vətənə  yüksək  gəlir 
əldə  etmək  mənbəyi  kimi  baxanlar  üçün  maskadan  baĢqa  bir 
Ģey deyildir. Milli dövlət və millətin yalnız mənasız yox, həm 
də  ziyanlı  bir  Ģey  olduğunu  əsaslandıran,  onların  daimi 
müharibələr  və  münaqiĢələr  mənbəyi  olduğunu  sübut  etməyə 
çalıĢan  yeni-yeni “elmi” iĢlər iĢıq üzü görür. “Öz dövlətini və 
millətini  sevmək  səfehlikdir”-  deyən  bu  “tədqiqatlar”  onların 
hər vəchlə məhv edilməsini məsləhət görürlər.  
 Hər  cür  ənənələrdən,  milli  dəyərlərdən  məhrum  olan  belə  bir 
qurum faydalı ola bilərmi? Heç kim bu məsələni ciddi Ģəkildə 
müzakirəyə  çıxarmır;  doğrudur,  hardasa  bu  məsələ  elə-belə, 
fakultətiv  formada  müzakirə  olunur,  ancaq  bu  müzakirələrdə 
deyilən  fikirləri  heç  kim  eĢitmək  istəmir.  Ġndi  hamını  pul 
narahat  edir,  hamı  pul  haqqında  fikirləĢir,  pul  hər  Ģeydir.  Bu 
cəmiyyətə  əslində  nə  Ģəxsiyyət,  nə  elita,  nə  də  millət  lazım 
deyil;  ona  kütləvi  istehlakçı  lazımdır-  onu  daha  heç  nə 
düĢündürmür.  O.Toffler  “Üçüncü  dalğa”  əsərində  yazırdı: 
“Üçüncü  dalğa  sivilizasiyası  hakimiyyət  bölgüsünün  yeni 
sisteminə  əsaslanacaqdır-  burda  millət  bir  varlıq  kimi  öz 
əhəmiyyətini  itirəcəkdir,  bunun  əvəzində  digər  institutlar- 
transmilli  korporasiyalardan  tutmuĢ 
yerli  hakimiyyət 
orqanlarına  qədər-  daha  mühüm  rol  kəsb  edəcəkdir”.  Məhz 
buna görə də gələcək haqqında praktiki olaraq bütün filmlərdə 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
49 
milli  dövlətlər  və  millətlərin  olmaması  tam  aydındır. 
V.A.Nikonov  “Rusiya  dünyada  öz  yerinin  axtarıĢındadır” 
məqaləsində  bəĢəriyyətin  gələcəyi  ilə  bağlı  narahatlığını 
gizlətmir:  “Ġri  beynəlxalq  biznesin  və  nüfuzlu  qeyri-hökumət 
təĢkilatlarının  -dini,  ekoloji,  xeyriyyə,  hüquq  müdafiəçiləri- 
inkiĢaf etməsi ilə dövlət faktiki olaraq hakimiyyət və dünyanın 
taleyini  həll  etmək  funksiyalarını  yerinə  yetirmək  üzərindəki 
inhisarını  itirir.  Bu  gün  dünya  proseslərinə  “Maykrosoft” 
kompaniyasını  və  ya  “Qrinpis”  kimi  ictimati  təĢkilatın  təsiri 
BMT-yə  üzv  olan  dövlətlərin  yarıdan  çoxuna  nisbətən  daha 
böyükdür.  Dövlətin  cəmiyyəti  idarə  etmək  və  hər  hansı  daxili 
problemi  nizama  salmaq  qabiliyyəti  zəifləyir,  daha  çox 
məsələlər  həll  olunmaq  üçün  beynəlxalq  səviyyəyə  çıxarılır. 
Ġqtisadi siyasətdə vəziyyətə daha çox transmilli korporasiyalar 
nəzarət  edir.  Tezliklə  transmilli  korporasiyaların  iqtisadi  gücü 
hətta aparıcı dövlətlərin imkanlarından da güclü olacaqdır”.  
 Mövzudan  kənara  çıxmayaraq  Amerika  vətənpərvərliyi 
adlanan  məsələ  ətrafında  xüsusi  dayanmaq  istərdik.  Belə  bir 
əfsanə  dolaĢır  ki,  amerikalılar  qeyri-adi,  həddən  artıq  böyük 
vətənpərvərdirlər. Təəssüf ki dünyanın hər yerində olduğu kimi 
bizdə  də  bəziləri  bu  fikri  təkrarlamağı,  amerikalıları  bizə 
nümunə göstərməyi xoĢlayırlar! Əslində isə amerikalılar pulun 
vətənpərvəridirlər. Amerikada deyildiyi kimi, “amerikalının iĢi 
pul qazanmaqdır”. Əgər amerikalıya baĢqa ölkədə pul versələr, 
onlar bir nəfər kimi həmin ölkənin “vətənpərvər”inə çevrilərlər. 
Bu  da  təbiidir:  vaxtilə  onların  əcdadları  var-dövlət  dalınca  öz 
vətənlərini  tərk  edib  Amerikanı  özlərinə  vətən  seçmiĢdilər. 
Aydın olanda ki vətənpərvərlik yalnız maaĢ üçün banka yürüĢ 
olmayıb  həm  də  müəyyən  qurbanlar  tələb  edir,  onda 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə